"Sanki gözləyirlər ki, Emin Əmrullayev təhsilin və dövlətin axırına çıxsın..." - Prezidentə müraciət olundu
Tarix: 2-08-2022, 12:05 | Çap et
DİA.AZ: - Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü, 8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı, Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü Həsənov İlham Musa oğlu Prezident İlham Əliyevə növbəti müraciətini ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətəd deyilir:
"Mən bu müraciətimdə bir ağsaqqal kimi Azərbaycan Təhsilində baş verən özbaşınalıqlardan, eybəcərliklərdən və törədilmiş çirkin əməllərdən reallıqları yazıram. Emin Əmrullayev Təhsil Naziri olandan Azərbaycan təhsili özünün ən pis günlərini yaşayır. Çünki bu adam və onun komandası başda özü olmaqla nazir müavini Muxtar Məmmədov, nazirliyin əsas idarəedici rəsmisi Orxan Abbasov, şöbə müdiri Eşqi Bağırov, regional təhsil müdirlərindən Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin müdiri Anar Qədiməliyev hamısı bütövlükdə bir şəbəkədir. Bu adamların məqsədi təhsilə yenilik gətirmək yox, əksinə təhsili uçuruma aparmaqdı. Təsadüfi deyilki bu gün böyük əksəriyyət müəllim ordusu Azərbaycan təhsilinin işindən narazıdır. Mən bunları bir-bir xırdalayıb yazıram, amma ağsaqqal kimi sözlərimə qulaq asan yoxdur. Elə bil sanki gözləyirlər ki, Emin Əmrullayev təhsilin və dövlətin axırına çıxsın. Bu adam kimə və nəyə qulluq edir hələ də məlum deyil. Bir nazir ki, mənə deyə- “Mən ölkədə heç kimdən qorxmuram” məntiqlə qeyd etdiki, hətta Prezidentdən qorxmuram. Mən bu nazirə nə qiymət verim. Mənim düşüncəmdə bu fikir, bu söz anormallıqdır. Eyni qaydada Gəncə Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev də kim yanına gedirsə həmin sözləri təkrar edir. Hazırda Göygöl Rayon Prokurorluğunda Gəncə şəhər 1 nömrəli orta məktəbin direktoru Mətanət Qarayevanın Anar Qədiməliyevin əlindən özünü intihara cəhd etməsi ilə bağlı fakt əsasında cinayət işi qaldırılmışdır. Hazırda istintaq gedir, amma Anar Qədiməliyev Mətanət Qarayevanı şantaj etməklə hər yerdə danışır ki,-“Mən Baş Prokuror Kamran Əliyevdən qorxmuram.” Elə bu səbəbdən də Gəncə şəhəri 44 nömrəli məktəbin direktoru təcrübəli pedaqoq Knyaz Süleymanovunda üstünə əsassız hücumlar etməkdə davam edir. İyul ayının 29-da idarədə hamının qarşısında Knyaz müəllimi söyüb, təhqir etmişdir. Knyaz müəllim isə baş prokurora teleqram vurmuş və Gəncə şəhər prokurorluğuna ərizə ilə müraciət etmişdir. Ay başınıza dönüm mən deyirəm ki, bu adam Gəncə Təhsilinə rəhbərlik etdiyi gündən ancaq qərəzçilik ilə məşğuldur. Bunun psixoloji durumu yerində deyil. Bu insan idarəçilik bilmir, təhsildən anlayışı yoxdur, adi müəllimlərlə yanaşma qabiliyyəti, davranış münasibətləri yox dərəcəsindədir. Məktəb sistemi Anar Qədiməliyevdən ötəri qaranlıq-zülmət bir dünyadır, üstəlik bu insan SOROS-un adamıdır. Gəncədə YAP-a və Dövlətə qarşı təbliğat aparır, dövlətin sədaqətli adamlarını qəsdən bilə-bilə ölkə rəhbəri kimi Sizdən narazı salır. Hazırda idarəni ancaq və ancaq dedi-qodu yolu ilə idarə edir. İşləyən adamları incidir, işləməyən savadsız adamları isə irəli çəkir. Emin Əmrullayev isə bunları bilir, amma dostluq naminə onun bütün mənfi hərəkətlərinə göz yumur. Belə çıxır ki, Anar Qədiməliyev ixtisasca kənd təsərrüfatı işçisi olan bu kəs toxunulmaz şəxsiyyətdir. İndi mən Baş Prokuror Kamran Əliyevdən də xahiş edirəm ki, onun barəsində gedən cinayət işlərini xüsusi nəzarətə götürsün, çox ciddi və qətiyyətli tədbirlər görsün. Bir sözlə Anar Qədiməliyevi bir gündə olsun Gəncədə saxlamaq günahdır. Ümumiyyətlə Təhsil Nazirliyində işləyən bir qrup mafiya üzvləri barədə, o cümlədən başda Emin Əmrullayev olmaqla Muxtar Məmmədov, Eşqi Bağırov, Rəşad Xanlarov, Səbuhi Rzayev barədə tezliklə lazımi tədbir görülməlidir. Bir ağsaqqal təhsil işçisi kimi mənim nöqteyi nəzərimdə bu adamlar Azərbaycan Təhsilinə qara ləkədir. İndi də bunların növbəti oyunbazlığı ölkədə müəllimlərin növbəti sertifikasiyasıdır. Hansıki ölkənin bu vaxtında heç kimə lazım olmayan bir şeydir. Gəlin açıq başla düşünək. Özləri təhsil işçisi olmaya-olmaya müəllimləri necə imtahan edə bilərlər. Məqsəd yenə də öz mənafelərini güdməkdir. Ulu Öndər Heydər Əliyev vaxtında deyib ki, “Təhsil millətin gələcəyidir” Bu dahi sözün əksinə Emin Əmrullayev öz komandası ilə birgə düşünülmüş formada təhsildə genosid aparır. Cənab Prezident! Mən ancaq reallıqları yazıram. Əgər inanmırsızsa sertifikasiya məsələsini böyük müəllim ordusunun müzakirəsinə verin. Əsil həqiqət onda aşkar olunacaq. Bütün bunların nəticəsidir ki, məhz məni 65 yaşından təqaüdə göndərdilər. Çünki mən bunlara xeyr etmirəm. Hansı ki, ölkədə 500-ə yaxın adi məktəb direktorları qalıb işləyir. Emin Əmrullayevin, Anar Qədiməliyevin heç kimdən qorxmamağının, heçkimdən çəkinməməklərinin, ən nəhayət cənab Prezidentə hörmətsizliklərini bağışlamayacağam. Mən söz verirəm ki, yerində olmayan, təhsildən xəbərsiz bu insanlarla sona qədər vuruşacağam. İndi təsəvvür edin ki, Anar Qədiməliyev üstəlik əsgəri xidmətdə olmayıb, saxta xəstəlik kağızı çıxarıb. Təəssüflər olsun ki, bu faktları yoxlayan yoxdur. Cənab Prezident yuxarıda göstərdiklərimi nəzərə alaraq Sizdən, Baş Prokuror Kamran Əliyevdən, Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevdən xahiş edirəm ki, növbəti yoxlamalarını ancaq Təhsil Nazirliyində aparsınlar. O zaman tək mən yox, bütün Azərbaycan xalqı sizə öz minnətdarlığını və təşəkkürünü bildirəcək. İnanıram ki, İlham Əliyev prezident olduğu ölkədə ədalətsizliyə son qoyulacaq, SOROS öz cəzasını alacaqdır, YAP qalib gələcəkdir. Cənab Prezident, 28 iyul tarixində Təhsil Nazirliyinin adının dəyişdirilməsi ilə əlaqədar “Elm və Təhsil Nazirliyi” olduğundan güman edirəm ki, Emin Əmrullayevin elmi dərəcəsi olmadığı üçün onun nazir vəzifəsində qalması artıq qeyri mümkündür. Çox sağolun ki, bu fərman siz tərəfindən vaxtında verilmiş oldu. Odur ki, bütün ziyalılar sizin arxanızda durub və sizi dəstəkləyirlər. Mənə elə gəlir ki, Emin Əmrullayev epoxası qurtardı".
Müraciətlə bağlı bütün maraqlı tərəfləri diaaz.space olaraq dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Bu gün, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27 |
|
|
|
• Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32 |
|
|
|
• Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27 |
|
|
|
• İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24 |
|
|
|
• Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20 |
|
|
|
• Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18 |
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
|