Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...
Tarix: 30-06-2020, 11:51 | Çap et
Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə indiki vəzifəsinə təyin edilib. Bu o zaman idi ki, bir neçə ay əvvəl ölkə başçısının Sərəncamı ilə 2014-cü il “Sənaye ili” elan olunmuş və irili-xırdalı bütün məmurların öhdəsinə ölkə sənayesini inkişaf etdirmək vəzifəsi qoyulmuşdu. 12 mart 2014-cü ildə İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncama nəzər salsaq bu həqiqəti tam aydın görə bilərik. Sərəncamda deyilir: ““Sənaye potensialının gücləndirilməsi”, “Təşkilati tədbirlər”, “Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi”, “Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi”, “Təbliğat və təşviqat işləri” bölmələrindən ibarət olan Tədbirlər Planında 2014-cü ildə aidiyyatı qurumlar tərəfindən görüləcək işlər müəyyən edilmişdir”. Ölkə başçısı Alimpaşa Məmmədovu icra başçısı təyin edəndə, yəqin ki, ondan rayonda “Sənaye potensialının gücləndirilməsi”ni gözəyirdi. Bəs o, bu gözləntini necə doğruldub?
Cavaba keçməmişdən əvvəl kiçik bir haşiyə Məlum olduğu kimi, Azərbaycanın ən keyfiyyətli üzümçülük rayonu olan Şəmkirin bu potensialı ötən hələ 19-cu əsrdən alman şərab sənayeçilərinin də diqqətini cəlb edib. Həmin əsrin ortalarında Şəmkirə köçən bir çox alman ailələri bu rayonda şərabçılığın əsasını qoyurlar. 200 ilə yaxındır davam edən bu ənənə sayəsində Şəmkir vaxtilə ölkənin ən iri şərabçılıq rayonlarından birinə çevrilib. Sovet hökuməti dövründə rayonun ən böyük şərabçılıq müəssisələrindən biri də Şəmkir Şampan Zavodu olub. Alimpaşa Məmmədov icra başçısı təyin olunmayanadək yerli rəhbərlik Şampan zavodunun inkişafı üçün bir sıra addımlar atıb. Əldə etdiyimiz sənədlərə əsasən, zavodun xammal ehtiyaclarını ödəmək üçün 500 hektardan çox torpaq sahəsi ayrılıb. Plana görə, həmin torpaq sahələrində becərilməsi nəzərdə tutulan üzüm Şampan zavodunda emal olunmalı, məhsullar yerli bazarla yanaşı, Rusiya kimi xarici ölkələrə ixrac olunacaqdı. Nəticədə rayonda üzüm bağlarından tutmuş Şampan Zavoduna qədər müxtəlif müəssisələrdə yüzlərlə insan işləyəcək, Şəmkirin rifah halı yüksələcək, Azərbaycana xeyli xarici valyuta gələcək, dövlət büdcəsi yeni maliyyə qaynağı ortaya çıxacaq və s. və ilaxır. Bunlar 2005-2006-cı illərdə həmin torpaq sahələrini Şampan Zavoduna verən köhnə rəhbərliyin xülyası idi. Amma atalar demişkən, sən saydığını say, gör, 2014-cü ildə rayona başçı təyin olunan Alimpaşa müəllim nə sayır?
Alimpaşanın "saydıqları" Şəmkir Şampan Zovadu ASC-nin Müşahidə Şurasının sədri Hafiz İbrahimovun Ovqat.com-a verdiyi məlumata görə, Alimpaşa Məmmədov icra başçısı təyin olunandan sonra isə ilk işə həmin sahələri başqalarına satmaqla başlayıb. Maraqlıdır ki, ərazilər həyətyanı torpaq sahəsi kimi satılıb. Halbuki, sənədlərdə həmin sahələrin kənd təsərrüfatının inkişafı şərtilə Şampan Zavoduna verildiyi açıq şəkildə yazılıb. İddialara inansaq, Şampan Zavoduna aid olan torpaq sahələri yerləşdikləri məkanlara görə müxtəlif qiymətə hərraca çıxarılıb. Rayon mərkəzinə yaxın ərazilərdə bir hektar ərazi 10 min manata satıldığı halda, ucqarlara getdikcə qiymətlər 30 min manata qədər enir.
Ən təəccüblü isə odur ki, satılan ərazilər rəsmi sənədlərdə indiyədək Şampan Zavodunun balansındadır. Zavod həmin yerləri 50 illiyinə arendaya götürüb və bunun haqqını ödəyib. Hazırda Azərbaycan Respublikasının Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Şəmkir Şampan zavoduna məxsus mülkiyyət kimi göstərilən torpaq sahələrinin satılarkən necə sənədləşdirildiyi isə maraq doğurur. Belə çıxır ki, eyni ərazinin iki sənədi var: biri Bakıda Əmlak Məsələri Dövlət Komitəsində, biri Şəmkirdə İcra Hakimiyyətində. (Qeyd edək ki, bir yerin iki sahibi problemi təkcə Şəmkir Şampan Zavodunun başına gətirilən “Alimpaşa oyunu” deyil. Rayonun əksər iş adamları məhz bu səbəbdən bir-birinə düşmən kəsiliblər. Bu barədə əldə etdiyimiz faktları tədricən yaylımlayacağıq). İndisə həmin ərazilərin Şəmkir Şampan Zavoduna aid olduğunu göstərən və hazırda Azərbaycan Respublikasının Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatda olan sənədləri yayılmayırıq. Ümidvarıq ki, Şəmkir İcra Hakimiyyəti də həyətyanı torpaq sahəsi kimi satdığı, hazırda üzərində evlər, villalar tikilən ərazilərin onlarda olan sənədlərini paylaşacaq və müvafiq orqanlar “iki adaxlılı qızın” əslində kimə aid olduğuna aydınlıq gətirəcək. Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39 |
|
|
|
• Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37 |
|
|
|
• Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30 |
|
|
|
• 4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26 |
|
|
|
• Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24 |
|
|
|
• "İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22 |
|
|
|
• Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16 |
|
|
|
• Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14 |
|
|
|
• Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06 |
|
|
|
• "Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05 |
|
|
|
• Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02 |
|
|
|
• Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42 |
|
|
|
• “Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37 |
|
|
|
• Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31 |
|
|
|
• Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22 |
|
|
|
• Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20 |
|
|
|
• “Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15 |
|
|
|
• 3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12 |
|
|
|
• Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06 |
|
|
|
• Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04 |
|
|
|
• “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59 |
|
|
|
• Bəxtiyar Hacıyevə hökm oxunub - 10 İL...
Bu gün, 12:56 |
|
|
|
• Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44 |
|
|
|
• Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33 |
|
|
|
• Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27 |
|
|
|
• Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08 |
|
|
|
• Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08 |
|
|
|
• Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04 |
|
|
|
• 2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57 |
|
|
|
• Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53 |
|
|
|
• Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51 |
|
|
|
• Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48 |
|
|
|
• Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45 |
|
|
|
• "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42 |
|
|
|
• Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40 |
|
|
|
• "Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38 |
|
|
|
• Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33 |
|
|
|
• İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30 |
|
|
|
• KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26 |
|
|
|
• Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09 |
|
|
|
• Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04 |
|
|
|
• Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00 |
|
|
|
• “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56 |
|
|
|
|