Beynəlxalq Bankın keçmiş sədrinin adı yenidən gündəmdə! - Cahangir Hacıyev pulsuzlayıb
Tarix: 6-08-2015, 11:45 | Çap et
Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin adı yenidən gündəmə gəlib. Ortaya atılan iddialara inansaq, Hacıyev kəskin şəkildə kasıblayıb.
Elə bunun nəticəsidir ki, Beynəlxalq Bankın sabiq rəhbərinin maliyyələşdirdiyi Bakının "İnter" klubu haqqında söz-söhbətlər bitmək bilmir. Gah deyirlər oyunçular məşqə çıxmaqdan imtina edir, gah da deyirlər klub yeni mövsümdən Milli çempionata qatılmayacaq. Son məlumatlar isə Cahangir Hacıyevin klubunun dağılmaq təhlükəsində qaldığını düşünmək üçün ciddi əsaslar yaradır. İş o yerə çatıb ki, Avroliqa qarşılaşmaları çərçivəsində səfər oyunlarına AFFA-nın maliyyə yardımıyla yollanan klubda futbolçuların bir neçə aydı maaş ala bilmədiyi və məhz bu səbəbdən İspaniya təmsilçisi "Atletik"lə Bakıdakı cavab oyunundan öncə meydana çıxmaqdan imtina etdikləri barədə məlumat yayılıb. Məsələylə bağlı "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov danışıb və yayılan xəbərləri yalan adlandırıb: "Bu tamamilə yalan məlumatdı. Belə bir şey yoxdu. Komandanın sponsoru var. Sadəcə bəzi maliyyə məsələlərini dəqiqləşdirmək lazımdı. Klub prezidenti Georgi Nikolov artıq futbolçularla görüşüb. Yəqin ki, ya bu gün (dünən - red.), ya da sabah (bu gün - red.) futbolçular maaşlarını alacaqlar. Hələ "Laçi"ylə oyundan öncə futbolçulara iyun ayının maaşları verilmişdi. Həmin aydan qalan qalıqlar və iyul ayının maaşı isə oyundan öncə veriləcək." Bununla belə o da maraqlıdır ki, klub sözçüsü Beynəlxalq Bankın sabiq prezidentinin maliyyələşdirdiyi klubun pulsuzluqdan əziyyət çəkdiyini təsdiqləyib: "İndi bizdə problem maliyyədədir, yəni sabitlik yoxdur. Amma düzələcək. Rəhbərlik - Georgi Nikolov şəxsən özü futbolçularla görüşüb. Komandanın dağılması da boş söhbətdir". Cahangir Hacıyevin bu sezonku Avropa kuboklarına uğurla start verən klubunu maliyyə sarıdan təmin etməyə çətinlik çəkməsi şübhəsiz ki, diqqətçəkici faktdır. Bu Beynəlxalq Bankın sabiq rəhbərinin pul sarıdan ciddi çətinliklər yaşadığını göstərir. Halbuki Hacıyev ölkənin ən imkanlı şəxslərindən biri hesab olunur. Elə bu səbəbdən onun indi bir futbol klubunu Azərbaycan şərtlərinə uyğun şəkildə maliyyələşdirə bilməməsi düşündürücüdür. Ehtimal etmək olar ki, gözlənilmədən Beynəlxalq Bank rəhbərliyindən kənarlaşdırılan, daha sonra isə bu bankın ümumi məbləği milyardlarla manat göstərilən şübhəli, problemli kredit əməliyyatlarına görə ciddi başağrısı yaşayan, hətta həbs təhlükəsi ilə üzləşdiyinə dair önəmli iddialar səsləndirilən Cahangir Hacıyev maddi baxımdan xeyli çökdürülüb. Məhz bunun nəticəsində artıq onun öz klubunu maliyyələşdirəcək gücü qalmadığını söyləmək xeyli ağlabatan görünür. Ümumiyyətlə, "İnter" ətrafında bundan sonra cərəyan edəcək proseslər həm də Cahangir Hacıyevin maliyyə və digər mövqelərinin necə olduğuna aydınlıq gətirəcək. Onu da deyək ki, hələ iyunda yayılan məlumatlara görə, Hacıyevin maliyyələşdirdiyi başqa bir klubun - "Simurq"un adının dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Məlumatlarda bildirilirdi ki, Beynəlxalq Bankın sabiq rəhbərinin Zaqataladakı klubunun 22 milyon dollar borcu var və böhranlı komandaya sponsorluq etmək istəyən yoxdur. "Eyni proses keçmiş bankirin "İnter" komandasında da yaranıb. Paytaxt komandasının adı dəyişdirilə bilər. Klubun ayağında 38 milyon dollar borc var. AFFA isə "Turan"ın borclarını "Turan T" adı ilə sildiyi kimi, indi də "Simurq" və "İnter"in adını dəyişərək klubları bu borclardan xilas edə bilər. Məlumatda qeyd olunur ki, bu istiqamətdə danışıqlar gedir və komandanın adının dəyişməsi istisna deyil" - bunu da o vaxt ölkənin idman mediası bildirirdi. Bu da göstərir ki, Cahangir Hacıyevin kəskin pul böhranı ilə üzləşməsi xəbəri əslində yeni olmamaqla bərabər, həm də kifayət qədər ciddidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Dünən, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Dünən, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Dünən, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Dünən, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Dünən, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Dünən, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Dünən, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Dünən, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Dünən, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Dünən, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Dünən, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Dünən, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Dünən, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Dünən, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Dünən, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Dünən, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Dünən, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Dünən, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Dünən, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Dünən, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Dünən, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Dünən, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Dünən, 15:41 |
|
|
|
|