`Baku Electronics` dövlətin qanunlarını HEÇƏ SAYIR... - "...hüququm var, amma bunu danırlar"
Tarix: 28-04-2023, 10:48 |
Çap et
DİA.AZ: - "Şikayətim "Baku Electronics"dəndir". DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Günel Qəniyeva adlı istifadəçi bildirir.
Daha sonra narazı vətəndaş yazır: "Aprelin 22-si telefon almışam, amma batareyada problem var. Telefonu qaytarmaq istəyirəm, servise yönləndirdilər telefona baxış etdilər, amma telefonun korpusunda olmayan cızıqları aşkarladılar. Cızıqlar olduğuna görə götürə bilməzlər dedilər. Hətta öz plenkasında olan adaptorun üzərində belə cızıq tapdıqlarını belə akta yazıblar...
Deyəndə ki, örtükdə olan adaptorda necə cızıq tapdınız, deyir, ola bilsin işçimiz səhv edib, yanlış görüb. Bu nə deməkdir??? 14 gün ərzində malı qaytarma kimi hüququm var, amma bunu danırlar.
Bununla bağlı mən kimə, hara şikayət edə bilərəm, zəhmət olmasa deyə bilərsinizmi?"
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...