Əgər Azərbaycana ərazi iddiamız olsaydı… .....                     BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib .....                     Şirvanda vəzifəli şəxs cərimələndi .....                     AVROSƏRSƏMLİK... .....                     Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? .....                     Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri .....                     Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq .....                     Özəl, yoxsa ÖZBAŞINA bağçalar? .....                     Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış .....                     İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... .....                     Sülh prosesini pozan addım: .....                     Sabiq deputatdan qalmaqallı açıqlama: .....                     Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                     Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram .....                     Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... .....                     Sumqayıtda polis profilaktik tədbir keçirib .....                     Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                     “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” .....                     Putindən Vaşinqtona “duel” təklifi .....                     İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib .....                     Əliyev bunu ilk dəfə açıqladı .....                     Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                     "Dünya hamıya çatacaq qədər böyükdür" .....                     Suriyada qalib hansı ölkədir? .....                     "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" .....                     Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                 

“Baku Electronics” qanunlara NƏDƏN BOYUN ƏYMİR? - Bəs qanunları qoruyanlar NİYƏ SEYR EDİR?
Tarix: 2-06-2023, 11:38 | Çap et
“Baku Electronics” qanunlara NƏDƏN BOYUN ƏYMİR?
“Samsung” un rəsmi distribütoru olan “Baku Electronics” ticarət mərkəzindən olunan müştəri şikayətini dərc etmişdik. Bakı sakininin 6 ay əvvəl “Baku Electronics”dən aldığı qaz plitəsinin keyfiyyətsiz və nasaz çıxması, müştəri, eləcə də onun yaşadığı bina sakinləri üçün ciddi problemə çevrildiyini qeyd etmişdik.

Müştərinin dediyinə görə, məişət cihazı alınan gündən normal işləməyib. Evə gətirilib quraşdırılandan sonra ailə demək olar ki, hər gün partlayış səsindən dik atılır. Qaz plitəsindən çıxan partlayışın zərbəsi vətəndaşın yaşadığı binadakı işıq sistemini də sıradan çıxarır. Analoji hal isə hər dəfə plitə işə salınarkən baş verir. Keyfiyyətsiz malı dəyişmək, yaxud qaytarmaq müşkül məsələyə çevrilib. Ev sahibi qorxulu yuxuya çevrilən bu məsələnin çözülməməsindən və şirkətə şikayət etməkdən artıq təngə gəlib.

Baxmayaraq ki, “Bakı Elektronics” iki aydan çoxdur ki, qaz plitəsini yenisi ilə əvəzləyəcəklərini vəd edir. Nə müştəri məmnuniyyəti təmin olunur, nə də yararsız və nasaz məhsul yenisi ilə əvəzlənir.

Nə cihaz təmir olunur, nə də yenisi ilə dəyişdirilir

Növbəti dəfə saytımıza müraciət edən müştərinin dediyinə görə, şirkət servisindən qaz plitəsini təmir etmək üçün hər on gündən bir yeni əməkdaş göndərilir.

Servis əməkdaşlarının işi isə sadəcə məişət cihazına baxış keçirməkdən ibarət olur. Nə cihaz təmir olunur, nə də yenisi ilə dəyişdirilir:

“6 aydır nasaz qaz plitəsini işlədirik. Aylardır gözlətdilər ki, anbarda məhsulumuz yoxdur, xaricdən gətirilsin, yenisi ilə dəyişərik. İndi də verdikləri vədi yerinə yetirmirlər. Nasaz detalı dəyişdirməyəcəklərini bildirirlər. 3 il zəmanətlə aldığım məhsul niyə yenisi ilə dəyişilməməlidir ki? Halbuki plitə aldığımız gündən normal işləmir. Anlamıram, bunların müştəri məmnuniyyəti, xidmətləri budur?”, - deyə müştəri əlavə edib.

“Bakı Electronics”ə aylar öncə ünvanladığımız sorğuya iaə cavab yoxdur. Baxmayaraq ki, Bizim.Media-ya araşdırma aparılandan sonra açıqlama verəcəkləri bildirilmişdi. Yəni, şirkətdən aylardır səs-səmir çıxmır.

“İstənilən istehlakçının malını geri qaytarmaq, yaxud yenisi ilə əvəzləmək hüququ var”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza bildirib ki, “Bakı Elektronics”dən onlara da yağış kimi şikayətlər yağır:

“Dəfələrlə bu işlərə nəzarət edən İqtisadiyyat Nazirliyinin rəhbərliyinə bildirmişəm ki, bu şirkətləri toplayıb, onlarla konkret danışmaq lazımdır. Məsələ burasındadır ki, bu şirkətin işi məhsulu satana kimidir. Hansısa problem yarananda vətəndaşı qəbul etmirlər. Azərbaycanda hələ “Bakı Elektronics”in rəhbərinin qəbuluna düşən bir nəfər belə olsun istehlakçı olmayıb.

Bu şirkət “malını götür, itil cəhənnəmə” prinsipi ilə işləyir. Həftədə bizə 3-4 şikayət daxil olur. Bu şirkətin məhsullarının zavod qüsuru var. Qaldı ki, konkret o müştərinin şikayətinə, tək o deyil, istənilən istehlakçının malını geri qaytarmaq, yaxud yenisi ilə əvəzləmək hüququ var”.

Eyyub Hüseynovun sözlərinə görə, xoşagəlməz hallar ona görə artır ki, dövlətin istehlakçı hüququnu qoruyan qurum heç bir iş görmür:

“Aidiyyəti qurumun bu günədək müstəqil ekspertiza aparmasını görməmişik. Bu səbəbdən də biznes qurumları istehlakçıların başına istənilən oyunu aça bilirlər. Get-gedə ölkədə istehlakçı hüquqlarını qoruyan qanunlar da zəifləyir. Adını çəkdiyim qanun 1995-ci ildə qəbul olunub. Necə dəfə dəyişiklik aparılıb və hamısı da istehlakçıların zərərinə olub.

Üstəlik, Nazirlər Kabinetinin 343-cü qərarı (təhlükəsizliyi təmin olunan malların sertifikatlaşdırılması) ləğv olunub. Yəni ölkəyə daxil olan bütün mallar əvvəlcədən yoxlanmalı, sonra qəbul olunmalıdır. Ona görə ölkənin əmtəə bazarında hər cür təhlükəli mallar tüğyan edir.

Aldadılan istehlakçılara tövsiyəm budur ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsinlər”.

Xatırladaq ki, bəhs etdiyimiz alıcı dekabrın 14-də “Baku Electronics”in Nərimanov rayonundakı mağazasından 950 manat məbləğində 3 il zəmanətlə qaz plitəsi alıb. Evə gətirib quraşdırandan bir neçə gün sonra cihazdan partlayış səsi gəlib və bu, hər istifadə zamanı təkrarlanıb. Dərhal şirkət servisinə məlumat verilib. Servis əməkdaşı plitəni yoxlayandan sonra məhsulun istifadəyə yararsız və dəyişdirilməli olduğunu bildirib. Şirkət isə məhsulu yenisi ilə əvəzləməkdən boyun qaçırır.
//Bizim.Media//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Bu gün, 21:40
BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Bu gün, 21:38
Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Bu gün, 19:23
AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Bu gün, 19:21
Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02
Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00
Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56
Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru