Aqro-innovasiyamızın “uğuru”: Rusiya Azərbaycan pomidoruna və almasına “STOP” qoydu - Bəs, Gömrük hara baxırdı?
Tarix: 9-12-2020, 08:19 | Çap et
Rusiyanın Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Xidməti Azərbaycandan bu ölkəyə ixrac olunan pomidor və alma məhsullarına giriş qadağası qoyub. Ovqat.com xəbər verir ki, məlumatı “Rosselxoznadzor”-un Mərkəzi Ofisi yayıb. Məlumata görə, Xidmət dəfələrlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Rusiyaya tədarük olunan məhsullarda Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərində karantin qadağası elan olunan “obyektlərin” aşkarlanması barədə xəbərdarlıq edib. Di gəl ki, məhsullarımızda sistematik hal alan bu qüsurlar aradan qaldırılmayıb. “Beləliklə, təkcə 22 oktyabr 2020-ci ildən bu günə qədər Avrasiya İqtisadi Birliyi üçün karantin altında olan obyektlərin 17 aşkarlanma halı qeydə alınıb. Söhbət əsasən pomidor və alma kimi meyvə və tərəvəz məhsullarında aşkarlanan Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny) və Şərq güvəsindən (Grapholita molesta (Busck)) gedir”, - “Rosselxoznadzor”-un rəsmi açıqlamasında belə deyilir.
Rusiyanın “fitosanitar rifahını qorumaq, bu zərərvericilərin ölkə ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün” Rosselxoznadzor 10 dekabr 2020-ci ildən etibarən, Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qaldığını bəyan edib. Xidmət həmçinin bildirib ki, bu qərar “Beynəlxalq Bitki Mühafizəsi Konvensiyas”ının VII maddəsinin 1-ci bəndinə (Roma, 1951, 1997-ci ildə düzəliş edilmiş), Rusiya Federasiyasının 21.07.2014-cü il tarixli 206-FZ saylı Qanununun 2-ci maddəsinin 40-cı bəndinə və17-ci maddəsinin 1-ci bəndinə əsasən qəbul olunub. Qeyd edək ki, pomidor 3 ildir ki, Azərbaycanın nəinki kənd təsərrüfatı, həmçinin qeyri-neft sektoru məhsulları arasında ixrac rekordmeni ünvanı qazanmışdı. 2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında birinci yeri tutan pomidor (tomat) ölkəmizə 151,6 milyon dollar xarici kapital gətirmişdi. 2018-ci ildə bu göstərici 177,4 milyon dollara, 2019-cu ildə isə 189,3 milyon dollara yüksələrək birinciliyi əldən verməmişdi. Bu ilin iki ayında isə pomidor ixracımız 24,7 milyon dollar təşkil etmişdi.
“Rosselxoznadzor”-un son qərarından belə anlaşılır ki, fermerlərimiz növbəti mövsımdə artıq eyni uğura bel bağlaya bilməyəcəklər. Bu da ölkə başçısının böyük ümidlə qurmağa çalışdığı qeyri-neft sektorunun ən aparıcı sahəsinin tənəzzülü ilə nəticələnə bilər. “Rosselxoznadzor”-un məlumatından bəlli olur ki, meyvə-tərəvəz məhsullarımızın nəinki Avropa Birliyi, hətta Avrasiya standartlarına cavab vermirmiş və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə bu barədə dəfələrlə xəbərdaqlıq edilibmiş. AQTA-nın ötən ayın sonlarında mediaya verdiyi açıqlamalar da bu faktı təsdiqləyir. Agentliyin fermerlərə müraciətində bildirilir ki, “pomidor bitkisinin ən təhlükəli zərərli orqanizmlərindən biri Pomidor lağımlayıcı güvəsi-(Tuta absoluta Meyrick) hesab edilir. Hazırda idxal-ixrac əməliyyatları sahəsində əməkdaşlıq edən ölkələr bu zərərvericini diqqət mərkəzində saxlayır, zərərverici yayılmış ölkələrin ərazisindən idxala məhdudlaşdırıcı fitosanitar tədbirlər tətbiq edirlər”. Müraciətdə o da vurğulanırdı ki, zərərvericinin yayılma yolları çox asan və sürətlidir.
“Azərbaycan Respublikasının aqrar ölkə olduğunu, bitki və bitkiçilik məhsullarının xüsusi ilə də pomidorun respublikanın bir çox rayonlarında becərildiyini və ixracda ilk yerlərdən birini tutduğunu nəzərə alaraq, sözügedən məsələlərə ciddi yanaşılması zəruridir”,-AQTA-nın məlumatında belə deyilirdi. Di gəl ki, bütün göstərişlər və təlimatlar media səhifələrində qalır, fermerlərin yerlərdəki fəaliyyətinə nəzarət edilmir, onlara bu ziyanvericiyə qarşı necə mübarizə aparılması yolları göstərilmirdi. Sözsüz ki, bunu AQTA yox, KTN həyata keçirməli idi. Nazirliyin başı isə kənddə turizm layihələrinə və ya pambıq kombaynlarının arxasına GPS taxmağa qarışmışdı. Nəticədə qeyri-neft sektorunun ən çox qazandıran sahəsi ixrac potensialını itirdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var - TƏFƏRRÜAT
Bu gün, 22:49 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi - FOTO
Bu gün, 22:18 |
|
|
|
• Sənubər İsgəndərli də dələduzların hədəfi olub - FOTO
Bu gün, 22:05 |
|
|
|
• Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı - KİV
Bu gün, 22:01 |
|
|
|
• Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb - onlardan biri...
Bu gün, 22:00 |
|
|
|
• İcra Hakimiyyəti 23 min manata yolka alır
Bu gün, 20:29 |
|
|
|
• Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Bu gün, 20:25 |
|
|
|
• Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Bu gün, 20:21 |
|
|
|
• “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Bu gün, 19:31 |
|
|
|
• Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 19:25 |
|
|
|
• "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Bu gün, 19:02 |
|
|
|
• Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Bu gün, 18:58 |
|
|
|
• Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Bu gün, 18:24 |
|
|
|
• ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Bu gün, 18:21 |
|
|
|
• Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Bu gün, 18:16 |
|
|
|
• Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Bu gün, 18:14 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Bu gün, 17:55 |
|
|
|
• Baydendən növbəti əfv qərarı
Bu gün, 17:51 |
|
|
|
• 4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 17:47 |
|
|
|
• “Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Bu gün, 17:45 |
|
|
|
• “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Bu gün, 17:38 |
|
|
|
• Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Bu gün, 17:35 |
|
|
|
• Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Bu gün, 17:26 |
|
|
|
• Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Bu gün, 17:19 |
|
|
|
• Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bu gün, 17:14 |
|
|
|
• Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Bu gün, 17:11 |
|
|
|
• Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Bu gün, 17:04 |
|
|
|
• Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Bu gün, 16:59 |
|
|
|
• Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Bu gün, 16:58 |
|
|
|
• Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Bu gün, 16:57 |
|
|
|
• Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47 |
|
|
|
• “Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39 |
|
|
|
• Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34 |
|
|
|
• Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28 |
|
|
|
• Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25 |
|
|
|
• Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21 |
|
|
|
• "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19 |
|
|
|
• Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14 |
|
|
|
• Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00 |
|
|
|
• Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57 |
|
|
|
• Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55 |
|
|
|
• Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39 |
|
|
|
• Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37 |
|
|
|
• İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36 |
|
|
|
• Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32 |
|
|
|
|