MTN generallarının qohumları “Azəriqaz”a necə sızıb? - Sensasion araşdırma
Tarix: 24-02-2017, 10:51 | Çap et
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli şəxsləri qohum-əqrəbalarını “Azəriqaz” İstehsalat Birliyinə yerləşdiribmiş. Bu haqda “Gündəm-Xəbər”ə daxil olan məlumata görə, həbsdə olan MTN generalı Akif Çovdarovun və nazir müavini olmuş Hilal Əsədovun yaxınları SOCAR-ın bu qurumuna müxtəlif vəzifələrdə çalışır. Çovdarovun adamları kimdir? Araşdırma zamanı Akif Çovdarovun “Azəriqaz” İB-dəki qohumlarının kimliyi açıqlanıb. İddialara görə, idarə rəisi işləyən Bəhram Hacıyev və şöbə rəisi olan oğlu Orxan Hacıyev məhbus MTN generalının qohumlarıdır. İqtisadiyyat və proqnozlaşdırma şöbəsinin rəisi Ələsgər Gülməmmədovun da A.Çovdarovun qohumu olduğu xəbər verilir. Bundan əlavə, idarə rəisi Fərid Mustafazadə Çovdarovla qohumdur. Bu tayfa-klan qruplaşması generalın “Azəriqaz” İB-də mövqelərini möhkəmləndirməyə şərait yaradıb. Ümumiyyətlə, MTN rəhbəri olmuş Eldar Mahmudov və qruplaşması müxtəlif dövlət vəzifələrində öz komandalarını yaradıb. Onlar komitələrdə, nazirliklərdə, icra hakimiyyətlərində adamlarına verdiyi təlimatla istəklərini diktə ediblər. Məsələn, Rabitə Nazirliyində, Əmlak Komitəsində, Bakı İcra Hakimiyyətində, ayrı-ayrı qurumlarda MTN bandasının təsiri altında olan məmurların olduğu bildirilir. Bu faktlar zaman-zaman mətbuat səhifələrinə çıxıb. Ancaq Əkbər Hacıyevin diretoru olduğu “Azəriqaz”da Çovdarovun qohumlarının kimliyi barədə müfəssəl məlumatlar ilk dəfə meydana çıxır. Mənbə qeyd edir ki, bu şəxslər Çovdarovla qohumluq əlaqələrinə malik olsa da, vəzifədən kənarlaşdırılmayıblar. Onların Çovdaovla hansı işbirliyinin olması haqda ətraflı məlumatlar açıqlanmır. Lakin MTN şəbəkəsinin “Azəriqaz” İB-ə sızan yaxınları təkcə Çovdarovla məhdudlaşmır Hilal Əsədovun qaynı oğlu da... “Gündəm-Xəbər”ə daxil olan məlumata görə, “Azəriqaz”da Eldar Mahmudovun müavini, MTN işindən kənarda olan Hilal Əsədovun qaynı oğlu Səbuhi İbrahimov şöbə rəisi işləyir. Onun qardaşı isə Hilal Əsədovun köməkçisi olub. Göründüyü kimi, qarşılıqlı anlaşma şəraitində vəzifələr bölüşdürülüb. Bu da ehtimal edir ki, tərəflərin bir-birindən sözü keçib, xahişi olub, müəyyən işlər həyata keçirilib. Onu da deyək ki, sabiq nazir müavini əhali arasında “Vosmoy bazarı” kimi tanınan meyvə-tərəvəz bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə dindirilib. Müstəntiqlər tərəfindən sualları cavablandıran Hilal Əsədov bazarın Akif Çovdarov tərəfindən zorla alınmasından xəbərsiz olduğunu deyib. Hilal Əsədov əlavə edib ki, hazırda bazarın 50 faizi arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə Akif Çovdarovun qızı Aida Qasımovanın adınadır. Qeyd edək ki, vaxtilə bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov əmlakının əlindən necə qəsb edilməsi haqda ətraflı danışıb. Səfərov deyir ki, 2005-ci il, dekabrın 20-də özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən 3 nəfər onun bazardakı ofisinə daxil olub. Onlar heç bir səbəb göstərmədən Salman Səfərovun qardaşı Qəhrəman Səfərovun və Akif adlı mühasibin qoluna qandal vuraraq özləri ilə aparıblar. “Təmiz qaz”ın təmiz qazlaması “Gündəm-Xəbər” gələn məlumatlarda o da iddia olunur ki, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev “Təmiz qaz” deyilən bir idarə yaradıb. “Azəriqaz”dan təqaüdə çıxanlar orada yerləşdirilir, maliyyələşdirilir və çirkli pulların silinməsi həmin idarənin adı ilə həyata keçirilir. Bildirilir ki, “Azəriqaz”ın reklamları hər ay 100-150 min manat reklam şirkəti vasitəsi ilə televiziyalara reklam olunmaq üçün ödənilir. Eyni zamanda həmin reklam şirkətinə ödənilən məbləğin 40 faizi nəğd şəkildə Əkbər Hacıyevin şəxsən özünə qaytarılır, tenderdə aparılmır. Bu da o deməkdir ki, Əkbər Hacıyevin həmin reklam şirkəti ilə gizli anlaşması var. Bundan başqa, istismara qəbul edilməmiş binalara qaz necə verilib? Bu haqda da bilgilər var Məsələn, Binəqədi rayon Cəfər Xəndan-1a, 1b ünvanında yerləşən iki binada təxminən 200 ailə yaşayan bu məkanda qazlaşma işləri həm də texniki cəhətdən çox təhlükəlidir. Demək olar ki, həmin binada yaşayan əhali bir bomba üzərində oturub. “Azəriqaz” şefinin əməllərinə gəlincə, Ə. Hacıyevin “Azəriqaz”a yeni rəhbər gəldiyi vaxtlarda, təxminən 2009- cu ilin yay aylarında Balakən rayonuna gedərkən xidməti maşını Qax rayonunun ərazisində qəza törədir. İçərisində bir ailənin olduğu VAZ 06 markalı maşına böyük sürətlə çırpılaraq ölüm hadisəsi baş verir. Üstündən 8 il keçməsinə baxmayaraq bu cinayətin üstü örtülü qalıb. Həmin hadisə vaxtı Əkbər Hacıyev Balakənə helikopterlə təcili olaraq qabaqcadan gedibmiş və onu da qeyd edək ki, Əkbər Hacıyevin sürücüsünün hələ də fiziki qüsurları var. Daxil olan məlumatda o da bildirilir ki, Ə. Hacıyevin sürücüsü və köməkçisi Qazax rayonundan olsalar da onun yeznələridir. Onu da qeyd etmək yerinə düşər ki, idarə rəisləri paketlərin kəsilməsindən sonra ayda fantastik olaraq maaşla təmin olunurlar. Bütün bu xəbərlər və MTN çetesinin qohumlarının “Azəriqaz”a sızmasından Ə.Hacıyev təbii ki, xəbərdardır. Əkbər Hacıyevin “inamarka” səxavəti Yada salaq ki, Əkbər Hacıyev bu günərdə jurnalistin sualını dinləmədən telefonu söndürüb. Prezident məmurlara “yekəxanalıq etməyin” deyib, ölkənin əsas sosial strukturlarından birinə rəhbərlik edən şəxs isə “başa düşmürsünüz” jarqonunda danışıb. Ə.Hacıyev saymazyana, kobud, müştəbeh, təkəbbürlü intonasiya ilə danışıb. Sanki dövlətin, xalqın və (i) 24.02.2017 MTN generallarının qohumları “Azəriqaz”a necə sızıb? - Sensasion araşdırma » GundemXeber İnformasiya Portalı http://gundemxeber.az/gundemxeber/28556-mtn-generallarinin-qohumlari-azeriqaza-nece-sizib-sensasion-arashdirma.html 3/4 Geri mətbuatın bu məmura borcu varmış. Prezident yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib: “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır”. O, “bilmək istəyirik ki, məcburi köçkünlərin qaldığı yataqxanalar nə zaman qazlaşdırılacaq? planda varmı?” sualına ətraflı cavab vermək, aydınlıq gətirmək, qaçqınların problemlərinə ürək yandırmaq əvəzinə, “məcburi köçkünlər təbii qazı gedib “Qaçqınkom”dan istəsinlər. Biz özbaşımıza qaz çəkmirik” deyir və telefonu asır. Xatırladaq ki, “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev qurumu şəxsi təsərrüfatına çevirib. Əkbər Hacıyev “Azəriqaz”a qohum-əqrəbasını və həmyerlilərini yığır. Onun qohumu və həmyerlisi olmayan işçilər müxtəlif bəhanələrlə işdən çıxarılır. Başqa bir fakt Əkbər Hacıyevin qohumlarına bahalı “inomarka”lar verdirməsi ilə bağlıdır. Yalnız “Azəriqaz” müdirinin qohumu olanların xidməti avtomobilləri bahalı markalardır. Özü də onlar digərlərindən fərqli olaraq bu avtomobilləri şəxsi məqsədləri üçün də istifadə edə bilərlər. Şənbə və bazar günləri digər rəhbər şəxslərin avtomobilləri “Azəriqaz”ın qarajlarında saxlanılsa da, Əkbər Hacıyevin qohumları bu qaydaya əməl etmir. Beləlilə, Azəriqaz şefinin həm MTN işində dolayısı ilə adı keçir, həm də qurum daxilindəki maxinasiyaları ortaya çıxır. MTN-dən kimlər getdi? “Gündəm-Xəbər” xatırladır ki, 2015-ci il oktyabrın 17-də gecəyarısı həyata keçirilən xüsusi əməliyyat Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qurum olaraq ləğvi ilə sonuclandı. Qurumda başlanan qəfil yoxlamalar nəticəsində Eldar Mahmudov nazir kreslosunu itirdi, mərkəz, idarə və şöbələrinin əksər əməkdaşları istintaqa cəlb olunublar. Əməliyyatdan 2 ay sonra prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalamaqla, faktiki olaraq, MTN-in qurum olaraq ləğvinə imza atmış oldu. Həmin vaxt artıq MTN-in 5-dən çox generalı da daxil olmaqla, xeyli əməkdaşı həbsə alınmışdı. Baş Prokurorluğun rəsmi məlumatına görə, iş üzrə istintaqa 22 şəxs cəlb olunub. 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır. Mətbuatda ara-sıra iş üzrə ev dustaqlığında olan şəxsin sabiq nazir Eldar Mahmudovun olduğu qeyd edilsə də, onun barəsində rəsmi olaraq hər hansı bir qərar yoxdur. İş üzrə axtarışda olan şəxs isə MTN-in "işverən"i kimi tanınan "Akula Akif" ləqəbli Akif Mustafayevdir. İş üzrə ilk həbs olunan Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev isə rəsmi məlumatlara görə, Bakı İstintaq Təcridxanasında intihar edib. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. MTN-dən qovulanların isə sayı-hesabı yoxdur. Eldar Mahmudovun nazirliyi dövründə Baş İdarə rəisi olan general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi general-mayor Pərviz Səfərov, MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, nazirliyin Kadrlar İdarəsinin rəis müavini polkovnik Tehran Babatov, MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov, milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev, MTN-in Antiterror Mərkəzinin idarə rəisinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş İdarəsinin əməkdaşı Aysel Əlizadə və adlarını dəqiqləşdirə bilmədiyimiz bir çox vəzifəli şəxslər qurumun ləğvindən əvvəl tutduqları vəzifələrdən uzaqlaşdırılıblar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|