Cavid Qurbanovun gizli planı məmurları üz-üzə qoyub - İDDİA
Tarix: 6-03-2017, 09:41 | Çap et
"Azəravtoyol” ASC-nin şair Mikayıl Müşfiqin Bakıdakı abidəsini (Statistika dairəsi) özbaşına götürməsinə görə yaranmış qalmaqal böyüyür.
Qeyd edək ki, "Azəravtoyol”un bu əməlinə ölkə başçısı İlham Əliyev də qarışmalı oldu. Prezidentin köməkçisi Əli Həsənovun məlum açıqlamasından sonra isə "Azəravtoyol” bu işə məsul olan bir neçə əməkdaşı cəzalandırdı.
"Azəravtoyol”dan bildirildi ki, kobud şəkildə qanun pozuntusuna yol verdiklərinə görə MMC-nin iş icraçısı Ramiz Tapdıq oğlu Rəhimov tutduğu vəzifədən azad edilib. Həmçinin müəyyən edilib ki, "8 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin baş mühəndisi və direktoru üzərlərinə düşən vəzifələri yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər. Bu səbəbdən də MMC-nin direktoru Əliheybət Balakişi oğlu Şirinova xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Yuris Xələf oğlu Hüseynova töhmət verilib.
Amma adıçəkilən şəxslər "Azəravtoyol”la əməkdaşlıq edən podratçı şirkətlərin nümayəndələridir. Yəni ASC-dən heç kim cəzalandırlmayıb, üstəlik, faktla bağlı cinayət işi açılmayıb.
Bu arada Mia.az saytı iddia etdi ki, adıçəkilən MMC-nin direktoru Əliheybət Şirinov maliyyə naziri Samir Şərifovun yaxın adamıdır. Yəni onun himayəsi ilə dövlətin böyük layihələrindən pay alır. "Nazir Samir Şərifovun sayəsində Əliheybət Şirinovun əl-qolu hər tərəfə uzanıb. Hətta Maliyyə Nazirliyinə məxsus binanın təmirini də bu şəxs həyata keçirib”,-deyə məlumatda bildirilir.
Məlumata görə, Samir Şərifovun dəstəyi ilə Əliheybət Şirinovun şirkəti "Qaçqınkom”un da sifarişlərini həyata keçirib. Yəni, bu şəxs hər zaman önəmli və böyük layihələr icra edir: "O, maliyyə naziri tərəfindən himayə olunduğu üçün özünü həddindən artıq rahat hiss edib. Elə bu rahatlıqla da Mikayıl Müşfiqin abidəsinin sökülməsinə qərar verib. Məsələnin böyüməsi onu hədəfə çevirsə də, Samir Şərifovun dəstəyi ilə bu prosesdən daha az zərərlə çıxa bilib”.
Belə bir gərgin vaxtda "Azəravtoyol” ASC-nin "Azərbaycan Dəmir Yolları” QSC-yə birləşdiriləcəyi xəbəri isə abidə qalmaqalının məmurlar arasındakı qrup savaşını yenidən gündəmə gətirib.
Reyting.az-ın əldə etdiyi məlumata görə, birləşdirmə xəbərinin "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun himayəsində olduğu iddia edilən saytlarda yer alması təsadüfi olmayıb. Görünür, nəqliyyat naziri Ziya Məmmədovun süqutundan sonra Cavid Qurbanov yol təsərrüfatında super gücə çevrilmək istəyir. Hətta bu məqsədinə nail olmaq üçün çox ustalıqla irəliləyir.
Məlumatda qeyd edilir ki, artıq Gürcüstan, Türkiyə və digər ölkələrin rəsmi şəxsləri ilə isti münasibətlər quran C.Qurbanov hakimiyyət düşərgəsində də mövqelərini möhkəmləndirir. Məhz bu üstünlüklərinə güvənən C.Qurbanov struktur islahatı çərçivəsində "Azəravtoyol”u da nəzarətinə keçirməklə, daha böyük planına doğru addım atır. İddia edilir ki, Cavid Qurbanov bu planını reallaşdırmaqla həm də
"Azəravtoyol”un rəhbəri Saleh Məmmədovla illər əvvəl aralarında yaranan narazılığın qisasını almaq istəyir.
Mənbəmiz bildirib ki, S.Məmmədov vaxtı ilə C.Qurbanovun tabeliyində işləyib. C.Qurbanov isə onu bir neçə dəfə işdən uzaqlaşdırmaq istəyib. Lakin onun bu cəhdlərinin qarşısı nəqliyyat naziri Ziya Məmmədov tərəfindən alınıb. Həmin dövrlərdə S.Məmmədov da boş dayanmayıb. O da hakimiyyətdəki bəzi qüvvələrlə münasibətlər quraraq, C.Qurbanovla "döyüşüb”.
Məlumatlı şəxs deyir ki, hazırkı dönəmdə "Azəravtoyol”un "Dəmiryolu”na birləşdirilməsi praktik baxımından mümkün olsa da, hakim komandadakı durum bir qədər fərqlidir. Bu isə C.Qurbanovun istəyinə asanlıqla çatmasına mane ola bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|