Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi .....                     Sənubər İsgəndərli də dələduzların hədəfi olub .....                     Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı .....                     Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb .....                     İcra Hakimiyyəti 23 min manata yolka alır .....                     Ermənistan tezliklə bu əraziləri itirəcək .....                     Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib .....                     “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” .....                     Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var .....                     "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi .....                     Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir .....                     “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” .....                     Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub .....                     ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir .....                     Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb .....                     Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır .....                     Əfv və ya amnistiya olacaq? .....                     Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR .....                     Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir .....                     Baydendən növbəti əfv qərarı .....                     4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında .....                     “Xəstəliyində yanında olmadığım üçün peşmanam” .....                     “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" .....                     Vəzifəli şəxs hamamda yıxılıb öldü .....                     Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? .....                     Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? .....                     Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin .....                     Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb .....                     Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? .....                     Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq .....                     Əmək pensiyasının minimum məbləği .....                     Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib .....                     Müharibə və qırğınlar dayanmayacaq… .....                     Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: .....                     “Benzində su olmur axı...” .....                     Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: .....                     Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... .....                     Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi .....                     Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət .....                     "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum" .....                 

"Sahil Babayevin işçiləri bizi aldadıb" - Sabirabad sakini NARAZILIQ EDİR
Tarix: 22-12-2020, 10:54 | Çap et
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"O gün oturub nazirimiz Sahil Babayevə məktub yazdım. Mənə verdiyiniz heyvanın birinin gözü kor, digərinin dişi yoxdur dedim. Xahiş etdim ki, birinə protez diş, digərinə eynək göndərsin. Gözləyirəm, hələ cavab gəlməyib”. DİA.AZ bildirir ki, Sabirabadın Ulacalı kəndinin sakini Şöhrət Abbasov belə deyir. O, 2017-ci ildən aztəminatlı ailə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Özünüməşğulluq proqramına müraciət edib. Deyir, 2 il keçib, səs çıxmayıb. Sonra 2019-cu ildə təkrar müraciət edib:

“Çox get-gəldən, yalvar-yaxardan sonra məni proqrama saldılar. Əvvəlcə dərslərə qatıldım, sonra biznes planı yazdım. Dedilər, “sizə Gürcüstandan gətirtdiyimiz hələb sortu keçilər verəcəyik”. Razılaşdım. Düşündüm ki, keçi qoyundan yaxşıdır. Qoyun 6, keçi 5 aya bala verir. Üstəlik, qabağına nə qoyursan yeyir. Bir sözlə, sərfəli heyvandır”.

Şöhrət Abbasov deyir ki, keçiləri onlara vermədən öncə xeyli tərifləyiblər. Deyiblər, “hamıya yox, hər rayondan 15 nəfər vətəndaşa veriləcək”. Bu, onu daha da sevindirib: “Özümü seçilmiş insan kimi hiss etməyə başlamışdım. Sevinirdim, hətta evdə dedim, arvad, bizim də bəxtimiz nəhayət ki, gətirdi. Bütün günü keçidən danışırdıq. Əkiz balalayır, süd verir, yaxşı əti olur və s. Nəhayət, o gün gəlib çatdı. Dedilər, “keçiləri gətirmişik, gəlin götürün”. 2019-cu ilin sonu idi, maşın tutub getdim. Mənə 22 keçi verdilər. 2 erkək 20 dişi olmaqla – 22 keçi. Bərk-bərk də tapşırdılar ki, özünü sata bilməzsən, ancaq balasını, südünü, pendirini satıb, dolanın. Dedim, nə danışırsız, heç satarammı, bunlar qızıl kimi heyvanlardır. Yığıb gətirdim evə”.

Şöhrət Abbasov deyir ki, heyvanları evə gətirdiyinin səhəri günü biri ölüb, digərlərinin isə xəstə olduğunu anlayıb: “Öskürür, nəfəslərindən pis qoxu gəlirdi. Elə bir aya neçəsi öldü. İçlərində kor, dişsiz, qısır, böyrəyi, ciyəri xəstə heyvanlar var. Budur 1 ilə yaxındır bizdədilər. Cəmi 1 heyvan 2 dəfə bala verib. Qalan 6-sı bir dəfə, yerdə qalanların isə balası olmayıb. Mənə belə deməmişdilər. Demişdilər ki, artacaq, balalarını satıb dolanacaqsan. Məndə isə fərqli oldu. Ya heyvanlar ölür, basdırıram, ya da xəstə düşür, pul verib, dərman alıram. Hələlik, ancaq mən xərcləmişəm, onlardan xeyir gəlməyib”.

Şöhrət Abbasov deyir ki, keçilərin bazar qiyməti 50-60 manat arası dəyişir. Bir normal hinduşka qiymətidir: “Ondan artığına getmir. Əvvəla dedikləri kimi Gürcüstandangəlmə hələb sortu deyil. İkincisi də, hamısı xəstə və yaşlı heyvanlardır. Kimdir onları alan, bunlara pul xərcləyən? Kolbasa, sosiska sexinin işinə yarayar, bir də fermalardakı itlərə yem ola bilərlər. Başqa bir işə yaramırlar”.

Şöhrət Abbasov deyir ki, heyvanların gəlir gətirməməyi bir yana, çəkdiyi əziyyətinə də bir tərəfdən yanır. Təlimlər, imtahan, biznes plan qurmaq, bunların hamısına əmək sərf edib: “Bununla da bitmir. Budur 1 ildir mən hər səhər saat 6-7 arası heyvanları otarmağa aparıram, 12-də gətirirəm. Hər gün 5-6 saat örüşdə oluram. Hələ yeminə, dərmanına da nə qədər xərc çəkmişəm”.

Şöhrət Abbasov ən çox Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən narazıdır. Deyir, onun rəhbərlik etdiyi nazirliyin layihəsi vasitəsilə insanları aldadıblar: “Başımıza oyun açırlar. Həm çoban itlərini, həm də bizi ac qoyublar. Bu heyvanlar itlərin payı idi, gətirib bizə veriblər. Bizim də işimizə yaramır. Nəticədə, hər iki tərəf ac qalıb. İndi bizi o itlərin qarğışından kim qurtarsın?”

Şöhrət Abbasov deyir ki, başına gələnlərlə bağlı aidiyyatı qurumlara məktublar yazıb. Deyir, avqustun 11-də Prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi gəlib: “Dedi, Dövlət Nəzarəti Xidmətindən, Administrasiyadan gəlmişəm. Sevindim, dedim, vəssəlam, problemimiz həll olunacaq. Düzdür, ondan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Kənd Təsərrüfatı Nazirliyindən gəlmişdilər. Amma bu dəfə gələn Prezidentin adından gəldiyini deyirdi. Deməli, ümid vardı. Baxdı, dedi ki, bəli, heyvanlar dəyərindən çox aşağıdadır, çoxu yararsızdır. Sonra da bildirdi ki, tədbir görüləcək və çıxıb getdi. Bu günədək ondan da bir xəbər çıxmayıb. Artıq kimsəyə inanmıram”.

Qeyd edək ki, ötən il fevralın 14-də Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlərin olduğunu təsdiqləyib. O, dəyişdirilən heyvanların sayının 170-ə yaxın olduğunu deyib: “Ailələrə yararsız heyvan verən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh verilib. Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı yox, imkanlı olduğu məlum olub. Məşğulluq proqramına uyğun olmayan 800 şəxs siyahıdan çıxarılıb. Onların çoxu mətbuata müxtəlif iddialarla çıxıb”.

Şöhrət Abbasov da deyir ki, yalan deyil, bu layihənin hansı formada həyata keçirildiyi nazirə də bəllidir: “Bu layihəyə milyonlarla manat vəsait ayrılıb. Bu pulları nə ediblər? İnsanlara dəyərindən aşağı heyvan verirlər. Hansı ki, zaydır, yararsızdır, hamısının problemi var. İndi biz nə edək? Sahil Babayevin işçiləri bizi aldadıb. Bundan özünün də xəbəri var”.

Şikayətçi deyir ki, onlara verilən heyvanın ümumi dəyəri 5 min manat olmalı imiş. Ancaq heyvanların heç 1000 manat dəyəri yoxdur: “Kaş insafları olardı. Həmin 5 minin yarısı müqabilində heyvan verərdilər. İndi həyətdə 20-30 bala olardı. Deməyim odur ki, insaf yaxşı şeydir. İndiki halda isə biz əziyyət çəkirik, qarşılığını görmürük”.

"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi - FOTO
Bu gün, 22:18
Sənubər İsgəndərli də dələduzların hədəfi olub - FOTO
Bu gün, 22:05
Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı - KİV
Bu gün, 22:01
Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb - onlardan biri...
Bu gün, 22:00
İcra Hakimiyyəti 23 min manata yolka alır
Bu gün, 20:29
Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Bu gün, 20:25
Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Bu gün, 20:21
“Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Bu gün, 19:31
Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 19:25
"Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Bu gün, 19:02
Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00
“Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Bu gün, 18:58
Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Bu gün, 18:24
ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Bu gün, 18:21
Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Bu gün, 18:16
Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Bu gün, 18:14
Əfv və ya amnistiya olacaq? - AKTUAL
Bu gün, 18:11
Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Bu gün, 18:10
Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Bu gün, 17:55
Baydendən növbəti əfv qərarı
Bu gün, 17:51
4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 17:47
“Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Bu gün, 17:45
“Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Bu gün, 17:38
Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Bu gün, 17:35
Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Bu gün, 17:26
Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Bu gün, 17:19
Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bu gün, 17:14
Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Bu gün, 17:11
Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Bu gün, 17:04
Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Bu gün, 16:59
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Bu gün, 16:58
Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Bu gün, 16:57
Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52
Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47
“Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39
Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34
Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28
Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25
Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21
"17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19
Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14
Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08
Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00
Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57
Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55
Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39
Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37
İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36
Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32
“Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru