"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..." .....                     Axşam.az 12 yaşında! .....                     27 il talayasan... VƏ CƏZASIZ QALASAN... .....                     “LukOyl” benzin əvəzinə su satır? .....                     Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? .....                     İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı .....                     Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... .....                     Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı .....                     ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib .....                     Rus general Bakı və İrəvana nəyin mesajını verir? .....                     Bank kart kodlarını naməlum şəxslərə verməyin .....                     `Azəriqaz` yanvarın borcunu indidən yazır? .....                     AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib .....                     Həmin direktorun diplomu saxta imiş .....                     Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR .....                     "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" .....                     Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ .....                     Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib .....                     Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... .....                     Avropa Parlamentindən Bakıya növbəti hücum .....                     Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq .....                     Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR .....                     Bayram günlərində hotellərinqiyməti fantastik həddə .....                     Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! .....                     İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... .....                     4 milyon manat necə ələ keçirilib? .....                     Güzəştli şərtlərlə yaranan pensiya hüququ... .....                     İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... .....                     Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI .....                     Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... .....                     Azərbaycanda aktyor vəfat edib .....                     Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır .....                     Zaur Hüseynov niyə işdən çıxarıldı? .....                     İllər öncə sənətə gəlsə də... .....                     Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” .....                     Qərb Moskvaya qarşı bu “silahı” işə salır .....                     Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə .....                     Məktəblərdə istilik problemi varmı? .....                     Suriyanın “açarı” kimdədir? .....                     MİDA hamını BOĞAZA YIĞIB... .....                 

Səhiyyə sistemimiz o zaman düzələcək ki... - `Balıq başdan iylənər` məsəli...
Tarix: 28-07-2022, 11:06 | Çap et
Səhiyyə sistemimiz o zaman düzələcək ki...
Azərbaycan səhiyyəsində daha bir rəzalət!
Özü də bu dəfəki rəzalət birbaşa sözügedən sahənin elmi biliklərinin, sirlərinin öyrədildiyi Azərbaycan Dövlət Tibb Universitetinin özündə baş verib.
Baş verib deyərkən, bizə göndərilən bir videomaterialı nəzərdə tuturuq. Amma, ümumiyyətlə bu nə birinci deyil, deyəsən nə də axırıncı.

Belə ki, "DogruXeber.az" redaksiyasına ATU-nin Onkoloji klinikasında lentə alınmış görüntülər daxil olub. Görüntülərdə sözügedən şöbənin hələ qapıdan içəri girən kimi, qeydiyyat şöbəsində xəstələrdən və xəstə yaxınlarından pul tələb olunduğu açıq -aşkar görünür. İndi qapıdan girən kimi hərədə 5 manat tələb edən dövlət müəssisəsinin daxilində nələr baş verir təsəvvür edin. Bəlkə də çoxlarınız, nəinki təsəvvür etmək, bunu canlı yaşamış şahidlərsiniz.

Əlqərəz...

Açığı, müəssisəsinin tabe olduğu qurumun, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və ATU rəhbərliyinin məsələyə münasibəti görüntülərdən daha maraqlı oldu.

Təsəvvür edin, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Fərid bəylə telefon əlaqəsi saxlayıb məsələ barəsində məlumat verdik və münasibət bildirmələrini istədik. Fərid bəy bununla bağlı ATU-nin mətbuat xidmətinin rəhbəri Günel xanım ilə əlaqə saxlamalı olduğumuzu bildirdi. Yəni, aidiyyatı qurum məsələdən yayındı. El dili ilə desək, "yaxasını kənara çəkdi". Bundan sonra ATU-nin mətbuat xidmətinin rəhbəri Günel xanım ilə telefon əlaqəsi saxladıq. Günel xanım məsələni araşdırıb, sonra bizimlə əlaqə saxlayacağını bildirdi. Aradan qısa zaman keçdikdən sonra Günel xanım təkrar bizimlə əlaqə saxladı və bildirdi ki, "sözügedən tibb müəssisəsinin baş həkimi Leyla xanıma yaxınlaşın, məsələdən xəbəri var. O özü gərəkən açıqlamaları verəcək ". Ertəsi gün əməkdaşlarımız baş həkim Leyla xanımla görüşmək üçün müəssisədə oldular.

Yeri gəlmişkən, onu da əlavə ki, müəssisə rəhbərlərinin də bir "müqəddəs" ifadəsi var: -"İş olan yerdə nöqsan olur". "Nöqsan" dedikləri də barəsində çoxsaylı şikayətlərin olduğu korrupsiya və özbaşınalıqlardır.

Odur ki, Leyla xanımın da mövzuya münasibəti bundan fərqli olmadı
Məsələni dinlədikdən sonra Leyla xanım məsələdən xəbərdar olduğunu bildirib və bu məsələnin həllinin (ört-basdır etməyimizin) qeyri-rəsmi yollarını soruşub. Əməkdaşlarımız bu kimi " həll yolları"nın bizə aidiyyatı olmadığını qəti şəkildə bildirdikdən sonra, baş həkim "dilucu" mövqe bildirib.
- "Məsələdən xəbərdarıq. Aradan qaldırılması üçün müəssisədə qeyri-qanuni pul alan şəxslər barəsində tədbirlər görüləcəkdir."

Qeyd: Yeri gəlmişkən, sözügedən məsələ ilə bağlı redaksiyamıza daxil olmuş videogörüntülər və məlumatlar "DogruXeber.az" tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna da göndərilib.

Biz görülən tədbirlər barəsində redaksiyamızın da məlumatlandırılmasını müraciətimiz zamanı xahiş etmişdik. Daha hansı tədbirlərin görüldüyünü, ümumiyyətlə görülüb -görulmədiyini deyə bilmərik. Açığı, redaksiyamıza bu barədə məlumat verilməlidiyinə görə, hər hansı tədbirin görüldüyünü düşünmürük də. Elə məhz bu cür laqeydliyin, ya da bu kimi məsələlər ört-basdır edildiyinin nəticəsidir ki, bu gün Azərbaycan səhiyyəsində, eləcə də onlar kimi laqeydlik göstərən digər dövlət qurumlarında heç nə düzəlmir. Əksinə, problemlər günü-gündən daha da artır.

Səhiyyə Nazirliyinin bu cür problemlərə laqeyd yanaşmalarından da belə başa düşdük ki, səhiyyəmiz belə gəlib, belə də gedəcək.

İstər səhiyyə, istər təhsil sahəsində yenilikləri yalnız alınan rüşvət məbləğinin artmasında görürük ki, bu da qiymət artımı ilə əlaqədardır. Hər halda rüşvət alan həkimlər və məktəb direktorları belə deyir.

Məsələn, xəstə, yaxud xəstə yaxını dövlət xəstəxanasında həkimə 5 (beş) manat uzadanda, həkim "5 manat nədir, mənə verirsən? Sən 5 manatla dolana bilirsən hər şeyin od qiymətinə olduğu bu dövrdə" deyə, irad bildirir.

Amma, qınamaq da olmur. Atalar yaxşı deyib, "Balıq başdan iylənər".

Baxın !

Xəstə övladının müalicəsinə köməklik göstərilməsi üçün Birinci vitse-prezident Mehriban Əliyevanın Səhiyyə Nazirliyinə göstəriş verdiyi halda Səhiyyə Nazirliyinin səlahiyyətli əməkdaşlarından biri olan Aynurə Zeynalova ataya deyib, - "Dövlət sənin uşağını müalicə etməyə borclu deyil".

Bu hal ataların başqa bir məsəlini xatırlatdı. Deyir, - "Ağanın malı gedir, nökərin canı çıxır". İndi, dövlət büdcəsinin pulundan sənə nə, ay Aynurə xanım.

Özü də çox maraqlıdır, bu xanım hansı ixtiyarla dövlət adından danışır?

Yeri gəlmişkən, bildiririk ki, övladı ağır xəstə olan və müalicəsi üçün külli miqdarda vəsait lazım olan çarəsiz ata, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun, Vənənd kənd sakini Hüseynov Nihal Məmmədbağır oğlu "DogruXeber.az" informasiya agentliyinə müraciət edib. Müraciəti əsasında agentliyimizin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanan, "Kamalın zamanı" verlişində oldu və yaşadığı problemləri danışdı.

Nihal Hüseynovun bildirdiyinə görə iki yaşlı oğlu Uğur Hüseynov anadangəlmə xəstədir. Azərbaycanda müalicəsi mümkün deyil. Hazırda Türkiyənin Ankara şəhərində dünyaca məşhur xəstəxanalardan birində əməliyyat olunmasını gözləyir. İlik köçürülməlidir və bu əməliyyatın həyata keçirilməsi üçün 150.000 dollar pul tələb olunur.

Əslində bu barədə uzun yazıb, vaxtınız almaq istəmirik. Aşağıdakı linkdə Nihal Hüseynov özü hər şeyi ətraflı danışıb zatən.



Nihal Hüseynovun hər dəqiqəsi ölümə doğru yaxınlaşan, həkimlərin əməliyyat olunmazsa, həyatını itirməsinə sayılı günlər qaldığını dedikləri iki yaşlı körpəsi üçün bir neçə müddətdir nə çətinliklər yaşadığı və hazırda da yaşamağa davam etdiyini yəqin valideyin olan hər biriniz təsəvvür edirsiniz?!

Allah heç bir valideyinə övlad acısı yaşatmasın.
Amin.

Dəyərli oxucularımız, söhbət bir candan, canlıdan, üstəlik də körpə candan gedirsə ürəyində insanlıq, mərhəmət hissi olan heç kim buna biganə, etinasız yanaşa bilmir. Əksinə hər kəs əlindən gəldiyi qədər köməklik göstərməyə çalışır. Necə ki, Nihal Hüseynovun adını çəkdiyi "tik-toker"lər də bacardıqlarını etdilər və digər vətəndaşlarla əlbir olub topladıqları yüksək məbləğlə ailəyə xeyli dəstək oldular.

Kaş ki, həmin şəxslərdə olan mərhəmət hissləri Nihal Hüseynovun kömək üçün müraciət etdiyi səlahiyyətli şəxslərdə olsaydı...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qəbuluna düşmək sən demə müşkül məsələ imiş. Odur ki, Nihal Hüseynovu dinləyən səlahiyyətli şəxsin güya kömək məqsədilə irəli sürdüyü təklifi də sözün əsl mənasında gülünc olub. Lap Molla Nəsrəddinin "ağcaqanadı öldürmək üçün, tutub gözünə kül tökmək lazımdır" "məsləhət"i kimi.

Sözə baxın, "Sən həkimi gətir bura, biz burda müalicə etdirək. Ya da sən pulunu topla, axırda 3-5 min çatışmasa, biz o zaman sizə kömək edərik ".

Buna bənzər elin bir sözü var, "get, tapanda gələrsən "

Nihal Hüseynovun redaksiyamıza bildirdiyinə görə, birinci Vitse-prezidentə müraciət edildikdən sonra dərhal Səhiyyə Nazirliyinə kömək etməsi üçün tapşırıqlar verilib.

Amma, Səhiyyə Nazirliyi tərəfindən Türkiyədəki xəstəxanaya bu qədər məbləğ çox olduğunu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu qədər məbləği ödəmək iqtidarında olmadığı bildirilib. Uğurun səhhəti isə hər gün daha da pisləşməyə doğru gedir və həyati təhlükəsi daha da artır. Türkiyədəki həkimlərin dediyinə görə indi zaman 2 yaşlı körpə, məsum Uğur balanın "əleyhinə işləyir".

Hər gün yeganə övladını itirmək qorxusu ilə hər dəqiqə həyəcanı, ürək çırpıntıları artan bu valideynlər, görünür Səhiyyə Nazirliyinin Aynur Zeynalova kimi səlahiyyətli əməkdaşları üçün hər gün narazı saldıqları minlərlə vətəndaşlardan biridir.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48
Axşam.az 12 yaşında!
Bu gün, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00
Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48
Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38
`Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10
Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08
"Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06
Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59
Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52
Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44
Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18
Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07
Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06
İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58
Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27
Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32
Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27
İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24
Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24
Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00
Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru