Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                 

Kapital Bank-ın qorxunc tarifləri - Banklar bizi necə soyur?
Tarix: 11-02-2017, 13:12 | Çap et
Kapital Bank-ın qorxunc tarifləri
“Hər dəfə Kapital Bankın bankomatından 2 manat çıxaranda 1 manat çıxılır”.

Qaynarinfo.Az xəbər verir ki, Orxan Əliyev adlı müştərisi sosial şəbəkələrdə paylaşdığı videoçarxda şikayətlənir.

Müştəri bildirir:

“Bir neçə dəfə 3 və 5 manat çıxartdım, o zaman da 1 manat sildilər. İndi də 2 manat çıxarmışıq, 1 manat bank tərəfindən xidmət haqqı tutulub. Bayaq hesabımdakı 132,89 manatdan 2 manat çıxardıqdan sonra 129,89 manat qalıb. Bu da 50 faiz deməkdir”, - deyə Orxan Əliyev şikayətlənib.

Qeyd edək ki, vətəndaş Kapital Bankın “Visa Kart”ına sahibdir.

Bank faktı təsdiqləyir

Mövzu ilə bağlı Kapital Bank-ın yaydığı press-reliz isə öz qəribəliyi adamı heyrətləndirir. Məlumat bankla əməkdaşlıq edən saytlarda "Kapital Bank şayiələrə aydınlıq gətirdi" başlığı ilə dərc olunub. Aşağıda əlavə edəcəyimiz videodan da. bankın saytında dərc olunan tariflərdən də göründüyü kimi, söhbət hansısa ŞAYİƏdən yox, ƏLAHƏZRƏT FAKTdan gedir.

İndi isə məlumatın özü ilə tanış olaq:

"Son günlər bəzi saytlarda və Facebook sosial şəbəkəsində olan səhifələrdə Kapital Bank haqqında əsassız məlumatlar dərc olunub. Məsələ ilə bağlı bankla əlaqə saxladıq. Bankın mətbuat katibi Pərviz Sədrəddinovun verdiyi məlumata görə, Kapital Bank qiymət və tariflərlə bağlı hər zaman müştərilərini məlumatlandırır...".

Bank faktı öncə "şayiə", sonra isə "əsassız məlumat" kimi xarakterizə edir. Daha sonra isə hörmətli mətbuat katibi "özü-özü ilə laqə saxlayır". Çünki bütün saytlarda dərc edilən məlumatın sözbəsöz eyni olması bunun həmin hörmətli mətbuat katibi tərəfindən hazırlandığına dəlalət edir.

Davam edək:

“... debet kartlarından nağdılaşdırma zamanı isə 1%, minimum 1 AZN komissiya tutulur. Odur ki, müştərilərdən xahiş olunur ki, hər hansı bir əməliyyat etməzdən əvvəl tariflərlə tanış olsunlar".

Və budur hörmətli mətbuat katibi "şayiə" və "əsassız məlumat" adlandırdığı FAKTI həm təsdiq edir, həm də müştərini borclu çıxardır: canı çıxsın, tariflə tanış olsun olsun mənasında...

Əlbəttə, heç kim demir ki, bankın müştəri ilə bağladığı müqavilədə çox xırda hərflərlə yazılmış tariflərlərlə bağlı bəndlər yoxdur. Söhbət bu tariflərin hədsiz yüksək olmasından, kiçik məbləğlərdə isə hüquqi don geyindirilmiş talan olmasından gedir!

Hələ bu hamısı deyil

Qaynarinfo.Az-ın verdiyi məlumata görə, bankın rəsmi internet səhifəsində də məlumatlar deyilənləri təsdiqləyir.

Tariflərlə tanış olduqda maraqlı mənzərə ortaya çıxır. Məsələn, siz Kapital Bank-ın kartı ilə öz ərazinizdə hansısa digər bankın bankomatından pul çıxarmaq zərurəti hiss etsəniz, onda bilin ki, sizdən bank daha çox pul götürəcək. Tariflərdə bunun üçün 1.5 faiz qeyd olunsa da, ora əlavə olunan minimum 3.5 AZN qeydi o deməkdir ki, yalnız 300 manata yaxın və daha çox vəsait çıxaranda bu faiz keçərlidir. Amma tutaq ki, siz 1 manat da, 10 manat da çıxartmaq istəsəniz, balansınızdan əlavə 3.5 manat (!!!) silinəcək və bunu hər dəfə təkrarlayacaq!

Əgər siz Kapital Bankın kartı ilə yenə ərazinizdəki hansısa bankın ofisinə yaxınlaşıb, məsələn 5 manatlıq bir ödəniş etmək istəsəniz, nəzərə almalısınız ki, sizdən bu dəfə əlavə 5 manat çıxılacaq! Halbuki bank bunun üçün də 1.5 faiz tutacağını bildirir. Amma minimum 5 manat qeydi ilə... Yəni yenə ən azı 330 manat ödəmə edərkən 1.5 faiz keçərlidir!

Və bu tariflər Kapital Bankın bütün plastik kartları üçün keçərlidir. Tariflərlə bu linkdən tanış ola bilərsiniz.

Digər banklarda vəziyyət necədir?

Qaynarinfo.Az-ın araşdırması zamanı məlum oldu ki, bu durum təkcə "Kapital Bank"la bağlı deyil. Əslində ölkədə fəaliyyət göstərən bütün banklarda "Unibank", "Bank of baku", "Dəmir Bank" və s. - hamısında vəziyyət eynidir. Və illərdir banklar məhz bu şəkildə müştərilərinin balansını talan edirmiş.

Bəs nədən bu mövzu məhz indi gündəmə gəlir? Ona görə ki, böhranla bağlı olaraq, artıq kart əməliyyatları xüsusi əhəmiyyət qazanmağa başlayıb. Dövlətin yeni tələblərinə görə, nağdsız əməliyyatlara üstünlük verilməsi günün tələbinə çevrilib. Deməli, yazımızın "həftənin qəhrəmanı" olan "Kapital Bank" başda olmaqla bütün banklar bu tarifləri yenidən nəzərdən keçirməli, ən azı minimum baryerini aradan qaldırmalıdırlar.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru