“ “Azərsu”dan ŞOK SUPULU BORCU: “Elə bil “MOYKA” İŞLƏDİRƏM...” - NARAZILIQ VAR!
Tarix: 12-09-2023, 15:51 |
Çap et
DİA.AZ: - Abunəçi "Azərsu"dan gələn supulu məbləğnin iriliyindən giley edir. DİA.AZ bildirir ki, bu barədə Bəhruz adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında giley edir.
Bəhruz yazır: "Şikayətim "Azərsu" ASC-dəndir.
Asif Məhərrəmov küçəsi 50 ünvanında qalıram. 2 aydır ki, supulu çox gəlir. Evdə heç kim olmur. Elə bil "moyka" işlədirəm..."
Qeyd edək ki, narazı vətəndaşın gileyi sosial şəbəkədə geniş müzakirə olunub və Bəhruz adlı istifadəçi üzləşdiyi problemi əlavə olaraq bu şəkildə ifadə edib: "Vallah, yanımızda palaz yuyurlar... o qədər yazmır.
12-də su kəsilir, səhər 6-da gəlir. 1 ay rayonda olmuşuq. Tək adam olub evdə. Onu da zorla hamama soxuruq..."
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...