Bakıda kimsənin unutmayacağı dəbdəbəli toyu çaldırmışdı... - Amma vergidən yayınır...
Tarix: 22-07-2016, 11:21 | Çap et
Salyan rayonunun tanınmış iş adamı Hacı Qurban Abbasovun rəhbəri olduğu şirkətlərdə mövcud olan qanun pozuntuları, konkret olaraq vergidən yayındırılan vəsaitlər və rayonda sahibkarlığın inkişafına vurulan ağır zərbələrlə bağlı ölkə mətbuatında geniş yazılar dərc olunmuşdur.Həmin məqalələrdən xəbəri olmayan oxucularımız üçün xatırladaq ki, «XXI əsr», «CSM Nix», «Sevinc 96», «Nigar LTD», «Halal İnşaat MMC», «A+B OİL» Servis» şirkətlərinə rəhbərlik edən biznesmen «Şirvan OİL», «Qarasu OİL», «Qobustan OİL», «Salyan OİL LTD» və «Binəqədi OİL»la geniş əlaqələr quraraq külli miqdarda gəlir əldə edir.
«Biznesmen təkrar emal adı ilə hələ sovetlər dövründən bu quyularda qalan boruları çıxararaq satıb. Halbuki, həmin borular istismar müddətini başa vurduğuna görə, «Salyan OİL LTD»nin anbarlarına daşınmalı idi. Amma buna baxmayaraq, Qurban Abbasov boruları özünə məxsus texnikalara yığdıraraq satıb. Daşınmalar zamanı yazılan bir sənəddən dəfələrlə təkrar istifadə edilib. Belə əməliyyatların rahat həyata keçirilməsindən ötrü Hacı özünə yaxın olan Balakişi Bağırovu «Salyan OİL LTD»nin yataqların istismarı üzrə rəhbəri, onun qardaşını isə şirkətin boru anbarına müdir təyin edib. İş adamı yaxın adamlarını müxtəlif vəzifələrə yerləşdirərək qanunsuz işlərini daha rahat şəkildə həyata keçirir. Sahibkarın imza atdığı qanunsuz işlərin sayı-hesabı yoxdur. Lakin yerli hüquq-mühafizə orqanlarının rəhbərləri onun barəsində müvafiq tədbirlər görmür. İş adamı pulunun gücünə yaranan ən xırda problemi belə yoluna qoyur», deyə məqalədə qeyd olunurdu. İş adamının fəaliyyətində üzə çıxan neqativ hallar o qədər çoxdur ki, saymaqla bitmir. Bu gün sizə Hacı Qurban Abbasovun barəsində növbəti faktları açıqlamaq istəyirik. Etibarlı mənbədən aldığımız məlumatlara görə, Qurban Abbasov bir neçə il əvvəl Qarabağlı kəndi ərazisindən keçən 500 mm-lik dövlətə məxsus qaz boru xəttini kəsib-doğrayaraq satıb: «Bu işə öz kürəkəni, həmin dövrdə kəndin icra nümayəndəsi işləyən İlham Muradovu, bələdiyyə sədri Teyyub Məmmədovu və qaz sahə rəisi Kamil Məmmədovu də cəlb edib. Bu şəxslər törətdikləri cinayət hadisəsinə görə üç gün Salyan Rayon Polis Şöbəsində saxlanıldılar. Sonradan Qurban Abbasov hamıya məlum olan vasitələrə əl ataraq həmin adamların sərbəst qalmasına nail oldu. Qaz borularının oğurlanaraq satılmasında iş adamının birbaşa iştirakı var idi.
Cinayət Məcəlləsinin 31-ci maddəsinə, yəni iştirakçılığa görə cinayət məsuliyyəti nəzərdə tutulsa da, biznesmen pulunun hesabına imza atdığı bütün qanunsuz işlərin üstünü ört-basdır etməyi bacardı. İş adamı əhalinin istifadəsində olan 120 hektar örüş sahəsini qanunsuz şəkildə zəbt edib. Həmin ərazinin yaxınlığından keçən qaz boruları da oğurlanaraq satılıb.
Oğurlanan borular sahibkarın Qarabağlı kəndi ərazisində olan məntəqəsində saxlanılır və satılır. Hazırda onun burdakı anbarında on min metrlərlə boru var». Məlumatda Hacı Qurbanın Qarabağlı kəndində yaşayan insanların rahatlığını əlindən aldığı da qeyd edilir: «Belə ki, o, Qarabağlı bələdiyyəsinə məxsus 30 hektar örüş-otlaq sahəsində kiməyi məhsulların saxlanması üçün qanunsuz anbar tikdirib. Anbarın ətrafında yaşayan insanların həyatyanı sahələrinə qəsdən ziyan vurulur. Sahibkar bura yaxın yaşayan bəzi sakinlərin torpağını pul qarşılığında alıb. Yerini tərk etmək istəməyənlərə isə təzyiq göstərir və əmlaklarına ziyan vurmaqla onları sıxışdırır. Məsələn, Mustafayev Rauf Zabil oğlu Hacı Qurbanın tələbi ilə razılaşmadığı üçün şərlənərək üç ay müddətinə həbs edildi. Cinayət Məcəlləsinin 186-cı maddəsində yazılır ki, əmlakı qəsdən məhv etmə və ya zədələməyə görə cəza nəzərdə tutulur.
Buna baxmayaraq, bu günə kimi iş adamının haqqında heç bir hüquqi tədbir görülməyib. Abbasov həmçinin torpaq üzərində mülkiyyət hüququnu pozaraq Qarabağlı kəndinin şimal ərazisində 60 hektar, şərq ərazisində 30 hektar torpaq sahəsində qanunsuz kimyəvi məhsulların saxlanması anbarı tikdirib. Halbuki, anbarların tikildiyi torpaq sahələri əhalinin örüş yeri üçün nəzərdə tutulub. Təzəkənd kəndi ərazisində Kürün qırağında 150 hektar torpaq sahəsini zəbt edərək Kürün bənd daxilində qanunsuz olaraq kilometrlərlə bənd vurub.
Rayonun Qırxçıraq kəndində 120 hektar torpaq sahəsinin təyinatını qanunsuz olaraq dəyişib göllər düzəldib. Ki, bu da qonşuluqda yaşayan sakinlərə ziyanın dəyməsi ilə nəticələnib. Qurban Abbasov həm də qanuni sahibkarlıq fəaliyyətinə mane olmada ittiham edilə bilər. O, qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara son 10-15 il ərzində böyük problemlər yaradıb və bu gün də yaradır. Belə ki, onlarla qeyri-sağlam rəqabət aparır. «Şirvan OİL», «Qarasu OİL», «Salyan OİL LTD» «Qobustan OİL» və «Binəqədi OİL» şirkətlərinin vasitəsilə milyonlar qazanan iş adamı Qarabağlı kəndi ərazisində ticarət mərkəzi açıb və digər sahibkarların satdığı malların topdan satış qiymətindən də ucuz məhsullar satır. Məsələn, çörəyin qiyməti hər yerdə 30 qəpikdirsə, Hacı Qurbana məxsus ticarət mərkəzində 25 qəpiyə satılır. Beləcə, biznesmen sağlam rəqabət mühitinin yaranmasına mane olur. Ticarət mərkəzinin adını «Dərələyəz» qoymaqla Qarabağlı kəndinin sakinləri arasında ayrıseçkilik yaradıb». Mənbə deyir ki, Hacı Qurban Qarabağlı və Kərimbəyli bələdiyyələrinə təzyiq edərək xalqın istifadəsində olan ümumilikdə 300 hektar sahəni qeyri-qanuni olaraq ələ keçirib: «Pulu çox olduğundan ürəyi istəyən bütün qanunsuzluqlara imza atır. Biznesmen Cinayət Məcəlləsinin 199-cu, yəni inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma maddəsinin tələblərini pozaraq sahibkarların sərbəst fəaliyyətinə zəmin yaratmır. Hacının rəhbərlik etdiyi şirkətlərin illik maliyyə dövriyyəsi təxminən 50-60 milyon manat civarındadır. Amma onun şirkətlərində vergidən yayınma halları mövcuddur. Qurban Abbasovun biznes şəbəkəsinə şirkətlərindən savayı Qarabağlı kəndində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi, Salyan rayonunda beton zavodu, Salyan rayonunun mərkəzində bazar, Qarabağlı kəndində ticarət mərkəzi, çörək zavodu, Qaradağ rayonundakı yeni Gəmiqayırma Zavodunda beton zavodu, Lökbatanda Metal Konstruksiyalar Zavodu, Lənkəran rayonunda istirahət kompleksi, Biləsuvar rayonunda beton zavodu, Qırxçıraq kəndində balıq zavodu və fermer təsərrüfatı, rayonun 5-ci şöbə adlanan ərazisində 500 hektar torpaq sahəsində heyvandarlıq kompleksi, Qarabağlı kəndində 120 hektarlıq heyvandarlıq kompleksi, Qarabağlının şərqində 30 hektar heyvandarlıq təsərrüfatı və kimyəvi məhsulların dövriyyə etdiyi anbarlar, Qarabağlı kəndində 250-dən artıq texnikanın olduğu qaraj, həmin kəndin ərazisində 15 min kvm-lik «İlkin-N» firmasına məxsus bir neçə anbar və qaraj, Şirvan şəhərində «Qarasu» əməliyyat şirkətinin yanında qapı-pəncərə sexi və şirkətə xidmət göstərən qaraj daxildir. Beləliklə, bu müəssisələrdə il ərzində milyonlarla manat gəlir əldə edildiyi halda, dövlətə az miqdarda vergi ödənilir. Qurban Abbasov həmçinin işçilərinin sayını az göstərərək Dövlət Sosial Müdafiə Fonduna lazımi qədər vəsait keçirmir». Bu hələ salyanlı iş adamının səbəb olduğu qanun pozuntularını əks etdirən məlumatların cüzi hissəsi idi. Gələn saylarımızda onun «Atabank»ın Şirvan filialının direktoru Mahir Mikayılovla qohumluq əlaqələri, 5 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini işləyən dayısı oğlu Pənah Qurbanovla işbirliyi, Dubaydakı «offşor» şirkətləri və digər maraqlı məsələlərlə bağlı böyük yazı dərc edəcəyik. Bizi izləməyi unutmayın. Sonda vergilər naziri cənab Fazil Məmmədovdan, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevdən və Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevdən xahiş edirik ki, Qurban Abbasovun rəhbərliyi altında fəaliyyət göstərən bütün müəssisələrdə yoxlamaların aparılması üçün aidiyyəti şəxslərə öz tapşırıqlarını versinlər.
Yazı ilə bağlı qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq. Xalqxeber.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Bu gün, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Bu gün, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Bu gün, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Bu gün, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Bu gün, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Bu gün, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Bu gün, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Bu gün, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Bu gün, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Bu gün, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44 |
|
|
|
• Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42 |
|
|
|
• Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34 |
|
|
|
• "Təyyarə qəzasını quru sərhədlərlə əlaqələndirənlər avtomobil qəzalarını nə ilə əlaqələndirirlər?" - deputat
Bu gün, 12:27 |
|
|
|
|