Azərbaycanda 20 min manatlıq şirkət .....                     “Ömrüm boyu sayğılı nazirimə borcluyam” .....                     Həkimlər Lalə Şövkətə qadağa qoydu .....                     Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir .....                     Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır .....                     4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi .....                     Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? .....                     "İran Suriya itkisinin "ağrı-acı"sını .....                     Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir .....                     Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! .....                     Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi .....                     "Bakıya giriş ödənişli olsun" .....                     Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? .....                     "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" .....                     Nazirlik eyni adama milyonluq tender verdi .....                     Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib .....                     Ermənistan Minsk qrupundan imtina edir, ya yox? .....                     “Elə zəhrimar sifət göstərirəm ki, .....                     Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... .....                     Burun əməliyyatından sonra vəfat edən qızın atası: .....                     Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib .....                     “Qarabağ” Juninyonun yerinə onu alır? .....                     3 evi olduğunu deyən AYSUN: .....                     Hüseynbala Mirələmovun oğlu da namizəd oldu .....                     Başqasının maşınına girib, özünü yandırdı .....                     “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” .....                     Bəxtiyar Hacıyevə hökm oxunub .....                     Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı .....                     "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə .....                     Samir Şərifov niyə işdən çıxarıldı? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR .....                     Nazir Kəpəzə polis rəisi təyin etdi .....                     Paşinyan Ermənistan "Titanik"ini batırır .....                     Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır .....                     Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? .....                     Zəngəzura Ermənistan nəzarət edəcək .....                     2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə .....                     Naxçıvanda “dədə-baba” qaydası təyinatlar .....                     Naxçıvan Ali Məclisində yeni təyinat .....                 

Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir - GİLEY
Tarix: 3-07-2020, 12:46 | Çap et
Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə idarəsinin icra şöbəsinin əməkdaşlarının uzun illərə dayanan fəaliyyətsizliyi Gəncə şəhər sakini Ələkbərova Kifayət İsbar qızını çıxılmaz duruma salıb. Adıkeçən qurum əməkdaşları qüvvəsini almış mövcud qətnamə və qərardadlara bilərəkdən səhlənkarlıq bəsləyirlər. Nəticədə adıçəkilən şikayətçiyə və qızı Vüsalə Ələkbərovaya verilməli olan 30 min manatlıq ev əşyaları müəmmalı şəkildə “yoxa çıxıb”. Daha doğrusu, qətnamə və aktlarda da yer alan əmlak aşkar talançılığa məruz qalıb.
Demokratik.Az xatırladır ki, 18 avqust 2008-ci il tarixli (2-14/08-saylı) qətnaməsinin hüquqi nəticəsinə görə, iddiaçı Quliyeva Saida Tahir qızının iddiası təmin edilməklə Gəncə şəhəri, Bakı küçəsi 70 nömrəli evdən istifadə hüquqlarını itirmişlər və 4 mart 2009-cu il tarixdə qətnamənin icrası ilə oradan pasport qeydiyyatından da çıxarılmışlar. Lakin, çıxarılarkən ailəyə məxsus ev əşyaları saxlanc üçün iddiaçı Saida Quliyevanın ixtiyarına verilmişdir. Və icra aktına görə, 156 adda saxlanc ev əşyalarının ümumi dəyəri 30 min manat kimi qiymətləndirilmişdir.
Kifayət Ələkbərovanın bildirdiyinə əsasən, artıq 10 ildir ki, Gəncə icra şöbəsinin əməkdaşlarının boş və zəif əməli fəaliyyətləri nəticəsində əşyalarını Saida Quliyevadan ala bilmir. Nəinki ala bilmir, bu illər ərzində ümumiyyətlə sənəddə varlığı sübut olunan 30 minlik əşyalarının harada olduğunu, necə saxlandığını belə öyrənə bilmirlər. Şikayətçi hesab edir ki, əşyaları ümumiyyətlə yoxa çıxarılıb, maddi tamah məqsədilə talanıb və bunun da cavabdehliyini qətnaməni icra etməyən, talançılılğa şərait yaradan məmurlar da daşımalıdır.
Belə ki, hələ 2013-cü ildə hər vəchlə əşyalarını geri almağa çalışan şikayətçi bildirir ki, icraçıların öyrətməsilə əsassız məhkəməyə cəlb edilib. Bu yolla Saida Quliyeva öz üzərinə qoyulan məhkəmə öhdəliyindən planlı şəkildə yayındırılıb.
Məlum bir qətnamədən (26 fevral 2013-2(043)-84/2013) də görünür ki, Saida Quliyeva həqiqətən “qeybə çəkilən” əşyaları geri qaytarmamaq üçün Kifayət Ələkbərovaya qarşı Gəncə şəhəri Nizami rayon Məhkəməsində iddia qaldıraraq guya 2009-cu ilin martından təhvil aldıqlarını 3 ildir kirayə ünvanda saxlayır və bunun üçün də sonuncu 3900 manat pul verməlidir ki, əşyaları qaytarsın. Elə həmin məhkəmənin gedişi zamanı məlum olmuşdur ki, S.Quliyeva əslində heç bir qanuni tələb və əsaslar olmadan özünün qaytarmağa cavabdeh olduğu özgə əşyalarının əksər hissəsini evindən çıxarmışdır. Lakin, həm məhkəmənin hakimi, nə də məhkəmə icraçıları araşdıraraq müəyyən etməmişlər ki, çıxarılsa da əşyalar faktiki haradadır və niyə gerçək sahibinə təhvil verilmir?!
Borclunun uduzduğu həmin iddiaya dair qətnamə qət edən hakim Emin Əliyevin rədd qənaətə gəlməsi üçün sadəcə şahid kimi yalan ifadələr verən ev alqı-satqısı və kirayəsi üzrə makler Aydın Ağayevi dindirməsi, lakin onun dediklərinin sübutuna çalışılmaması, malların hara, konkret hansı kirayə ünvana daşındığını faktiki olaraq aydınlaşdırmaması bu işin daha dərin talanına işarət edir.
Hansı ki, şikayətçinin də dediyi kimi, onlar həmin məhkəmə iclasında da ev əşyalarının harada olduğunu bilmədiklərini, bunu öyrənmək istədiklərini və əşyalarını qəbul etməyə hazır olduqlarını bildirsələr də hakim qarşı tərəfin hüquqi tələblərinə məhəl qoymamışdır. Ona görə, haqlı olaraq da şikayətçi şübhələnir ki, 30 min manatlıq ev əşyaları borclu tərəfindən aşkarxasına talanmışdır və ümumiyyətlə faktiki mövcudluğunu itirmişdir. Ona görə də məhkəmələrdə icraçıların diqtəsilə bu cür oyunlar oynanılmışdır və icraat müddəti məqsədli qaydada yubadılmışdır. Hakimlərin bu işə hər dəfəsində etdikləri davranışları isə dolayısıyla məhkəmə icraçılarını “sudan quru”ya çıxarmışdır.
Kifayət Ələkbərova bildirir ki, 10 ildir şikayət etmədikləri ünvan, qapısını döymədikləri məhkəmə və hakim qalmayıb. Şikayətlərinə düzgün baxan, qanuni qüvvəsini almış qətnaməni düzgün icra edən, borclunu könüllü icraatdan yayındığı üçün cəzalandıran tapılmır. Şikayətçinin dediklərindən və işin əsas mahiyyətindən aydın etmək olur ki, əslində icraat prosesi qəsdən uzadılır, icra şöbəsinin məmurlarının özləri də borclu ilə sövdələşmələr edərək qanunvericiliyin tələbini bilə-bilə veclərinə almırlar. Ona görə də süni problemlər, cinayət xarakterli əməl - əmlakı qəsdən talama ortaya çıxıb.
“Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, işin icrasının təmin edilməsinə dair Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli (iş-2(044)-2740/2019) qiyabi QƏTNAMƏ və eyni məhkəmənin 12 fevral 2020-ci il tarixli (İş 8(044)-24/2020) QƏRARDAD da mövcuddur. Təəssüf ki, sonuncu qətnamə və qərardadda da Gəncə İcra idarəsinin məmuru İlkin Qədimovun təqdimatlarında və sorğulamalarına bəzi suallar yaradır. Sənədləşmə və formallıq naminə edilən icra hərəkətləri icraçının səhlənkarlığını isbat edir. Hazırda çalışılır ki, borclu öz borcunu Gəncə şəhəri Bakı küçəsində yerləşən 0,0125 kv.m torpağının hərracda satılması hesabına ödəyə bilsin. Yəni artıq icraçı üçün maraqlı deyil ki, borclunun saxlancına verdikləri 30 minlik ev əşyaları var, yoxsa yoxa çıxıb?! Əsas odurmu görəsən, borclunun adına əmlak var, ya yox, vəssalam?!
Adi məntiq borclunun 10 illik öhdəliyini niyə hələ də icra etməməsinə işıq salır. Daha dəhşətli sual isə o ola bilər ki, axı hansı səbəbə 30 minlik əmlakı qorumalı, saxlamalı olan borclu öhdəliyi nəinki yerinə yetirməyib, asanlıqla şəraitdən istifadə edərək şikayətçiyə məxsus olanları "yoxa çıxara" bilib? Sizcə, niyə etdiklərinə görə, ötən müddətdə bircə dəfə də olsun cəzalandırılmayıb? Niyə icra prosesi öz yönünü başqa və aldadıcı istiqamətlərə doğru dəyişir?
Şikayətçi onu da bildirib ki, bu illər ərzində borclu icra şöbəsinə dəfələrlə gəlib, xüsusilə şöbəsinin rəis müavini Ələmdar İbrahimovun və sabiq rəis Nizami Qocayevin "görüşlərində" olub. Lakin, icraçı və rəisləri rəsmi sənədləşmələrdə yazırlar ki, borclu özü də "yoxa çıxıb", onu tapa bilmirlər. Guya borclunun tapılması istiqamətində polis orqanına da müraciətlər ediblər və tələbin icrasına çalışırlar.
Yazılanlara və şikayətçinin iddialarına cavabında, Gəncə Regional Ədliyyə İdarəsi "Demokratik.Az"-a bildirib ki, məlum qətnamənin icrası üçün Gəncə icra idarəsi müxtəlif vaxtlarda cavabdehə bildirişlər göndərilmiş, borclunun yaşadığı Gəncə ş, Bakı küçəsi ev-70 ünvanına poçtla məktubların çatdırılması işi aparılmışdır. Lakin, həmin evin qapısının həmişə bağlı olması təsbit edilmiş və borclu Quliyeva Saidə Tahir qızı ankoloji xəstəliyi ilə əlaqədar çox zaman Bakı şəhərində müalicələrdə olması icraçılar tərəfindən müəyyən edilmişdir.
Regional Ədliyyə qurumu qalmaqallı və qaranlıq icra işinə aydınlıq gətirərkən ona da diqqət ayırıb ki, icranın mümkünsüzlüyü cavabdehin mülkiyyətində olan Gəncə ş, Bakı küçəsi ev 70 ünyanındakı əmlak və ya 0, 0125 ha torpaq sahəsi 15 mart 2020-ci il tarixədək həbsə və hərraca yönəldilsə də, sonradan bu təsir imkanının "rəsmən" itirilməsilə də bağlıdır.
Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin icraçılara təqdim etdiyi 15 mart 2020-ci il tarixli məktubunda yazıb ki, həmin mülk milli qeydiyyat sistemində guya Quliyeva Saidə Tahir qızının adına deyil. Ümumiyyətlə, borclunun adına əmlak qeydiyyatı mövcud deyil.
Sizcə də müəmmalı deyilmi? Belədirsə, onda adına heç bir mülk olmayan şəxs hansı mülkiyyət hüququ əsasında 18 avqust 2008-ci il tarixli (2-14/08-saylı) qətnaməyə sahib ola bilib? Bəs, ev indiyədək kimin adınadır?
Ən əsası, axı nə səbəbə icra əməkdaşları borcludan şikayətçilərə məxsus 156 adda saxlanc ev əşyalarını geri alıb qaytara bilmirlər? Ümumiyyətlə, icraçılar desinlər bilək - həmin ev əşyaları hanı, 30 min dəyərindəki mülkiyyət niyə və necə talanıb!?
Qət edilən məsuliyyəti pulla və ya guya kimsənin adına olmayan mülklə əvəzləməyə niyə çalışırlar, məqsəd nədir?
Bəlkə, şikayətçinin iddiaları həqiqətdir - Bu işdə cavabdehin talançılığına məhz icraçılar özləri şərait yaradıb və özbaşınalığa susqunluğun başında da sabiq icra rəisi Nizami Qocayev durub? Bu anarxiyanın başqa adı varmı?
Bundan başqa, "Saida Quliyeva evdə olmur, müalicə məqsədilə həmişə Bakıdadır, evin qapısı da həmişə qıfıllıdır!" yalanı uyduran icraçılara muştuluqxəbəri verək. Gəncə şəhəri, Bakı küçəsi ev-70 ünvanı aylardır ki, borclu tərəfindən kimlərəsə icarəyə verilib. Həmin ünvanda "pomidor işi" görüb pul qazanırlar. Bu barədə aldığımız əlavə məlumata görə, icraçının baş çəkmədiyi həmin evi bazara çevirənlər süni yolla kal pomidorların qızardılmasını həyata keçirirlər və koronavirus-pandemiya dönəmində istehlakçıların sağlamlığına əlavə təhlükə mənbəyi sayılan işlə məşğul olurlar. Bu hal da hesab edirik ki, çox təcili araşdırılmalıdır, həmin evdəkilərin kimliyi və fəaliyyətləri təftiş edilməlidir.



Şikayətçinin "Demokratik.Az" saytı vasitəsilə aidiyyatı dövlət yetkililərinə etdiyi yeni videomüraciətini də təqdim edirik:
Müstəqil mətbuat orqanı olaraq inanırıq ki, şikayətçiyə qarşı özbaşınalıqların aradan qaldırılması istiqamətində Ədliyyə Nazirliyi, şəxsən çox hörmətli Ədliyyə Nazirimiz cənab Fikrət Məmmədov hərəkətə keçəcək. İcrasını gözləyən qətnamə və qərardadlara sayğı duyulacaq. Bu qalmaqallı iş dərindən araşdırılmaqla, səhlənkar icra məmurları cəzalandırılacaq, 30 minlik mal varlığını "yoxa çıxardanlar" cinayət məsuliyyətinə cəlb ediləcəklər...
(mövzu diqqətimizdədir)
Yazıda adıkeçən hər kəsə söz haqqı tanıyırıq!
Demokratik.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 15:46
“Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Bu gün, 15:43
Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37
Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30
4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26
Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24
"İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22
Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14
Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06
"Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05
Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03
"Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02
Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00
Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00
Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42
“Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37
Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31
Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22
Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20
“Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15
3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12
Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06
Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04
“Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59
Bəxtiyar Hacıyevə hökm oxunub - 10 İL...
Bu gün, 12:56
Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
"Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44
Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36
Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33
Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27
Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10
Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08
Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08
Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04
2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57
Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53
Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51
Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48
Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45
"Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42
Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40
"Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33
İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30
KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26
Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09
Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru