Ərəb ölkələrinə meyvə-tərəvəz ixrac etmək istəyən Azərbaycan iş adamları ciddi çətinliklərlə üzləşiblər və onların həlli üçün hökumətdən kömək istəyiblər.
DİA.AZ xəbər verir ki, bu barədə FED.az-a ölkənin böyük meyvə-tərəvəz istehsalçılarından olan «Agrarco» şirkətindən bildirilib. Bu məsələ bir neçə gün əvvəl İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın meyvə-tərəvəz istehsalçıları ilə Birləşmiş Ərəb Əmirliklərinin “Ecogarden” şirkətinin nümayəndələri ilə onlayn görüşdə müzakirə edilib.
diaaz.space xəbər verir ki, görüşdə sahibkarlar meyvə tərəvəzin ərəb ölkələrinə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə ixracındakı nəqliyyat problemini qaldıraraq onunla bağlı hökumətdən dəstək istəyiblər. «Agrarco» şirkətinin satış departamentinin direktoru Ulduz Hüseynova FED.az-a müsahibəsində problemin detallarını açıqlayıb.