Bakıda yeni park salınır .....                     İcra başçılarına qadağa: .....                     "Boşanmışdıq, uşağımı görə bilmirdim" .....                     Saatlar ABŞ vaxtı ilə qurulur: .....                     Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir .....                     Müştərilər “Premium Bank”dakı pullarını geri götürür .....                     Elmin İnkişafı Fondunun direktoru cərimələnir .....                     Xəstəxana həyətində həkimi maşın vurdu .....                     "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" .....                     “Bank of Baku” bütün depozitlərini sıfırlayıb .....                     Nazir müdiri işdən çıxardı .....                     Atdığım baltanın ölçüsü nə qədər idi? .....                     Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                     Bu icra başçıları özlərinə köməkçi axtarır .....                     Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? .....                     "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" .....                     Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? .....                     Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi .....                     Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... .....                     Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                     "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi .....                     "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" .....                     İstəsəydim icra başçısı, nazir olardım .....                     Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır .....                     Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər .....                     Orduda qadınların potensialından istifadə etməliyik .....                     Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur .....                     Almaniya Ermənistana 20 milyon avro bağışlayır .....                     Bank sektorunun SARI ÇÖKÜŞÜ... .....                     Toyun toy, vayın da vay yeri var: .....                     Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı .....                     Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi .....                     Mərkəzi Univermağın qızıl alverçilərinin .....                     İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub .....                 

“Prezident seçkisindən sonra sabiq naziri həbs edə bilərlər” İDDİASI
Tarix: 4-04-2018, 10:43 | Çap et
“Prezident seçkisindən sonra sabiq naziri həbs edə bilərlər”
Sabiq nəqliyyat naziri Ziya Məmmədov ailə biznes-imperiyasına daxil olan aktivləri itirməkdə davam edir. 2018-ci il aprelin 1-dən belə obyektlərdən biri olan Qubadakı beşulduzlu “Quba Rixos” hoteli rebrendinq edib.

Hoteli Ziya Məmmədovun əlindən əslində 2015-ci ildə almışdılar. O dövrdə hakimiyyətdə Ziya Məmmədova inamsızlıq yaranmışdı və nəqliyyat naziri olaraq səlahiyyətləri çox ciddi şəkildə məhdudlaşdırılmışdı. Həmin günlərdə belə xəbərlər yayılmışdı ki, Ziya Məmmədova oğlu Anar Məmmədovun idarə etdiyi “Garant Holdinq”ə daxil olan beşulduzlu “Rixos Quba Azərbaycan” hotelini təhvil vermək tapşırılıb. Hotelin sahibi dəyişidirilib və fəaliyyətini davam etdirib. Yeni sahibləri isə 2018-ci il aprelin 1-dən hotelin adını “Quba Palace”yə dəyişiblər.

Hotelin baş meneceri Kənan Ağayevin sözlərinə görə, “Quba Palace” yüksək səviyyəli xidməti ilə sektorda uğurlu və peşəkar imicini saxlayaraq yeni brendini daha da məşhurlaşdırmağa çalışacaq. Hotel rəhbərliyi “Rixos” brendinin hotelin adından çıxarılmasının yeni çağırışlarla əlaqəli olduğunu bildirib: ““Rixos” brendi regionu tərk etmək haqqında qərarını açıqlayaraq rəsmən həm Azərbaycan, həm də Gürcüstan bazarından çıxır. Nəticə etibarilə aprel ayından Azərbaycandakı “Quba Rixos” hoteli “Quba Palace”, Gürcüstandakı “Rixos Borjomi” isə “Borjomi Likani” adını daşıyacaq. Biz daha çox turist cəlb etmək, hotelimizin böyük potensial və imkanlarından səmərəli şəkildə istifadə etmək istəyirik. Əminik ki, yaxın bir müddətdə “Quba Palace” bazarda daha güclü bir brend kimi tanınacaq".

Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik “Quba Palace” (keçmiş “Rixos”) hotel kompleksi 2013-cü ildə istifadəyə verilib. Maraqlıdır ki, Ziya Məmmədovun oğlu Anar Məmmədov hoteli 2015-ci ildə təhvil versə də, rəhbərlik etdiyi “Garant Holdinq”in saytında http://www.garant.az/az/Layih%C9%99l%C9%99r/2333 ttp://www.garant.az/az/Layih%C9%99l%C9%99r/2333 hələ də hotelin “Rixos Quba Azərbaycan”ın holdinqə daxil olduğu haqda məlumat qalmaqdadır. Onu da qeyd edək ki, 2011-ci ildə Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycan Qolf Federasiyasını qeydiyyatdan keçirib. Özü də həmin federasiyanın prezidenti seçilmişdi. 2 il sonra isə Anar Məmmədov “Rixos Quba Azərbaycan”da ölkədə yeganə qolf meydançasını da istifadəyə vermişdi. 2015-ci ildə “Rixos Quba Azərbaycan” Məmmədovların ailə holdinqlərinin tərkibindən çıxarılandan sonra Anar Məmmədov Azərbaycan Qolf Federasiyasını maliyyələşdirməkdən də imtina edib. Hazırda federasiyanın qapıları bağlıdır. Federasiya maliyyə çatışmazlığına görə uzun müddətdir ki, heç bir beynəlxalq yarışlara da qatıla bilmir. İşçilər də aylarla əmək haqqı almadıqdan sonra işə çıxmaqdan imtina ediblər.

Yada salaq ki, Ziya Məmmədovun ailə holdinqi bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı mövqedə olan “Transgate” MMC-yə sahib idi. Ziya Məmmədovun kreslosu laxlayandan sonra “Transgate”ə məxsus avtobuslar istifadəyə yararsız adı ilə Bakını əhatə edən marşrut xətlərindən çıxarıldı. MMC-yə məxsus 10-dan çox marşrut başqa daşıyıcılara təhvil verildi. Məmmədovların Bakının mərkəzində ucaltdıqları və bir vaxtlar hər kəsin Ziya Məmmədovun klanı üçün “xilas kəməri” hesab etdiyi “Trump Tower” də artıq özgəninkiləşdirilib.

Ziya Məmmədov hakimiyyətdəki mövqelərini itirdiyi günlərdə onun oğlu Anar Məmmədovun özünə dost elan etdiyi Donald Tramp ABŞ-da prezidentliyə namizəd idi. Trampın prezident seçilməsindən sonra Azərbaycanda buna ən çox sevinən Məmmədovlar ailəsi idi. Ziya Məmmədovun karyerasının qürub etdiyi bir zamanda oğlu Anar Məmmədovun dostu Trampın supergüc dövlətin prezidenti seçilməsi ciddi tramplin ola bilərdi. Belə iddialar da vardı ki, Ziya Məmmədov Trampın prezident seçilməsi şərəfinə ziyafət təşkil edib. Oğlu Anar Məmmədov da ABŞ seçkilərinin nəticəsini toy-bayrama çevirmişdi. Hətta belə xəbərlər dolaşırdı ki, Ziya Məmmədov yolunun vitse-prezidentliyə açıldığını düşünür, revanşa hazırlaşırmış.

Lakin çərxi-fələk tam əksini ortaya qoydu. Tikinti maqnatı olan milyarder Donald Tramp azərbaycanlı oliqarx Anar Məmmədova görə ölkəsində kəskin tənqidə məruz qaldı, iş o yerə çatdı ki, Donald Trampın adını daşıyan dəbdəbəli hotellər şəbəkəsinin Azərbaycandakı binası üzərindən “Trump Tower” sözləri söküldü. Halbuki 2014-cü ildə Tramp bəyan etmişdi ki, “Trump İnternational Hotel & Tower Baku” “Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir. Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı hotel də ona məxsus deyildi. Bina Məmmədovun nəzarət etdiyi “Garant Holdinq” tərəfindən tikilmişdi və onun şirkətinə məxsus idi.

Tramp adının bu hoteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komissiyon haqqı olaraq 2,5 milyon dollar alıb. Yayılan maliyyə sənədlərindən məlum olurdu ki, Anar Məmmədovun hotelini idarə etmək üçün “THC Baku Hotel Manager Services LLC”, “THC Baku Hotel Manager Services Member Corp.” , “THC Baku Services LLC” və “THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir. Hotelin Trampın dəbdəbəli hotellər zəncirinin bir hissəsi kimi idarə olunacağı haqda da xəbərlər vardı. Amma bu baş vermədi. Hoteldən “Trump Tower” sözləri söküləndən sonra Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik də yenidən təşkil edildi. Ziya Məmmədov və komandası işsiz qaldı.

Hakimiyyətin bu gedişi sabiqə çevrilən Ziya Məmmədovun çox ciddi narazılığına səbəb olub. Oğlunu ölkədən çıxaran sabiq nazirin mövcud hakimiyyətə qarşı gizli savaşın passiv üzvünə çevrilməsi iddiaları da var. Onun baş nazirin sabiq 1-cü müavini Abbas Abbasovla əlaqəli şəkildə hazırda hakimiyyətə qarşı xaricdən hücumlar edən mühacir kəsimə dəstək verməsi xəbərləri də gəlməkdədir. Hər prezident seçkisi öncəsi təşkil edilən belə hücumların daha kəsərli olması üçün iş aparılır. Bu iddialar doğrulsa, o zaman Ziya Məmmədovun da prezident seçkilərindən sonra başının dərddə olacağı qaçılmazdır.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57
İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53
"Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52
Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49
Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33
Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31
Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30
"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24
“Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22
Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18
Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru