"Biz biri-birimizin yanında olanda güclüyük, qarşı duranda isə bizi məğlub edirlər" - Xalq artisti
Tarix: 1-10-2020, 15:43 | Çap et
“Sevinirik ki, Azərbaycan ordusu əks-hücuma keçib. 30 ilə yaxındır işğalda olan torpaqlarımızda təmizlənmə, anti-terror əməliyyatı aparılır. Bu, Azərbaycanın beynəlxalq hüquqa söykənən haqqıdır. Biz özgənin torpağında vuruşmuruq. Öz ərazimizdə terror qruplaşmalarına, Ermənistanın işğalçı hərbi birləşmələrinə qarşı mübarizə aparırıq. Xalqımız 30 ildir gözləyir. Birləşmiş Millətlər Təşkilatından tutmuş, ATƏT-in Minsk Qrupuna qədər hamısı Azərbaycan xalqına qarşı ədalətsiz, riyakar siyasət aparırdılar. Xalqın da, dövlətin də səbri bir yerə qədərdir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında tanınmış aktyor, Xalq artisti Nurəddin Mehdixanlı söyləyib. O, düşmənin daim təxribat törətməyə çalışdığını vurğulayıb:
“2016-cı ilin aprelində Tovuz istiqamətində də təxribata əl atdılar. Ermənistanın baş naziri dedi ki, Qarabağ Ermənistan deməkdir. Parlamentimizi ora yerləşdirəcəyik, Şuşanı paytaxt edəcəyik. Bundan əlavə, qondarma andiçmə mərasimləri keçirdilər. Paşinyanın arvadı əvvəlcə sülh mələyi kimi görünüb, sonra əlinə silah götürüb Azərbaycana qarşı tuşladı. Bütün bunlar dünyanın gözü qabağında baş verirdi. Azərbaycan nə qədər dözməli idi?! Nəhayət, dövlət başçısı əks-hücum əməliyyatı barədə əmr verdi. Bu gün ordumuz ona verilən əmri yerinə yetirir. Kimsəyə borcumuz, yaxud da hesab vermək kimi bir niyyətimiz yoxdur.
Çünki heç bir dövlət öz ərazisinin illər boyu işğal altında qalmasını qəbul etməz. 20 faiz torpağımız işğal altındadır. Bir milyon məcburi köçkün var. Həmin ərazilərin yeraltı və yerüstü sərvətləri talanır. Məktəblərimiz, məscidlərimiz uçurulub, dədə-baba qəbiristanlıqlarımız dağıdılıb. Buna nə qədər dözmək olar?!
Ancaq bir həqiqət var ki, güc göstərməsən səninlə hesablaşmırlar. Böyük mədəniyyət, dözümlülük məsələni sülhlə həll etmək bir nəticə vermədi. Ona görə Makedoniyalı İsgəndər kimi bu düyünü qılıncla doğramalıydıq.
Ali Baş Komandan qılıncı çəkdi və o düyünü doğradı. Vəssalam! Bizə bu problemin hərb yolu ilə həllinin olmadığını söyləyirdilər. Biz də illərdir dözürdük. İndi göstəririk ki, məsələnin yalnız bir həll yolu var. O da hərbdir, gücdür”.
Nürəddin bəy indi Azərbaycanda böyük ruh yüksəkliyinin olduğunu da bildirib:
“Hamı biri-birini təbrik edir. Şəhərdə evlərdə, binalarda, şəxsi və ictimai nəqliyyat vasitələrində Azərbaycan bayrağı dalğalanır. İnsanlar xoşbəxtdir. İllərdir təbəssümə, sevincə həsrət qalmışdıq. Vətəndaşlar başıaşağı gəzirdi, fikirli, dərdli görünürdü. Soruşurdun necəsən? Cavab verirdilər ki, heç nə, yaxşıyam. Amma indi üzlərində işıq var, xoşbəxtdilər. Bu xoşbəxtliyi xalqa bağrından qopub, onun uğrunda savaşan, qanını tökən ordusu verdi”.
Aktyor Azərbaycan xalqının hazırda göstərdiyi həmrəylik məqamına da toxunub: “Bu məsələdə iqtidar, müxalifət və bütün ayrılıqlar aradan götürülüb. Əlli siyasi partiya bəyanat verdi ki, biz Ali Baş Komandanın yanındayıq, əmrini gözləyirik. Azərbaycanda hər kəsin bir arzusu var: Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş ərazilər azad edilsin.
Ali Baş Komandan son məlumatı versin ki, bütün torpaqlarımız işğaldan azad olundu. Hamı o xəbəri gözləyir. İnanıram ki, olacaq. Onu da deyim ki, bu günlərdə gözlədiklərimizdən dəstək gəlmədi. Amma gözləmədiklərimizdən dəstək gəldi. Təbii ki, Türkiyə qardaşımızdır, canımızdır. Pakistan da həmçinin.
Məsələn, 24 saat Türkiyə televiziyaları verilişlərini bu məsələyə həsr edirlər. Türkiyənin bütün şəhərlərində insanlar ayaqdadır. Cənab Prezidentə müraciət edirlər ki, icazə verin, gələk savaşaq. Amma indi Azərbaycan ordusu kifayət qədər güclüdür. Öz problemini həll etməyə qadirdir. Bizim sadəcə mənəvi dəstəyə ehtiyacımız var.
Sağ olsun qardaşlarımız da o dəstəyi göstərirlər. Ermənistanın arxasında kimlərin olduğu da açıq şəkildə ortalıqdadır. Azərbaycan xalqı bunu unutmayacaq! Son bir ildə Azərbaycanın içərisində milli etnik zəmində, dini müstəvidə qarşıdurma yaratmağa çalışdılar.
Min cür oyunla təxribat törətməyə can atdılar. Çünki Azərbaycanın birliyi düşmənlərimizi qorxudur. Bu gün o birliyin hesabına Azərbaycan qalib gəlir. Biz biri-birimizin yanında olanda güclüyük, qarşı duranda isə bizi məğlub edirlər.
Tarixdən gələn həqiqətdir! Ona görə birliyimizi qorumağı arzu edirəm. Qarabağ Azərbaycanındır. Bu xalq tarixinə sahib çıxır. Dostlarımız, qardaşlarımız sağ olsun. Allah əsgərimizi qorusun. Savaşdır, itkilərimiz də var.
Heç istəməzdik ki, itki olsun. Amma biz vətənə ana deyirik. Ananın namusunu, şərəfini oğul qorumalıdır. İndi o hadisə baş verir. Çox istəyirik ki, əsgərimizin başından bir tük əskik olmasın. Amma torpaq o zaman vətən olur ki, ora sənin qanın axır. Allah ordumuzu müzəffər edər. Sizlərlə bərabər qələbə xəbərini eşidəcəyik”. Paylaş
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43 |
|
|
|
• "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41 |
|
|
|
• "İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34 |
|
|
|
• İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32 |
|
|
|
• Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30 |
|
|
|
• Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26 |
|
|
|
• Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19 |
|
|
|
• Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
|