Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik .....                     Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır .....                     Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... .....                     Trampın Bakı səfəri baş tuta bilər... .....                     Fevralın 9-u başlayacaq .....                     Qəbul imtahanları elektron olacaq .....                     Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... .....                     ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır .....                     "Yenə mənim adımdan pul dilənir" .....                     Tanınmış iş adamı ağır qəzaya düşdü .....                     NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı .....                     'Aİ-95' benzinin qiyməti artacaq? .....                     Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi .....                     "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, .....                     “Yapı Kredi Bank”ın gəliri .....                     Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib .....                     Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı .....                     Hindistanlı generala İrəvanda medal verildi .....                     Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın .....                     Estetik əməliyyatlar məhdudlaşdırılacaq? .....                     Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini .....                     Bakıda yeni park salınır .....                     İcra başçılarına qadağa: .....                     "Boşanmışdıq, uşağımı görə bilmirdim" .....                     Saatlar ABŞ vaxtı ilə qurulur: .....                     Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir .....                     Müştərilər “Premium Bank”dakı pullarını geri götürür .....                     Elmin İnkişafı Fondunun direktoru cərimələnir .....                     Xəstəxana həyətində həkimi maşın vurdu .....                     "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" .....                     “Bank of Baku” bütün depozitlərini sıfırlayıb .....                     Nazir müdiri işdən çıxardı .....                     Atdığım baltanın ölçüsü nə qədər idi? .....                     Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                 

Narazı vətəndaş yuxarı instansiyalara üz tutdu... - VİDEOİTTİHAM
Tarix: 4-08-2015, 11:40 | Çap et
Narazı vətəndaş yuxarı instansiyalara üz tutdu...
Bu günlərdə redaksiyamızda olan F.Quliyeva Baş prokuror Zakir Qaralova video-müraciət etdi. Şikayət Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı Elçin Qurbanovun cinayət işinin başlanmasının rədd edilməsi haqqındakı qərarındandır. Belə ki, təhqiqatçı şikayətçinin adına absurd iddiaları, olmayan faktları əlavə edərək, cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edib. Bütün bunlar video-müsahibədə öz əksini tapıb.
***
Sözügedən 28 iyun 2015-ci il tarixli qərardan məlum olur ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elçin Qurbanovun icraatına 18.06.2015-ci il tarixdə daxil olmuş HK-1-585 saylı təhqiqat materiallarını nəzərdən keçirərək müəyyən edib ki, vətəndaş Quliyeva Firəngiz Hüseyn qızı dövlət orqanlarına müraciət edərək, Zuğulba dairəsi yaxınlığında yerləşən ona məxsus olan torpaq sahəsinin 2010-cu ildə dövlət planına düşdüyünü bildirib: “Həmin torpaq sahəsinə görə ona 72 min manat pul ayrılmış, lakin Buzovna Bələdiyyəsinin işçisi Mətanət Əkbərova tərəfindən aldadılmış, ona 30 min manat verilmiş, qalan 42 min manatı Mətanət Əkbərova mənimsəmişdir”.
Şikayət ərizəsi aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə göndərilib və təhqiqatçı Elçin Qurbanov tərəfindən təhqiqat araşdırması aparılıb.
Araşdırma zamanı izahatı alınan F.Quliyeva bildirib ki, 2010-cu ildə Dövlət Əmlak Komitəsindən Əli müəllim onlara ölkə başçısının sərəncamı ilə torpaqlarının dairəvi yolun çəkilməsi ilə bağlı plana düşdüyünü deyib. Sonra Dövlət Reyestr Xidmətində “GPS” ölçmələri ilə onların həyat yoldaşı Ağasadıq Əliyevin adına olan 10 sot torpaq sahəsi qeydiyyata alınıb.
Bundan sonra Xəzər rayon İcra Həkimiyyətinin Buzovna nümayəndəliyində torpaqlara dair pulların vətəndaşlara verilməsi üçün komissiya yaradılıb. Onlar həmin komissiyaya müraciət edib. Komissiyadan onlara 72 min manat pulun ayrılması bildirilib. Komissiyadan pulun verilməsi üçün onlardan 20 min manat pul istənilib. Onlar bununla razı olmayıblar. Orada olan zaman bələdiyyə işçisi Mətənatə Əkbərova ilə rastlaşıblar. Mətanət onlara kömək edəcəyini bildirib. Mətanətə “hörmət” olunması razılığı ilə torpağın sənədləri ona verilib lakin Mətanət prosesi uzadıb. Onlar nəticədə məcbur olub “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə qarşı Xəzər Rayon Məhkəməsində iddia qaldırıblar. Mətanət məhkəmə üçün onlardan 2 min manat istəyib, onlar isə 1000 manat veriblər. Məhkəmə zamanı Mətanət “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adından pulun 50 faizinin verilməsi şərti ilə iddianın geri götürülməsini təklif edib. Onlar bununla razılaşıblar. Məhkəmə işi baxılmamış saxlayıb”.
Haşiyə: Halbuki F.Quliyeva redaksiyamza etdiyi müraciətində bildirib ki, komissiyanın sədri olan keçmiş qəsəbə sovetinin Kamal adlı işçisi onların sənədlərini 6 ay özündə saxlayıb və sonra da özünə qaytarıb. Sənədləri geri alıb qayıdanda Buzovna bələdiyyəsinin işçisi Mətanət Əkbərova F.Quliyevanın həyat yoldaşı Ağasadıq Əliyevlə rastlaşır və plana düşən torpağın pulunu almaqda onlara kömək edəcəyini deyib sənədləri istəyib: “2011-ci ildən bizim sənədlər Mətanət Əkbərovanın əlindədir. O vaxtdan bu günə kimi torpaqlarımız üçün ayrılan pulu ala bilmirik. Aidiyyəti orqanlara şikayət edəndən sonra Mətanət Əkbərova bizə bildirdi ki, məhkəməyə müraciət etmək lazımdır. Biz məhkəməyə 13.06.2013-cü ildə müraicət etdik. 7 ay məhkəmə davam etdikdən sonra Mətanət Əkbərova bildirdi ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun direktoru Faiq Məmmədov deyir ki, sənədləri məhkəmədən geri götürsünlər, pulları ödəyəcəkdir... Bizimlə bərabər məhkəmədə iştirak edən “Azəryolservis”in hüquqşünası Şaiq müəllim də təsdiqlədi ki, Faiq müəllim deyirsə, verəcək. Beləliklə, məhkəmə işə baxmadan sənədləri qaytardı. Bizim xəbərimiz olmadan məhkəməyə verilmiş ərizələrdə əlavə dörd nəfərin də adını gördük.

"Mətanət Əkbərova bizə gəlib bildirdi ki, “Azəryolservis” şərt qoyur: alacağımız məbləğin 50 faizi onların, 50 faizi sizin
olacaq, odur ki, Abbasov Sarvan Yusif oğluna pulumuzun alınması üçün etibarnamə verməlisiniz”

Bu vətəndaşların kim olduğu məlum deyildi. Faiq Məmmədovun istəyini Mətanət Əkbərova bizə gəlib bildirdi ki, “Azəryolservis” belə bir şərt qoyur: alacağımız məbləğin 50 faizi onların, 50 faizi sizin olacaq və onun adamı olan Abbasov Sarvan Yusif oğluna pulumuzun alınması üçün etibarnamə verməyimiz lazımdır. Torpaq pulunu almayan 7 nəfərdən 4 nəfəri bu şərtlə razılaşdı, qalan üç nəfər isə razılaşmadı. Biz Sarvan Abbasova pulların alınması üçün etibarnamə verdik. Mən məhkəmədən sənədləri geri götürəndə bizim sənədlərə qatılmış tanımadığımız dörd nəfərin də sənədi var idi. Baxdıq ki, bizim torpaqlarımızın çertyojlarının üzü çıxarılaraq həmin dörd nəfər üçün də təsdiq edilib. Bizimlə bərabər həmin dörd nəfər də Sarvan Abbasova etibarnamə vermişdi. Tanımadığımız, həmin ərazidə torpağı olmayan 4 nəfərdən biri Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevin qohumu Telman Qəniyev idi. Əslində, həmin sənəd saxta idi... Onu da əlavə edim ki, Mətanət Əkbərova məndən məhkəmə gedən ərəfədə 1000 manat pul da almışdı. Pulu alanda dedi ki, məhkəmə xərclərinə lazımdır. Beləliklə, bizim yenidən şikayət edəndə Mətanət Əkbərova 2014-cü il oktyabrın 3-də, axşam saat 19:00 radələrində Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevin maşını ilə bizə gəldi. Qapıdan içəri girən kimi dedi ki, Mətləb müəllimlə gedib pulu aldım. Mətanət dedi ki, 30 min