Bakının "tikinti kabusu" - bir evdən 4 qat pul qazanan vəzifəli şəxslər
Tarix: 17-11-2017, 12:44 | Çap et
Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən tikinti şirkətinin vəzifəli şəxslərinin məhkəməsi davam edib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayərlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Məmmədov və İsa Məmmədov hakim qarşısına çıxarılıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə məhkəmə prosesində zərərçəkmiş Ceyhun Əliyev dindirilib.
O bildirib ki, təqsirləndirilən şəxslərdən mənzil alıb. Amma aldadılıb.
"2014-cü ildə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yaşayış binasından ev almaq üçün şirkətə müraciət etdim. Orada Rasim adlı şəxs məni qarşıladı. O, hazırda satışda mənzil olmadığını dedi. Bir müddət keçəndən sonra Rasim zəng elədi ki, satışda ev var, amma başqa şəxsindir. Gəlib danışdıq, razılaşdıq. Sonra o, məni Xətai rayonunda İsa Məmmədovla Çingiz Məmmədovun yanına göndərdi. Biz atamla getdik ofisə və hər iki şəxs, bir də Elmira xanım bizi qarşıladı. Biz 280 min dolları manata çevirib, ona 211 min manat verdik. Hətta alqı-satqı da etdik"- deyən zərərçəkmiş söyləyib ki, aldığı evin sahibinin kim olduğunu bilməyib.
O deyib ki, aldığı evi təkrarən başqasına satıblar: "Biz alanda evin əvvəlki sahibinin kim olduğunu demədilər. 2017-ci ilin yayında məlum oldu ki, mənim aldığım mənzili də başqasına satıblar".
Zərərçəkmiş qeyd edib ki, mənzilin ondan sonrakı sahibinin Sultan Sultanov olduğunu öyrənib və bu iş üzrə cinayət işi başlayanda danışıblar.
"Bu şəxslər barəsində cinayət işi başlayanda Sultan mənə zəng edib, mənzilin onun adına olduğunu söylədi. O dedi ki, bununla bağlı məhkəmə qərarı da var"- deyən zərərçəkmiş mənzilin Sultan Sultanova 2010-cu ildə satıldığını bildirib.
Təqsirləndirilən İ.Məmmədov zərərçəkmiş C.Əliyevin düzgün danışdığını deyib.
O, zərərçəkmiş şəxsdən pul alıb, evi satdığını təsdiqləyib: "Lakin Sultan Sultanova ev satılmayıb, bununla bağlı kassa məxarici olmayıb. Həmin mənzil əvvəlcə Aida xanıma satılıb, sonra isə, alqı-satqı ilə Ceyhuna satıldı".
Məhkəmədə digər zərərçəkmişlər də ifadə veriblər.
Baş Prokurorluğun məlumatına görə, istintaq zamanı şirkətin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri olan İsa Məmmədovla qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edərək, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.
Onlara Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Çingiz Məmmədov “İdeal-İ İnşaat” və “İdeal-V” MMC-lərinin direktoru olub. İsa Məmmədov isə adı çəkilən şirkətlərin təsisçisi və faktiki rəhbəri olub.
İttihamda yazılır ki, təqsirləndirilən şəxslər vətəndaşları aldadaraq rəhbərlik etdikləri şirkətlərə məxsus binalarda inşa edilən evləri bir neçə nəfərə satıblar.
İlk olaraq Bakı şəhər sakini İbrahim Əkbərov polisə müraciət edərək qızı üçün “ideal-İ İnşaat” MMC-dən 148 min manata aldığı evin başqa şəxsə satıldığını bildirib.
Xətai rayon Polis idarəsinin istintaq Şöbəsidə aparılmış istintaq zamanı müəyyən edilib ki, Çingiz Məmmədov MMC tərəfindən Xətai rayonu, Xətai porspekti 29 nömrəli ünvanda tikilən binada qeyri-yaşayış sahəsini 295500 manata satdığı halda həmin obyekti başqa bir şəxsə də satıb.
İttihama görə, o təkrar olaraq həmin binada Vüqar Cavadova 90 min manat dəyərində mənzil satıb. Lakin həmin mənzili yenidən başqa şəxsə də satıb. Müseyib Dadaşov da eyni məzmunlu şikayətlə hüquq-mühafizə orqanlarına müraciət edib. Məlum olub ki, o da ev almaq üçün 10 min manat ödəsə də, həmin ev sonradan başqa şəxsə satılıb.
Bu şikayətlərdən sonra Çingiz Məmmədovun digər dələduzluq əməlləri də üzə çıxıb.
İttihamda yazılır ki, Ç.Məmədovun direktoru olduğu MMC- “İdeal-V” şirkətindən ev alan vətəndaşlar da aldadılıb.
Belə ki, 2006-cı ildə “İdeal-V” MMC tərəfindən Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən bir girişli, 60 mənzilli yaşayış binasından ev alan şəxslər də dələduzluqla üzləşib.
İttihama görə, onlar 2010-cu ildə satdıqları evləri yenidən 2014-cü ildə başqa şəxslərə satıblar. Onların bu əməllərinin qurbanı olanlar çoxdur. Fərid Əsədovun 189 minə aldığı evi, 315 min manata Şövqi Səfərova, Fərid Əsədovun 81 manata aldığı evi, 117 min manata Sevinc Topçubaşova, Adil Baxşəliyevin 72 min manata aldığı evi, 120 min manata Xanputa İbadullayevə, Fuad Nəzərovun 80 min manata aldığı evi, 150 min manata İlqar Şabanova, Sultan Sultanovun 112 min manata aldığı evi, 210 min manata Rəna Rzayevaya, Səyyad Ələsgərovun 75 min manata aldığı evi, Aidə Vəzirovaya 122 min manata, Şamil Ağayevin 143 min manata aldığı evi, 283 minə Səbinə Pənahovaya, Rauf Yarməmmədovun 94 min manata aldığı evi, 163 minə Mehman Məmmədova, Sevda Kazımovanın 52 minə aldığı evi, Natalya Silkinaya 117 minə, Almaz Əhmədovanın 80 minə aldığı evi, 200 minə İlqar Abdullayevə, Ümid Əzizovun 52 minə aldığı evi, 135 minə Ceyhun İsmayılova, Orxan Cabbarovun 56 minə aldığı evi, 108 minə Qayda Ağayevə, Orxan Cabbarovun 132 minə aldığı evi, 252 minə Elnurə Həşimovaya, Səlminaz Mehdiyevanın 59 minə aldığı evi 117 minə Güne Hüseynovaya satıblar. İş üzrə digər zərərçəkmişlər də var.
İttihamdan da görünür ki, təqsirləndirilən şəxslər bir mənzili 3 dəfə sataraq, dəyərinin 4 qatında pul qazanıblar.
Qeyd edək ki, Bakı şəhərində tikinti şirkətlərinin bu cür dələduzluq əməllərinin qurbanı olan minlərlə vətəndaş var. Vətəndaşlara qarşı dələduzluq edən şirkətlərin sayı isə onlarladır. Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Bu gün, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Bu gün, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Bu gün, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Bu gün, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
|