Ermənilərin dostunun Azərbaycanda nə işi var? - Yeni iddialar
Tarix: 2-02-2017, 10:31 | Çap et
Bu yaxınlarda LEGİON İnformasiya Agentliyində “Eldar Mahmudovun obyektini dövr alan gürcü biznesmen Ermənistan hakimiyyətinin dostudur? – NÜANSLAR” başlıqlı yazı dərc olunmuşdu. Ötən ilin sonlarında sabiq MTN başçısı Eldar Mahmudovun ən böyük şirkətlərindən biri “Saba Cars”ın yeni adla fəaliyyətə başlaması barədə məlumat yayılmışdı. LEGİON bildirir ki, terefdar.az-da yayılan məlumatda qeyd olunurdu ki, Eldar Mahmudova məxsus olan avtomobil satış mərkəzi uzun müddət qapalı qaldıqdan sonra nəhayət ki, fəaliyyətə başlayıb. Tərəfdar.az xəbər verir ki, “Aztech Tegeta Motors” adında fəaliyyətə başlayan obyektdə təmizlik işləri başlanıb. Badamdar qəsəbəsi “Qurd Qapısı” dairəsinə yaxın ərazidə yerləşən həmin obyekt 2007-ci ildə “Avtomobil Dünyası” adı altında fəaliyyətə başlamışdı. Fevralın 15-də təntənəli açılışı gözlənilən “Aztech Tegeta Motors”a gəlincə, bu şirkət Gürcüstanda nəhəng şirkətlərdən birinin törəməsidir. “Tegeta Motors” Gürcüstanda monopolist şirkətlərdən hesab olunur. Bir şirkətin və eyni zamanda “Sairme” kurortunun sahibi Temur Koxodze 2008-2012-ci illərdə Vahid Milli Hərəkat Partiyasından millət vəkili olmuşdu. Bu şəxs və onun şirkəti barəsində Transparency Internationalın hesabatlarında bir sıra məqamlar diqqəti çəkir. Belə ki, 2008-ci ildə “Tegeta Motors” seçki kampaniyasına 500 min lari (303 min ABŞ dolları) ianə edib və bu, rəsmi hüdudlardan beş dəfə artıqdır. Eyni ildə isə T.Koxodze hakim partiyadan deputatlığa namizəd olur və seçkilərdə qalib gəlir. Bundan sonrakı illərdə isə böyük dövlət sifarişləri və tenderlərdə “Tegeta Motors”un adı daha çox hallanmağa başlayır. Beynəlxalq təşkilatların hesabatlarına bu şirkətin bir neçə milyonlarla dollar dəyərində dövlət sifarişini qarşılayan “monopolist” kimi düşdüyü deyilir. “Tegeta Motors”un Ermənistanda da böyük törəmə şirkəti və filialı var. Temur Koxodzenin İrəvandakı nümayəndəliyin rəsmi açılışında da Ermənistanın vəzifəli şəxsləri ilə birlikdə iştirak etməsi “Youtube”da paylaşılan videolardan aydın görünür. Bu videosüjetlər Ermənistanın müxtəlif telekanallarında yayımlanıb. T.Koxodzenin Ermənistana tez-tez səfər etdiyi və Ermənistan hakimiyyətindəki bir çox şəxslə yaxın münasibətlərdə olması da LEGİON-a məlumat verən mənbələr tərəfindən qeyd olunur. Həmçinin, mənbələrin bildirdiyinə görə, Gürcüstandakı Temur Koxodzeyə aid müəssisələrdə işçilərin əksəriyyəti ermənilərdir və məhz Koxodzenin göstərişi ilə azərbaycanlılar işə götürülmür (legion.az). “Tegeta Motors” 2011-ci il dekabrın 18-də İrəvanda Ermənistanda ilk multibrend servis mərkəzi və “Flash Tegeta Motors” baş ofisi açıb. Açılışa həsr olunmuş tədbirdə nazirlər və digər rəsmi şəxslər, diplomatik korpus, ölkədə aparıcı biznes şirkətlərin nümayəndələri, Gürcüstandan “Tegeta Motors”un top menecmenti və müxtəlif ölkələrdən şirkətin uzun illər əməkdaşlıq etdiyi dünya brendlərinin nümayəndələri iştirak edirdilər (bizzone.info). Biz qərara gəldik ki araşdıraq, doğrudanmı “Tegeta Motors”un Ermənistanda filialı var və doğrudanmı bu şirkət Azərbaycanda törəmə şirkət açmağa hazırlaşır? Bizi növbəti məsələ də maraqlandırırdı: “Doğrudanmı LEGİON bildirdiyi kimi Temur Koxodze “Tegeta Motors”un prezidentidir? Bizi maraqlandıran suallara cavab almaq üçün biz “Tegeta Motors” şirkətinə müraciət etdik. “Temur Koxodze “Tegeta Motors”un mülkiyyətçisidir” – deyə şirkətin əməkdaşları LEGION-a bildirdilər. Şirkətin əməkdaşlarının sözlərinə görə, “Tegeta Motors” həqiqətən də Bakıda filial açmağa hazırlaşır. “Tegeta Motors” şirkətinin nümayəndəsi Georgiy Laladze bizə bildirib ki, onun şirkətində azərbaycanlılar işləmirlər. Şirkətin digər əməkdaşı Tata Qoqua bildirdi ki, “Tegeta Motors”un, Ermənistanda filialı yoxdur. “Əvvəllər həqiqətən də bizim Ermənistanda filialımız var idi. Amma bu gün Ermənistanda öz filialımız yoxdur. Amma biz orada öz filialımızı açmaq niyyətindəyik”, – deyə Tata Qoqua bildirib. Şirkətin əməkdaşı bildirdi ki, həqiqətən də “Tegeta Motors” şirkətində erməni millətinin nümayəndələri işləyir. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı LEGİON-a bildirib ki, o, Ermənistanda işgüzar maraqları olan şirkətlərin Azərbaycan ərazisində bizneslə məşğul olmasına son dərəcə mənfi yanaşır. “Azərbaycan həmişə qardaş Gürcüstana kömək edir. Biz öz çətinliklərimizə baxmayaraq, Gürcüstanı ucuz qazla təchiz edirik. Düşünürəm ki, dövlət qurumları Ermənistanda biznes əlaqələri olan şirkətlərə Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan etməlidirlər”,- «Qarabağ Qaziləri» İctimai Birliyinin sədri Etimad Əsədov LEGION-a bildirib. “Mən Ermənistanla işgüzar münasibətləri olan şirkətlərin Azərbaycanda da öz biznesini qurmalarına mənfi yanaşıram. Onlar bizim Ermənistanla müharibə vəziyyətində olduğumuzu anlamalıdırlar”,- deyə müstəqil deputat Vahid Əhmədov LEGION-a bildirib. Millət vəkilinin fikrincə, gürcü şirkətlərinin azərbaycanlılara məhəl qoymayaraq erməniləri işə götürmələri artıq adi hal olub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|