Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                 

Natiq Əliyevin işçisi ilə bağlı şok ittihamın TƏFƏRRÜATLARI - Nazir isə hələ də susur
Tarix: 17-02-2017, 11:02 | Çap et
Natiq Əliyevin işçisi ilə bağlı şok ittihamın TƏFƏRRÜATLARI
Bir mətbu orqan olaraq daim ictimai həyatımızda baş verən və tam əksəriyyətin diqqət mərkəzində saxladığı bir çox problemləri işıqlandırdıqca, çoxsaylı sakinlərin “Gündəm Xəbər”ə ünvanladıqları müraciətlərin də ardı- arası kəsilmir. Belə ki, ünvanlanan müraciətlərdə daha çox qol qoyulan qanunsuzluqlardan, məmur özbaşınalıqlarından, rəhbər şəxslərin vəzifə səlahiyyətlərini aşmalarından və digər neqativ amillərin varlığından bəhs olunur. Bu cür olayların yaşandığı dövlət strukturlarında, yaxud da qeyri-dövlət qurumlarında atılan hər bir addım, çox keçmir ki, hansısa problemlərin əmələ gəlməsinə də səbəb olur. Hətta elə hallar da olur ki, problemlərin əmələ gəlməsinə səbəb olan rəhbər şəxslərin əməllərindən, aidiyyəti dövlət qurumlarına silsilə şikayətlər də ünvanlanır. Dünən “Gündəm Xəbər”in redaksiyasına üz tutan və üz-üzə qaldığı problemin həlli ilə bağlı, hətta bir müddət bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə və digər vəzifə sahiblərinə müraciətlərini ünvanlayan Qasımava Ülkər Eldar qızının yazdıqlarını oxuduqca, sanki dəhşətə gəldik. O halda bilib başa düşdük ki, bu gün bəzi dövlət qurumlarında vəzifə sahibi olan şəxslər nəinki qanunlarımızın aliliyindən, hətta o böyük Yaradandan belə çəkinmirlər. Şikayətçi xanım ünvanladığı müraciətində qeyd edir ki, “mən 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universiteti, iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsində ali təhsil alaraq, inzibati idarəetmə ixtisasına yiyələnmişəm. 28 iyun 2005-ci il tarixdən «Azəriqaz» QSC-ində işə girib əvvəlcə texniki nəzarətçi, az sonra icra şöbəsində kompyuter-operatoru, 02 fevral 2006-cı il tarixdən isə, adı çəkilən qurumun Aparatında rəhbərlik yanında 7-ci dərəcəli kompyuter operatoru vəzifəsini də daşımışam. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 404 № -li Fərmanının icrası ilə bağlı olaraq, «Azəriqaz» QSC-nin Dövlət Qaz Nəzarəti İdarəsi Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeçiliyinə verilir. 18 dekabr 2006-cı il tarixdə adı çəkilən qurumda mühasib vəzifəsini daşımalı oldum. 27 mart 2007-ci il tarixdən isə, mühasibatlıq sektorunda baş məsləhətçi vəzifəsinə təyin edildim. 01 iyun 2007-ci il tarixdə mənə kiçik Dövlət qulluqçusu, 24 yanvar 2011-ci il tarixdə 3-cü dərəcəli Dövlət qulluqçusu, 02 sentyabr 2013-cü il tarixdə isə, 2-ci dərəcəli Dövlət qulluqçusu ixtisas dərəcəsi verildi. 24 iyun 2016-cı il tarixdə Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinə Sadıxov Hacıqulu Rəvan oğlu rəis təyin edildikdən sonra, o, bir çox işçiləri heç bir əsas olmadan daşıdıqları vəzifələrindən uzaqlaşdırmağa başladı. Çox keçmədi ki, işdə qalıb işləməyim üçün o, mənə, rəhbər şəxslərə yaraşmayan, hər bir kollektivə üzqaralığı gətirən əxlaqsızlıq əməllərinə qol qoymağı təklif etsə də, onun təklifini heç bir halda qəbul etmədim. Belə olan halda o, təklif etdi ki, iş yerimi dəyişib müfəttiş vəzifəsinə keçim, mən isə onun bu cür təklifinə də razı olmadım. Hacıqulu Sadıxov ötən ilin oktyabr ayının əvvəllərində məni yanına çağırdı və öz xoşumla ərizə yazıb işdən çıxmağımı tələb etdi. Həmin vaxt ona bildirdim ki, uzun müddətdir ki, mən bu sahədə işləyirəm və iş rejimini, daxili qaydaları heç bir zaman pozmamışam desəm də, o, işdən çıxmağımı təkidlə tələb etdi və “əgər öz xoşunla işdən çıxmasan, daşıdığın vəzifəni ixtisara salıb səni işindən azad edəcəyik” dedi. Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsini daşıyan bu şəxs, mənim Ağdam rayonundan məcburi köçkün olmağımı nəzərə almadı və daşıdığım vəzifənin ixtisara salınması barədə, çox keçmədi ki, tabe olduğu Energetika Nazirliyə müvafiq məktub da göndərdi. Onun belə bir addımından o qənaətə gəldim ki, bu gün Hacıqulu Sadıxov öz şərtlərini yerinə yetirməkdən ötrü hər cür iyrənc yollara əl atır və idarə rəisi vəzifəsini daşıyan bu şəxsin qol qoyduğu iyrənc əməllərin qarşısını bir kimsə almır, yaxud da almaq istəmir. Hacıqulu Sadıxov idarə rəisi təyin olunduqdan sonra bu günə kimi, uzun müddət ərzində müxtəlif vəzifələrdə çalışan, kifayət qədər iş təcrübəsi toplayan təqribən 15 nəfərə yaxın dövlət qulluqçularını və müddətli əmək müqaviləsi ilə işləyənləri, ötən 7-8 ay ərzində məcbur edərək daşıdıqları vəzifələrindən azad etmişdir. Mən də düz onbir il idi ki, adı çəkilən idarədə işləyirdim. Hacıqulu Sadıqov xəstə olan zaman daşıdığım vəzifənin ixtsara salınması üçün Energetika Nazirliyinə məktubla müraciət edir və mənə qarşı qərəzli mövqe tutduğundan, ştatımı ixtisara da saldıra bilir. Elə ki, səhhətimdə əmələ gələn problemlə bağlı müalicə olunub işimə qayıtdım, o halda ştatımın ixtisara salındığını bildirdilər. Mən dövlət qulluqçusu olduğumdan Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsini daşıyan Hacıqulu Sadıqovun rəhbər şəxsə yaraşmayan qanuna zidd əməllərini, eyni zamanda mənə qarşı etdiyi əxlaqsızlıq təklifi haqda energetika naziri cənab Natiq Əliyevə iki dəfə rəsmi qaydada müraciət etmişəm. Müraciətimdə bu şəxsin qanunsuzluq əməllərinə son qoyulması üçün tədbirlər görülməsini, dövlət qulluqçusu və məcburi köçkün olmağımı nəzərə almasını, həmçinin ixtisasıma uyğun işlə təmin olunmağımı da xahiş etmişəm. Çox təəssüf hissi ilə qeyd edim ki, etdiyim müraciətlər əsasında Hacıqulu Sadıqovla bağlı heç bir tədbir görülmədi və hətta ünvanladığım şikayət ərizələrimə hansısa formada cavab da verilmədi. Çünki, əldə etdiyim müfəssəl məlumatlara görə o, belə bir strateji vəzifəyə qanunsuz olaraq təyin olunub. Hər kəsi şoka salacaq məlumat da əldə etmişəm ki, 57 yaşlı Hacıqulu Sadıqov, Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsinə təyin olunana kimi, heç vaxt dövlət orqanlarında hansısa vəzifəni daşımayıb. Belə bir vəzifəni daşıyan bu şəxs hələ də, latın əlifbası ilə yazıb-oxumağı bacarmır. Hacıqulu Sadıqovun daşıdığı vəzifə isə, dövlət qulluğuna aid olan vəzifədir. Onun belə bir vəzifəyə təyinatı zamanı, Azərbaycan Respublikasının Dövlət Qulluğu haqqında Qanunun tələblərinə əməl olunmamışdır. Dövlət Qulluğu haqqında Qanunun 28-ci maddəsi, dövlət qulluğunu tənzimləyir. Maddə 28.1-də qeyd olunur ki, dövlət qulluğuna qəbul, məhz müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanlarından və müsahibələrdən ibarətdir. Amma, bu şəxs həmin vəzifəyə heç bir müsabiqə və müsahibələrdən keçirilmədən, yəni qeyri-qanuni əsaslarla sahiblənmişdir. Belə bir səbəblər üzündəndir ki, onu daşıdığı vəzifəyə “otuzduran”lar da, hələ ki, Hacıqulu Sadıqovun qanuna zidd əməllərini ört-basdır etməkdədirlər. Hal-hazırda mənimlə bərabər 15 nəfərə yaxın dövlət qulluqçusu olan şəxslərin əmək hüquqlarının pozulması, məhz bu gün işsizliyin artmasına da şərait yaratmaqdadır. Artıq biz problemin nazirlik səviyyəsində deyil, daha yuxarı instansiyalarda həllinə cəhd edəcəyik və bununla bağlı ölkə rəhbəri cənab İlham Əliyevin də məlumatlandırılmasına çalışacağıq. O halda yəqin ki, haqq-ədalət öz yerini tapacaq və adicə latın dilində yazıb oxumağı bacarmayan, daşıdığı vəzifəsinin icrasına başladığı vaxta qədər heç bir dövlət qurumlarında vəzifə daşımayan Hacıqulu Sadıqova, sahib olduğu yerin ünvanı da göstəriləcək”. Bəli, belə bir məzmunda müraciətləri oxuduqca bütövlükdə tariximizi deyil, yalnız bugünkü günlərimizi qınayırıq. Axı, bu və ya digər yollarla vəzifəyə sahib olanlar, “daydayı”larına arxalananlar, iyrənc əməllərə qol qoyanlar və s. görəsən “atdığım addımlara görə ictimai qınaqla üz-üzə qalaram” deyə, heç öz-özlüklərində sual edirlərmi?. Yoxsa,... Baş verənlərə diqqət yetirdikdə yəqin ki, hər kəsi o məqamda düşündürür ki, axı biz azərbaycanlıyıq, xalqımıza məxsus adət-ənənələrimiz var. Bu gün qız-gəlinlərimiz müxtəlif dövlət qurumlarında, ayrı-ayrı istehsal sahələrində çalışırlar, halal zəhmətləri ilə ailə dolandırırlar, övlad tərbiyə edirlər. Bu belə olduğu halda, olduqca strateji bir sahəyə rəhbərlik edən Hacıqulu Sadıqovun atdığı addımlara, görəsən ictimai münasibət necə ola bilər? Odur ki, gəlin bu haqda həm düşünək, bir qədər də götür-qoy edək. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Araşdırmamız davam edəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru