"Səhiyyə bizim əlimizdədir, çox ora-bura şikayət etsən..." - İTTİHAM VAR
Tarix: 7-09-2016, 11:09 | Çap et
Paytaxtın Y.V.Çəmənzəminli küçəsi 18 ünvanında yerləşən «Baku City Hospital» 13 ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddət ərzində adıçəkilən tibb müəssisəsinin adı bir sıra xoşagəlməz məqamlarda, qalmaqallarda hallanıb. Belə ki, Bayram Qorçuyevin direktoru olduğu hospitalda pasiyentlərdən yüksək məbləğdə ödəniş tələb olunsa da, bunun əvəzində onlara normal tibbi xidmətin göstərilmədiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada bildirilir ki, adıçəkilən tibb ocağında xəstələr o qədər mənasız və lazımsız analizlər, müayinələrdən keçirirlər ki, bu proseslərə az qala bir əməliyyatın pulu gedir. Əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, «Baku City Hospital»da baş tutan cərrahi əməliyyatların bir qismi arzuolunan nəticəni vermir: «Deyilənlərə görə, Bayram Qorçuyevin direktoru olduğu «Baku City Hospital»da əməliyyat zamanı həkim səhlənkarlığı və tibbi təchizatın yetməzliyindən ölüm halları da baş verib. Hələ bu, harasıdır. Onu da nəzərinizə çatdırım ki, hazırda bu tibb müəssisəsində ikili mühasibatlıq sistemi tətbiq olunur. Belə ki, 2 min manat və ondan yuxarı məbləğli əməliyyatlar, müayinələr daha aşağı qiymətə qeydiyyatdan keçirilir. Sözsüz ki, bunun da nəticəsində külli miqdarda vəsaitin vergidən yayındırılmasına yol verilir. Ümumiyyətlə, «Baku City Hospital» telekanallarda və radio verilişlərində mütəmadi olaraq reklam olunsa da, əhaliyə göstərilən xidmətin səviyyəsi reklam mətnində qeyd olunanlarla üst-üstə düşmür. Deyilənlərə görə, reklamlara inanaraq Bayram Qorçuyevin direktoru olduğu tibb müəssisəsinə müayinə olunmaq üçün müraciət edibən pasiyentlərin səhhətində xaricdən gəlmiş «mütəxəssis»lərin apardığı müayinədən sonra irəliləyiş əvəzinə geriləmə hiss olunur. Bu kimi hallar onu deməyə əsas verir ki, «Baku City Hospital»da pasiyentlərə normal xidmət göstərilməməklə yanaşı, hətta onlara kələk də gəlinir». Yeri gəlmişkən, 2014-cü ilin avqust ayının 6-da günorta saatlarında Bakı şəhəri Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 19 saylı binanın qarşısında qanlı cinayət hadisəsinin törədildiyini vurğulayan mənbənin sözlərinə görə, o zaman Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyevin rəhbərlik etdiyi peşəkar idmançılardan ibarət «qoçu» dəstəsi 1977-ci il təvəllüdlü Azər və 1986-cı il təvəllüdlü Aslan Cəfərov qardaşlarını, eləcə də, onların qonşusu 1970-ci il təvəllüdlü Telman Nuriyevi bıçaqlayıblar. Nəzərinizə çatdıraq ki, həmin hadisə baş verdiyi günə kimi «Baku City Hospital»da həkim-rentgenoloq işləmiş Aslan Cəfərovun dediklərindən belə məlum olur ki, davaya, daha doğrusu, döyülmələrinə baş həkimlə onun arasında yaranmış narazılıq səbəb olub: «2009-cu ildə Tibb Universitetini bitirmişəm. Əslən Şahbuz rayonunun Badamlı kəndindənik. Respublika Əlillərin Bərpa Mərkəzində işləyirəm. Bununla yanaşı, həm də «Baku City Hospital»da həkim işləmişəm. Hadisə baş verən gün klinikanın direktoru Bayram Qorçuyev məni vəzifə səlahiyyətimə aid olmayan bir işi görməyə məcbur etdi. Razılaşmadım və xahiş etdim ki, vəzifəmə aid olmayan işi məndən istəməsin. O da əvəzində məni nalayiq söyüşlərlə söydü. Elə həmin gün klinikanı birdəfəlik tərk etdim, işdən çıxdım. Evə gedəndən bir qədər sonra Bayram Qorçuyevin oğlu Cavidan zəng vurub mənə hədə-qorxu gəldi, İnqilab küçəsinə gəlməyimi tələb etdi, getmədim. Ona dedim ki, sənin atan məni təhqir edib, mən onu yox. Harada olduğumu soruşdu. Yaşadığım binanın qarşısında olduğumu dedim. Qardaşım Azər, qonşumuz Telman və mən həyətdəki “besedka”da oturmuşduq. Qəflətən Cavidan və yanında beş-altı nəfər idmançı bizə yaxınlaşdılar. Çatan kimi üçümüzü də döyüb yerə yıxdılar, əllərindəki bıçaqla bizi vurmağa başladılar. Hər üçümüz ağır bıçaq xəsarətləri aldıq, əməliyyat olunduq. Qardaşım Azərin vəziyyəti lap ağır idi, neçə gün reanimasiyada qaldı. Həkimlərin səyi nəticəsində onu həyata qaytarmaq mümkün oldu. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlandı». Aslan Cəfərovun sözlərinə görə, hadisədən sonra Bayram Qorçuyev, həyat yoldaşı, qohumları, o cümlədən Cavidanın qayınatası, 5 saylı xəstəxananın həkimi Surxay Hadiyev dəfələrlə onlara xahiş-minnətə gəliblər: «Onlar bağışlanma üçün gələndə qardaşım Azər hələ reanimasiyada idi. Dedim ki, bizi vuranlar gəlsinlər, siz niyə gəlirsiniz. Hüquq-mühafizə orqanlarının süründürməçilik etdiyini görüb yuxarı qurumlara şikayət etməyə başladıq. Bundan sonra yenidən təhdidlərə tuş gəldik. Bayram Qorçuyev “səhiyyə bizim əlimizdədir, çox ora-bura şikayət etsən, Cavidanın kəllə-beyin travması alması ilə bağlı tibbi rəy alacağıq ki, siz də onu vurmusunuz” dedi. Yəni bu qanlı cinayəti «Baku City Hospital»ın direktoru ört-basdır etdirir. Cavidanın yanında olanlardan biri kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov idi, digəri Sənan adlı şəxs idi. O biri iki nəfəri isə tanımıram. Onların adını nədənsə gizli saxlayırlar. Bu günə qədər heç biri həbs olunmayıb». Bu arada, Azər və Aslan Cəfərov qardaşlarını, həmçinin onların qonşusu Telman Nuriyevi bıçaqlayan, onlara ağır bədən xəsarətləri yetirən şəxsin – «Baku City Hospital»ın direktoru Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyevin qayınatası Surxay İsmayıl oğlu Hadıyevin bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru vəzifəsinə təyin olunduğunu qeyd edən mənbə bildirir ki, kürəkəninin əməllərinin ört-basdır edilməsində, onun məsuliyyətdən kənarda qalmasında Surxay Hadıyev qudasına yaxından köməklik göstərib: «Deyilənlərə görə, əslən Göyçay rayonundan olan Surxay Hadıyev kürəkəni Cavidan Qorçuyevin və dostlarının məsuliyyətdən kənarda qalmasında qudası, «Baku City Hospital»ın direktoru Bayram Qorçuyevə əlindən gələn yardımı göstərib. Əgər aidiyyəti qurumlar bu məsələni ciddi şəkildə araşdırsalar, o zaman bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S. Növbəti sayımızda qudaların – Bayram Qorçuyev və Surxay Hadıyevin nəzarətində olan «Baku City Hospital»ında yaşanan digər neqativ hallarla bağlı ətraflı məlumat verəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37 |
|
|
|
• Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34 |
|
|
|
• Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22 |
|
|
|
• “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08 |
|
|
|
• 4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04 |
|
|
|
• Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
• Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54 |
|
|
|
• Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50 |
|
|
|
• Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44 |
|
|
|
• Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39 |
|
|
|
• "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35 |
|
|
|
• Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32 |
|
|
|
• Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29 |
|
|
|
• Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27 |
|
|
|
• "Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24 |
|
|
|
• Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05 |
|
|
|
• Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02 |
|
|
|
• İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02 |
|
|
|
• AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58 |
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Dünən, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Dünən, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Dünən, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Dünən, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Dünən, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Dünən, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Dünən, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Dünən, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Dünən, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Dünən, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Dünən, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Dünən, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Dünən, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Dünən, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Dünən, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Dünən, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Dünən, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Dünən, 16:11 |
|
|
|
|