Müştərilər “Premium Bank”dakı pullarını geri götürür .....                     Elmin İnkişafı Fondunun direktoru cərimələnir .....                     Xəstəxana həyətində həkimi maşın vurdu .....                     "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" .....                     “Bank of Baku” bütün depozitlərini sıfırlayıb .....                     Nazir müdiri işdən çıxardı .....                     Atdığım baltanın ölçüsü nə qədər idi? .....                     Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                     Bu icra başçıları özlərinə köməkçi axtarır .....                     Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? .....                     "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" .....                     Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? .....                     Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi .....                     Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... .....                     Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                     "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi .....                     "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" .....                     İstəsəydim icra başçısı, nazir olardım .....                     Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır .....                     Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər .....                     Orduda qadınların potensialından istifadə etməliyik .....                     Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur .....                     Almaniya Ermənistana 20 milyon avro bağışlayır .....                     Bank sektorunun SARI ÇÖKÜŞÜ... .....                     Toyun toy, vayın da vay yeri var: .....                     Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı .....                     Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi .....                     Mərkəzi Univermağın qızıl alverçilərinin .....                     İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub .....                     Müharibə bitəcək, amma necə... .....                     Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... .....                     Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi .....                     Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib .....                     Moskva gözləntiləri doğruldur .....                 

Sabunçunun icra başçısından daha bir özbaşınalıq - FOTOLAR
Tarix: 9-04-2018, 12:53 | Çap et
Sabunçunun icra başçısından daha bir özbaşınalıq
Ölkə prezidenti parklarda obyekt tikilməsinə, yaşıllıqların məhv edilməsinə dair kəskin çıxışlar etməsinə baxmayaraq, paytaxtda vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ərazilər müvafiq icra orqanları tərəfindən bəzi işbazlara satılır.

Həmin yerlərdə isə kafe, çayxanalar açılır, yaşayış binaları tikilir, eyni zamanda əsas fəaliyyət istiqamətləri bəlli olmayan nəhəng obyektlər inşa edilir.

Son vaxtlar «Təzadlar»ın redaksiyasına edilən çoxsaylı şikayətlər bunu deməyə əsas verir. Vətəndaşlar narazılıq edir ki, yaşadıqları ərazidə dincəlmək üçün park qalmayıb, hər yer qarış-qarış satılır.

Belə şikayətlərdən biri paytaxtın Bakıxanov qəsəbəsinin sakinlərindən gəlib. Onlar Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının qarşısında yerləşən Heydər Parkının hasara alınaraq ağacların kəsilməsindən və nəhəng bir obyektin inşasından narazılıq edirlər.

Biz də şikayətçilərin xahişini nəzərə alaraq bu günlərdə yolumuzu adı çəkilən ərazidən saldıq.

Şikayətçilərin nə qədər haqlı olduğu elə ilk baxışda diqqətimizi cəlb etdi. Parkdan əsər-əlamət yox idi. Hündür hasara alınmış ərazinin yaxınlığında bizi qarşılayan şikayətçilər sözügedən parkın uzun illər öncə salındığını söylədilər: «Bu park xalqımızın ümummilli lideri Heydər Əliyevin 75 illiyi münasibətilə salınmışdı. Əslində park insanların istirahəti üçün nəzərdə tutulmuşdu. Ancaq son illər burada tikinti işləri aparılır. Bu səbəbdən də park hasara alınaraq ağaclar kəsilir, yaşıllıq məhv edilir. Yaşlı vaxtımızda bura gün keçirmək üçün gəlirdik. Gördüyünüz kimi, park hasarlanıb. Ərazidə insanların istirahət etməsi üçün yer qalmayıb. Hər tərəfdə kafe, çayxana, ticarət obyektləri var. Gəzib-dolaşmaq, istirahət etmək üçün yer tapmırıq».

