Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                 

Əli Abbasov həbs olunmalıdırmı? - İTTİHAM VAR
Tarix: 5-12-2016, 10:07 | Çap et
Əli Abbasov həbs olunmalıdırmı?
Son 2 ildə Azərbaycanda müşahidə olunan ağır sosial–iqtisadi böhran getdikcə dərinləşməkdədir. Bir tərəfdən qiymətlərin artması, manatın dəyərini itirməsi və əhalinin real gəlirlərinin əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən isə biznes mühitinin ağırlaşması, iş yerlərinin bağlanması, ixtisar edilməsi ölkədə vətəndaşların, xüsusilə də aztəminatlı ailələrin durumunu son dərəcə pisləşdirib. Artıq rəsmi səviyyədə ölkədə maliyyə böhranının yarandığı, yaşam şərtlərinin ağırlaşdığı etiraf edilməkdədir. Rəsmilər – nazirlər, deputatlar vəziyyətin daha da ağırlaşacağı mesajını verirlər. Maliyyə nazirinin 2017–ci ildə ölkədə tənəzzülün dərinləşəcəyini bəyan etməsi, deputatların daha ağır problemlərin yarana biləcəyinə dair çıxışları vəziyyətin nə qədər mürəkkəb olduğundan xəbər verir. İş o yerə o çatıb ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədəki mövcud vəziyyəti məlum səbəblərdən aclıq və səfalətin hökm sürdüyü 90-cı illərlə müqayisə etməyə başlayıb.

Son 10 ildə ölkənın neft-qaz satışından 150 milyard dollara yaxın gəlir əldə etməsindən, investisiya və kreditlər şəklində iqtisadiyyata 100 milyarddan artıq vəsait yatırılmasından sonra Azərbaycanın 90-cı illərə kəskin dönüş etməsi, nə qədər paradoksal olsa da, təəssüf ki, acı reallıqdır.

Rəsmilər bunun səbəbini neftin qiyməti ilə bağlamağa cəhd etsələr də, təbii ki, bu, həqiqəti pərdələməkdən başqa bir şey deyil. Əlbəttə, neftin qiymətinin enməsi gəlirlərin azalmasına təsir edib. Ancaq bu gün də neft maya dəyərindən ən azı 3-4 dəfə baha satılırsa və uzun illər boyu neft borusundan axan milyardlardan səmərəli istifadə edilməyibsə, problemlərin səbəbini xaricdə deyil, hökumətin özündə, bacarıqsızlığında axtarması daha doğru olardı.

Daha açıq desək, bu gün yaranmış böhranlı vəziyyətin səbəbi heç şübhəsiz ölkədə uzun illərdir davam edən İFRAT TALANÇILIQ, büdcə vəsaitlərinin və iş adamlarının amansızcasına, vicdansızcazına soyulmasıdır. Demək olar ki, bütün nazirliklərdə, dövlət qurumlarında baş verən bu talançılığın başında isə əksər hallarda həmin qurumların rəhbərləri dayanıb.

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra Rabitə Nazirliyi-müəl.) vəzifəli şəxslərinin məhkəmə proseslərində açıqlanan faktlar, onların ifadələrindəki etiraflar bunun əyani sübutudur. Nazir Əli Abbasov açıqlamalarında özünü baş verənlərdən xəbərsiz kimi göstərsə də, nazirliyin vəzifəli şəxsləri bütün korrupsiya əməliyyatlarını onun göstərişi və yaxud bilgisi əsasında həyata keçirdiklərini bəyan ediblər. Bu ifadələr mətbuatda, o cümlədən saytımızda geniş şəkildə işıqlandırıldığından təkrarlamaq istəmirik. Ancaq qeyd edək ki, həbs olunan Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) baş direktoru Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov və digərləri bütün əməliyyatları məhz Əli Abbasovun tapşırığı ilə reallaşdırdıqlarını söyləyiblər. Hətta V.Zeynalovun vəkili Bəylər Məmişov bəyan edib ki, Əli Abbasov tərəfindən ibtidai istintaq zamanı rəhbərlik etdiyi nazirlikdə törədilmiş qanunsuzluqla əlaqədar vurulmuş ziyan üzrə 6,8 milyon manat ödəniş aparılıb.

Belə bir şəraitdə, əlbəttə, Əli Abbasovun məsuliyyətə cəlb edilməməsi sual doğurur. Baş verənlər bütün məsuliyyətini sabiq Aparat rəhbəri Vidadi Zeynalovun üzərinə yüklənməklə, cinayət işi qapadılır. Ancaq Rabitə Nazirliyində baş verənlərdən məlumatlı şəxsin “AzPolitika.info”ya verdiyi məlumatlardan da belə görünür ki, Vidadi Zeynalov məhz cəmiyyət arasında mədəni, ziyalı insan kimi tanınan Əli Abbasovun təlimatları əsasında hərəkət edib.

