Maliyyə nazirinin başı üzərində qara buludlar dolaşır - Təfərrüat
Tarix: 15-12-2016, 11:24 | Çap et
... Azərbaycanın maliyyə nazirinin başı üzərində qara buludlar dolaşır. Ölkənin maliyyə sistemini darmadağın edən və manatın qətlinə fərman verənlərdən olan, adı üç ölkənin agenti kimi çəkilən Samir Şərifov karyerasının ağır dönəmini yaşayır. Maliyyə naziri müxtəlif siyasi qanadlardan aldığı zərbələr və cəmiyyətdən gələn sərt tənqidlər qarşısında dayanıb. Onun vəzifəsindən getməsi an məsələsi ola bilər. Siyasi rəhbərlik hələ ki S.Şərifova sınaq müddəti verib və bu möhlət dövründə nazirin özünü necə təqdim edəcəyindən çox şey asılıdır. “Manat qatili” kimdir? “Gündəm-xəbər”in məlumatına görə, S.Şərifova aid olan bəzi bankların da son zamanlar sıxışdırılması ona yönəlik təzyiqlərin növbəti tərkib hissəsidir. Ancaq onun da günahı və fəaliyyətindəki qüsurlar kifayət qədərdir. Ondan başlayaq ki, maliyyə naziri Samir Şərifov muradına çatdı. İlin sonunda 1 dolların 2 manat olacağı haqda proqnozlar özünü doğrultdu. 2014-cü ildən başlayaraq ölkənin maliyyə-valyuta sistemini məhv edən bu məmurun yarıtmaz idarəçiliyi nəticəsində bütün sahələr böhrandadır. Deputat Vahid Əhmədovun və iqtisadçıların verdiyi proqnoz doğru çıxdı - ilin axırında qara bazarda 1 ollar 2 manatdır. Yəni, 1,95-ə çatıb. Üstəlik, yaradılan panika və ajiotaj nəticəsində minlərlə iş adamına zərər dəyir, müflis olur. Maliyyə naziri bir vaxtlar rəhbərlik etdiyi Neft Fondunun itkilərini əsas götürərək 1 dolların 1 manat 55 qəpik olmasını israrla təkid edib. Gərgin müzakirələrdən sonra S.Şərifovun təklifi qəbul edilib. Xatırladaq ki, fevralın 21-də manatın 38 faizlik devalvasiyasının da ölkənin baş maliyyəçisinin təkidi ilə baş verdiyi bildirilirdi. Xalqa manatın devalvasiya olmayacağı ilə bağlı danışdığı yalana görə S.Şərifovun da yenidən hədəfə çıxarılması maraq doğurur. Casusluq ittihamından xilas yolu Bəzi mətbu orqanlar yazır ki, fəaliyyəti dayandırılmış ANS telekanalında belə maliyyə nazirinin üç ölkənin agenti olması haqda sujetin yayımlanması bir çox mətləblərdən xəbər verirdi. Son illərdə ANS efirində heç bir nazir bu şəkildə hədəfə alınmamışdı və telekanalın siyasi kursunun bir mərkəzdən gəldiyi də sirr deyil. Bu da S.Şərifovun hansı cinahdan zərbə aldığını çılpaqlığı ilə ortaya qoyur. Hamı xəbər tutdu ki, ölkənin maliyyə sektoruna rəhbərli kedən şəxsin ABŞ, Rusiya və Türkiyə casusu olduğu haqda ittihamlar var. Düzdür, adı hər zaman Qərbyönümlü məmur kimi hallanan, hətta baş nazirlik iddiasında olan Şərifov ANS-in sujetindən sonra vəzifəsini itirmədi. Yada salaq ki, sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın “Qordon” agentliyinə müsahibəsində Azərbaycan hökumətini silkələyəcək ittihamlar səsləndirib. O, özünün yeni kitabı haqda danışarkən, Azərbaycanın yüksək siyasi elitasında təmsil olunan və hazırda Kremlə işləyən “üçqat agentdən” də bəhs edib. Onun yeni kitabında haqqında danışılan Azərbaycanın yüksək vəzifəli məmuru isə maliyyə naziri Samir Şərifovdur. Şvetsin iddiasına görə, agentura məlumatlarında bildirilir ki, Şərifov Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına işləyib, indi yenidən Kreml tərəfindən ələ alınıb. Amma prezident İlham Əliyevin valyuta bazarında stabilliyin yaradılması barədə 15 gün möhlət verməsi və bu işi tapşıranların arasında maliyyə nazirinin də olması onun mövqelərinin möhkəmlənməsinə dəlalət edir. Bank və hotel skandalı “Gündəm-xəbər”in məlumatına görə, nazirə yaxın olan “Azər-Türk Bank” ASC-nin də başı üzərində qara buludlar dolaşır. Adı son günlər müxtəlif iqtisadi qalmaqallarda, dolların qara bazarında hallanan “Azər-Türk Bank”ın bağlanma təhlükəsi var. Maliyyə naziri Samir Şərifovun kurasiyasında olmuş bu bankda isə qəfil yoxlamalar başlaması başı üstündə qara buludlar dolaşdığından xəbər verir. Deyilənə görə, Hesablama Palatasına bankdan külli-miqdarda pul yayındırılması, eləcə də bankın "qara bazar”a dollar çıxarması barədə təkzibolunmaz faktlar daxil olub. “Azər-Türk Bank” ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin “Zıraat Bank”ına, 1,08%-i “Zıraat Bank İnternational”a, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur. Mətbuatda yazılmış digər məlumatlarda bildirilir ki, maliyyə naziri Samir Şərifov haqda heyrətamiz informasiya tirajlanıb. Məlumata görə, nazir tez-tez Dubaydakı “Bürc əl - Ərəb” hotelində günü 11 500 avroluq otaq kirayələyirmiş. İllik maaşı 11 min 500 avro olmayan maliyyə nazirimiz gecəsi bu məbləğə olan Dubayın ən bahalı hotelində gecələyirmiş. Ölkənin maliyyə sistemini darmadağın edən nazir ərəb hotellərinə milyonlar xərcləyirmiş. Bu pullara nələr etmək olardı?! Baş bankirlə soyuq savaş Və bu israfçılıq və nazirin oliqarxik həyatı yenidən manatın devalvasiyası, xalqın güzəranı mövzusuna qayıtmağa vadar edir. Məsələ burasındadır ki, devalvasiya Maliyyə Nazirliyinə sərf edən prosesdir. Çünki istənilən devalvasiya qiymət artımına səbəb olur. Bu halda isə vergi daha da artır və nəhayət dövlət büdcəsinin doldurulması bir qədər asanlaşır. Elman Rüstəmov isə inflyasiyaya nəzarət edən bir şəxs kimi hər devalvasiyada hədəfə gəlir. Bu baxımdan Mərkəzi Bank rəhbəri sərt devalvasiyanın tərəfdarı deyildi. Bəzi məlumatlara görə, Samir Şərifovla Elman Rüstəmov arasında münasibətlər o qədər kəskindir ki, baş bankir maliyyə nazirinə yaxın bankların - Beynəlxalq Bank və “Azərtürkbank”ın rəhbərliyini Mərkəzi Bankdakı tədbirlərə çağırmır. Bundan başqa, Maliyyə Nazirliyi Beynəlxalq Bankın keçmiş müdiri Cahangir Hacıyevin təxminən 5 milyard dolları ölkədən ofşorlara çıxarmasını etiraf edib. Bu faktı rəsmi şəkildə nazirlik açıqlayır və ictimaiyyətə heç nə olmamış kimi təqdim edir. Sanki bu gizli əməliyyatlar həyata keçirilərkən nazirliyin xəbəri olmayıb. Elə ki eks-bankir məhkum edilir, nazirlik dərhal məsələni araşdırıb 5 milyardın hara sərf olunduğunu aydınlaşdırır. Hacıyevə 5 milyardlıq yaşıl işıq Bu, C.Hacıyevin ittihamlarına cavab olaraq açıqlama kimi qiymətləndirilsə də, reallıqda nazirliyin özünü təkzib etməsidir. Maliyyə naziri Samir Şərifov 5 milyard ölkədən ofşora köçürüləndə hara baxırdı? Xalqın yoxsul, ehtiyac içində yaşadığı, kredit borcları ilə boğulduğu zaman ölkənin nüfuzlu Beynəlxalq Bankına dələduz rəhbərlik edirmiş və nazirlik buna susurmuş. Ölkənin maliyyə və bank sektoruna cavabdeh qurum C.Hacıyevin fəaliyyətindən ya xəbərsiz olub, ya da məqsədli şəkildə susub. Dövlət rəhbərliyinin S.Şərifovun bu cinayətdəki məsuliyyətinin nədən ibarət olduğunu öyrənmək hüququ var. Əldə etdiyimiz məlumata görə, C.Hacıyevin məhkəmə çıxışlarında S.Şərifovu hədəfə alması təsadüfi deyil. Keçmiş bankir birbaşa naziri ittiham edir və onun yanında oturmalı olduğunu söyləyir. Doğrudur, bankirlə nazir arasında ziddiyyətlər həmişə olub. Cahangir Hacıyevin həbsində də bu ziddiyyətlər də mühüm rol oynayıb. Yəni Samir Şərifov hər fürsətdə onu “vurmağa” çalışan Cahangir Hacıyevin “kredit qalmaqalı” ilə büdrəməsindən yararlanaraq ona sarsıdıcı zərbə endirməklə rəqibini sıradan çıxara bilib. Elə bu səbəbdəndir ki, Cahangir Hacıyev həbsinin ilk aylarında vəkilləri vasitəsilə mediaya verdiyi açıqlamalarda üstüörtülü olsa da, Samir Şərifovu ittiham edib. Lakin bir müddətlik sükutdan sonra Cahangir Hacıyev savaşı açıq müstəvidə aparmaq qərarına gəlib. Tam devalvasiya və ölkə borc içində Onu da deyək ki, Azərbaycanın iqtisadi həyatında 2017-ci il üçüncü və bəlkə də tam devalvasiyanın başlanğıcı ili olacaq. Əgər tam devalvasiyaya gedilərsə ölkədə ağır bir dövr başlana bilər. qarşıdakı illərdə neft gəlirlərinin azalması ilə əlaqədar olaraq Neft Fondundan büdcəyə transferlərin getdikcə azalmasının şahidi olacağıq. Buna görə də manatın möhkəmlənməsi üçün hökumət neft amilindən asılılığın azaldılması üçün alternativlər üzərində çalışır. Baş bankir Elman Rüstəmovun və maliyyə naziri Samir Şərifovun yarıtmaz pul siyasəti ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurub. Aparılan səhv və səhlənkar monetar siyasətin nəticəsidir ki, bugün Neft Fondu və Mərkəzi Bankın aktivləri hesabına ayda 100 milyonlarla dollar vəsait bazara atılır və əridilir. Gözlər isə neftin qiymətindədir ki, bəlkə bahalaşdı və bu proses dayandı.Ancaq ən zəif iqtisadi savadı olan vətəndaş da bilir ki, bu mümkün olmayacaq. 2017-ci ildə yalnız infrastruktur layihələrini həyata keçirmək üçün hökumət zəmanəti ilə təxminən 2 milyard manatdan bir az çox xarici kreditlər alınacaq Bu rəsmi məlumat ölkədə maliyyə vəziyyətini səciyyələndirir. Bu kreditlərin bir hissəsi büdcə, yerdə qalan hissəsi iri dövlət şirkətləri vasitəsilə xərclənəcək. Əlavə olaraq, dövlət büdcəsi vasitəsilə investisiya layihələrinə 2.5 milyard manat xərclənəcəyi planlanır. Büdcənin investisiya xərclərinin təxminən yarısı 5 təşkilat arasında bölünəcək: Neft Şirkəti 612.2 mln. manat, Azəravtoyol 290.4 mln. manat, Dəmir Yolu İdarəsi 130 mln. manat, Nəqliyyat Nazirliyi 100 mln. manat, Azərsu 95 mln. manat büdcə investisiyası alıacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|