Maliyyə nazirliyi nöqsan aşkarladı və... - İlginc İDDİA
Tarix: 2-12-2016, 10:48 | Çap et
Maliyyə Nazirliyi tərəfindən aşkarlanan nöqsanları ört-basdır etmək üçün Hacıömər Nuriyevin göstərişi ilə rayonun həkimlərindən 1000 manatdan pul yığılıb Qəzetimizin 25.11.2016-cı il tarixli sayında “Balakən səhiyyəsi talanır” başlıqlı yazı dərc olunmuşdu. Yazıda Balakən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyevin öz işində yol verdiyi iddia olunan ciddi qanun pozuntularına dair redaksiyamıza daxil olan açıqlamalar təqdim olunmuşdu. Biz qeyd etmişdik ki, aldığımız məlumatlarda ilk növbədə baş həkimin xəstəxanaya dövlət vəsaitləri hesabına alınmış tibbi avadanlıqları öz şəxsi, özəl klinikasına aparması barədə verilən açıqlamalar diqqəti cəlb edir. Bu barədə aldığımız məlumatda deyilir ki, Hacıömər Nuriyev Balakən Rayon Mərkəzi Xəstəxanasının açılışı zamanı dövlət başçısına təqdim etdiyi, büdcə vəsaitləri hesabına alınmış tibbi avadanlıqları öz şəxsi klinikasına aparıb. Onların yerinə isə, xəstəxanaya sovet dönəmindən qalma köhnə aparatlar qoyub. Digər bir açıqlamada isə, Hacıömər Nuriyevə qarşı başqa ciddi ittihamlar da irəli sürülməklə, baş həkimin həm də tibbi aparatları satdığı iddia olunurdu: “Balakən Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətindən həm xəstəxananın işçiləri, həm də rayon camaatı olduqca narazıdırlar. Baş həkim Hacıömər Nuriyev rayonun bütün xəstəxanalarını və tibb məntəqədərini özəl biznes qurumu kimi çalışdırır. Mənimsənilən dövlət vəsaitləri hesabına Balakən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi rayonun ən varlı şəxslərindən birinə çerilib. Hacıömər Nuriyevin rəhbərlik etdiyi Balakən Səhiyyə müəssisələrində ən adi dərman pereparatları və tibbi ləvazimatlar tapılmadığı halda, elə həmin səhiyyə ocaqlarında baş həkimə bağlı olan ayrı-ayrı tibb bacıları və həkimlər xəstələrə baha qiymətə dərman və tibb ləvazimatları satırlar. Prezident İlham Əliyev Balakəndə olarkən sözügedən xəstəxananın açılışını edib. Həmin vaxt Mərkəzi Xəstəxananın Ginekologiya Şöbəsində ən müasir USM avadanlığı quraşdırılmışdı. Lakin prezident ayağını Balakəndən kənara qoyan kimi, baş həkim Hacıömər Nuriyev həmin USM aparatını satıb. Yerinə isə, sovet dövründən qalma köhnə avadanlığı qoyub ki, o da işləmir. Baş həkimin olduqca maraqlı iş üsulları da var. Balakən Mərkəzi Xəstəxanasında il ərzində iki formada pul yığır. Onlardan biri aylıq haqqdır ki, hər bir həkim hansı işi görməsindən asılı olmayaraq, bəlli miqdarda pulu hər ay baş həkimə verməlidir. İkincisi isə, ildə bir dəfə yığılır. Hacıömər Nuriyev hər ilin sonu həkimlərdən tələb edir ki, ya pul verib işlərində qalmalıdırlar, ya da onları işdən çıxarmalı olacaq. Baləkən Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin bu hərəkətlərindən edilən şikayətlərə gəldikdə isə indiyə qədər bununla bağlı heç bir tədbir görülməyib. Hacıömər Nuriyev isə hamıya deyir ki, onun arxası möhkəmdir və yığdığı pulları da yuxarılarla, yəni Səhiyyə Nazirliyi ilə bölüşdürür. Ona görə də, kimsə ona bir şey edə bilməz. Xəstələrin dərmamından tutmuş təcili yardım maşınlarına sərf edilən benzinin pulu baş həkimin cibinə gedir...” Təbii ki, ona qarşı irəli sürülən ittihamlara münasibətini öyrənmək məqsədilə, biz Hacıömər Nuriyevin özü ilə də əlaqə saxlamağa çalışdıq. Lakin baş həkim bizimlə danışmaqdan imtina etdi. Daha sonrakı zənglərimizə isə, ümumiyyətlə cavab vermədi. Bundan sonra biz Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevlə əlaqə saxladıq. Vəziyyəti İslam müəllimə bildirdikdə, başçı bu məsələni nəzarətə götürəcəyini və ən azından Hacıömər Nuriyevə sorğularımızı cavablandırmağı tövsiyyə edəcəyini bildirdi. Lakin bundan sonra da baş həkim zənglərimizə cavab vermədi. (Bizimdovr.az) Bu arada isə, Balakən RMX-nın həkim və tibbi personalından redaksiyamıza məlumatlar daxil olmaqda davam edir. Mənbələrdən birinin deməyinə görə, bu yaxınlarda Maliyyə Nazirliyi tərəfindən Balakənin səhiyyə müəssisələrinin, xüsusilə RMX-nın fəaliyyəti təftiş olunub. Nəticələr isə, rayonun tibb işçiləri üçün “acınacaqlı” olub. Bu barədə açıqlamada deyilir: “Bu yaxınlarda Maliyyə Nazirliyindən gəlmiş Babək müəllim rayonda səhiyyə müəssisələrinin fəaliyyətini təftiş edirdi. Təbii ki, yoxlama zamanı ciddi nöqsanlar, mənimsəmə halları aşkarlanıb. Bu səbəbdən də Hacıömər Nuriyev təftişin çox “dərinə getməməsi” üçün yoxlamanı “yola salmaq” qərarına gəlib. Bu qərar isə, yenə də bizə baha oturub. Belə ki, bu məqsədlə rayonun bütün həkimlərindən hərədən 800-1000 manat, digər tibbi personaldan isə, hərədən 300 manat olmaqla pul yığılıb. Bunun üçün ilk növbədə həm həkimlərin, həm də personalın avqust-sentyabr ayları üzrə maaşları tutulub. Qalan məbləğ isə, tibb işçiləri tərəfindən əmək haqqlarının üstünə əlavə edilib. (gundelikbaki)Qeyd edim ki, hazırda Rayonun səhiyyə sistemində 1000 nəfərdən artıq tibb işçisi fəaliyyət göstərir ki, bunlardan da təxminən 150 nəfəri həkim kadrlarıdır. Amma buna baxmayaraq, yığılan məbləğ “yolasalma” əməliyyatına kifayət etməyib. Bu səbəbdən də, Hacıömər Nuriyev özü də bankdan 20 min manat kredit götürərək yığılan məbləğə əlavə edib...” Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|