Beyləqanda BEYNİ QANA DÖNƏN DYP... - BU NƏDİ BELƏ?
Tarix: 23-06-2023, 15:18 | Çap et
 XIX əsrdə iqtisad elmində “liberailzmin atası” kimi tanınan Adam Smit “Xalqların sərvəti” əsərində yazırdı: “Təsərrüfat fəaliyyəti azadlığının əsasını yaxşı qanunlar, yüngül vergilər və sülh təşkil edir.” Dövlət büdcəsinin gəlir mənbəyinin neçə faizinin cərimə və ya maliyyə sanksiyalarından formalaşdırılması proqnozlaşdırıla bilməz. Çünki, bu proqnoza gələn situativ hal deyil. Biz hansı gün öləcəyimizi və hansı tarixdə xəstələnəcəyimizi öncədən deyə bilərik? Maliyyə cərimələri də belədir. İldə neçə nəfərin və hansı məbləğdə cərimələnməsi sadəcə dövlət büdcəsinin gəlir mənbəyinə əlavə tövhə sayıla bilər. Çünki, cərimələr fiskal hədəf ola bilməz! Bizim fiskal qurumlar sadəcə yüksək cərimə limiti müəyyənləşdirib, o hədəfə əlçatanlığı təmin etmək üçün məbləğ toplamaq kimi “ymurtadan yun qırxmaq” siyasəti həyata keçirirlər. Sadəcə hüquqpozma halları hansısa səbəbdən artarsa, və büdcəyə gözləndiyindən artıq vəsait olarsa, onu sonradan xərc istiqamətinə yönəltmək olar. Azərbaycan hökuməti cərimə hədəfi və limiti müəyyənləşdirib ona canatımı motivasiya edir. Bu isə səbəb-nəticə uyğunsuzluğudur. Cərimə olunmanın hüququ fəlsəfəsi budur: insan hüquqpozmaya görə cərimə ödəməklə hüququzidd davranışlarını islah edir. Bu cərimə ödənməsi gəlir mənbəyi olduğu üçün edilmir, həm də (!) gəlir mənbəyi olduğu üçün edilir. Demək, əsas hüquqi məqsəd insanın artıq pul ödəməklə öz davranışlarını hüquqi ölçüyə uyğunlaşdırılmasıdır. Digər tərəfdən isə… Cərimələrdə dövlət qurumları və ya müfəttişlər niyə bu qədər maraqlı olsun ki? Sadə səbəbi var: cərimə protokolu tərtib edən müfəttiş (vergi, gömrük, polis) bununla əməkhaqqına əlavə ödəniş imkanı əldə edir. Belə ki, Büdcədənkənar İnkişaf Fondları təsnifatına daxil olan qurumlarda (Vergilər Nazirliyi, Gömrük Komitəsi, DİN) müfəttişlər cəlb olunan cərimələrin 20% həcmində aylıq vəzifə maaşlarına əlavə olunur. Ona görə də cərimə olunanların sayı və onların ödədikləri məbləğin həcmi ildən-ilə, ayda-aya artır. Bu günlərdə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol patrul xidməti alayının tağımının əməkdaşları Saatlı, İmişli, Beyləqan rayonlarında yerli polis şöbələrinin yol polisi bölmələri ilə birlikdə reydlər keçirirlər. Yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan maşını idarə edən, avtomobilin üzərində olan cərimələri ödəməyən sürücülər təyin olunaraq məsuliyyətə cəlb edilir. Reydlər zamanı ümumilikdə yüzlərlə avtomobil saxlanılır. Bu barədə Beyləqan rayonundan redaksiyamıza daxil olmuş məlumatda qeyd olunur ki, 99 YP 054 dövlət nömrə nişanlı ekipajda əyləşən, “general müavini” deyilən Saqin adlı polis polkovnik-leytenantı və əvvəli 700-cü rəqəmlərlə qurtaran DYP ekipləri xüsusi canfəşanlığı və qəddarlığı ilə fərqlənir. Vurğulanır ki, həm Birinci Qarabağ, həm də Vətən müharibələri dövründə Beyləqan bufer rayonu olduğu üçün bölgədə şəhid, qazi və müharibə iştirakçısı bir çox başqa rayonlara nisbətən çox olub. O üzdən post-müharibə dövründə də hərəkət iştirakçıları, sürücülər arasında müvafiq olaraq şəhid ailələrinin üzvləri, qazilər və onların yaxınları, veteranlar az deyillər. Yerli yol polisi cəmiyyətin bu həssas təbəqəsinə aid şəxslərlə münasibətdə mülayim rəftar edirdi. Amma ezam olunan alay qayda pozanlarla profilaktiki söhbət aparmaq istəmir, necə deyərlər, “ağına-bozuna baxmadan” kimi harda tutdu, cərimələyir, duracağa aparır. Qeyd olunur ki, alayın əməkdaşları hətta özləri də yol hərəkəti qaydalarını pozur, avtomobilləri magistral yolun ortasında dayandırır, vətəndaşlarla rəftarlarında etik qaydaları belə gözləmir, leksikonlarında rusdan miras qalmış vulqar və amiranə ibarə olan “davay” ibarəsindən tez-tez istifadə edirlər. Təkcə taksi xidməti göstərən minik avtomobilləri deyil, yay mövsümündə kənd təsərrüfatı ilə bağlı işlərə cəlb olunan əsasən qadınlardan ibarət işçi qüvvəsini tarlalara daşıyan kiçik və orta tutumlu mikroavtobuslar da maşının və sürücünün yüngül nöqsanlarına görə saxlanılır, bu da sərnişinləri işdən-gücdən avara edir. Bir sözlə, bu soyğunçuluqda da əsas zərbə yenə də zəhmətkeşə, kasıb-füqəraya dəyir. …Cəmiyyət həyatını tənzimləyən zaman istifadə olunan alətlərdən biri də maliyyə sanksiyaları hesab olunur. Lakin bu cərimələr maariflənmədən daha çox, fiskal məqsədə xidmət edirsə, demək məqsəd sosial gərginliyi azaltmaq və ya maariflənmə yox, yalnız gəlir əldə etmək imiş. Əslində maliyyə sanksiyaları tətbiq edilən zaman məqsəd heç də gəlir əldə etmək yox, həm də gəlir əldə etmək olmalı idi. Ramin Məhəmmədoğlu RealMediaaz.space


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
• Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49 |
|
|
|
• “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42 |
|
|
|
• Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40 |
|
|
|
|