ABŞ və Qərb Qafqazın enerji marşrutlarını ələ keçirməyə çalışır: .....                     Əfqanıstan XİN başçısının müavini Azərbaycanın bu ölkədəki səfirini qəbul edib .....                     Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub .....                     AZAL-ın təyyarəsindən sağ çıxan sərnişin: .....                     Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib .....                     Rusiyanın təyyarə qəzası zamanı etdiyi ikinci böyük səhv .....                     Keçmiş rəis dünyasını dəyişib .....                     Fransaya casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib .....                     İlham Əliyev təyyarə qəzasına görə Rusiyadan kompensasiya tələb edib .....                     İndi Tokayev üzr istəməlidir ki, təyyarə onun ərazisinə düşüb? .....                     Əsədin adamları Suriyanın şimal-qərbində gizlənir .....                     Tramp və Mask Qrenlandiya və Kanadanı satın ala bilərlər .....                     Lavrov “hazırıq” dedi: Gözlənilən proses başlayır .....                     Azərbaycanda həbsdə olan “Oleq Bakinski”nin istintaqı başa çatdı .....                     Tiktoker Zəhra ev dustaqlığına buraxıldı .....                     Hər birimizi sarsıdan təyyarə qəzası ciddi surətdə araşdırılır .....                     Mən bir təyyarə qanadıyam... .....                     Təyyarə qəzasında xəsarət alan bələdçilər “Rəşadət” ordeni ilə təltif edilib .....                     Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adı verilib .....                     “Spark”ın rəhbəri dəyişdi .....                     Xırdalanda kişi özünü körpüdən atıb .....                     "Azərbaycan təyyarəsinin pilotları möcüzə göstərdi" .....                     “Təyyarənin içərisində insan qışqırığını eşitdik” .....                     İlham Əliyev ilə Vladimir Putin qəza ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər .....                     Təyyarə qəzası zamanı pilotlar və ekipaj üzvləri böyük qəhrəmanlıq göstəriblər .....                     Psixoloqlarla “Koqnitiv Davranış Terapiyası” mövzusunda təlim keçirilib .....                     Bakıda müalicəsi davam edən aviaqəza yaralılarının kimliyi məlum olub .....                     "HaberGlobal"da Rusiyanın təyyarəyə eniş icazəsi verməyənləri cəzalandırması istənilib .....                     Rusiyanın vurduğu təyyarələr: .....                     Trampdan gözləntilər: .....                     Təyyarənin ərazisinə enməsinə Rusiya niyə icazə verməyib? .....                     Cənubi Koreyada təyyarə qəzası ilə əlaqədar yeddi günlük matəm elan edilib .....                     “İmralı missiyası” iflasa uğradı .....                     Göygöl sakini “Global Mining” şirkətini İTTİHAM EDİR .....                     Cənubi Koreyada qəzaya uğramış təyyarənin qara qutuları tapılıb .....                     ABŞ-dan inanılmaz: .....                     SEPAH-ın Suriyadakı komandiri tutuldu .....                     Prezident başda olmaqla, bütün Azərbaycan xalqı bizi tək qoymadı .....                     Əvvəl 50 qəpik idi, indi 5 manat oldu .....                 

Eldar Mahmudovun oğlunun mesajları üzə çıxdı - İSTİNTAQ AKTINDAN
Tarix: 23-11-2016, 10:37 | Çap et
Eldar Mahmudovun oğlunun mesajları üzə çıxdı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin cinayət işləri üzrə məhkəmə prosesinin davam etdiyi bir zamanda adıkeçən adamların törətdiyi əməllər barədə hər gün yeni məlumatlar ortaya çıxır.

“Qafqazinfo” nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov və “AzİnTelekom” MMC-nin rəhbəri Cəlil Cəfərovun əlbir olaraq “Cartburg NC” şirkəti ilə güzəştli şərtlərlə müqavilə bağlanılmasına razılıq əldə etməklə külli miqdarda pul mənimsəməsi epizodu üzrə telefon yazışmalarını əldə edib.

“Cartburg NC” şirkəti sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki Ayaz Kərimovun olub. Telefon yazışmalarından görünür ki, A.Kərimov bu işdə sadəcə təşkilatçı olub, şirkət faktiki olaraq A. Mahmudovun nəzarətində olub. Belə ki, cinayət işi materiallarında A. Kərimov A. Mahmudova ayda 1 və ya 2 dəfə “SMS” yazaraq Rabitə Nazirliyi ilə “Cartburg NC” şirkəti arasında aparılan danışıqlar barədə hesabat verib və qarşı tərəfin müvafiq tapşırıqları əsasında növbəti addımlar atılıb.

“Azərcell” mobil operatorunun rəsmi məktubunda A. Mahmudovun istifadəsində olan telefon nömrəsinin sabiq nazir Eldar Mahmudovun adına rəsmiləşdirildiyi aydın olur. Sabiq nazirin adına olan nömrə ilə A. Kərimovun istifadəsində olan telefon nömrəsi arasında yazışmalara 10 dekabr 2012-ci ildən başlayıb. Mesajların əksəriyyəti rus və ingilis dillərində yazılıb.

Növbəti yazışmada sabiq deputat Çingiz Əsədullayevin də bu işin içində olduğu bəlli olur. 04 noyabr 2013-cü il tarixdə A.Kərimov sabiq nazirin oğluna “Qardaş, səndə viber proqramı var? Onunla danışmaq yaxşıdır. Boş olanda, məni yığ, müzakirə edək. Avadanlığın çatıdırlması 60 iş günüdür. Biz gərək məsələləri tez həll edək. Lazım olarsa, Çingizlə danışa və ona girov üçün sifariş edəcəyimin siyahısını verə bilərəm” deyə mesaj yazır. Mahmudov isə “Ok, yaxşı. mən də artıq layihəni hazırladım” cavabını göndərir.

Eldar Mahmudovun oğlunun mesajları üzə çıxdı

31 avqust 2013-cü ildə A.Kərimov A.Mahmudova “Qardaş salam təcili görüşmək lazımdır. Təzə xəbərlər var”, noyabrın 1-də “Təbriklər müqavilə imzalandı”, 18 noyabrda “Qardaş salam. Başa düşürəm ki, məşğulsan, lakin mən bu gün mütləq bilməliyəm ki, avadanlığı hansı şirkətə göndərim. Əgər bu Caspian Cristal olacaqsa, o zaman mənə əlaqəli şəxsi bildir və mən özüm onunla danışaram. Ya da mən öz şirkətimin adına gətirə bilərəm, onda sadəcə aeroportda gömrükdə razılıq olmalıdır”, 06 dekabrda “Qardaş təbrik edirəm. Avadanlığı quraşdırdılar və işə saldılar. Allah xeyir-bərəkət versin” məzmunlu mesajlar yazıb.

Bu işlərin texniki tərəfi həll olduqdan sonra tərəflər artıq rabitə naziri Əli Abbasovla danışıqlara başlayıblar. A. Mahmudov 2 aydan sonra, 27 fevral 2014-cü il Ayaz Kərimova məktub yazaraq Əli Abbasovla görüş təşkil etdiyini bildirib: “Salam, Ayaz. Bizim rəhbərlər bu gün danışiblar. Sabah mən MCIT-də (Ministry of Communication and İnformation Technology (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi – red.) görüş təşkil edirəm, Əli Abbasovla görüşək bu məsələni sonlandıraq”.

Bundan sonra isə A.Kərimova nazir oğluna məktub yazaraq “SMS layihə” ilə bağlı hansı işlər görüldüyünü, hansıların görülməsi vacib olduğunu qeyd edərək onu tələsməyə çağırır. A.Kərimov A.Mahmudova aprelin 29-da “Salam qardaş. SMS-lə bağlı danışa bilmədin? Türklər bizi gözləyir”, iyunun 11 –də “Salam, qardaş. Bu gün Əli Abbasovun yanında oldum. O hər şeydən məmnundur”, 23 sentyabrda “qardaş, nazirliklə həll etmək lazımdır. Sonra problemlər olacaq”, 24 sentyabrda “Yoldaş Mahmudov”, 25 sentyabrda “Anar indi tikintiyə başlamasaq, onda avqustda onları işə salmaq mümkün olmayacaq və ən yaxşı məhsul ili itir. Bir də mənim Moskvalı dostumun yanında yaxşı düşmür” məzmunlu mesajlar yazıb.

Eldar Mahmudovun oğlunun mesajları üzə çıxdı

Növbəti ayların yazışmalarından Ayaz Kərimovun sabiq nazir Eldar Mahmudova ad günü hədiyyə aldığı bəlli olur. Noyabrın 27-də Anar Mahmudova “Salam qardaş. Necəsən? Mən Almaniyada müalicədəyəm və Bakıya yalnız sabah gələcəyəm. Mən papanın ad gününə kiçik hədiyyə hazırlamışam. Onu hara gətirim?” yazaraq soruşur. A.Mahmudov elə həmin gün də “Salam. Hər şey yaxşıdır. Müalicə necə gedir. Payın artıq olsun, bizim ofisə verə bilərsən” deyə cavab verir.

Hədiyyə isə A.Mahmudovun ofisində yaxın adamı olan Orxan adlı şəxsi verilir: “Hər şey qaydasındadır, qardaş. Müalicə etdilər. Onda sabah səhər Elmar Orxanla əlaqə saxlayar və verər. Papanı mənim və Nananın adından təbrik et. Biz onu cox dəyərləndirir və sevirik” mesajından sonra ad günü mövzusunda hər hansı yazışma aparılmayıb.

Növbəti ilin ilk ayında Ayaz Kərimov keçmiş nazir Əli Abbasovla görüşərək məsələni həll edir. 11 yanvarda Anar Mahmudova “Qardaş, salam. Mən Əli Abbasovla turla əlaqədar danışdım. Hər şey yaxşıdır. Mənə əlaqə saxlamaq üçün adam ver” məzmunlu mesaj yazıb, ortağı isə ona Adil adlı şəxslə əlaqə saxlaması göstərişini verib.

Eldar Mahmudovun oğlunun mesajları üzə çıxdı

2015-ci ilin may ayında isə artıq tərəflərin Əli Abbasovla görüşərək onu sərəncam verilməsinə razı saldıqları aydın olur: Mayın 6-da “Salam qardaş. Əli Abbasovla görüşdüm. Sərəncamla bağlı Hüseyn danışdı və ayın 14-nə görüş təyin edib. Hər şey yaxşıdır”.

Qeyd edək ki, bu epizod üzrə A. Mahmudovun hər hansı formada cinayət işinə cəlb edilib-edilmədiyi bəlli olmasa da, A. Kərimov barəsində həbs qətimkan tədbiri seçilib. O, ölkədən qaçdığı üçün barəsində axtarış elan edilib.

A. Kərimovun 2013-cü ilin oktyabr-dekabr aylarında sabiq nazir Əli Abbasovla 3 dəfə telefonla danışdığı müəyyən olunub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ və Qərb Qafqazın enerji marşrutlarını ələ keçirməyə çalışır: - Rusiya isə Gürcüstana qoşun yeritmək bəhanəsi axtarır
Bu gün, 21:03
Əfqanıstan XİN başçısının müavini Azərbaycanın bu ölkədəki səfirini qəbul edib - FOTO
Bu gün, 20:58
Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub
Bu gün, 20:56
AZAL-ın təyyarəsindən sağ çıxan sərnişin: - Nələr danışdı?
Bu gün, 20:04
Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib - Bizim də onlara təşəkkür borcumuz var...
Bu gün, 20:01
Rusiyanın təyyarə qəzası zamanı etdiyi ikinci böyük səhv - AKTUAL
Bu gün, 19:27
Keçmiş rəis dünyasını dəyişib
Bu gün, 19:24
Fransaya casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 19:21
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib - BUNDAN SONRA...
Bu gün, 19:20
İlham Əliyev təyyarə qəzasına görə Rusiyadan kompensasiya tələb edib - Rusiya KİV
Bu gün, 19:17
İndi Tokayev üzr istəməlidir ki, təyyarə onun ərazisinə düşüb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Əsədin adamları Suriyanın şimal-qərbində gizlənir - Yeni hakimiyyətə müqavimət göstərirlər
Bu gün, 18:04
Tramp və Mask Qrenlandiya və Kanadanı satın ala bilərlər - Medvedev
Bu gün, 18:00
Lavrov “hazırıq” dedi: Gözlənilən proses başlayır – İki tələb var
Bu gün, 17:57
Azərbaycanda həbsdə olan “Oleq Bakinski”nin istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 17:55
Tiktoker Zəhra ev dustaqlığına buraxıldı
Bu gün, 17:53
Hər birimizi sarsıdan təyyarə qəzası ciddi surətdə araşdırılır - ŞƏRH
Bu gün, 17:48
Mən bir təyyarə qanadıyam... - Aktau limanında...
Bu gün, 17:46
Təyyarə qəzasında xəsarət alan bələdçilər “Rəşadət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 17:43
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adı verilib - SƏRƏNCAM
Bu gün, 17:41
“Spark”ın rəhbəri dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:22
Xırdalanda kişi özünü körpüdən atıb
Bu gün, 17:16
"Azərbaycan təyyarəsinin pilotları möcüzə göstərdi" - "Bild"in şərhi
Bu gün, 17:05
“Təyyarənin içərisində insan qışqırığını eşitdik” - Azərbaycanlıları xilas edən polis
Bu gün, 16:57
İlham Əliyev ilə Vladimir Putin qəza ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər - TELEFON ZƏNGİ
Bu gün, 16:52
Təyyarə qəzası zamanı pilotlar və ekipaj üzvləri böyük qəhrəmanlıq göstəriblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:49
Psixoloqlarla “Koqnitiv Davranış Terapiyası” mövzusunda təlim keçirilib
Bu gün, 16:47
Bakıda müalicəsi davam edən aviaqəza yaralılarının kimliyi məlum olub - SİYAHI
Bu gün, 16:46
"HaberGlobal"da Rusiyanın təyyarəyə eniş icazəsi verməyənləri cəzalandırması istənilib - VİDEO
Bu gün, 16:44
Rusiyanın vurduğu təyyarələr: - Prezidentdən tutmuş sıravi insanlaradak..
Bu gün, 16:20
Trampdan gözləntilər: - Hansı sürpizlər olacaq?
Bu gün, 16:19
Təyyarənin ərazisinə enməsinə Rusiya niyə icazə verməyib? - ŞƏRH
Bu gün, 16:17
Cənubi Koreyada təyyarə qəzası ilə əlaqədar yeddi günlük matəm elan edilib
Bu gün, 16:05
“İmralı missiyası” iflasa uğradı – Öcalanla görüşdə PKK lideri nə açıqlayıb?
Bu gün, 16:05
Göygöl sakini “Global Mining” şirkətini İTTİHAM EDİR - "Aliment ödəyirəm..."
Bu gün, 16:01
Cənubi Koreyada qəzaya uğramış təyyarənin qara qutuları tapılıb
Bu gün, 16:00
ABŞ-dan inanılmaz: - Zurabişvilini “tanımağa” hazırlaşır
Bu gün, 15:59
SEPAH-ın Suriyadakı komandiri tutuldu - "MOUZE"
Bu gün, 15:54
Prezident başda olmaqla, bütün Azərbaycan xalqı bizi tək qoymadı - Hökümə Əliyevanın qardaşı
Bu gün, 15:52
Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - AÇIQLAMA
Bu gün, 15:51
"Mən çarəsiz, övladı ruhi xəstə, ailə vəziyyəti dözülməz bir vəziyyətdə yaşayan Azərbaycan vətəndaşıyam..." - MÜRACİƏT
Bu gün, 15:44
Bakı ilə Qroznı arasında HAVA ƏLAQƏSİ BƏRPA OLUNMAYACAQ - "Çox güman ki, yox..."
Bu gün, 15:41
Azərbaycan Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin qəzanı araşdırmasından imtina edib - "Ona görə biz..."
Bu gün, 15:32
Qəzanı quşlarla və ya qaz balonunun partlaması kimi qələmə vermək ağılsızlıq və vicdansızlıqdır - Prezident
Bu gün, 15:30
İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik - İlham Əliyev təyyarə qəzası barədə
Bu gün, 15:27
Prezident Qazaxıstana təşəkkür edib: - Əsl dostluq, qardaşlıq belə olar
Bu gün, 15:26
Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı sual kimi qalan məsələləri sadalayıb
Bu gün, 15:15
"Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq" - dövlət başçısı
Bu gün, 15:10
"Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir" - İlham Əliyev
Bu gün, 15:09
"Yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi böyük dərəcədə zədələnib" - prezident İlham Əliyev
Bu gün, 15:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru