Ağdaşda yeyinti... - Müdaxilə zərurəti...
Tarix: 4-07-2016, 10:13 | Çap et
«Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) bəzi yerli şöbələrində acınacaqlı vəziyyət hökm sürür. Məsul şəxslərin yerində olmaması və ya işlərinə istənilən səviyyədə məsuliyyət göstərməməsi nəticəsində bir sıra rayonlarda əkin sahələrinin suvarılması ilə bağlı böyük problemlər ortaya çıxıb. Son illər Ağdaş rayonunda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyin artırılması, şoranlaşmanın qarşısının alınması və təsərrüfatların suvarma suyu ilə təminatının yüksəldilməsi istiqamətində də heç bir iş görülməyib. Bununla bağlı gundelik-baku.com saytına maraqlı məlumatlar daxil olub. Məlumatda qeyd olunur ki, Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin rəisi Rəsul Zamanov fermerləri narahat edən su probleminin həlli istiqamətində cəhd belə göstərmir: «Rayonda kənd təsərrüfatı ilə məşğul olan insanlar əkin sahələrini istədikləri şəkildə suvara bilmirlər. Buna səbəb isə Rəsul Zamanovun rəhbərlik etdiyi idarədə baxar açmasıdır. Fermer, kəndli əkinçiliklə məşğul olmamışdan əvvəl idarə rəisi ilə anlaşmalı, onun dediyini verməlidir. Əks halda, əkdiyini suvarmaq üçün su tapa bilməz. Ağdaş Suvarma Sistemləri İdarəsinin rəisi külli miqdarda qazanc əldə etməyin yollarını bilir. Belə ki, dövlət büdcəsindən ayrılmış vəsaitlərin bir hissəsi idarə rəhbərinin nəzarəti altında xırıd edilir. Məsələn, bir müddət əvvəl idarəyə 600 min manatdan artıq vəsait ayrılıb. Bu pulun 17 min manatı avtomobil üçün ehtiyat hissələrinin satın alınmasına xərclənib. Amma bilinmir ki, bu pul idarənin texnikasına, yoxsa Rəsul Zamanovun öz şəxsi maşınına sərf olunub. Onun ən çox qazandığı işlərdən biri də suvarma kanalları və bəndlərin təmiri işlərinin satın alınmasıdır. «Şirvan-inşaat» MMC tərəfindən həyata keçirilmiş proses üzrə 168664 manat sərf olunduğu vurğulansa da, real görünmür. Çüki Ağdaşda nə suvarma kanalları, nə də bəndlərində heç bir təmir işləri aparılmayıb. Tikinti materiallarının satın alınması da az gəlirli olmayıb. Bu dəfə də «Şirvan-inşaat»ın imkanlarından istifadə olunub. Belə ki, həmin materialların alınmasına sənəd üzərində 184681 manat xərcləndiyi vurğulansa da, real deyil. Mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması işlərini isə «Caspian-st» şirkəti həyata keçirib. Bu işlərə sərf olunmuş pulun miqdarı isə 265225 manat təşkil edib». Məlumata əsasən Ağdaşda suvarma suyunun verilməsi zamanı bir qayda olaraq ayrıseçkiliyə yol verilir. Belə ki, bəzi məmurlar və daha imkanlı şəxslər suyu kasıb əhalidən daha əvvəl alırlar: «Buna baxmayaraq Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin rəisi qanuna zidd olaraq əhalidən suyun pulunu əvvəlcədən alırlar. Pulu əvvəlcədən verməyənlərə isə su verilmir. Bkndan başqa, uzun illər boyu dren və kollektorların təmizlənməməsi nəticəsində əkin sahələri sürətlə şoranlaşmağa başlayıb. Hər il rayonda əhalidən təxminən yarım milyon manat su pulu toplanır. Həmin vəsait sənədlərdə kanalların, dren və kollektorların təmizlənməsinə, avadanlıqların yenilənməsinə və s. xərclərə sərf olunub. Amma bu işlərin heç biri görülmür. İdarə rəhbəri Ərəbocaq, Kükəl, Qəribli, Mürsəl və digər kəndlərdəki su kanallarının, arxlarının, drenlərin, həmçinin Kotavan, Xınaxlı suvarma kanallarının lildən təmizlənməsi adı altında dövlətin külli miqdarda vəsaitini havaya buxarlandırıb». Özəl mənbələrin bildirdiyinə görə, Rəsul Zamanov bu və digər qanunsuz işlərə qol qoymaqla maliyyə durumunu xeyli yaxşılaşdırıb. Və buna görə də rayonun ən varlı şəxslərindən biri hesab olunur. Onun biznes strukturuna Ağdaşda hektarlarla əkin sahəsinin, fermaların, ticarət obyektlərinin daxil olduğu bildirilir. İdarə rəisinin varidatı bununla bitmir. Yaxın günlərdə Rəsul Zamanovun Bakıda tikdirdiyi imarət və obyektləri haqda maraqlı detalları açıqlayacağıq. Sonda ASC sədri Əhməd Əhmədzadəyə müraciət edib demək istəyirik ki, əgər sözügedən idarədə tezliklə yoxlama aparılmasa, o zaman büdcə yeyintilərinin həcmi daha da genişlənəcək. Yazı ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
• Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28 |
|
|
|
• "Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21 |
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
|