Eldar Mahmudovun xaraba qalan obyektləri - FOTOLAR
Tarix: 7-09-2016, 09:33 | Çap et
MTN rəhbərliyindən kənarlaşdırılandan sonra sabiq nazir Eldar Mahmudovun özünün və oğlunun Bakıdakı biznes strukturları da çökdü. Sabiq MTN şefinin paytaxtın məşhur avtomobil salonlarından tutmuş, şərab evlərinə qədər bütün biznes məkanları boş qalıb. Gununsesi.info-nun əməkdaşı paytaxtın bir neçə yerində vaxtilə əsas ticarət məkanları sayılan həmin obyektlərə baş çəkib. Əməkdaşımızın müşahidəsi zamanı Mahmudovlara məxsus obyektlərin artıq boş qaldığı və qapılarından qıfıl asıldığı bəlli olub. Paytaxtın “Badamdar” qəsəbəsindəki avtomobil salonunun ətrafındakı digər sahibkarlar bu obyektlərin Mahmudovun “vurulmasından” bir neçə gün sonra bağlandığını deyib. Ətrafdakı digər mağaza sahiblərinin sözlərinə görə, bir müddət sonra həmin obyektlərin artıq Eldar Mahmudovdan alınması barədə də xəbərlər eşidblər. Ancaq hələlik, obyektlərin yeni sahibləri ortaya çıxmadığından bağlı qalıb.
Ailənin ölkədəki biznesi Xatırladaq ki, Eldar Mahmudovun 3 uşağı var. Nazirin qızı Xuraman Mahmudova İsveçrədə maliyyə ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb. Bununla yanaşı Xuraman xanım 2015-ci ildə uşaqlar üçün nəzərdə tutulan “Sehrli Səyahət” adlı hekayəsini vəzifəli şəxslərin iştirakı ilə İçərişəhərdə təqdimatını keçirib. Mahmudovun kiçik qızı Nərgiz Mahmudova 2015-ci ilin sentyabrında sabiq prezident Heydər Əliyevin qardaşı nəvəsi Rasim Əliyevlə ailə həyatı qurub. Eldar Mahmudovun oğlu Anar Mahmudov Azərbaycanda, Türkiyədə, İspaniyada, Lüksemburqda şirkət sahibidir. Onun yaratdığı şirkətlər atasının nazir təyin olunduğu vaxtdan sonraya təsadüf edir. Anar Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi daxildir. Şirkət ərzaq bazarına da daxil olub. Onlar 2007-ci ildən başlayaraq “Gastronomy-1”, “Gastronomy-2” və “Gastronomy-3” mağazalarını açıblar. Eyni zamanda şirkət Azərbaycanda dünyanın hər yerindən gətirilmiş şərablar və alkoqollu içkilər təklif edən ilk butikin yaradıcısıdır. “Wine City” adlı 18000 şüşənin saxlanıldığı şərab anbarı da şirkətə daxildir. Şirkət şərab butikinin layihəsi və dizaynını fransızlarla birgə hazırlayıb. Bu şərablar elit müəssisələrə təqdim edilib və VİP müştərilər üçün nəzərdə tutulub. Şirkət “müştəri tələbatının artmasını” nəzərə alaraq 2012-ci ildə “Wine City-2” mağazasını açdığını bildirir. Holdinqə “Range Rover”, “Jaguar”, “Maseratı”, “Ducati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors” da daxildir. Anar Mahmudov deyir ki, “Bizim missiyamız qida, içki, restoran və keyterinq biznesində ən yaxşı və yüksək keyfiyyətli xidmətləri Azərbaycan bazarında tanıtmaqdır”. Amma bu xidmətləri göstərmək üçün xərclənən pullar şəffafdırmı? Anar Mahmudov Azərbaycanda “Diqlas-1” MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsidir, “Kristal İnşaat” MMC-nin isə təsisçisidir. “Kristal İnşaat” 2008-ci ildə, “Diqlas-1” MMC isə 2010-cu ildə yaradılıb. Tender siyahısında şirkətlərin adına rast gəlmədik. Xarici ölkələrdə biznes Mahmudovun ailə üzvlərinin xarici ölkələrdə də biznesi var. Eldar Mahmudov 2004-cü ildən nazir vəzifəsində çalışırdı. Nazir işlədiyi dönəmdə – 3 avqust 2012-ci ildə o, “Royals” Turizm İnşaat Sanayi Ticaret Anonim Şirkətinin İdarə Heyətinin üzvü olub. Türkiyə bazarlarında şirkətin 100.000 TL-lik sərmayəsi olduğu göstərilir. Şirkət Türkiyədə və xarici ölkələrdə turistlərin gəzintisini və turları təşkil edib. Şirkətin digər sərmayədarı və nümayəndəsi Ağamikayıl İsmayılovdur. Anar Mahmudov isə Türkiyədə “Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited” şirkətinin şəriklərindən biridir. Oğul Mahmudov həmçinin “Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim” şirkətinin İdarə Heyətinin sədridir. Gəlin, İspaniyadakı şirkətlərə göz ataq. Anar Mahmudovun İspaniyada 4 şirkəti var. “22 Vaquer De Bendinat S.L.” və “Son Sana Portals S.L.” adlı şirkətlər tikinti, inşaatla məşğul olur. 22 Vaquer De Bendinat S.L. şirkətinin kapitalı 4 milyon 403 min 085 avrodur. Şirkət 31 mart 2015 -ci ildə yaradılıb. “Son Sana Portals S.L.” şirkəti 3 min 100 avro kapitala sahibdir. İspaniyada digər şirkəti “Macent Invest Group SL” şirkətidir ki, kapitalı 19 milyon 563 min 600 avrodur. Dördüncü şirkəti olan Majorca Capas Group İnvestment SL” isə 11 milyon 859 min 111 avro kapitalı var. Majorca tikinti, alqı-satqı, daşınmaz əmlak sahəsində işləyir. Şirkət 2006-cı ilin 15 mayında yaradılıb. Şirkətin ödədiyi vergi 2 milyondan bir az azdır . Oğul Mahmudovun Lüksemburqda da şirkətləri var. Onun direktoru olduğu “Utılıcom” və “Konoco .M” şirkətləri 2015-ci ildə yaradılıb. Sənədlərdə bildirilir ki, Anar Mahmudov gəlirləri haqqında deklarasiya təqdim etməyib.
Araşdırmalarımzda Eldar Mahmudovun ölkədəki biznes imperiyasının çökdüyü üzə çıxıb. Bununla belə oğlu Anar Mahmudovun hazırda Böyük Britaniyada və İsveçrədə biznes strukturlarının hələ də fəaliyyətdə olduğunu öyrəndik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
• QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25 |
|
|
|
• Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
• ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19 |
|
|
|
• Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16 |
|
|
|
• Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56 |
|
|
|
• AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54 |
|
|
|
• "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48 |
|
|
|
• Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43 |
|
|
|
• Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41 |
|
|
|
• AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39 |
|
|
|
• Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34 |
|
|
|
• Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
• Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26 |
|
|
|
• Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
• Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28 |
|
|
|
• "Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21 |
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
|