Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik .....                     Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır .....                     Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... .....                     Trampın Bakı səfəri baş tuta bilər... .....                     Fevralın 9-u başlayacaq .....                     Qəbul imtahanları elektron olacaq .....                     Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... .....                     ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır .....                     "Yenə mənim adımdan pul dilənir" .....                     Tanınmış iş adamı ağır qəzaya düşdü .....                     NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı .....                     'Aİ-95' benzinin qiyməti artacaq? .....                     Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi .....                     "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, .....                     “Yapı Kredi Bank”ın gəliri .....                     Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib .....                     Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı .....                     Hindistanlı generala İrəvanda medal verildi .....                     Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın .....                     Estetik əməliyyatlar məhdudlaşdırılacaq? .....                     Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini .....                     Bakıda yeni park salınır .....                     İcra başçılarına qadağa: .....                     "Boşanmışdıq, uşağımı görə bilmirdim" .....                     Saatlar ABŞ vaxtı ilə qurulur: .....                     Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir .....                     Müştərilər “Premium Bank”dakı pullarını geri götürür .....                     Elmin İnkişafı Fondunun direktoru cərimələnir .....                     Xəstəxana həyətində həkimi maşın vurdu .....                     "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" .....                     “Bank of Baku” bütün depozitlərini sıfırlayıb .....                     Nazir müdiri işdən çıxardı .....                     Atdığım baltanın ölçüsü nə qədər idi? .....                     Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                 

Azərbaycanın efir məkanında qazanılan şübhəli milyonlar... - İlginc araşdırma
Tarix: 8-07-2015, 10:56 | Çap et
Azərbaycanın efir məkanında qazanılan şübhəli milyonlar...
Azərbaycan telekanallarının efir siyasəti ilə bağlı narazılıqlar özünün pik həddinə çatıb. Telekanallarımızdakı nəzarətsizlik elə bir dözülməz vəziyyət yaradıb ki, artıq uşaqdan böyüyə hər kəs bu rüsvayçılığın bir qədər əvvəl durdurulmasının vacibliyini vurğulayır. “Space” və ATV-nin efirində mütəmadi olaraq təkrarlanan “ÇP”lər isə artıq bu problemin vaxt itirmədən həll olunması məsələsini gündəmə daşımaqdadır.

Plagiat layihələr,
küçə söyüşləri...

Qeyd edək ki, televiziyaların yayım siyasəti zaman-zaman tənqidlərin hədəfinə çevrilib, bununla bağlı hətta yüksək mənsəbli dövlət təmsilçiləri də narazılıqlarını ifadə ediblər. Amma, telekanallar tənqidlərdən nəticə çıxartmaq əvəzinə daha böyük rüsvayçılıqlara imza atır. Elə bunun nəticəsidir ki, Azərbaycan cəmiyyətinin ziyalı təbəqəsi bəzi kanallar istisna olunmaqla yerli telekanallara baxmaqdan faktiki olaraq imtina edib. Sıravi vətəndaşların əksəriyyəti isə çıxış yolunu ya türk, ya da rus kanallarına baxmaqda görür. Bu isə hər şeydən öncə ölkəmizin informasiya təhlükəsizliyi baxımından qəbul olunası hal deyil. Təbii ki, burada tamaşaçını qınamaq fikrində deyilik, hər halda Azərbaycan telekanalları rəqabətə davamlı tele layihələr reallaşdıra bilsəydi, düşündürücü və intellektual verilişlərə üstünlük versəydi tamamilə başqa mənzərənin şahidi olardıq. Fakt isə ondan ibarətdir ki, yerli telekanallarımız əsasən plagiat layihələrə üz tutur, dedi-qodu səviyyəsində hazırlanan şou verilişləri ilə efiri doldurmağa çalışırlar. Bütün bunların acı nəticəsi isə göz önündədir.

Əyləncəli veriliş yoxsa, tərbiyyəsizlik...

Yerli televiziyaların proqram siyasətində ciddi boşluqlar var. Müharibə şəraitində olan ölkənin televiziya kanalları buna adekvat proqramlar yayımlamırlar. Əsasən Qarabağla, şəhidlərlə, qazilərlə bağlı verilişlərə üstünlük verilməlidir. Bəs bizim telekanallar nə edir? Bozbaş iyi verən mətbəx verilişləri, vulqar ifadələrin yer aldığı, adına “əyləncəli proqram” deyilən verilişlər və s. Əslində isə dünyanın ən nüfuzlu telekanallarında da əyləncəli verilişlər var və bu olmalıdır. Amma bizim telekanalların bizə təqdim etdikləri adətən əyləncə yox, sırf tərbiyyəsizlikdir.
Bir məsələni də qeyd etmək olduqca vacibdir ki, televiziyalar dil baxımından örnək olmalıdırlar. Ancaq çox təəssüf ki, aparıcıların əksəriyyəti ya ləhcə ilə danışır, ya da dil normalarını ciddi şəkildə pozurlar.Bəzən elə fikirlər səsləndirirlər ki, cəmiyyətdə qıcıq yaradır. Bunlar isə Azərbaycan telekanallarında peşəkarlığın hansı səviyyədə olduğunu əyani şəkildə göstərir. Elə bunun nəticəsidir ki, televiziyalarda aparıcıların və yaxud verilişə dəvət olunan şəxslərin əndazədən çıxan davranış və hərəkətlər nümayiş etdirmələri, cəmiyyət və onun dəyələrini təhqir etməsi bir növ dəb halını alıb. Bu günlərdə “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənləri isə əsl biabırçılıq adlnadırmaq olar.
“Space”nin efirində “fahişə” söhbəti – Bu artıq ciddi siqnaldır!!!

Xatırladaq ki, “Space”də Vüsalə Kərimovanın aparıcılıq etdiyi verilişdə müğənni yazar Əziz Musaoğlu Mətanət Əsədovanın ünvanına işlətdiyi “fahişə” ifadəsi isə artıq telekanallardakı durumun nə qədər dramatik olduğunu təsdiqlədi. Onların bu hərəkətinə mətbuatda, sosial şəbəklərdə tənqidi reaksiyalar gəlib. Mütəxəsislər isə bildirirlər ki, verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması məqamı var. Bu isə proqrama verilən tələblərin pozulması deməkdir.Veriliş zamanı açıq aydın görünürdü ki,bu cür qeyri-etik dialoqlar gedir, amma aparıcı nədənsə məsələyə müdaxilə etmək istəmir. Sanki burda çox dəyərli dialoq gedir və bu dialoqu pozmaq istəmir. Söhbətin getdikcə dramatikləşdiyini görən rejissor məsələyə müdaxilə etməli idi. Lakin görünür ki, rejissor da hadisələrin axınına tabe olub.
Amma unutmaq olmaz ki, bu kimi olaylarda televiziya rəhbərliyinin günahı daha çoxdur. “Space” telekanalının prezidenti, rejissor, ssenarist Vaqif Mustafayevin baş verənlərlə bağlı susqunluğu və reaksiyasızlığı isə başadüşülən deyil. Hər halda bu kimi hallar Vaqif Mustafayevin ictimai nüfuzunu zədələməklə yanaşı, ona olan etimadı da sıfıra endirməkdədir. Bununla belə efir rüsvayçılığının yalnız “Space”də müşahidə olunduğu fikrini də təlqin etmək niyyətində deyilik.
Ümumiyyətlə əksər telekanallarda durum oxşardır. Hətta ictimai rəydə ciddi obraza sahib olan AzTV-də belə müəyyən boşluqlar var. İstər rəsmi xəbərlərin təqdimatında, istər dövlət başçısının səfər və görüşlərinin təqdimatındakı operativlikdə peşəkarlıq nümayiş etdirən AzTV digər sahələrdə nəzərə çarpacaq dərəcədə “axsayır”. Sosial problemlərin işıqlandırılmamasından tutmuş, məmur özbaşınalıqları ilə bağlı AzTV-nin nümayiş etdirdiyi susqunluq cəmiyyətdə haqlı narazılıqlar yaradır.
ANS-lə bağlı vəziyyət də ürəkaçan deyil. Vaxtilə ətrafına ciddi tamaşaçı auditoriyası toplamağa nail olmuş ANS son zamanlar efirində elə bağışlanmaz yanlışlıqlara yol verir ki, bu da peşəkarlıq səviyyəsinin əvvəlki ölçüdə olmadığını təsdiqləyir. Azərbaycan efirində ən ciddi problemlər isə məhz ATV kanalındadır. Adıçəkilən kanalın rəhbərliyi bütün məsələlərə biznes maraqları prizmasından yanaşdığından buradakı çatlar daha dərindir.
ATV reklamlardan
ildə 24 milyon manat əldə edir,
bəs keyfiyyət hanı?

Öncə qeyd edək ki, ATV kanalı yarandığı gündən şou proqramlara üstünlük verib və bu, kanalın demək olar ki, prioritet istiqamətidir. Yarandığı gündən bu vaxta qədər çoxsaylı layihələrə müəlliflik etmiş ATV bir vaxtların ən baxımlı kanallarından idi. Elə bu səbəbdən də ATV ölkə televiziyaları içərisində ən çox reklam əldə edən kanallardandır. Əldə etdiyimiz məlumatlara görə, ATV reklamlardan ay ərzində təxminən 2 milyon manat həcmində gəlir götürür. Bu məbləğin illik toplamı isə 24 milyon manat deməkdir ki, bunun da yalnız çox cüzi bir hissəsi yaradıcı kollektivin əmək haqqına və texniki xərclərə sərf olunur. Belə olan halda, ATV prezidenti Vüqar Qaradağlının cavablandırması gərəkən bir sual ortaya çıxır: Bəs, yerdə qalan milyonlarla manatın aqibəti necə olur? Axı, fakt ondan ibarətdir ki, ATV özəl layihələrə pul ayırmır, işçilərinin maaşı digər telekanallardakı əmək haqlarından heç nə ilə fərqlənmir və s. Hesab edirik ki, evimizə vulqar ifadələr və küçə söyüşləri daşıyan ATV-nin maliyyə durumu ilə bağlı da ciddi araşdırmalara ehtiyac var.
Bununla belə həlli vacib olan bir nömrəli məsələ isə Azərbaycan tele efirində baş alıb gedən rüsvayçılığa “dur” deməkdir. Artıq Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, eləcə də digər rəsmilər telekanallardakı dözülməz vəziyyətlə bağlı ciddi araşdırmalara başlandığını bəyan edib.

“Telekanallar iki
nəfəri atır ortaya,
onları dalaşdırırlar”...

“Son zamanlar şou proqramlarda belə bir dəb düşüb. İki nəfər qonağı qladiator kimi atırlar ortaya. Onları döyüşdürürlər, vuruşdururlar. Özləri də kənardan baxıb gülürlər ki, alındı. Bu cür yaramaz”. Bu sözləri ötən gün mətbuata verdiyi açıqlamada Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib. Sədr müavini bildirib ki, haqqında ciddi tədbir görüləcək verilişlərin sayı günbəgün artmaqdadır: “Həmin verilişlərin sayı kifayət qədər çoxdur. Daha bir səhv, daha bir pozuntu artıq həmin verilişlə bağlı ciddi tədbir görülməsinə gətirib çıxaracaq. Biz indiyə kimi telekanallara şifahi şəkildə xəbərdarlıq etməklə kifayətləndik. Artıq bundan sonra belə olmayacaq”.
Q. Cəbiyev qeyd edib ki, şou proqramlara cavabdeh olan şəxslər lazımi səviyyədə verilişlərə nəzarət etmir: “Görünür son vaxtlar telekanallarda efirə gedən şou verilişlərə montaj zamanı redaktorlar, məsləhətçilər, veriliş üçün cavabdeh olan insanlar lazımınca nəzarət etmirlər. Efirdə aparıcı və ya qonaq səhv edə bilər. Bəs verilişi hazırlayıb efirə buraxanlar? Əsas məsuliyyət onların üstündədir. Montaj, redaktə nədən ötrüdür? Elə “Space”dəki məlum hadisəni götürək. Axı həmin veriliş canlı deyildi. Həmin hissəni kəsə, redaktə edə bilərdilər ki, həmin hissə heç efirə getməzdi”.

Son əvəzi...

Mövzunun əhəmiyyəti həm də ondadır ki, telekanallar yetişən gəncliyin psixologiyasına əhəmiyyətli dərəcədə təsir göstərirlər. Bu baxımdan efir siyasətinin düzgün qurulmaması, təsadüfi şəxslərin efirdə nalayiq ifadələr işlətməsi bütövlükdə cəmiyyət olaraq mənəvi aşınmaya gətirib çıxardır. Belə bir acınacaqlı aqibətlə qarşılaşmamağımız üçünsə indidən tədbirlər görülməlidir: Evimizə söyüş daşıyan telekanallara “dur” deyilməli, efir siyasətində ciddi dəyişikliklərə imza atılmalı və Azərbaycan tamaşaçısının etimadı yenidən qazanılmalıdır. Ümid etmək istərdik ki, belə də olacaq....
\\unikal.org\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08
Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02
Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47
Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37
Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01
Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57
ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52
"Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49
Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46
NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43
'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40
Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00
“Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22
Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20
Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08
Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07
Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01
Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57
İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53
"Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52
Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Dünən, 17:49
Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Dünən, 17:41
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Dünən, 17:33
Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:31
Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Dünən, 17:30
"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Dünən, 17:24
“Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Dünən, 17:22
Nazir müdiri işdən çıxardı - ƏMR
Dünən, 17:18
Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Dünən, 17:15
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Dünən, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Dünən, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Dünən, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Dünən, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Dünən, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Dünən, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Dünən, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Dünən, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Dünən, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Dünən, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Dünən, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Dünən, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Dünən, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Dünən, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Dünən, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Dünən, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Dünən, 15:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru