Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi .....                     Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... .....                     Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                     "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi .....                     "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" .....                     İstəsəydim icra başçısı, nazir olardım .....                     Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır .....                     Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər .....                     Orduda qadınların potensialından istifadə etməliyik .....                     Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur .....                     Almaniya Ermənistana 20 milyon avro bağışlayır .....                     Bank sektorunun SARI ÇÖKÜŞÜ... .....                     Toyun toy, vayın da vay yeri var: .....                     Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı .....                     Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi .....                     Mərkəzi Univermağın qızıl alverçilərinin .....                     İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub .....                     Müharibə bitəcək, amma necə... .....                     Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... .....                     Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi .....                     Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib .....                     Moskva gözləntiləri doğruldur .....                     “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? .....                     Əmlak bazarında durğunluq hökm sürür .....                     Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ .....                     Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi .....                     İlham Əliyev və Nikol Paşinyan .....                     “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” .....                     Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Trend mahnısının cümləsi qalmaqallı oldu: .....                     "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                     Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi .....                     3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? .....                     Vaşinqton İrəvana necə "hamilik" edəcək? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib .....                     Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb .....                     Paşinyan Rusiyanın təhdidlərindən narahatdır .....                     316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? .....                     Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir .....                 

Oqtay Şirəliyevin açdığı bazar... - VİDEOFAKT
Tarix: 27-04-2018, 09:23 | Çap et
Oqtay Şirəliyevin açdığı bazar...
Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunda təkcə rentgendən keçən vətəndaşlardan ay ərzində 50 min manat yığılır



Bu video bazarda çəkilməyib. Bura M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutudur(xalq arasında bu tibb müəssisəsinə “Eksperimentalnı” deyilir).

Dəfələrlə mətbuatda dövlət xəstəxanalarındakı rüşvətdən yazılsa da, bunun müsbət nəticəsi olmayıb, əksinə ildən-ilə vəziyyət daha da pisləşir. Nazir (?) Oqtay Şirəliyev isə səhiyyədə rüşvət barədə yazılanları “gülməli” adlandırıb. Amma rüşvət giriş qapısından başlayan, açıq bazar şəraitində işləyən əksər paytaxt xəstəxanalarının ön cərgəsində yer alan bu xəstəxanada vəziyyət gülməlidən çox, ağlamalıdır.

Apardığımız araşdırmalara əsasən, əslində bütün müayinə və müalicənin tamamilə ödənişsiz olduğu bu dövlət xəstəxanasındakı müayinə xidmətlərinin qiymətlərini oxucularımıza təqdim edirik.

Rentgen müayinəsinin qiyməti 10 -50 AZN, USM müayinəsi 20-45 AZN, qan analizi 10-50 AZN, əməliyyatlar 600-2000 AZN civarındadır. Teropevtin, cərrahın və digər həkimlərin qəbulu isə pasientlərə 50 AZN-ə başa gəlir.

Ən qəribəsi odur ki, xəstəxanaya həkim müayinəsinə gələn pasientlər, eləcə də xəstələrinə baş çəkmək istəyən ziyarətçilər içəri buraxılmırlar. O üzdən xəstəxana qarşısında böyük növbələr yaranır, səs-küydən ağız deyəni qulaq eşitmir. Bu isə heç kəsi narahat etmir. Vətəndaşlara yüksək səviyyəli xidmət təşkil etmək, onları nizam-intizama riayətə dəvət etmək əvəzinə, süni şəkildə qarışıqlıq yaradırlar. Nəzərə almırlar ki, xəstəxanaya gələn vətəndaşların əksəriyyəti sağlamlığı ilə bağlı problem yaşayan insanlardır, onlara uzun müddət ayaq üstə qalmaq, əsəbləşmək olmaz.

Böyük çək-çevirdən sonra nəhayət xəstəxanaya daxil olan insanlar burda da xoşagəlməz hallarla, böyük növbələrlə qarşılaşır. Ən böyük növbə isə yaxşı mütəxəssis kimi tanınan qocaman rentgenoloq həkim, professor Soltan Manafovun kabineti qarşısında olur.

Adıçəkilən rentgenoloq haqda daha müfəssəl məlumat almaq məqsədi ilə M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutuna zəng vurduq. Dəstəyi bir xanım qaldırdı. Əməkdaşımız rayondan gələn qohumunun həmin məşhur rentgen mütəxəssisinin qəbuluna yazılmaq istədiyini dedi. Dəstəyin o biri tərəfindəki xanım çox həvəslə rentgenoloqun qəbuluna yazılmaq üçün pasientin səhər tezdən xəstəxanaya gəlməli və elə oradaca qəbula yazılmalı olduğunu dedi.

“Səhər tezdən gəlsin ki, növbənin ön sıralarında yer ala bilsin”, - deyə əlavə etdi.

Söhbəti genişləndirmək üçün rentgenoloqun adını və soyadını dəqiqləşdirmək istəyəndə isə, nədənsə, xanımın səsi dəyişdi. “Gələr, burada hər şeyi dəqiqləşdirər”,- dedi.

Əməkdaşımızın bütün cəhdləri boşa çıxdı, xanım əsl çekistlər kimi “sirr” vermədi ki, vermədi. Bu səbəbdən digər əməkdaşımızı işə qoşmalı olduq.

O, daha fərasətli çıxıb həkimin adını və soyadını öyrənə bildi, amma xidmətinə görə nə qədər haqq aldığını öyrənməyi bacarmadı.

“Telefonla qəbula yazmırıq, gəlib özünüz yazılmalısınız, həkim xidmətinin qiyməti də burada deyiləcək sizə”, - zənglərə cavb verən xanımın konkret cavabı belə oldu. Bir sözlə, əsl triller təsiri bağışladı bizim bu kiçik araşdırmamız.

Biz də üz tutduq həmin xəstəxanada rentgen müayinəsindən keçən soydaşlarımıza. Onların söhbətlərindən belə məlum oldu ki, bu həkimin qəbuluna düşmək üçün əvvəlcədən növbəyə yazılan insanlar çox zaman ahıl yaşa çatan professorun qeyri-adekvat davranışı sayəsində həmin gün ümumiyyətlə müayinə olunmadan evlərinə qayıtmalı olurlar.

Soltan Manafovun qəbulunda olan insanlar danışır ki, bu ahıl professor əsl kef əhlidir. İstədiyi vaxt xəstəni qəbul edir, istədiyi vaxt isə vəzifəsini icra etməkdən imtina edir. Çünki yaşı ilə əlaqədar tez-tez əhvalı dəyişir, o da pasientlərlə öz əhvalına uyğun davranır.

Rentgen otağına növbədən kənar keçirilən insanlar az olmur. Bu isə şübhəsiz ki, saatlarla öz sırasını gözləyən xəstələrin haqlı etirazına səbəb olur. Bununla bağlı irad bildirən xəstəni yaşlı professor çox sərt formada kabinetindən çıxarır, qapısını açarla kilidləyib uzun müddət otaqdan çıxmır, heç kəsi də qəbul etmir. Amma nədənsə həkimin bu qəbuledilməz davranışı ilə bağlı xəstəxana müdriyyəti tərəfindən heç bir ölçü götürülmür. Üstəlik, çoxdan təqaüd yaşını aşan həkim hələ də xəstəxanada işləyir.

Əslində müdriyyətin bu məqsədli etinasızlığı səbəbsiz deyil. Dövlət hesabına olan rentgen müayinəsi üçün vətəndaşlardan alınan 10-50 AZN civarında ödənişdən hər halda baş həkim xəbərsiz deyil və təbii ki, bu məbləğin böyük bir hissəsi məhz ona çatır. Nəzərə alsaq ki, gün ərzində ən azı 50-70 adam rentgen müayinəsindən keçir, əgər hər biri orta hesabla 25-30 manat haqq ödəyirsə, bir günə minimum 1500 manat edir. Həmin məbləği 30 günə vuranda orta hesabla aya 50 min manata yaxın pul çıxır. Digər müayinə kabinetlərindən, əməliyyatlardan, həkim qəbullarından toplanan pulu da bu məbləğin üstünə gələndə ağlasığmaz rəqəm alınır. Özü də bu qanunsuz gəlirin böyük hissəsi şübhəsiz ki, xəstəxananın baş həkiminin cibinə gedir.

Xəstəxanada hökm sürən bu özbaşınalıq, hərcmərclik və rüşvətxorluq sayəsində bütün gününü bu səhiyyə müəssisəsində itirən, acından, halsızlıqdan ayaq üstə güclə duran xəstə vətəndaşlar milli səhiyyəmizə güvənini itirir, imkanı çatanlar müalicə olunmaq üçün xarici dövlətlərə üz tutur, imkansızlar isə əlacsızlıqdan bütün bu özbaşınalığa dözməli olur.

Heç kəs üçün sirr deyil ki, bütün bu deyilənlər təkcə adıçəkilən xəstəxanada baş vermir. Paytaxtımızın, eləcə də ölkəmizin əksər dövlət xəstəxanalarında buna bənzər vəziyyətlə qarşılaşmaq olar.

Görəsən, vətəndaşların hər gün qarşılaşdığı, haqqında yazdığımız bu nöqsanları Səhiyyə Naziliyi və şəxsən Oqtay Şirəliyev görmür? Azərbaycan səhiyyəsini nüfuzdan salan, vətəndaşlarımızı məyus edən bu acınacaqlı vəziyyət çoxmu davam edəcək? Axı iqtisadi cəhətdən bizdən qat-qat zəif olan qonşumuz Gürcüstanda rüşvətxorluq, korrupsiya çoxdan keçmişdə qalıb. Paytaxt Tbilisidə, eləcə də Gürcüstanın digər bölgələrində fəaliyyət göstərən dövlət xəstəxanalarında xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərlir, özü də tamamilə təmənnasız, hətta öz istəyi ilə həkimə “hörmət” etmək istəyən vətəndaşdan belə pul alınmır. Bəs bizdə nədən vəziyyət yaxşılığa doğru dəyişmir? Bunun səbəbini kimdə, nədə axtaraq? Suallarımızı Səhiyyə Nazirliyinə və şəxsən hörmətli Oqtay Şirəliyevə ünvanlıyırıq.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru