Heydər Əsədovla bağlı ilginc iddia - Nazir kimin təsir dairəsindədir?
Tarix: 10-08-2016, 11:12 | Çap et
Məlum olduğu kimi, bu günlərdə Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətində yol verilmiş nöqsanlarla əlaqədar geniş kollegiya iclası keçirilib.Kollegiya iclasında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Famil Nəsibovun yol verdiyi qanunsuzluqlar müzakirəyə çıxarılaraq müvafiq qərar qəbul edilib. İclasda çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov institutda kadrların seçilib yerləşdirilməsində yol verilən yanlışlıqları etiraf edərək bildirib ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda kadrların peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə və digər dövlət orqanlaraına çoxsaylı müraciətlər daxil olur. Bu səbəbdən institut rəhbərliyinin fəaliyyətinin kollegiya iclasında müzakirəsinə ehtiyac olduğunu bildirən nazir əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda, eləcə də elmi-tədqiqat institutlarında kadr seçimində yalnız yüksək peşəkarlıq, idarəetmə təcrübəsi əsas meyar kimi götürüləcək. Mövzu ilə bağlı Gundelik-Baku.com-u bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi direktor vəzifəsini müvəqqəti olaraq Famil Nəsibova həvalə etməklə ciddi yanlışlığa yol verib. İnstitut rəhbərliyi yuxarı qurumların diqqətsizliyindən və məsuliyyətsizliyindən sui-istifadə edərək elmi-tədqiqat institutunun işgüzar nüfuzuna ciddi zərər vuran hərəkətlərə yol verib. İnstitutun stuktur vahidləri arasında təkrarçılığın aradan qaldırılması, elmi-tədqiqatların aparılmasında çevik idarəetmə və nəzarət mexanizminin müasir tələblər səviyyəsində formalaşdırılması, həmçinin gənc və perspektivli kadrların işə cəlb edilməsi məqsədilə məyyən edilmiş fəaliyyət proqramı yerinə yetirilməmişdir. Belə ki, direktor vəzifəsini müvəqqəti icra edən F.Nəsibov ona göstərilən etimaddan sui-istifadə edərək ştatların sayının azaldılması səbəbindən ixtisara düşən işçilərin əmək müqavilələrinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini gözləməyib, kadrları seçərkən dostluq və qohumluq kimi subyektiv amillərə üstünlük verib, qeyri-ixtisasdan olan, habelə cəmiyyətdə mənfi imici ilə tanınan şəxsləri işə götürüb. Kollegiya iclasında məsələ ilə əlaqədar təəssüflə qeyd edilib ki, əvvəllər Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının qərarı ilə vəzifədən azad edilmiş Süleyman Abdullayev direktorun tələbə yoldaşı olduğuna görə Elmi-Tədqiqat İnstitutunun yardımçı təsərrüfatına müdir təyin edilib. Nazirlik səviyyəsində məsələyə yenidən baxılaraq onun tutduğu vəzifədən azad edilməsi qərar alınsa da, F.Nəsibov onu iribuynuzlu heyvanların genetikası və seleksiyası laboratoriyasının elmi işçi vəzifəsinə təyin edib. Bundan əlavə, müxtəlif dələduzluq əməllərinə görə dəfələrlə həbsdə olmuş Nizami Qəhrəmanov adlı şəxs Elmi-Tədqiqat İnstitutunun Yemləmə, yem istehsalı və məhsulların elmi texnologiyası laboratoriyasının müdiri vəzifəsinə yol tapa bilib. Nəticədə Nizami Qəhrəmanov əməllərini davam etdirərək ayrı-ayrı şəxsləri institutda və digər təşkilatlarda “işə düzəlmək” bəhanəsi ilə aldada bilib. Elmi-tədqiqat institutunda qeyri-əməli ab-havanın və biabırçı auranın formalaşmasında Heydər Əsədovun da ciddi məsuliyyət daşıdığını önə çəkməyə ehtyac var. Belə ki, kənd təsərrüfatı naziri əslində elmi-tədqiqat institunda hökm sürən korrupsiogen vəziyyətin vaxtında qiymətləndirilməsini təmin edə bilməmiş, əslində məsələ ilə bağlı tam məlumatsızlığını biruzə vermişdir. Bu isə nazirin imicinin xeyli ziyan çəkməsinə səbəb olmuşdur. Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası gec də olsa Famil Nəsibovun və onun "komandasının" fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib. Lakin, nədənsə, sözügedən qərarın Rəsul Balayevə sanki heç bir dəxli olmayıb. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən və digərlərinin qeyri-qanuni fəaliyyəti ilə bağlı toplanmış ilkin materialların hüquqi qiymət verilməsi üçün Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə göndərilməsi məqbul hesab edilib. Eyni zamanda, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə nəzarəti lazımi səviyyədə təmin etmədiyinə görə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayevə xəbərdarlıq edilib. Yeri gəlmişkən, Rəsul Balayev İsmayıllının icra başçısı Mirdamət Sadıqovun həyat yoldaşının qardaşıdır.Onun mümkün cəzadan qurtulmasının əsas səbəbi kimi də, elə Mirdamət Sadıqovla yaxın qohumluq əlaqələrinin rol oynadığına şübhə yoxdur.Bəzi məlumatlara görə, məsələ ilə bağlı Mirdamət Sadıqov dəfələrlə Heydər Əsədovla müzakirələr apararaq Rəsul Balayevi xilas etməyə çalışıb. Görünür, İsmayıllının icra başçısı bu istəyinə nail ola bilib. Kollegiya iclasında Nazirliyin Maliyyə və mühasibat uçotu şöbəsinə, hüquq, kadr və yerli orqanlarla iş şöbəsinə müvafiq tapşırıqlar verilib. Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda maliyyə, əmək və icra intizamına əməl olunmasının vəziyyətini də yerində araşdırıb kənd təsərrüfatı nazirinə məlumat verməlidir. Məlumat üçün bildirək ki, Rəsul Balayev 1956-cı ildə İsmayıllının Lahıc qəsəbəsində anadan olub. 1978-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitiriib. 1987-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Şurasında “Şəhərətrafı aqrar-sənaye kompleksinin istehsal strukturunun optimallaşdırılması” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi, 2001-ci ildə Bakı Dövlət Universitetinin İxtisaslaşdırılmış Şurasında “Urbanizasiya zonalarının ərzaq problemi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi alıb. Əmək fəaliyyətinə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (Azərbaycan Dövlət İqtisad Universitetində) başlayıb, burada müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb.Bəzi məlumatlara görə, Rəsul Balayevin alimlik statusu əldə etməsində Mirdamət Sadıqovun xüsusi rolu olub. Hətta iddialar da var ki, Rəsul Balyevin elmi işinin hazırlanması prosesində Mirdamət Sadıqov birbaşa əmək sərf edib.Rəsul Balayevin 2011-ci ildən YAP-a üzv qəbul edilməsinin də deyiilənə görə təşəbbüskarı məhz Mirdamət Sadıqov olub. Belə ki, Mirdamət müəllim Bakıya, mühüm nazir postlarından birinə transfer olunmasını asanlaşdırmaq naminə qaynınən yaxın gələcəkdə İsmayıllı rayonuna icra başçısı gətirilməsi məsələsinin də gündəmə gətirilməsinə çalışıb. Rəsul Balayevin Kənd Təsərrüfatı Nazirinin müşaviri vəzifəsində çalışması, onun sonradan Mirdamət Sadıqovun vasitəçiliyi ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin rəhbərliyinə gətirilməsi Heydər Əsədovu da qane edirmiş. Lakin, sonradan üzə çıxan problemlər göstərib ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda yaranmış vəziyyətə görə onun da məsuliyyəti az deyil.Bununla belə, instituta rəhbərliyin Rəsul Balayevə tapşırılması kənd təsərrüfatı nazirinin Mirdamət Sadıqovun təsiri altında qərar verdiyinə bir işarə ola bilər. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Bu gün, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Bu gün, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Bu gün, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Bu gün, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Bu gün, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Bu gün, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Bu gün, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Bu gün, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Bu gün, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Bu gün, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Bu gün, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Bu gün, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Bu gün, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Bu gün, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Bu gün, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Bu gün, 10:54 |
|
|
|
• "Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." - Tanınmış ekspertdən ilginc açıqlamalar
Bu gün, 10:52 |
|
|
|
• Həlak olan pilot millimizin üzvünün atası imiş - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? - Əgər sükut davam edərsə...
Bu gün, 10:36 |
|
|
|
• “Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq - Natiq Cəfərli
Bu gün, 10:31 |
|
|
|
• İşğalçının qarşısında geri addım? - NƏ BAŞ VERİR?
Bu gün, 10:28 |
|
|
|
• Robert Köçəryan tərəfdarlarını topladı - KİV
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər - Fransa portalı
Bu gün, 10:12 |
|
|
|
• Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... - Burada 8 mindən çox insan yaşayır...
Bu gün, 10:02 |
|
|
|
• “Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Bu gün, 09:52 |
|
|
|
• Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
Bu gün, 09:48 |
|
|
|
• Moskvadan Bakı və İrəvana “sürpriz” təklif - NƏ BAŞ VERİR?
Bu gün, 09:46 |
|
|
|
• 326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
• Kazan hava limanı fəaliyyətini dayandırıb - KİV
Bu gün, 09:41 |
|
|
|
• Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 09:40 |
|
|
|
• Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Bu gün, 09:38 |
|
|
|
• Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bu gün, 09:37 |
|
|
|
• Paşinyanın “xəstə” siyasəti - ŞƏRH
Bu gün, 09:35 |
|
|
|
• `166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... - GİLEY
Bu gün, 09:32 |
|
|
|
• Bura məktəbdir, `Biznes Center` deyil axı... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:27 |
|
|
|
• Qaz limiti ilə BAĞLI ÇAĞIRIŞ: Ləğv edilir? - AKTUAL
Bu gün, 09:22 |
|
|
|
• Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTO
Bu gün, 09:19 |
|
|
|
• Bayram günlərində işə çağırılan və işləyən işçiləri bir sual maraqlandırır... - Ekspert danışır...
Bu gün, 09:12 |
|
|
|
• Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir? - Əsaslandırma...
Bu gün, 09:08 |
|
|
|
• Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ... - Bakıya Ankara qardaşlığı...
Bu gün, 09:07 |
|
|
|
• AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqlayıb - DİQQƏT
Bu gün, 08:58 |
|
|
|
• Regionda fırtınaqabağı səssizlik – Böyük müharibə başlayacaqmı?
Bu gün, 06:21 |
|
|
|
• Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 04:26 |
|
|
|
|