manatı Mətləb müəllimə verdim, 30 min manatı da sənə verirəm. Oktyabrın 5-də camaatın və sənin qalan pulunu gətirib verəcəm. Mətanət 30.000 manatı mənə verəndə qəbz də verdi, öz əl xətti ilə yazdı ki, sənə 42000 manat da borcum qaldı. İmzası ilə də təsdqiləyib getdi. Artıq bir ildir gözləyirik. Sonra da Mətanət Əkbərova məni hədələməyə başladı ki, camaata deyəcəm ki, sən pulu almısan. Hələ də mən Mətanət Əkbərovadan sualıma cavab ala bilmirəm ki, torpaqla bağlı sənədlərim məndə ola-ola o pullar ona haradan verilib? Pulunu almayan sakinlər isə evimə zəng edir, ailəmi və özümü narahat edir, nalayiq sözlərlərlə təhqir edirlər. Mətanət indi də bəhanələr gətirir ki, bəs Faiq müəllim sizin pullarınızı almaq üçün çalışır, amma Maliyyə Nazirliyi torpağın pullarını ödəmir”.
Haşiyə: Çox təəssüf ki, təhqiqatçı E.Qurbanvovun qərarında bu kimi məqamlar qeyd olunmur, bəziləri isə olduqca ziddiyət təşkil edir.
Araşdırma zamanı izahatı alınan Mətanət Əkbərova bildirib ki, F.Quliyeva ona qarşı qərəzlidir, tamamilə şər atır, onun bələdiyyə işçisi olmasından istifadə edərək (?), barəsində əsassız şikayət etməklə ona hədə gəlir: “Belə ki, o, Buzovna qəsəbə sakini kimi Quliyeva Firəngizin torpaq satdığını bilib. Quliyeva Firəngizin bildirdiyinə görə, evinin yanında 6,5 sot torpaq sahəsi var. Həmin torpaq sahəsinin hasarının üzərində Firəngiz öz telefon nömrəsini yazımışdır ki, həmin sahəni satır. O, bir vətəndaş kimi öz ailəsi üçün həmin torpaq sahəsinin yola yaxın və əlverişli olması səbəbi ilə Quliyeva Firəngizdən oranı almaq istəyini bildirib. Firəngiz isə oranı 72 min manata satdığını bildirib. O, xeyli düşündükdən sonra Firəngizdən torpaq sahəsini almaq qərarına gəlib. O, 30 min manat pulu 2014-cü ildə Firəngizə verib. Firəngizə pulu verməsi barədə qəbz yazıb. Həmin qəbzin bir surətini Firəngizə evində verib. Sonra isə ona məlum olub ki, Azərbaycan Respublikası İşlər İdarəsinin yanında Kənd Təsərrüfatı Müəssisəsindən Firəngizə verilmiş torpağa dair sənəd saxtadır. Həmin torpaq sahəsi isə dövlət planına düşməsinə baxmayaraq, sənədlər düz olmaması səbəbi ilə Firəngiz dövlətdən pul ala bilməmişdir. Hazırda o, Firəngizə torpağa dair razılaşdırılmış qalan 42 min manat pulu verməkdən vaz keçmişdir və Firəngizin onu aldatmaq istəməsi səbəbi ilə ondan verdiyi 30 min manat pulunu geri istəyir. Firəngiz isə pulu geri qaytarmaq istəmir və ondan əsassız bir ərizə yazaraq “qabaqdan gəlmişlik etmək” üçün hədə gəlir ki, ondan 30 min manatını istəməsin. Firəngizin yazdığı ərizə əsassızdır və onun bildirdiyi torpaq sahəsi qeyd olunan yerdə deyil, Buzovna qəsəbəsi Təmənnis bağlarında yerləşir. Firəngizin torpaqla bağlı dövlətdən pul ala bilməməsi zamanı onun üçün nümayəndə tapmasını xahiş etmiş və torpağı məhkəmə yolu ilə ona məxsus olmasını tanıtması ilə ona verəcəyini bildirmişdir. O da əvvəllər tanış olmuş “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində hüquqşünas işləmiş Sarvan Abbasovu məsləhət görmüşdür. Sarvan isə Firəngizlə müqavilə bağlayaraq Xəzər Rayon Məhkəməsində hüquqlarını müdafiə etmişdir. Sonradan Sarvan Firəngizin sənədlərinin düzgün olmaması səbəbi ilə məhkəmədə iştirakdan imtina etmişdir. O, “mən kiməm ki, dövlətin plana saldığı torpaqların pulunu bankdan götürüb Firəngizə verim?” sözlərini deyib”.
Sonda təhqiqatçı E.Qurbanov qərara gəlib ki, araşdırma zamanı göstərilən məsələnin mülki xarakterli məsələ və ərizədə qeyd olunan dələduzluq halının dövlət tərəfindən tanınmayan torpaq sahəsinə dair olması cinayət işinin başlanması üçün kifayət qədər əsas vermir. Odur ki, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı Elçin Qurbanov göstərilənlərə və AR CPM-nin muvafiq maddələrinin tələblərini rəhbər tutaraq, vətəndaş Quliyeva Firəngiz Hüseyn qızının ərizəsi əsasında toplanan material üzrə cinayət işinin başlanmasını rədd edib.
Şikayətçi F.Quliyeva isə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı Elçin Qurbanovun qərarını əsassız hesab edir. F.Quliyeva bildirir ki, E.Qurbanov Mətanət Əkbərovanın uydurduğu yalan, şər və böhtanları, iftiraları araşdırmadan ona qarşı qərəzli qərar qəbul edib:
“Hörmətli cənab Baş Prokuror!
Təhqiqatçı E.Qurbanov araşdırmasında yazır ki, guya Sarvan Abbasov hüquqşünasdır və o, mənim hüquqlarımı məhkəmədə müdafiə edib. Guya mən onunla müqavilə bağlamışam və vəkillik müqaviləsi üçün Sarvana 1000 manat pul vermişəm. Ancaq E.Qurbanovun bu yazdıqlarını sübut edəcək heç bir dəlil yoxdur. Bildirmək istəyirəm ki, Sarvan Abbasov hüquqşünas deyil, bizim torpaq məhkəməsində adı belə keçmir.
E.Qurbanovun araşdırdığı iş tamamilə yalan və böhtan üzərində qurulub. Odur ki, xahiş edirəm, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı Elçin Qurbanovun qəbul etdiyi 28 iyul 2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqındakı qərarı ləğv edilərək işə yenidən baxılsın və obyektiv araşdırma aparılsın”.
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08
Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02
Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47
Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37
Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01
Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57
ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52
"Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49
Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46
NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43
'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40
Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00
“Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22
Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20
Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08
Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07
Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01
Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57
İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53
"Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52
Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Dünən, 17:49
Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Dünən, 17:41
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Dünən, 17:33
Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:31
Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Dünən, 17:30
"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Dünən, 17:24
“Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Dünən, 17:22
Nazir müdiri işdən çıxardı - ƏMR
Dünən, 17:18
Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Dünən, 17:15
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Dünən, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Dünən, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Dünən, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Dünən, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Dünən, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Dünən, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Dünən, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Dünən, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Dünən, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Dünən, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Dünən, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Dünən, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Dünən, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Dünən, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Dünən, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Dünən, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Dünən, 15:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru