KEÇMİŞ NAZİRƏ VETERANLARDAN DƏSTƏK
Tarix: 22-06-2012, 16:20 |
Çap et
KEÇMİŞ NAZİRƏ BÖHTAN ATANLAR VƏTƏNİ SEVMƏYƏNLƏRDİR
DİA.AZ: - Bu günlərdə yerli mətbuat orqanlarının birində bir zamanlar Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş Turqut Ərə istinadən 4 iyun Gəncə qiyamı ilə bağlı bir sıra olaylar barəsində material dərc olunub ki, bu da haqlı olaraq cəmiyyətimizdə böyük narahatçılıq yaradaraq narazılığa səbəb olub.
Turqut Ərin dediklərinə münasibət bildirmək üçün redaksiyamıza təşrif buyuran bir qrup Qarabağ müharibəsi veteranı keçmiş diplomatın sabiq daxili işlər naziri İsgəndər Həmidov və onun qardaşı, Tərtərin keçmiş icra başçısı Sərdar Həmidov barəsində dediklərinə etiraz etdiklərini, həmin fikirlərin sayıqlama olduğunu bildirdilər.
Onların sözçüsü Niyaməddin Səlimov bildirir: «İsgəndər Həmidov canını bu millətin yolunda xərcləyən bir dəyərli vətən oğludur. Ona böhtan atmaq ən şərfsiz bir işdir, vətənə xəyanətə bərabərdir. Bu adamlar İsgəndər Həmidov məhbəsdə yatanda harda idilər? İndi İsgəndər Həmidovu söyməyə nə var ki?»
Qarabağ müharibəsi iştirakçıları onu da bildirdilər ki, əgər sözügedən mətbu orqanda İsgəndər Həmidovla bağlı təkzib verilməzsə, o zaman onlar məhkəməyə müraciət edəcəklər.
Bildirək ki, Turqut Ərin dilindən yer alan materialda İsgəndər Həmidov o zamankı prezident Əbülfəz Elçibəyə Surət Hüseynovla bağlı yalan məlumat ötürməkdə ittiham olunur, onun qardaşı Sərdar Həmidovun isə Surət Hüseynovla şərab biznesinə nəzarət uğrunda davaya çıxdığı iddia edilir.