Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                 

“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib? – ARAŞDIRMA
Tarix: 11-01-2017, 09:53 | Çap et
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
Ölkəmizdə əkin sahələrinin məhsuldarlığını artırmaq məqsədilə mütəmadi olaraq bir sıra dövlət sənədləri qəbul olunur. Bu baxımdan Prezident İlham Əliyevin “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” 4 iyul 2016-cı il tarixli sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Sərəncama əsasən, ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq, bitki sortlarının toxumlarının təmizlənməsini, qablaşdırılmasını, etiketləşdirilməsini və saxlanılmasını təmin etmək məqsədilə müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 12 milyon manat vəsait ayrılıb. Həmçinin, qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin avqust ayında qəbul olunmuş ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı ölkəmizdə aqrar bölməsinin dirçəldilməsində mühüm rol oynayıb (xalqqazeti.com).
Göründüyü kimi, ərzaq təhlükəsizliyi ölkə rəhbərliyinin prioritet bildiyi məsələlərdəndir və Azərbaycana müxtəlif ölkələrdən keyfiyyətli toxumların gətirilməsi üçün, külli miqdarda vəsait də ayrılır. Lakin vaxtaşırı olaraq, bəzi sahibkarların şikayətlərindən belə qənaətə gəlmək olar ki, hansısa məmurlar və ya işbazlar üçün ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli toxumla təminatı şəxsi maraqlardan daha az əhəmiyyət kəsb edir. Bu günlərdə LEGİON-a müraciət edən Arif Süleymanov adlı sahibkar bildirib ki, Tovuz rayonunda icarəyə götürdüyü 200 hektar torpaq sahəsində qarğıdalı əkiniylə məşğul olaraq ölkə iqtisadiyyatına töhfə vermək istəyib, lakin “Azərtoxum” rəhbərliyinin qərəzli münasibəti ucbatından külli miqdarda zərərə uğrayıb. “Mən bir neçə ay əvvəl “Azərtoxum”un baş direktoru Məzahir Qasımova razılaşdım ki, mənim Tovuz rayonunda icarəyə götürdüyüm 200 hektar ərazidə şərikli qaydada qarğıdalı əkiləcək, məhsul yığımının 50 faizini onlar götürəcək, 50 faizini də mən. Eyni zamanda, mən öz payıma düşən məhsulu onlara sata bilərdim.
“Azərtoxum” mütəxəsisləri gəldi, onların tələbi ilə, mən ancaq 127 hektar ərazini şumlatdırdım. Mənə kiloqramı 16 manatdan olan “Pioner” toxumlarının səpiləcəyini dedilər. Sonradan mən olmayanda “Azərtoxum” nümayəndələri gəlib 69 hektarlıq sahəyə toxum səpdilər. Toxum səpinindən əvvəl Məzahir müəllim mənə demişdi ki, “şəxsən, zəmanət verirəm, bu toxumlar ABŞ-dan gətirilib və hər hektara ən az 10 ton məhsul yığılacaq. Hər hektardan 4-5 ton məhsul yığılsaydı belə, mənə bəs edərdi.
Çünki mən 43 min, “Azərtoxum” isə Məzahir müəllimin iddiasına görə 45 min manat pul qoymuşdu. Qarğıdalının bir tonunu 300 manata hesablasaq, 690 ton qarğıdalı 207 min manata yaxın pul demək idi. Sonradan isə öyrəndim ki, sən demə, tarlaya kiloqramı 16 manatdan olan toxumlar yox, yerli bazarda 30 qəpiyə satılan keyfiyyətsiz toxumlar səpilib. Bu toxumlardan alıb səpməyə öz imkanım da çatardı. Mən aldadıldığımı bildikdə Məzahir Qasımov suallarımı cavablandırmaq istəmədi. Lakin oktyabr ayında məhsul yığımı zamanı 9 hektarlıq sahədən 11 ton qarğıdalı yığıldığını gördükdə, məhsul yığımını dayandırdım və “Azərtoxum” nümayəndələrinin gəlməsini tələb etdim. Çünki bizə dəyən ziyanın səbəbləri öyrənilməliydi.
Məzahir müəllim isə ziyanı aydınlaşdırmaq əvəzinə məni tutduracağı ilə hədələyirdi, və mənim bir daha ona zəng etməməyimi tələb edirdi. Mən müqavilənin şərtlərini ona başa salanda o mənlə danışmaqdan imtina elədi. Keyfiyyətsiz toxuma və az məhsula görə, “Azərtoxum” məsuliyyət daşıyırdı. Lakin mütəxəssislər gəlmədi, o zaman mən özüm Kənd Təsərrüfatı Nazirliyinin Tovuzdakı toxumçuluq mütəxəssislərini dəvət etdim, çəkiliş aparıldı, akt bağlandı. Uzun təkiddən sonra sahəyə gələn Məzahir müəllim bir çox insanların yanında yenidən mənə hədə-qorxu gələrək, gah tutduracağını, gah da rayona buraxdırmayacağını deyirdi.
Tez-tez də “Azərtoxum”un arxasında Zeynal Əliyevin durduğunu deyir, mənə hədə-qorxu gəlirdi. Biz onunla razılaşa bilmədik. Lakin “Azərtoxum” rəhbərliyi inadla gəlib məhsul yığımını sonlandırdı, mənə cəmi 11 ton 700 kiloqram qarğıdalı qaldı. “Azərtoxum” isə 100 ton qarğıdalını özü götürdü. Beləliklə, mənim çəkdiyim 43 min manatlıq zəhmətdən mənə cəmi 3300 manat qayıtdı. “Azərtoxum”da heç kim mənə dəymiş ziyanın hesabını vermək istəmir, dəymiş ziyanı qəbul etmir. Bilmirəm, keyfiyyətsiz toxum səpməkdə “Azərtoxum” nümayəndələri hansı məqsəd güdüblər, onlara belə işləmək sərf edir, ya yox… Amma sahibkarları müflis etməklə, “Azərtoxum” rəhbərliyi ölkə iqtisadiyyatına amansız zərbə vurur. Ona görə də oxucuların diqqətinə çatdırmaq istərdim ki, 2016 və 2017-ci illər ərzində “Azərtoxum” şirkəti ilə əlaqəli toxum səpənlər, “Azərtoxum”un rəhbərliyi ilə toxum müqaviləsi bağlasın, toxumun sertifikatını tələb etsinlər ki, sonra mənim kimi çətinliklə üzləşməsinlər. Sizdən xahiş edirəm, problemi araşdıraraq, ictimailəşdirməkdə və ölkə rəhbərliyinin diqqətinə çatdırmaqda, mənə yardım edəsiniz”, – deyə A.Süleymanov Qafqaznews.az-a bildirib.
O, həmçinin qeyd edib ki, M.Qasımov bundan əvvəl Bərdə RİH başçısının müavini olub, bir neçə il əvvəl isə vəzifəsindən azad olunub. Biz “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımovun mobil nömrəsini taparaq, onunla əlaqə saxladıq. Özümüzü təqdim etdiyimizdə Məzahir Qasımov qəfildən coşaraq, “nə istəyirsiz yazın” deyə bağırmağa başladı. “Məzahir müəllim, mən hələ sual verməmişəm axı…
“Azərtoxum” 2016-cı ili necə başa vurub?”, – deyə soruşduq. “Çox yaxşı, çox yüksək reproduksiya ilə başa vurmuşuq”, – deyə M.Qasımov bildirdi. “Arif Süleymanov adlı sahibkar isə bildirir ki, onun torpaq sahəsində keyfiyyətsiz toxumlar əkərək, ziyana salmısınız. O deyir ki, 43 min manat o xərcləyib, “Azərtoxum” isə 45 min…”, – deyə məlumat vermək istərkən, Məzahir Qasımov sözümüzü kəsdi. “Kimdir Arif? Gedin işinizlə məşğul olun, siz müstəntiqsiniz? Məni şantaj etdiyinizə görə cavab verməli olacaqsınız”- deyə M.Qasımov bağırdı. “Biz sizi şantaj edib nə dedik, nə istədik? Sadəcə, öyrənmək istəyirik, bəlkə, Arif Süleymanov sizə böhtan atır?”, – deyə izah elədik. “Arif Süleymanova görə, bizə 70 min ziyan dəyib”, “Belə çıxır ki, “Azərtoxum” ora 45 min yox, 70 min manat xərcləyib?”, – deyə maraqlandıq.
“Gedin işinizlə məşğul olun” deyən Məzahir Qasımov əsəbiləşməyə başladı. Biz “oldu” deyib dəstəyi asmağa hazırlaşarkən, hömsöhbətimiz “gedin s…”deyə bizə söyüş söyərək dəstəyi asdı. Biz bunu eşitdikdə, adı hallanan Zeynal Əliyevlə əlaqə saxladıq. “Azəryem” MMC-nin rəhbəri olduğunu deyən Zeynal Əliyev qeyd etdi ki, bu qalmaqaldan sonra, Arif Süleymanovla görüşüb. “Mən gördüm ki, onun əməllərində dələduzluq var, qovdum və dedim ki, bir daha qapıdan buraxmasınlar. O toxumların keyfiyyətinə söz ola bilməz. O toxumları mən İsveçrədən gətizdirirəm. Məzahir Qasımov işi düzgün görüb”, – deyə Z.Əliyev bildirdi. “Zeynal müəllim, hər halda, sahibkar da istərdi ki, 69 hektar torpaqdan 11 ton yox, daha çox məhsul götürsün. Eləcə də, “Azərtoxum” daha çox məhsul götürməkdə maraqlı olmalıdır. Sahibkar bizə video da təqdim edib. Hər halda, məsələ araşdırılmalı deyildimi?”, – deyə soruşduq. “Şikayətçiylə gəlin, araşdıraq, problemin həllində kömək etməyə çalışaq”, – deyə həmsöhbətimiz cavab verdi. “Bəs niyə bundan əvvəl problemi həll etmək mümkün olmadı”, – deyə soruşduq. “Çünki Arif Süleymanov haqlı deyildi”, – deyə Z.Əliyev cavab verdi.
Təxminən, yarım saat sonra, Məzahir Qasımov daha təmkinli səs tonuyla bizə zəng etdi və bildirdi ki, Arif Süleymanov onlara yararsız torpaqları “sırıyıb”, əkinə inandırıb. “Bəs əkindən əvvəl sizin mütəxəssizləriniz olmamışdı orda?” – deyə soruşduq. “Olmuşdu. Mütəxəssislər şübhəli yanaşdı. Gəncədəki laboratoriyamız da işləmirdi. Nə isə.. Gəlin, burda danışıb aydınlaşdıraq”, – deyə Məzahir Qasımov bildirdi. “Məzahir müəllim, o “nə isə” bizə maraqlı gəldi. Əgər o torpaqlar “şübhəli” idisə, niyə toxum səpdiniz?” – deyə soruşduq.
Elə bu anda hömsöhbətimiz yenidən əsəbiləşdi: “Gedin işinizlə məşğul olun… Mən sənə deyirəm ay kişi, başlamısan müstəntiq kimi suallar verməyə”. Məzahir Qasımovdan daha yeni söyüşlər eşitməmək üçün, sağollaşıb dəstəyi asdıq.

Amma araşdırmamız davam edir.


“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru