Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR - Gəlişmə...
Tarix: 20-09-2016, 10:31 | Çap et
Yaxın Şərqdə və Şimali Afrikada müstəqillik, insan haqları və demokratiya adı ilə dövlətlərin əsaslarının laxladılması, yırğalanıb dağıdılan idarəetmə sisteminin söykəndiyi sütunların altında qalan cəmiyyətlərin faciəsi adi insanların bəlaları səviyyəsindən çıxaraq qlobal problemə çevrilib.
Liviya eyni zamanda iki hökuməti və dövlət başçısı olan dövlətə, Yəmən vətəndaş savaşının qan içində boğduğu məkana, Tunis "vətəndaş cəmiyyəti quruculuğu"nun dövlət strukturlarını alt-üst etdiyi yerə, Suriya xaosun çulğadığı dağılan ölkəyə, İraq faktiki olaraq üç hissəyə parçalanmış əraziyə... Əlcəzair seçkilərin farsa çevrildiyi, Mərakeş terror hücumlarının səngimədiyi, Misir inqilabdan sonra daha da geriləyən dövlətə dönüb.
Faciələr, qəddarlıqlar, kütləvi qətllər, edamlar, dövlət qurumlarının ekstremistlər, terrorçular və dini qruplaşmalarla əvəzlənməsi; müxtəlif ölkələrin pulu, göstərişi və sifarişi ilə çalışan "siyasi partiya"ların caynaqlarında çırpınan cəmiyyətlərin çıxış yolu araması, bu dəhşətdən başlarını götürüb qaçan miqrantların can atdıqları Avropaya çatmamış Aralıq dənizində batmaları və ən nəhayət, müstəqil, suveren ölkələrin atəşə tutulması, bombardman edilməsi, vurulması, "kütləvi xalq etirazları" adı ilə qiyam, üsyan və hərbi çevriliş ssenarilərinin gerçəkləşdirildiyi məkanlara çevrilməsi də reallıqdır.
Qərb, xüsusilə də ABŞ bu minvalla ölkələrə demokratiya apardığını deyir, amma o ölkələrin insanlarına verilən "bəxşiş" qan, müharibə, bombardmanlar, kütləvi iğtişaşlar və yaşadıqları məkanların viran qalmasıdır. Belə proseslərin cərəyan etdiyi bir məqamda sosial partlayışlar, vətəndaş müharibələri, dini ekstremizm və terrorizmin tüğyan etdiyi areala Azərbaycanı da qatmaq istəyənlər var.
Həmin qüvvələrin avanqardında Türkiyədə hərbi çevrilişə cəhdin ssenari müəllifi və rəhbəri, "Hizmet" hərəkatının lideri Fəthullah Gülənlə bu marioneti idarə edən bir sıra Qərb ölkələrinin kəşfiyyat strukturları dururlar.
"Hücum zamanı" qismində isə Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı sentyabrın 26-da keçiriləcək referendum ərəfəsi seçilib. Müsəlman Şərqində xaos girdabına sürüklənməyən, vətəndaşların dini və ya siyasi mənsubiyyətə görə bir-birlərinə divan tutmadığı azsaylı ölkələrdən biri olan Azərbaycanda da sabitliyi alt-üst etmək, qarşıdurma yaratmaq üçün FETÖ təşkilatı ilə bəhs etdiyimiz kəşfiyyat strukturları birgə, unison fəaliyyətə başlayıblar.
Proses aylar əvvəl başlasa da, ötən ayın ortalarında, Müsavat, AXCP, Milli Şura və REAL-ın rəhbərlərinin Bakıdakı bir neçə xarici ölkə səfirliklərinə çağırılması, uzun-uzadı məsləhətləşmələrin aparılması, sonra bu vizitlərin intensivliyinin və habelə səfirlikdə aparılan müzakirələrin sürəyinin artması Bakıda da çirkin, təhlükəli ssenarinin işə salındığını göstərirdi.
Daha sonra "Demokratik Qüvvələrin Milli Şurası" adlanan absurd, indiyədək müxalifətin çoxsaylı birləşmələri, ittifaqları və alyansları təki sadəcə qısamüddətli maraqların təminatı üçün yaradılmış süni qurumun rəhbəri Cəmil Həsənli Strasburqa çağırıldı, bir qədər keçəndən sonra isə ABŞ Konqresində və Haaqada Azərbaycanla bağlı "dinləmələr" adı ilə faktiki hədəfə almaya start verildi.
FETÖ ilə Qərb kəşfiyyatı Azərbaycandakı planlarının ikinci mərhələsinə keçdilər: bu dəfə AXCP, Milli Şura və Müsavat "kütləvi etiraz aksiyaları"na nail olmalı, əhalini küçələrə çıxarmalı, yürüşlər və mitinqlər seriyasına başlamalı, sonucda hakimiyyət dəyişikliyinə, yəni çevrilişə nail olmalıydılar. Qərb Suriyada planlarının alt-üst olmasının, Türkiyədə çevrilişin alınmamasının qisasını Bakıdan almaq, Azərbaycanı revanş məkanıa çevirmək istəyirdi. Səbəb dəyişməyib: Azərbaycan müstəqil siyasət yürüdən, təzyiqləri rədd edərək təsirlərə boyun əyməyən ölkə olduğundan stabillik pozulmalı, dayanıqlı gərginlik yaradılmalıydı.
İyulun 15-də hərbi çevriliş cəhdinin qarşısını alan Türkiyə xarici siyasət orientirlərini dəyişməklə əslində, ondan əvvəl belə həmləyə məruz qalan dövlətlərin taktikasını təkrarladı. Həmin taktika bəllidir: çevriliş, qiyam ssenarilərinin alınmadığı ölkələrin istisnasız olaraq hamısı Qərbin "demokratik etiraz"lar, "insan haqları tələbləri" sousu altındakı qeyri-stabillik ixracına müqavimət göstərməyə başlayıblar.
Azərbaycanı FETÖ və bu təşkilatın yerli buyruq qulları vasitəsilə qarşıdurma girdabına sürükləməyə çalışan Qərbin ssenarisinə görə, əldə ediləcək məqsədlər arasında ən başlıcası rəsmi Bakıya təzyiq rıçaqlarının gücləndirilməsi, Azərbaycana xarici və daxili siyasətin diqtə edilməsi, sonra stabilliyin pozulması strategiyasının domino effekti ilə digər ölkələrə yayılması və xaos müstəvisinin genişlənməsi idi.
Qərb indiyədək bir sıra ölkələrdə uğurla sınadığı məkrli ssenarini Bakıda da reallaşdırmaq istəyirdi. Hədəfə alınmış Azərbaycanda iğtişaşlar yaratmaq üçün Fəthullah Gülənin faktiki "mülayim nəzarət"indəki yerli siyasi partiyalar, təşkilatlar, QHT-lər, fondlar və s.-lər vasitəsilə gərginlik artırılmalı, insanlar küçələrə çıxarılmalı, hakimiyyət strukturlarına muzdlu "demokrat"ların rəhbərlki etdiyi təşkilatlar vasitəsilə təzyiqlər göstərilməli, daha sonra siyasi partiyalarla radikal dindarların ittifaqına nail olunmalı, bütün bunlar hərbi xuntanın hakimiyyəti ələ keçirməsi və bunun dərhal "demokratik seçkilər" şousu ilə qanuniləşdirilməsi vasitəsilə iqtidara Qərbin marionetkalarının gətirilməsi ilə başa çatması üçün fəal hərəkətlərə başlanmalıydı.
Bakıdakı "Məhsul" stadionunda sentyabrın 11-də, 17-də və 18-də keçirilən mitinqlər, daha doğrusu, AXCP, Milli Şura və Müsavatın siyasi rüsvayçılığı, göstərdi ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və İsa Qəmbərin siyasi karyeralarında ilk dəfə olaraq aşkar şəkildə radikal dini qruplaşmalara meyllənmələri, marazma qapılaraq cəmiyyəti "dindarlara və ateistlərə" bölmələri əslində həmin mitinqlərin vətəndaşların sərbəst toplaşmaq hüququndan bəhrələnməsi kimi yox, Azərabaycanda stabilliyin pozulmasında birbaşa maraqlı olan bir yox, bir neçə dövlətin planı kimi qəbul etməliyik. Azərbaycanda xof, qorxu və vahimə mühiti yaratmaq istəyən FETÖ ilə bəhs etdiyimiz həmin dövlətlər üçün mitinqlər, həmin yığnaqların təşkilatçıları və ən pisi - aldanaraq o mitinqlərə yollananlar sadəcə, vasitə, istifadə üçün materialdır.
Həmin mitinqdə "Avropaya assosiativ üzv olmalıyıq!", "ABŞ Konqresindəki dinləmələr həyəcan siqnalıdır!" şüarlarının səslənməsi əsas sifarişçinin kimliyini, "İmanlı qardaşlarımıza azadlıq!", "Yezidlə mübarizə aparaq!" təki sarsaq şüarlar isə kölgədə duran "əlavə sifarişçi"nin qonşu dövlətlərdən biri olduğunu aşkar göstərdi.
Zatən hər şey daha öncədən AXCP və Milli Şuranın sentyabrın 11-dəki mitinqi ərəfəsində ABŞ səfirliyinə bir para siyasi partiya və QHT rəhbərlərinin çağırılaraq onlardan mitinqi dəstəkləmələrinin "xahiş" olunması sifarişlərin müəlliflərini bəlirləməyə imkan verirdi.
Yerli mediada israrla vurğulanan iddialara görə, AXCP-nin din altında pərdələnən Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqələrinə dair iddialar və faktlar var, partiya sədrinin köməkçisi və bir sıra AXCP üzvləri FETÖ ilə əlaqələrə görə həbs olunublar. Digər tərəfdən, mitinqdə "İslam Hərəkatı Birliyi"nin sədri Taleh Bağırzadənin və İslam partiyasının rəhbəri olmuş Mövsüm Səmədovun tərəfdarları aktiv iştirak ediblər. Həm FETÖ, həm "İslam Hərəkatı Birliyi" dövlət çevrilişinə cəhddə ittiham olunan qüvvələrdir, eyni zamanda, FETÖ-nun Türkiyədən sonra radikal müxalifət vasitəsilə Azərbaycanda da vəziyyəti gərginləşdirmək planı üzə çıxıb.
Belədirsə, Fəthullah Gülənin və Qərbin bəzi ölkələrinin kəşfiyyat strukturlarının Bakı ilə bağlı planları baş tutmadı. Onlar uduzdular, çünki xalq siyasətçi səviyyəsində siyasət fiquranı və marionetka həddinə tənəzzül etmişlərin çağırışlarına inanmadı, onların ölkəyə və millətə heç bir xeyir verməyəcəyini bildiyi üçün "Məhsul"a üz tutmadı.
Son 3 mitinqin müxalifət üçün biabırçı statistikası isə bir daha göstərdi ki, müxalifətçi partiya liderlərinin hər çıxışlarında refren kimi adı təkrarlanan xalq bu insanlara inanmır. Nə "səmimiyyət"inə, nə özlərinə.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
• QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25 |
|
|
|
• Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
• ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19 |
|
|
|
• Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16 |
|
|
|
• Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56 |
|
|
|
• AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54 |
|
|
|
• "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48 |
|
|
|
• Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43 |
|
|
|
• Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41 |
|
|
|
• AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39 |
|
|
|
• Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34 |
|
|
|
• Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
• Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26 |
|
|
|
• Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
• Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28 |
|
|
|
• "Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21 |
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
|