Saatlıda dövlət büdcəsinə BÖYÜK XƏYANƏT - İTTİHAM VAR
Tarix: 22-02-2016, 10:22 | Çap et
Saatlı rayonunda dəhşətli kopppusiya hallarının baş verdiyi ilə bağlı olduqca maraqlı məlumatlar ortaya çıxıb. Rayonun Bəylər kənd sakini İlqar Nuxuşovun açıqladığı həmin faktlardan belə başa düşülür ki, Saatlıda İcra Hakimiyyəti səviyyəsində talançılıq həyata keçirilib, ayrılmış dövlət vəsaitləri təyinatları üzrə xərclənməyib.
BAŞ MÜHASİBİ NECƏ ALDADIBLAR?
JAM.AZ-a açıqlama verən İlqar Nuxuşov bildirir ki, 1985-ci ildən Saatlı rayon Təhsil Şöbəsində mühasib vəzifəsində çalışıb. 2006-cı ildən isə yerli təhsil şöbəsində baş mühasib kimi işləyib. O qeyd edir ki, icra başçısının birinci müavini İlham Quliyev onu ötən ilin fevralında yanına çağıraraq, ərizəyislə işdən çıxmasını təklif edib. Bildirib ki, ona başqa bir yerdə yeni iş verdirəcək. «Ərizəm alındıqdan sonra 2015-ci ilin mayında mənə Saatlı Mədəniyyət və Turizm Şöbəsində mühasib vəzifəsinə təyin etdilər. Lakin elə həmin ilin 23 sentyabrında yenidən ərizəmi alıb, işdən çıxardılar. Bu günə qədər başa düşə bilmirəm ki, məni niyə işdən çıxarıblar?»
«QƏBULDA ACINDAN ÜRƏYİ GEDƏNLƏR OLURDU»
Keçmiş mühasib vurğulayır ki, dəfələrlə Saatlı İcra Hakimiyyətinə gedərək, işsiz olduğunu və yeni işlə təmin edilməsini istəyib. «Lakin orada baş verənlərdən, gördüklərimdən iyrənmişəm. Hər qəbula getdikdə mütləq Təcili Tibbi Yardım çağırılırdı. Ora gələn insanlar arasında acından ürəyi gedənlər, əsəb keçirənləri xəstəxanaya aparırdılar».
10 MİN MANATA MÜHASİB POSTU
Nuxuşov qeyd edir ki, onu sonuncu iş yerindən, yəni Mədəniyyət və Turizm Şöbəsindən çıxarılmasının səbəbini də sonradan bilib. Onun sözlərinə görə, şöbənin baş mühasibi postuna İlham adlı şəxs təyinat alıb. «Bu şəxs İlham Quliyevin adamıdır. Ondan 10 min manat alaraq, həmin vəzifəyə təyin edib. Ümumiyyətlə, 2009-cu ildən bəri Saatlı rayonunda bütün idarə və müəssisə rəhbərləri, habelə baş mühasiblərin hamısını İlham Quliyev təyin edib. Hamısı da öz adamları olub».
200 MİN MANAT MÜƏMMASI
Mühasib daha sonra bildirir ki, o da 2009-cu ildən etibarən icra başçısının birinci müavini İlham Quliyevin tapşırıqlarını yerinə yetirib. Amma məsələ təkcə tapşırıqların yerinə yetirilməsiylə də yekunlaşmayıb. Çünki ortada tərəflər arasında heç də kiçik məbləğlərdə olmayan həddə alver baş verib. Bunu İlqar Nuxuşov da təsdiqləyir. O JAM.AZ-a verdiyi açıqlamasında vurğulayır ki, 2014-cü ilin dekabrında İlham Quliyevin göstərişi əsasında işlədiyi Təhsil Şöbəsinə aid bir məsələnin həlli üçün 200 min manat pul verib. Həmin pulu icra başçısının müavininə təqdim edib və üzərindən iki ay keçdikdən sonra işdən çıxarılması barədə xəbər alıb.
Nuxuşov bildirir ki, həmin 200 min manatı düzəltmək üçün o, 32 min manat kredit götürmək məcburiyyətində qalıb. Bu zaman işlədiyi Təhsil Şöbəsinin müəllimlərin adına xeyli miqdarda kredit yazdırmalı olub. «Həmin pulu işdən çıxarıldıqdan sonra ödəyə bilmirdim. Adına kredit götürdüyüm müəllimlər də haqlı olaraq Saatlı Prokurorluğuna müraciət etmişdilər. İfadəmdə vurğuladım ki, mən həmin pulu özüm üçün deyil, İlham Quliyevə vermək üçün götürmüşəm. Söhbət böyüdükdən sonra İlham Quliyev həmin pulu ödədi və məsələdə bağlandı».
ŞƏRİK İDARƏ MÜDİRLƏRİ
İlqar Nuxuşov JAM.AZ-a verdiyi açıqlamasında qeyd edir ki, son 8-9 il ərzində vəzifə başına gətirilənlərin əksəriyyəti İlham Quliyevin adamlarıdır. Xüsusən də baş mühasiblər. Keçmiş baş mühasib bunun səbəblərini də xırdalayıb.
O qeyd edir ki, 2009-cu ilə qədər Saatlı DSMF-nin müdiri işləyən hazırkı birinci müavin, yeni təyinat alan zaman yerinə Hafiz Miriyevi təyin etdirir. «Hafiz Miriyevi öz yerinə təyin etdirməkdə İlham Quliyevin məqsədi bu sahənin əlindən çıxmamasıydı. Çünki oranı hazırda da şərikli şəkildə işlədirlər».
Nuxuşov vurğulayır ki, bir müddət əvvəl dəyişdirilən Saatlı Təhsil Şöbəsinin müdirinin yerinə də elə kənar adam təyinat almayıb. Onun sözlərinə görə, hazırkı şöbə müdiri Zabit Rüstəmov İlham Quliyevin həmkəndlisi olmaqla yanaşı, həm də qonşusu və qohumudur. «Bu adamı da Təhsil Şöbəsinə müdir təyin edib ki, rahatlıqla yeyintilər edə bilsinlər».
UŞAQ BAĞÇALARINA AYRILAN PULUN 30 FAİZİ
İlqar Nuxuşov rayondakı dəhşətli yeyinti faktları ilə bağlı inanılmaz rəqəmlər açıqlayıb. Keçmiş baş mühasib təkcə təhsil sektorunda olan bir neçə faktın üzərinə gün salmaqla, nəinki İlham Quliyevin, hətta Saatlının icra başçısı Siraqəddin Cabbarovun belə məsuliyyətə cəlb edilməsi mümkündür.
Saatlı sakini bildirir ki, hazırda rayonda 19 uşaq bağçası var və onlara hər ay toplam 40-45 min manat ərzaq pulu ayrılır. «Lakin bu uşaqların yeməklərinin pulunun 30 faizi İlham Quliyevə çatır. Dilsiz, ağızsız uşaqların yeməyinə göz dikən birinin mənə və mənim kimlərə rəhm etməməsi də anlaşılandır».
BİRİNCİ MÜAVİN 320 MİN MANATI NİYƏ ÖZÜNƏ GÖTÜRÜB?
Şikayətçi qeyd edir ki, Saatlı rayonunda tenderlər üçün ayrılmış bütün vəsaitlər İlham Quliyevin nəzarəti altındadır və həmin pulların 20 faizi birbaşa ona çatır. «Buraya avadanlıqların və inventarların satın alınması xüsusi olaraq daxildir».
Amma JAM.AZ-a verdiyi açıqlamasında İlqar Nuxuşov qeyd edir ki, məsələ bununla da kifayətlənmir. Onun sözlərinə görə, bəzən İlham Quliyev ayrılmış pulun tamını özünə götürüb. «Təhsil Şöbəsinə tikinti üçün ayrılmış pulların bəzən hamısı, bəzən də yarısını İlham Quliyev özünə götürürdü. Məsələn, 2009-cu ildə ayrılmış 60 min manat, 2010-cu ildə tikinti üçün ayrılmış 60 min manatın hamısını İlham Quliyev özünə götürmüşdü. 2013-cü ildə təmir-tikinti işləri üçün 100 min manat ayrıldı və onu da İlham özünə götürdü. Amma 2014-cü ildə 100 min manatlıq bir ayırma olsa da, bu dəfə birinci müavin «insaflı»davranıb, onun 45 min manatını götürmüşdü».
Nuxuşov qeyd edir ki, bu qədər var-dövlət yığmasının səbəbi də odur ki, daha böyük imkanlara sahib olsun. «İlham Quliyevin hazırda nəinki Bakıda, hətta Türkiyədə də evləri var».
«YA İŞDƏN ÇIXMALISAN, YA DA…»
Saatlı Təhsil Şöbəsinin sabiq baş mühasibi sonda onu da vurğulayıb ki, rayonda İlham Quliyev və ətrafının tələbini yerinə yetirməmək imkansızdı. Onun sözlərinə görə, əgər sözügedən şəxslər bir nəfərdən işdən çıxması barədə ərizə istəyirlərsə, demək, bu mütləq olmalıdır. «Əgər etiraf edərsən və ya ərizə yazmaqdan imtina etmək fikrinə düşərsən, açıq şəkildə səni təhdid edərlər. Yəni, ya işdən çıxmalısan, ya da həbsə atılacaqsan».
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05 |
|
|
|
• Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02 |
|
|
|
• İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02 |
|
|
|
• AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58 |
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Dünən, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Dünən, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Dünən, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Dünən, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Dünən, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Dünən, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Dünən, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Dünən, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Dünən, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Dünən, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Dünən, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Dünən, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Dünən, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Dünən, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Dünən, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Dünən, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Dünən, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Dünən, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Dünən, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Dünən, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Dünən, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Dünən, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Dünən, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Dünən, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Dünən, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Dünən, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Dünən, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Dünən, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Dünən, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Dünən, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Dünən, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Dünən, 12:51 |
|
|
|
|