Təzyiqlərin heç bir nəticəsi olmayacaq .....                     Paşinyan niyə keçmişə qayıdır? .....                     “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? .....                     Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı .....                     Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: .....                     Bakıda yumurtanın qiyməti artıb? .....                     Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA .....                     “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” .....                     "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" .....                     "Düzgün qərar kimi dəyərləndirmək olar" .....                     Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək .....                     Nazirlik bu işə görə Harvard Universitetinə .....                     Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib .....                     Təyyarə yerə 100 metr qalmış… .....                     Belarus Prezidenti 20 nəfəri əfv edib .....                     Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? .....                     Paşinyan-Lukaşenko “savaşı” dərinləşir .....                     Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı .....                     Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ .....                     “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” .....                     Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək .....                     İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil .....                     "Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." .....                     Həlak olan pilot millimizin üzvünün atası imiş .....                     Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı .....                     BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? .....                     “Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq .....                     İşğalçının qarşısında geri addım? .....                     Robert Köçəryan tərəfdarlarını topladı .....                     Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər .....                     Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... .....                     “Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir .....                     Proses pozulur: Ermənistan bundan imtina etdi .....                     Moskvadan Bakı və İrəvana “sürpriz” təklif .....                     326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! .....                     Kazan hava limanı fəaliyyətini dayandırıb .....                     Azərbaycanın sülh şərti yerinə yetirilir .....                     Paşinyan Lukaşenkoya ictimai sillə vurdu .....                     Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir .....                     Paşinyanın “xəstə” siyasəti .....                 

“Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin bizə 16 milyon borcu var idi" - Təqsirləndirilən şəxs
Tarix: 7-12-2016, 14:47 | Çap et
“Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin bizə 16 milyon borcu var idi"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən "Optik Rabitə Tikinti Quraşdırma" MMC-nin baş mühasibi olmuş Səhrab Hümbətov ifadə verib. O bildirib ki, ayda 400 manat maaş alıb və ittihamda yazılan 32400 manatı mənimsəməyib: "Qızım xəstədir. Onun müalicəsi üçün pul lazım olanda Namazalı müəllimə müraciət edirdim".

Vəkillərin suallarını cavablandıran S. Hümbətov deyib ki, 6 milyon 900 min manatı mənimsəməyə cəhd etməyib və nədə ittiham olunduğunu bilmir: "Mən həbs olunanda Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin bizə 16 milyon borcu var idi".

O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Namazalı Məmmədov isə S. Hümbətovun qızının müalicəsi üçün pulu xeyriyyəçilik məqsədi ilə öz hesabından verdiyini deyib.

Təqsirləndirilən "Rabitə Mülki Tikinti" MMC-nin müdiri olmuş Emin Məmmədov ifadə verərk, bildirib ki, ittiham əsassızdır: "Əlavə xərclər hesablanmayıb, əmsallar düzgün yazılmayıb. Həbs edəndə də ədaləti gözləmək lazımdır. Mən cızıqdan kənara çıxmamışam. Hamı necə işləyib, biz də elə işləmişik".

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Bu gün, 14:02
Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Bu gün, 14:00
“Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Bu gün, 12:05
Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Bu gün, 12:03
Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Bu gün, 12:01
Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Bu gün, 11:59
Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Bu gün, 11:57
“Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:56
"Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:41
"Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Bu gün, 11:39
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Bu gün, 11:38
Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Bu gün, 11:32
Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Bu gün, 11:29
Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Bu gün, 11:27
Belarus Prezidenti 20 nəfəri əfv edib
Bu gün, 11:24
Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Bu gün, 11:21
Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Bu gün, 11:18
Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Bu gün, 11:15
Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Bu gün, 11:02
“Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Bu gün, 10:56
İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Bu gün, 10:54
"Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." - Tanınmış ekspertdən ilginc açıqlamalar
Bu gün, 10:52
Həlak olan pilot millimizin üzvünün atası imiş - FOTO
Bu gün, 10:44
Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı - VİDEO
Bu gün, 10:42
BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? - Əgər sükut davam edərsə...
Bu gün, 10:36
“Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq - Natiq Cəfərli
Bu gün, 10:31
İşğalçının qarşısında geri addım? - NƏ BAŞ VERİR?
Bu gün, 10:28
Robert Köçəryan tərəfdarlarını topladı - KİV
Bu gün, 10:17
Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər - Fransa portalı
Bu gün, 10:12
Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... - Burada 8 mindən çox insan yaşayır...
Bu gün, 10:02
“Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Bu gün, 09:52
Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
Bu gün, 09:48
Moskvadan Bakı və İrəvana “sürpriz” təklif - NƏ BAŞ VERİR?
Bu gün, 09:46
326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! - TƏFƏRRÜAT
Bu gün, 09:45
Kazan hava limanı fəaliyyətini dayandırıb - KİV
Bu gün, 09:41
Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 09:40
Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Bu gün, 09:38
Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bu gün, 09:37
Paşinyanın “xəstə” siyasəti - ŞƏRH
Bu gün, 09:35
`166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... - GİLEY
Bu gün, 09:32
Bura məktəbdir, `Biznes Center` deyil axı... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:27
Qaz limiti ilə BAĞLI ÇAĞIRIŞ: Ləğv edilir? - AKTUAL
Bu gün, 09:22
Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTO
Bu gün, 09:19
Bayram günlərində işə çağırılan və işləyən işçiləri bir sual maraqlandırır... - Ekspert danışır...
Bu gün, 09:12
Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir? - Əsaslandırma...
Bu gün, 09:08
Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ... - Bakıya Ankara qardaşlığı...
Bu gün, 09:07
AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqlayıb - DİQQƏT
Bu gün, 08:58
Regionda fırtınaqabağı səssizlik – Böyük müharibə başlayacaqmı?
Bu gün, 06:21
Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 04:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru