Türkiyə vətəndaşının Bakıda müəmmalı ölümü - Əbülfəz Əliyev millət vəkillərinə müraciət etdi
Tarix: 24-02-2015, 13:08 | Çap et
Qəzetimizin 28-31 yanvar və 05-10-12-17-20 fevral 2015-ci il tarixli saylarında redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən, vaxtilə hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışan Əliyev Əbülfəz Cəlal oğlunun bəzi yüksək çinli məmurlar tərəfindən aldadılaraq külli miqdarda pulunun mənimsənildiyi barədə ətraflı məlumat vermişdik. Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı, vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib:
"Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz olub. O, mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa, ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2 milyon dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək mənim verdiyim pulu mənimsədi.
Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin və Azərbaycanda tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Rövşən Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verdikləri vədlər olub. O cümlədən Neftçala rayon icra başcısı İsmayıl Vəliyev və Xızı rayon icra başcısı Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək pulun silinməsini tələb ediblər. Bununla razılaşmayan Əbülfəz Əliyev susdurulmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib. Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faiz hissəsini vermirlər, nə də 482 min dollar pulunu. O cümlədən bu məsələ hətta mətbuat vasitəsilə ictimailəşəndən sonra belə nə qarşı tərəfdən, nə də hüquq-mühafizə orqanları tərəfindən heç bir münasibət bildirilməyib.
Bu məsələ mətbuatda geniş rezanansa səbəb olduğundan jurnalistlər mütəmadi olaraq bizimlə əlaqə saxlayır, məsələnin nə yerdə olduğunu aydınlaşdırmağa çalışırlar. Biz də bu məsələ ilə bağlı əldə etdiyimiz yeni faktları mütəmadi olaraq, mətbuatın və geniş oxucu auditoriyasının diqqətinə çatdırırıq. Bu məsələlərdə jurnalistlərin diqqətini çəkən bəzi məqamlar var ki, bizi vadar etdi yenidən zərərçəkən Əbülfəz Əliyevə müraciət edək. Əbülfəz Əliyev keçən müsahibələrinin birində qeyd etmişdi ki, Rövşən Aslanov tək mənə qarşı yox, digər şəxslərə qarşıda dələduzluq əməlləri törədib. Əbülfəz müəllimin bu fikri jurnalistlərdə sual yaradıb ki, zərərçəkən digər şəxslər kimlərdir. Biz də bu sualla Əbülfəz Əliyevə müraciət etdik. Əbülfəz müəllim bizimlə söhbətində suala cavab verməzdən əvvəl maraqlı bir fikir bildirdi. O qeyd etdi ki, problemini bizim qəzet vasitəsilə işıqlandırdıqdan və Kütləvi İnformasiya vasitələrinə müraciət etdikdən sonra onlarla mətbuat bu işlə ciddi maraqlanmağa başlayıb. Və mütəmadı olaraq problem həmin mətbuat vasitələrində işıqlandırılıb: "Amma mənə gələn məlumatlara görə, Xızının İcra başcısı Xəzər Aslanov və Neftçalanın İcra başcısı İsmayıl Vəliyevin adamları bəzi məbuat vasitələrində işləyən jurnalistləri və baş redaktorları nəyinsə hesabına ələ alıb. Onlara mənim problemimi işıqlandırmamağı və məsələni gündəlikdən çıxarmağı tapşırıblar. Amma mən Azərbaycan mətbuatında işləyən vicdanlı jurnalistlərə inanıram və ümidvaram ki, onlar bu iki icra başcısının toruna düşməyəcəklər. O ki qaldı mənə, icra başcıları hansı yola əl atırlarsa-atsınlar, onlar məni susdura bilməyəcəklər. Və mən həyatda qaldığım müddətcə haqlı mübarizəmi davam etdirəcəm. Onlar hətta bizim mətbuatı susdursalar belə mən qardaş Türkiyə mətbuatına müraciət edəcəyəm. Və haqqımı bu mətbuat vasitəsilə əldə etməyə çalışacağam. O ki qaldı verdiyiniz sualın cavabına, onu deyə bilərəm ki, Rövşən Aslanov FHN-nin Gəncə regional mərkəzinin rəisi işləyərkən Gəncə və ətraf rayonlarda yaşayan xeyli insandan işə düzəltmək adı altında külli miqdarda pul alıb. Onun rayonlarda məhz bu cür çirkli işlərlə məşğul olan adamları varıydı. Və onlar vasitəsilə insanları aldadıb pulunu mənimsəyirdilər. Hətta onu işdən qovarkən FHN-nin yüksək çinli məmuru məndən Rövşən Aslanovun aldadıb pulunu aldığı adamlar arasında tanışımın olub-olmamasını soruşdu. Digər şübhəli bir məqamı da sizin diqqətinizə çatdırım. Deməli, məndən pul aldıqları vaxt türk vətəndaşı olan Kadir adlı şəxsdən də tekstil fabrikinə şərik etmək adı altında 500 min dollar almışdılar. Sonradan araşdırdım ki, Kadir həmin pulları bankdan götürmüşdü və başına bir iş gəldiyi təqdirdə pulu banka sığorta şirkətləri tərəfindən ödənilməliydi. Bildiyimə görə, Kadir pul verəndən sonra bunların onu aldatdıqlarını anlamışdı. Bunu bilən Rövşən Aslanov Kadiri və Kubarı Bakıya dəvət etmişdi. Kadir Bakıda olarkən birdən-birə yol qəzasında müəmmalı şəkildə həlak oldu. Hətta onun Türkiyədə olan qohumları bu işi araşdırmaq üçün İstanbuldan xüsusi mütəxəssislər gətirmişdilər. Onlar Kadirin qəsdən öldürüldüyünü düşünürdülər. Amma sonradan bu versiya araşdırılmadı. Beləliklə, Kadirin verdiyi 500 min dollar xüsusi sığortalandırıldığına görə banklar tərəfində ödənildi. Rövşən Aslanova fabrikə şərik olmaq üçün verilən pullar isə batdı. Onlar burda məni aldatdılar, Türkiyədə isə Kadirin başına o oyunu açdılar".
Əbülfəz Əliyev bizimlə söhbətin sonunda Milli Məclisdə təmsil olunan millət vəkillərinə müraciət etdi.
Hörmətli Milli Məclisin sədri Oqtay Əsədov və millət vəkilləri !
Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı və iş şəriki olan vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu tərəfindən dələduzluq yolu ilə aldadılmışam və bunun nəticəsində mənə və yaxın qohum-əqrabama məxsus, ümumilikdə 482.000 ABŞ dolları məbləğində pul vəsaitimiz mənimsənilib.
Hörmətli Milli Məclisin sədri Oqtay Əsədov və millət vəkilləri !
Artıq iki ilə yaxındır ki, mən pozulmuş hüquqlarımı bərpa edə bilmirəm. Rövşən Aslanov himayəçilərinin sayəsində öz dələduzluq əməllərini davam etdirir. Müxtəlif bəhanələrlə mənə və ailə üzvlərimə vurduğu maddi zərəri ödəməkdən yayınır.
Rövşən Aslanov himayədarlarının sayəsində heç bir qanun-qayda tanımadığını bildirir və ona "bata" bilməyəcəyimi söyləyir. Keçən müddət ərzində doğrudan da, Rövşən Aslanovun himayədarlarının sayəsində qanunların fövqündə durduğunun şahidi oldum.
Hörmətli Milli Məclisin sədri Oqtay Əsədov və millət vəkilləri !
Sizə müraciət etməkdə məqsədim Ali Qanunverici orqanın nümayəndələri kimi bu məsələyə münasibət bildirərək haqqımın qorunmasını təmin etməyinizdir. Ümidvaram ki, bu müraciətimə biganə qalmayacaqsınız. Qeyd edim ki, mən Azərbaycan dövlətinə və Prezidentinə sadiq olan və bunun üçün and içmiş bir zabitəm və bu andıma şərəfimlə sadiqəm. Bu cür məmurların özbaşnalığı və dələduzluğuna sıravi vətəndaşların dövlətdən narazı salınmasına yönəlik bir addım kimi dəyərləndirirəm. Amma qəti əminəm ki, bu kimi hallar möhkəm təməllər üzərində qurulmuş dövlətimizin adına və Cənab Prezidentimizin yorulmaz fəaliyyətinə kölgə sala bilməyəcək. Haqq, ədalətin gec-tez öz yerini tezliklə tutacağına əminəm. Hörmətlə. Əbülfəz Cəlal oğlu Əliyev \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
• Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05 |
|
|
|
• Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57 |
|
|
|
• İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55 |
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
|