Molla rejiminin antiAzərbaycan ruporu yenə də işə düşüb - Harda quyruğunu tapdadıq ki...
Tarix: 11-07-2016, 10:59 | Çap et
DİA.AZ: - Ermənistanla davamlı olaraq isti münasibətlərini inkişaf etdirən İran adlanan əraziədki fars-molla rejimi, sən demə, bunun fonunda MÜSƏLMAN ŞİƏ "qardaşı" hesab etdiyi Azərbaycandan alqış gözləyirmiş. Hər halda, rəsmi Tehranın ənənəvi antiAzərbaycan ruöoru hesab olunan Ərdəbilin imam-cüməsi Seyid Həsən Amilinin ölkəmizə qarşı yenidən hücuma keçməsini bir başqa cür yozmaq imkansızdır. Görünür, mollalar ermənilərlə oyunbazlıqlarına göz yumacağımızı zənn edirmişlər.
DİA.AZ olaraq Amilinin son xütbəsini təqdim edirik. Görün ki, bu sapı bizdən olan baltamız hansı istiqamətlərdə hədyanlarını ard-arda düzür: "Həzrət Ayətullah Amili bu həftə Ərdəbildə təşkil olunan cümə namazının xütbələrində Azərbaycan Respublikası Milli Məclisinin üç deputatının İran dövləti və xalqını aşağılaması, hamısından önəmli isə Ali Məqamlı Rəhbərə qarşı hörmətsizlik etməsinə toxunaraq bildirib ki, bu deputatlar özlərinin layiq olduqlarını İran barədə səsləndiriblər. Onların danışıqlarının hamısı söyüş və təhqiredici sözlər idi. Çox təəssüf ki, ölkəmizin rəsmi aparatları tərəfindən bu mövzuya münasib cavab verilmədi. Onlardan soruşmalıyıq ki, İran Azərbaycana hansı xidməti etməyib? Dünyada İran qədər Azərbaycana xidmət edən bir ölkə varmı? Biz sizə hansı xidməti etməliydik ki, onu etməmişik? Biz torpağımızın bir hissəsi sizin ixtiyarınızda qoymuşuq və oradan Naxçıvana gəlib-gedirsiniz. Əgər bu ərazi sizin ixtiyarınızda qoyulmasa, sizin Naxçıvanla əlaqəniz tamamilə kəsilər. Əyalətin Ali Mədəniyyət Şurasının sədri xütbəsinin davamında deyib: “Biz bilirik ki, onların problemi nədir və nə üçün həmişə İran və Ermənistan arasında olan adi münasibətdən sui-istifadə edir, onu şişirdir və Ermənistanla əlaqəni kəsməyi istəyirlər. Bu iş baş tutmursa deməli, İran Qarabağın işğal olmasına səbəb olub. Gələn həftələrdəki xütbələrimdə Qarabağ müharibəsi və bu müharibədə baş verən xəyanətlər barədə geniş söz açacağam. Həmçinin, Qarabağ müharibəsinin başlanğıcından indiyə qədər İran İslam Respublikasının Azərbaycan Respublikasına köməkləri haqqında izah verəcəyəm ki, qoy hər iki ölkənin xalqı xəyanətkarları tanısın və bilsin ki, onlar Azərbayacan və İran xalqları haqqında hansı xəyanət və cinayətlərə mürtəkib olublar”. Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi daha sonra deyib: Biz bu tirbuna arxasından o azəri deputatlara tövsiyə edirik ki, əgər sizin eviniz şüşədəndirsə, başqasına daş atmayın. Onlar çox yaxşı bilirlər ki, müharibədə erməniləri silahla təmin edən Rusiya idi və indi də odur. Ermənilərin maliyyə dəstəyini də böyük şeytan erməni lobbiləri vasitəsilə təmin edir. Ağ Ev indiyə kimi Ermənistana 2 milyard dollar, qondarma Qarabağ Respublikasına isə 200 milyon dollar həcmində maddi yardım göndərmişdir. Qondarma Qarabağ Respublikasını rəsmi tanıyan ölkə təkcə Amerikadır və onun vətəndaşları üçün viza açır. Amerika bu hərəkəti ilə sizin suverenliyinizi və ərazi bütövlüyünüzü qəbul etmədiyini göstərir. ABŞ-ın xarici işlər naziri Bakıya səfərində sizin ərazi bütövlüyünüz haqqında heç nə danışmadı. Bəs nə üçün bu işin qarşısında sükut etmisiniz və heç nə demirsiniz? ABŞ-ın Azərbaycandakı səfirindən “nə üçün qondarma Qarabağ Respublikasına yardım edirsiniz?”-deyə, soruşduqda o, cavabında ermənilərə kömək etməyi humanitar və insansevərlik adlandıraraq dedi: “Konqresin qəbul etdiyi qərarlar haqqında izah vermək bizim borcumuz deyil”. Səfirbununla da Azərbaycan xalqının vəhşicəsinə qətliam edilməsi məsələsindən asanlıqla ötüb keçdi. Azərbaycan xalqı bilməlidir ki, Qarabağ müharibəsi boyunca Türkiyə Erməistanı taxıl və azuqə ilə təmin edirdi. Siz İrəvan bazarına səfər etsəniz, onda görəcəksiniz ki, bazarın mallarının çoxu Türkiyənindir. Türkiyənin səfirindən soruşdular: “Siz Ermənistanla heç bir münasibətinizin olmadığını deyirsiniz. Əgər belədirsə, bəs nə üçün İrəvanın bazarları türk malları ilə doludur?” Səfir bu sualın cavabında dedi: “Siyasət ticarətdən ayrıdır və biz siyasətə görə öz maddi maraqlarımızı təhlükəyə atmırıq. Ona görə də Ermənistanın bu barədə bütün ehtiyaclarını təmin etməyə hazırıq”. Biz Azərbaycanın bu deputatlarından soruşuruq ki, Qarabağ müharibəsi zamanı və Elçibəyin dövründə Türkiyə Ermənistanı taxılla təmin edəndə siz harada idiniz? Kəlbəcər mühasirəyə düşdükdə Türkiyəyə nə qədər yalvardınız ki, çarəsiz camaatı mühasirədən çıxarmaq üçün sizə helikopter versin.Amma Türkiyə sizə heç bir əhəmiyyət vermədi. İndi Türkiyə və sionist rejimindən muzd alanlar ardıcıl olaraq İran əleyhinə hücuma keçir və hər gün İran İslam Respublikası əleyhinə ittiham yağdırır, əsassız sözlər danışırlar. Pərdə arxasında elə məsələlər vardır ki, ifşa olduqda onların abır və heysiyyətləri tamamilə aradan gedəcək. Ərdəbilin imam cüməsi çıxışını davam etdirərək deyib: Fransanın prezidenti Sarkozi Azərbaycana səfər etdikdə Heydər Əliyevin qəbrini ziyatət etmədi. Hətta, Qarabağ müharibəsi şəhidlərini və Şəhidlər Xiyabanını da ziyarət etməkdən imtina etdi. Beynəlxalq arenada Sarkozinin bu hərəkəti Azərbaycanın ərazi bütövlüyünü qəbul etməməsi, işğal olunmuş torpaqları Azərbaycan ərazisi hesab etməməsi deməkdir. Amma Ermənistana səfərində erməni soyqırımını rəsmi olaraq tanıdı və bu ölkənin parlamenti soyqırım layihəni qəbul etdi. Hətta bu qanuna əsasən, erməni soyqırımını inkar edən müqəssir bilinəcək və həbslə cəzalandırılacaq. Ayətullah Amili açıqladı: BMT-nin Baş Məclisində Qarabağ müharibəsi xüsusunda Amerika və Avropa ölkələrinin heç biri sizin xeyrinizə səs vermədi və Qarabağı sizin torpağınız kimi tanımadı. BMT-nin TŞ-sı Ermənistanın işğalçılığı əleyhinə qəbul etdiyi 7 qətnamə nə üçün indiyədək həyata keçirilməyib? Siz nə üçün bunları buraxıb, yalnız İranı məhkum etmək ardıncasınız? Hal-hazırda dünyada azərbaycanlıların bütün tribunaları bağlanmışdır və yalnız bu tribuna vasitəsilə bu xalqın məzlumluq nidası eşidilir. Azərbaycan xalqı bilsin ki, bu ölkənin dövlət rəsmilərinin Ermənistanla məxfi əlaqələri vardır. Sizin benzininizi Gürcüstana aparan qatar Gürcüstan yaxınlığında Ermənistana dönür. Əgər Ermənistanın yanacaqdoldurma stansiyalarını müşahidə etsəniz, görərsiniz ki, burada üç növ benzin satılır. Onların ən ucuzu və ən əla növü Azərbaycan Respublikasının benzinidir. Siz nə üçün Ermənistanın ən strateji məhsulunu təmin edirsiniz? Və bu işinizlə Ermənistan hökumətinin davamına kömək edirsiniz? İndi siz necə olur ki, bu qədər məsələyə göz yumaraq, İrana töhmət vurursunuz? Qarabağ müharibəsində bizim komandirlərimiz Heydər Əliyevin əli ilə şücaət və şöhrət ordeni ilə təltif olunurdu. Bunun sənədləri də mövcuddur və lazım gələrsə, üzə çıxaracağıq. Biz təqribən 70 min azərbaycanlı köçkünü düşərgədə yerləşdirdik və əgər bunu etməsəydik onların hamısı həlak olacaqdı. Azərbaycan Respublikasının prezidentinin ölkəmizə son səfərində İranhərbçilərinin Heydər Əliyevin qarşısında hərbi paradının sənədlərindən biri ona göstərildi. Bizim generallardan biri ona dedi ki, siz Avropa ölkələrində əyləndikdə biz Qarabağ müharibəsində sizin torpaqlarınızı qoruyurduq. İndi bizim bu yaxşılığımızın cavabı bizə ünvanladığınız söyüşlərdir? Əgər İran İslam Respublikasının maliyyə, hərbi və mənəvi köməkləri olmasaydı, Ermənistan ordusu Bakıya qədər gəlmişdi və paytaxtı da işğal etmişdi. Ermənistan ordusu yalnız bir şayiə yaymaqla sizin torpaqlarınızın çoxunu işğal etdi. Onlar iki-üç gün şayiə yayaraq erməni əsgərlərinin sizə tərəf gəldiklərini deyirdilər. Siz də öz şəhərlərinizi qoyub qaçırdınız. Amma bizim bəsicilər (könüllü döyüşçülər) sizin torpağınızı qoruyurdu. Ayətullah Amili əlavə edərək deyib: Azərbaycan Respublikası İrana qarşı üç xəyanət etmişdir. Birincisi ölkəmizin nüvə alimlərinin sionist rejimi muzdurlarının əli ilə terror edilməsidir ki, bu terrorçular Azərbaycanda təlim görmüşdülər. İkincisi İsfahan ətrafında vurulan sionist rejimin pilotsuz casus təyyarəsidir. Araşdırmalardan sonra aydın oldu ki, bu casustəyyarəsi Lənkəran şəhərindən qalxmışdır. Ölkəmizin müdafiə nazirinin Bakıya məxfi səfərində sionist rejiminə aid vurulmuş pilotsuz təyyarə məsələsi sənədlərlə ilə birlikdə İlham Əliyevə çatdırıldı, lakin İlham Əliyev heç bir qaneedici cavab verə bilmədi və başını aşağı salaraq bildirdi ki, ətrafımdakılar mənə xəyanət ediblər. Sizə xəyanət edənlərdən biri də sabiq MTN naziri Eldar Mahmudov idi. Biz onun barəsində sizə nə qədər xəbərdarlıq etdik. Nə üçün ev dustaqlığında olan Eldar Mahmudov şübhəli şəkildə öldürüldü? Çünki çoxlu deyilməmiş sözləri var idi. Əgər diri qalsaydı çoxları təhlükəyə düşərdi. Ona görə də onu öldürdülər. Xütbə çox uzanmasın deyə bu məsələni burada saxlayıram və hər cümə namazı xütbəsində bu məsələyə toxunacağam".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Bu gün, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Bu gün, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Bu gün, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Bu gün, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Bu gün, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Bu gün, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Bu gün, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Bu gün, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Bu gün, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Bu gün, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Bu gün, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44 |
|
|
|
• Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42 |
|
|
|
• Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34 |
|
|
|
|