Digər şikayətçi də ümummilli lider Heydər Əliyevin adına salınmış parkın məhv edilməsindən təəssüfləndiyini bildirdi: “Bakının digər rayonlarında Heydər Əliyevin adına salınan parklara xüsusi diqqət yetirilir. İnsanların istirahəti üçün hər cür şərait yaradılır. Amma çox təəssüf ki, bizim rayonda bunun şahidi olmuruq. Gördüyünüz kimi, Sabuncu rayonunun ərazisində yerləşən Heydər Parkı bərbad vəziyyətdədir. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev parkın ərazisini tanımadığımız bir işbaza satıb. Həmin işbaz da burada vaxtilə əkilən yüzlərlə şam ağaclarını kəsərək, tikinti işləri aparır. İstirahət etməyimiz üçün yer qalmayıb. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə Bakıda min əzab-əziyyətlə salınan yaşıllığı məhv edənlərə, ağacları kəsənlərə qarşı çıxaraq, «Hesab edin ki, onlar mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq-ədalət məhkəməsi qarşısında cavab versinlər» demişdir. Ancaq bu gün Sabunçunun icra başçısı Adil Vəliyev hər tərəfi satır, ağacların kəsilməsinə şərait yaradır. Demək olar ki, artıq qəsəbəmizdə boş torpaq ərazisi qalmayıb».

Şikayətçilər bunun yaşlı nəsilə qarşı bir hörmətsizlik olduğunu bildirdilər: «Belə vəziyyət Prezident seçkiləri ərəfəsində dövlət başçısının fəaliyyətinə kölgə sala bilər ki, buna yol vermək olmaz. Başa düşə bilmirik ki, rayon rəhbərliyinə «dur» deyən yoxdur. Halbuki cənab prezident İlham Əliyev şəxsən özü də bu cür halları kəskin tənqid edib, ağacları kəsərək yerində ticarət obyektləri tikməyi vəhşilik, vicdansızlıq adlandırıb. Lakin, nədənsə, prezidentin bu cür kəskin çıxışlarının bizim rayonun rəhbərliyinə heç bir təsiri yoxdur. Yaxşı olar ki, dövlət başçısı bu barədə ciddi tədbir görsün».

Biz ərazidə olarkən Sabunçu RİH-nin inzibati binası ilə “İmam Rza” məscidinin qarşısındakı hasara alınmış Heydər Parkında qızğın tikinti işləri aparılırdı. Tikintiyə mane olmaması üçün parkın müəyyən hissəsindəki şam ağacları kəsilərək, geniş inşaat meydançası yaradılmışdır. Onu da qeyd edək ki, parkda aparılan tikinti ilə bağlı heç bir məlumat lövhəsi yox idi. Tikintidəki işçilərdən də bu barədə məlumat öyrənə bilmədik.

Bakıxanov qəsəbəsi sakinlərinin şikayəti ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyə, RİH-nin də münasibətini öyrənməyə çalışdıq. Lakin RİH-dən zənglərimizə cavab verən olmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də sözügedən ərazidə ağacların kəsilməsinə münasibət öyrənə bilmədik.

Odur ki, ərazidə özünə biznes fəaliyyəti quran naməlum şəxslə bağlı araşdırmalarımızı davam etdirəcəyik.
«Təzadlar»


Sabunçunun icra başçısından daha bir özbaşınalıq
Sabunçunun icra başçısından daha bir özbaşınalıq
Sabunçunun icra başçısından daha bir özbaşınalıq
Sabunçunun icra başçısından daha bir özbaşınalıq
Sabunçunun icra başçısından daha bir özbaşınalıq
Sabunçunun icra başçısından daha bir özbaşınalıq
Sabunçunun icra başçısından daha bir özbaşınalıq
Sabunçunun icra başçısından daha bir özbaşınalıq
Sabunçunun icra başçısından daha bir özbaşınalıq









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33
Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31
Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30
"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24
“Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22
Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18
Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru