"Qala Sığorta" işi dövlətin boynuna yıxmaq istəyir? - Çəkişmə...
Tarix: 24-11-2020, 12:48 |
Çap et
Keçən günlərdə xəbər verdik ki, Gəncə şəhər sakini, Əli Nəzmi küçəsi ev 20-də yaşayan Namiqə Vilayət qızı Hüseynovanın verdiyi məlumata görə, oktyabrın 4 – də ermənilərin atdığı “Smerç” tipli raket onun yaşadığı mənzili dağıdıb.
DİA.AZ bildirir ki, sözügüdən ev İpoteka krediti ilə alınıb və “QALA” sığorta şirkətində sığortalanıb. Namiqə Hüseynova sığorta ödənişi ilə bağlı həmin şirkətə müraciət edib. Şirkətdən ona bildiriblər ki, belə bir hal sığorta müqaviləsində qeyd edilməyib və sığorta ödənişi edilməyəcək. Ancaq ev sahibi müqavilədə göstərilən bir bəndi onların nəzərinə çatdırıb. Bənddə göstərilir ki, “istənilən hər hansı bir əşya evə düşərsə, həmin hadisəyə görə sığorta pulu ödənilməlidir”.
Sığorta şirkəti isə bu hala görə sığorta pulunu ödəməkdən imtina edir.
Namiqə Hüseynova bununla bağlı, dövlət başçısına da rəsmi olaraq müraciət edib.
Görünəni odur ki, “QALA” sığorta şirkəti ermənilərin atdığı raketin vurduğu zərəri dövlət qurumlarının üzərinə atmaq istəyir. Düşünür ki, istənilən halda dövlət bu zərəri qarşılayacaq. Çünki ilk başdan dövlət rəhbərliyi də dəymiş zərərin ödəniləcəyi, evləri dağılanlara ondan da yaxşı evin tikiləcəyini bəyan edib.
Amma bu halın özü belə “QALA” sığorta şirkətini hazrıki məsuliyyətindən azad etmir.
Mövzu diqqətimizdədir. Qarşı tərəfi də diaaz.space olaraq dinləməyə hazırıq...