“Əli Abbasov nazir postunu əldə etmək üçün 3 milyon dollar xərc çəkib”

Məlum səbəblərdən adının çəkilməsini istəməyən şəxsin bildirdiyinə görə, o vaxt İqtisad Universitetinin rektoru və 2000-ci ildən Milli Məclisin deputatı olmuş Əli Abbasov, nazir vəzifəsini əldə etmək istiqamətində uzun müddət gizli iş aparıb. Bunun üçün o, özünü ölkə rəhbərliyinə rabitə sahəsində yeni texnologiyaların mahir bilicisi kimi təqdim etdirməyə nail olub. Eyni zamanda sabiq rabitə naziri Nadir Əhmədova qarşı “qara piar” kampaniyasının da onun tərəfindən təşkil edildiyi istisna edilmir. Hər halda Nadir Əhmədovun müasir texnologiyadan başı çıxmayan, “büdcəyə” bir qəpik də xeyir verməyən birisi kimi təqdim edilməsi Əli Abbasovun “yolunu açmağa” xidmət edib.

Qısası, 20 fevral 2004-cü il tarixində Əli Abbasovun nazir postuna oturması, heç də çoxlarının fikirləşdiyi kimi, qəfil baş verməyib. “O, özü ilə bağlı ölkə rəhbərliyində müsbət rəyin yaradılmasını təmin etmək, haqqında yaxşı təqdimat verilməsinə nail olmaq, eləcə də sabiq rabitə naziri N.Əhmədovun gözdən salınmasına xidmət edən kampaniyanın aparılması məqsədilə, təxminən 3 milyon dollar xərc çəkmişdi” – deyə mənbə bildirir.

Vidadi Zeynalovun tərtib etdiyi tariflər və kisələrdə gələn milyonlar….

Mənbənin Əli Abbasovun nazir kimi fəaliyyəti barədə söylədikləri isə, bu gün məhkəmədə açılan faktların məhz onun göstərişi ilə həyata keçirildiyini iddia etməyə bir daha əsas verir: “Əli müəllimin nazir kürsüsündə oturduqdan sonra ilk “gizli” tapşırığı bu oldu ki, kim vəzifəsində qalmaq istəyirsə Vidadi Zeynalovun tərtib etdiyi tarifdə göstərilən qiymətləri dərhal ödəsin. Belə də oldu. Bakı şəhəri üzrə fəaliyyət göstərən poçt filiallarının rəhbərləri Arif Məmmədov və Əvəz Kərimov dərhal tələb olunan 40 000 dolları gətirib təqdim etdilər.

“Azərpoçt”un rəisi postu 100 min, BTRİB rəisi 300 min, “Aztelekom” İB rəisi isə 500 000 dollara “hərraca” çıxarıldı. Telefon qovşaq rəislərindən 50 min tələb olundu. Vəzifədə qalmaq üçün haqq ödəməyən Binəqədi poçt filialının müdiri Feyzulla kimiləri isə dərhal öz postlarılə vidalaşdılar.

Rabitə sahəsində fəaliyyət göstərən şirkətərin rəhbərləri arasında Əli Abbasov nazir təyinatı aldığı gün – gecə ilə 1 milyon dollar pulu kimsənin nəzər-diqqətini cəlb etməmək üçün “Parfüm de Franc” karton kisəsinə qablaşdırıb, öz xidməti avtomobili ilə Nazirliyə “hədiyyə” olaraq göndərənlər də olub”.

Nazirliyin 8 milyon manat ehtiyat fondu necə “süpürüldü”?

Əli Abbasov nazir təyin olan kimi, son 7 ildə nazirlikdə nə qədər “yeyinti” olduğunu, kimlərin böyük pullar əldə etdiyini aydınlaşdırmaq üçün dərhal bütün strukturlarda yoxlamaların aparılması, korrupsiya hallarının aşkara çıxarılaraq ona məruzə edilməsi tapşırığını verib: “Ancaq Nazirliyin yoxlaması zamanı elə də ciddi nöqsanlar tapılmadı. Bu plan baş tutmadığından, nazir yeni qazanc mənbəyinin tapılması istiqamətində işlərə başladı. Bu məqsədlə, Ə.Abbasov əsas diqqətini Nazirliyin maliyyə büdcəsinə yönəltdi. Məlum oldu ki, Nazirliyin uzun illər əldə etdiyi gəlirlər hesabına t Ehtiyat Fonduna təxminən 8 milyon dollar vəsait yığılıb, saxlanılmaqdadır. Ə.Abbasov dərhal özü ilə gətirdiyi Vidadi Zeynalovu dəvət edərək, yığılan pulu necə və hara məsrəf eməklə ortadan çıxarmağın mümkünlüyünü soruşur. Təbii ki, Bakı şəhər İcra Hakimiyyətinin Maliyyə İdarəsindən törətdiyi irimiqyaslı maliyyə maxinasiyalarına görə işdən qovulmuş peşəkar maliyyə fırıldaqçısı V.Zeynalov üçün 8 milyonu xırıd etmək elə də çətin bir iş deyildi.

Cəmi 60 gün ərzində bu pullar son qəpiyinədək nazirliyin müxtəlif strukturlarında təmir-tikinti aparılması, avadanlıqların alınması və s. adlar altında son qəpiyinəcən mənimsənildi. Bu əməliyyatlardan sonra nazir Əli Abbasov “mayanı” artıqlaması ilə çıxararaq, rahat nəfəs aldı və işini davam etdirməyə başladı”.

BTRİB-in rəisi postunu 300 minə əldə edən Salmanova Eldar Mahmudov nə şərt qoyur?

Mənbənin məlumatlarında diqqət çəkən faktlardan biri də Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi vəzifəsinə təyinat alan Nəriman Salmanovun qısa müddətdən sonra vəzifədən götürülməsinin səbəbləri ilə bağlıdır:

“2005-ci ilədək Gəncə Telekommunikasiya İdarəsinə rəhbərlik edən Nəriman Salmanov Əli Abbasov rabitə naziri təyin olunandan sonra Bakıya gəlib. Nazir onu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəisi vəzifəsinə irəli çəkdi. Təbii ki, bu vəzifə üçün tələb olunan 300 min dollar ödənildikdən sonra. Lakin bundan qısa müddət sonra onun, necə deyərlər, başına müsibətlər gətirildi.

Belə ki, Nəriman Salmanov BTRİB-ə rəis gətiriləndən bir neçə ay sonra “qara maskalılar” günün-günorta vaxtı onu iş kabinetindən götürərək MTN-ə aparıblar. Orada ona nazir E.Mahmudovun adından deyilib ki, bütün fəaliyyətini MTN-dəki bir qrupla razılaşdırmalıdır, onların dedikləri bütün qanunsuz işləri həyata keçirməlidir. Həmin vaxt ona deyilib ki, Eldar Mahmudov üçün maraqlı olan adamların telefonları nəzarətə götürülməli və daim dinlənilməli, nəticə haqda da nazirin özünə sistematik olaraq məruzə edilməlidir.

Ancaq peşəkar rabitəçi və qanundan qorxan adam olan Nəriman Salmanov birmənalı şəkildə bundan imtina edib. Deyib ki, əgər bunlar dövlətə lazımdırsa, məhkəmə qərarı çıxarılsın, bundan sonra dinləmələri həyata keçirməyə qanun imkan verir. Bu zaman onu orada döyüblər, təxminən 1 aya yaxın kənar bir yerdə, iddiaya görə, general Akif Çovdarovun gizli həbsxanasında saxlayıblar. Bu müddət ərzində ailəsi belə onun harada olmasından xəbər tuta bilməyib.

Nəriman Salmanov, nəhayət, həmin vəzifədən istefa verəcəyini bildirib, bundan sonra onu azad ediblər”.

Əli Abbasov Eldar Mahmudovun icra komandasına necə daxil olub?

N.Salmanov istefa verdikdən sonra Eldar Mahmudov Əli Abbasovu aldadaraq, öz adamının BTRİB-ə rəis gətirilməsinə nail olub: “Nəriman Salmanov MTN-çilərin əlindən qurtardıqdan sonra, dediyinə əməl edərək istefa ərizəsi yazıb. Bütün bu proseslərdən Əli Abbasov məlumatlı olub.

Amma həmin vaxt Eldar Mahmudov Əli Abbasova deyib ki, bütün bunlar ölkə rəhbərliyi ilə razılaşdırılıb. Yəni, faktiki olaraq onu aldadaraq öz istəyinə nail olub. Nəriman Salmanov Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri vəzifəsindən azad edildikdən dərhal sonra Eldar Mahmudov Əli Abbasovdan o posta qohumu Beytulla Hüseynovu təyin etməyi tələb edib. Bu tələb də icra olunub.

Əslində MTN əməliyyatı Beytulla Hüseynovun sifarişi əsasında həyata keçirilənə daha çox oxşayır. Faktiki olaraq bu olaydan sonra Əli Abbasov da Eldar Mahmudovun icra komandasına daxil olub”.

Nazir pulu qaytarmaq əvəzinə, vəzifə təklif edib

Nəriman Salmanov BTRİB-dən gedəndən sonra Əli Abbasovdan verdiyi məbləği qaytarmağı xahiş edib: “Bildirib ki, işlədiyi dövrdə yalnız cüzi “qazancı” olub. Bir neçə avtomobili idarənin adına şişirdilmiş qiymətə alıb və bir neçə “kabel əməliyyatı” həyata keçirə bilib. İmkan verməyiblər ki, verdiyini çıxarsın. Nazir isə onu verdiyi pulun əvəzinə Yasamal Telefon Qovşağının rəisi vəzifəsinin icraçısı təyin edib”.

Lakin Eldar Mahmudov buna da mane olub: “Deyib ki, Yasamal strateji ərazidir, Nəriman orada da bizə mane olacaq, onu başqa yerə göndər. Bundan sonra onu ucqara – Sabunçu Telefon Qovşağının rəisi vəzifəsinə təyin ediblər. O, burada da daim təhdid altında olub. Bunlara görə N.Salmanov kabinetini kameralaşdırmışdı ki, otağa gələn hər kəsin davranışları qeydə alınsın”.

Hesablama Palatasını 5 milyonla necə yola saldılar?

Nazirliyin strukturuna daxil olan gəlirli idarələrdən biri də Beynəlxalq Əməliyyat və Hesablama Mərkəzi olub. Mənbənin məlumatına görə, idarəyə V.Zeynalovun qohumu Cəlil Cəfərov təyinat aldıqdan sonra mərkəzdə korrupsiya geniş vüsət alıb. Bu faktlar Hesablama Palatasının növbəti yoxlaması zamanı ortaya çıxır: “Hesablama Palatasının növbəti yoxlaması zamanı “qışqıran rəqəmləri” gizlətmək mümkün olmur. Palatanın peşəkar müfəttişləri külli-miqdarda dövlət vəsaitinin mənimsənilməsilə bağlı AKT tərtib edirlər. Bundan təşvişə düşən direktor C.Cəfərov dərhal nazir Ə.Abbasovun qəbuluna gəlir. Məsələ müzakirə olunur və uzaqgörən Əli müəllim Palatanın istədiyi rəqəmin – 5 milyon manatın dərhal verilməsi tapşırığını verir. Məsələ “həllini” tapır”.

Mənbə iddia edir ki, Hesablama Palatasına verilən 5 milyon manat nazirlikdəki həbslərdən sonra da sabiqlərin bəzi korrupsiya əməllərinin gizlədilməsinə səbəb olub: “Nazir Ə.Abbasov və direktor C.Cəfərov işdən çıxarıldıqdan, ikinci həbs edildikdən sonra onların fəaliyyətini yoxlamaq üçün dövlət komissiyası yaradıldı. Yaradılmış dövlət komissiyasının tərkibində yer alan Hesablama Palatası yenidən Beynəlxalq Əməliyyat və Hesablama Mərkəzində yoxlamalara başlayır. Amma nədənsə, bir neçə il öncə ört-basdır etdikləri korrupsiya əməllərini açmırlar və aktlaşdırmırlar. Sadəcə, hər şeyin qaydasında olması barədə əvvəl verdikləri rəyi protokollaşdırmaqla kifayətlənirlər. Sual olunur: Bəs o zaman direktor C.Cəfərov nədən bir ildir ki, istintaq altındadır? Bu da dövlətin etibar etdiyi Hesablama Palatasının hesablaması…”

Mənbə baş verən bu və digər korrupsiya faktlarından hüquq-mühafizə orqanlarının məlumatsız olduğuna inanmır. “Bəs o zaman Əli Abbasov niyə azadlıqdadır?” – deyə sual edir.

Bu suala cavab verən olacaqmı, deyə bilmərik. Lakin indiki halda Ə.Abbasovun həbsi, nə qədər paradoksal olsa da, müəyyən qədər ədalətsizlik olar. Ə.Abbasovu həbs etmək üçün… gərək öndən Eldar Mahmudov buyursun. Hər halda MTN-də baş verənlərlə müqayisədə Rabitə nazirliyindəkı talan, cinayətlər heçnədir. Əli Abbasov Eldar Mahmudovun qurbanıdır. Ə.Abbasovun yeganə günahı MTN-in siyasi rəhbərliyə qarşı yönəlmiş gizli fəaliyyətini bilməməsi və yaxud da bilib, qorxudan susmasıdır. Bununla da o, bilərəkdən və ya bilməyərəkdən bu xəyanətin iştirakçısına çevrilib.

Bizim indi müşahidə etdiklərimizə gəlincə, büdcə talanı, “qara kassa” aylıq “paket” kimi məsələlər adi Azərbaycan reallıqlarıdır. Bunlara görə heç kimi işdən çıxarmırlar və həbs etmirlər.

Murad Məmmədov (AzPolitika.info)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru