İcra başçısına qarşı böyük yeyinti ittihamı... - "Bu pulların hara xərclənməsi yoxlanılsın"
Tarix: 26-02-2016, 10:56 | Çap et
Ağcabədi rayon Avşar kənd sakini Kərimov Elqayıt Heydər oğlu müxtəlif dövlət qurumlarına ilginc faktların yer aldığı şikayət məktubu göndərib. Surəti cumhuriyyet.az-a göndərilən həmin məktub belə başlayır: ” Bildirirəm ki, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov 13 aprel 2015-ci il tarixində 120 sahibkarın qarşısında bildirmişdir ki, 2008-ci ildə mənə 5 diplomat pul vermişlər ki, Haramı və Ergi torpaqlarını satım, lakin mən onu etmədim. Belə görünür ki, indi artıq diplomat pul veriblər. Ona görə Ş.Məmmədov 12 min hektar torpağı satmaq istəyir. Xahiş edirəm araşdırılsın görək 5 diplomat pulu verən kimdir? Şahin Məmmədov Kür qırağında Ağcabədi rayonunun Sarcalı kəndinə məxsus olan 3 min hektar qış otlaq sahəsinin təyinatı dəyişdirərək camaatdan alıb hansısa şirkətə satmışdır. Ş.Məmmədov belə güman edir ki, o bütün Ağcabədini sata bilər. Ağcabədi rayonun Kəbirli kəndindən də 2800 hektar torpaq satmışdır”. Məktubda həmçinin bildirilir ki, Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti abadlıq üçün ayırdığı pulları mənimsəmişdir. Abadlıq işlərini sahibkarlara, mağaza sahiblərinə, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara və s. gördürərək Prezident tərəfindən milyonlarla ayrılmış pulları mənimsəmişdir. 2013-cü ildə Ağcabədi rayon İcra Hakimiyyətinin fondundan saxta tender yolu ilə külli miqdarda pullar mənimsənilmiş və ayrı-ayrı kənd icra nümayəndələrinə saxta sənədlər tərtib etdirmişdir. Bu haqda cumhuriyyet.az-a göndərilən məktubda konkret rəqəmlər də yer alıb ki, onları diqqətinizə çatdırırıq: "1. Pərioğullar kənd icra nümayəndəliyinə 13200 manat 2. Salmanbəyli kənd icra nümayəndəliyinə 9400 manat 3. Şahsevən kənd icra nümayəndəliyinə 4200 manat 4. Yeni Qaradolaq kənd icra nümayəndəliyinə 13200 manat 5. Hacıbədəlli kənd icra nümayəndəliyinə 29200 manat 6. Hüsülü kənd icra nümayəndəliyinə 15800 manat 7. Qaradolaq kənd icra nümayəndəliyinə 13200 manat 8. Hacılar kənd icra nümayəndəliyinə 9400 manat 9. Minəxorlu kənd icra nümayəndəliyinə 9400 manat 10. Ağcabədi şəhər icra nümayəndəliyinə 85500 manat 11. Şərəfxanlı kənd icra nümayəndəliyinə 6800 manat 12. Kəbirli kənd icra nümayəndəliyinə 8400 manat 13. Boyad kənd icra nümayəndəliyinə 22500 manat 14. Ağcabədi rayon təhsil şöbəsi 25299 manat 15. Ağcabədi rayon Mədəniyyət şöbəsi 102624 manat 16. Ağcabədi rayon Təhsil şöbəsi Cavid Kİ MMC 113890 manat 17. Ağcabədi rayon Təhsil şöbəsi Əzim 3M MMC 112910 manat 18. Ağcabədi rayon Mərkəzi xəstəxanası Tünzalə V MMC 86900 manat 19. Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsi Ülkər H MMC 47950 manat 20. Rasmik MMC – 24812 manat 21. Ağcabədi şəhər icra nümayəndəliyinə 650462 manat” Şikayətçi bildirir ki, göstərilən pullar iş görülmədən saxta sənədlərlə mənimsənilçişdir: "Biz sahibkarlar haqqımızı və hüququmuzu müdafiə etmək məqsədilə sizə və Respublika Rəhbərliyinə müraciət etdiyimiz üçün Şahin Məmmədov tərəfindən təqib olunuruq, bizə qarşı şantajlar olunur. İndi Ş.Məmmədov heç bir əsas olmadan bir qrup sahibkarı Məhkəməyə verib və deyir ki, mənim imkanlarım sizinkindən çoxdur, məhkəməyə təsir edərək sizi torpaqlarınızdan çıxardacam və sizə məxsus olan torpaqları satacam”. Sahibkar üzünü baş prokurora tutaraq yazır: "Cənab Qaralov! Sizə yazdığımız ərizələri sizə çatdırmırlar. Bütün ərizələri ayrı-ayrı təşkilatlara ya da Ağcabədi rayon İcra hakimiyyətinə göndərirlər. Şahin Məmmədov sizin işçilər tərəfindən müdafiə edilir. Korrupsiya faktı olduğu halda məktublar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Ağcabədi rayon Prokurorluğuna və Ağcabədi rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bu hansı Qanunda var ki, Şahin Məmmədovdan şikayət edilsin, ərizə və şikayət Ş.Məmmədovun özünə göndərilsin”. Kifayət qədər ciddi ittihamların yer aldığı həmin məktubun sonunu cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: "Şahin Məmmədov vəzifəsindən istifadə edərək Ağcabədidə, Bərdədə və Gəncədə pay torpaqlarında böyük evlər tikdirmişdir. Onun eyni zamanda Daşkəsəndə Xoşbulaq yaylağında bir villası, Bakı şəhərində isə sayı məlum olmayan villa, ev və obyektləri vardır. O, Xarici ölkələrdə Batumidə, Dubayda, Almaniyada villalar almışdır. Bütün bunlar üçün külli miqdarda vəsait xərclənib ki, Şahin Məmmədovun halal qazancı buna yetməz. Elə bunun özündə korrupsiya faktları görünür. Şahin Məmmədov Ağcabədi şəhərində yol kənarına arx çəkdirərək bildirir ki, guya kanalizasiya çəkdirib. Həmin arxlara uşaqlar düşür zədələnir, maşınlar düşür əzilir. Həmin dırnaqarası kanalizasiya da ayrı-ayrı idarə və təşkilatlara çəkdirilir. Dövlətdən ayrılan külli miqdarda vəsait isə Şahin Məmmədovun şəxsi vəsaitinə çevrilir. Şahin Məmmədov 10 ildə heç bir iş görməmiş və bütün İdarə və Müəssisələrin hesabında olan vəsaiti mənimsəmişdir. Xahiş edirəm Ağcabədi rayonuna tikinti və abadlıq işləri üçün Möhtərəm cənab Prezidentimiz tərəfindən ayrılan vəsaitin hara və necə xərclənməsi yerində yoxlanılsın. Həmin pulların Şahin Məmmədov tərəfindən mənimsənildiyi o zaman məlum olacaq. Ağcabədi rayonunu içməli su ilə təmin etmək üçün Qarqar çayı sahilindən 3 ədəd artezian quyusundan 16 km su kəməri çəkilmişdir. Şahin Məmmədov artezian quyularını yaxında çobanlara satmış və 16 km çuqun turba çıxartdıraraq 1 milyon manata satmışdır. Qaradolaq, Mehrablı, Yeni Qaradolaq və Aran kəndlərinə içməli su üçün külli miqdarda vəsait ayrılmış, isə görülmədi. Xahiş edirəm ayrılmış pulların hara xərcləndiyi araşdırılsın. Hüsülü Qiyamaddınlı yolun təmirinə 5 milyon manat pul ayrılmış, həmin işi Ağcabədi rayon yol tikinti idarəsi tərəfindən görüldüyü halda həmin yolun tikintisini Şahin Məmmədova məxsus olan "Fərid MMC” tərəfindən sənədləşdirərək pullar mənimsənilmişdir. Xahiş edirəm yoxlanılsın görək körpüyə ayrılmış pullar kim tərəfindən mənimsənilmişdir. 2014-cü ildə Ağcabədi rayonunda Şahin Məmmədovun rəhbərliyi altında tikilən 4 məktəbin heç birində sığınacaq tikilməmiş və pullar mənimsənilmişdir, tikilən binalar bərbad haldadır. Bildirirəm ki, Ağcabədi rayonunun Hüsülü, Muğanlı, Təzəkənd, Minaxorlu, Arasbar, Qiyamadınlı, Mirzaxverdili, Kürdlər, Kəhrizli və Şərəfxanlı kəndlərinə 2014-cü ildə yolların əsaslə təmirinə 5 milyon manat pul ayrılmışdır. Həmin kəndlərə yol çəkilmiş və 2014-cü ildə yollar istifadəyə verilmişdir, lakin Qarqar çayının üstündən körpü salınmamış, bildirmişlər ki, verilən pullar qurtardı. Həmin pullar Şahin Məmmədov tərəfindən mənimsənilmişdir. Görülən işlər Dövlətə məxsus olan Asvalt zavodu işləri gördüyü halda Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova məxsus "Fərid MMC” şirkəti tərəfindən işlər görülməsi sənədləşdirilmiş və Prezident tərəfindən ayrılmış pullar mənimsənilmişdir. Yoxlayın görək həmin pullar "Fərid MMC” şirkətində qalıbmı. Şahin Məmmədov yenidən həmin yolların çəkilməsi üçün 2015-ci ildə 2 milyon 700 min manat pul ayırdmışdır. Xahiş edirəm gəlib yerində yoxlayın görək 2014-cü ildə istifadəyə verilmiş yola pul ayırmaq nə deməkdir, buda Şahin Məmmədovun yeni kələyidir. Rayonun Avşar, Salmanbəyli, Taynaq, Hacıbədəlli və Şənlik kəndlərinin yolları bərbad haldadır, deyəndəki bizim yolları təmir edin Şahin Məmmədov bildirir ki, vəsait yoxdur. Xahiş edirəm bu faktlar yerində yoxlanılsın və 2 milyon 700 min manat pulun verilməsi dayandırılsın və bu pullar təmir olunmamış yollara verilsin və Şahin Məmmədov haqqında ciddi tədbir görülsün. Ağcabədi rayonunun Təhsil və Mədəniyyət işçilərinin 2015-ci ilin noyabr və dekabr aylarının əmək haqlarını vermədən pulları mənimsəmişdir. Maaşların alınması üçün müəllim kollektivi yuxarı təşkilatlara yazandan sonra yanvar ayının axırında əmək haqqları verildi. Lakin direktorların əmək haqqıları mənimsənildi. 16 yanvar 2016-cı ildə Ağcabədidə qaçqın şəhərciyində Hüsülü və Hindarx kəndlərində keçirilən nümayişə gedərək bildirmişdir ki, Avşarlara mən çox pisliklər etmişəm lakin onlar sizin kimi yolu bağlayıb nümayiş etməyirlər. Şahin Məmmədov istəyir ki, Avşarlar yolu bağlayıb nümayiş etsin. Biz dövlətimizi sevirik qanunu haqqımızı tələb edərək Şahin Məmmədovun korrupsiya faktlarını bizim iştirakımızla yerində yoxlanılmasını xahiş edirik. Maliyyə Nazirliyi , hesaplama palatası və korrupsiyaya qarşı mübarizə idarəsi Şahin Məmmədovu müdafiə edərək bildirirlər ki, iş gedir yoxlayacayıq, lakin 9 aydı heç bir iş görmədən bizi aldadaraq məhkəməyə verməklə susdurmaq istəyirlər. 25 yanvar 2016-cı il tarixdə Mia.az saytında parlamentdən ciddi tapşırıq: İcra başçıları ciddi təftiş olunacaq başlığı altında hesaplama palatasının Ağcabədidə büdcə vəsaitlərinin talan edilməsi ilə bağlı açıqladığı hesabatında açıq göstərilmişdir. Ağcabədinin gəliri 8 milyon 375 min olduğu halda icra başçısı rayona 24 milyon 855 min 832 manat guya vəsait xərclənməsi haqda sənəd təqdim etdirmişdir. Arada qalan təxmini 16 milyon isə büdcədən dotasiya almışdır. Xahiş edirəm bu pullar hara xərclənibsə yerində yoxlanılsın onda görünəcəkdir ki, Şahin Məmmədov dövlət büdcəsini dağıtmışdır. Prezidentin ehtiyat fondundan ayrılmış pullar bu büdcəyə daxil deyildir. Prezidentin ehtiyat fondunda 10 milyondan artıq pul ayrılmışdır. Xahiş edirəm bu pulların hara xərclənməsi bizim iştirakımızla yoxlanılsın”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05 |
|
|
|
• Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02 |
|
|
|
• İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02 |
|
|
|
• AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58 |
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Dünən, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Dünən, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Dünən, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Dünən, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Dünən, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Dünən, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Dünən, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Dünən, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Dünən, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Dünən, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Dünən, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Dünən, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Dünən, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Dünən, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Dünən, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Dünən, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Dünən, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Dünən, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Dünən, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Dünən, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Dünən, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Dünən, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Dünən, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Dünən, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Dünən, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Dünən, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Dünən, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Dünən, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Dünən, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Dünən, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Dünən, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Dünən, 12:51 |
|
|
|
|