Bakı Avrasiya Universitetinin lisenziyası əlindən alına bilər - İDDİA
Tarix: 2-06-2016, 10:12 | Çap et
30 aprel 1992-ci il tarixdə Ali Diplomatiya Kolleci adı ilə Nazim Ziyad oğlu Hüseynli tərəfindən təsis edilən Bakı Avrasiya Universitetində tələbələrə normal təhsil verilmir, bu azmış kimi hər semestr öncəsi onlar əlavə «ödəniş»lərlə üzü-zə qalırlar. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən universitetin rektoru Nazim Hüseynli rəhbərlik etdiyi ali təhsil ocağını sanki biznes strukturu kimi idarə edir. Beləliklə, Nazim Hüseynlinin əslən Gədəbəy rayonunun Düz Rəsullu kəndindən olduğunu vurğulayan mənbə bildirir ki, Bakı Avrasiya Universitetinin rektoru əmək fəaliyyətinə 1974-cü ildə 2 saylı mebel fabrikində başlayıb: «O, 1974-1985-ci illərdə Azərbaycan Dövlət Universiteti nəzdində Elmi-Tədqiqat Hesablama Mərkəzində, 1985-ci ildə Azərittifaq İdarə Heyətində hesablama texnikasının tətbiqi şöbəsində, 1985-1989-cu illərdə SSRİ Sənaye-Tikinti Bankında, 1989-1994-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fəlsəfə kafedrasında işləyib. 1992-ci ildə Ali Diplamatiya Kollecini, hazırkı Bakı Avrasiya Universitetini təsis edib və həmin vaxtdan bu ali təhsil müəssisəsinin rektorudur. Deyilənlərə görə, Nazim Hüseynli son illər rəhbərlik etdiyi təhsil ocağını sanki biznes strukturu kimi idarə edir. Hələ bu azmış kimi, o Bakı Avrasiya Universitetini «ailə podratı»na çevirib. Belə ki, rektor bir müddət öncə oğlu Günhan Hüseynlini universitetin inzibati idarəetmə üzrə prorektor vəzifəsinə təyin edib. Məlumat üçün bildirim ki, 25 yaşlı Günhan Hüseynli 2009-cu ildə M.Rüstəmov adına 32 saylı orta məktəbi, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə bitirib. O, 2013-cü ildən, yəni 22 yaşından Bakı Avrasiya Universitetinin inzibati idarəetmə üzrə prorektoru vəzifəsində çalışır. Onu da nəzərinizə çatdırım ki, Nazim Hüseynli qızı Nigar Hüseynovanı isə universitetin icra aparatının rəhbəri təyin edib. Odur ki, universitetdə bütün idarəçilik Günhan Hüseynlinin əlindədir. Heç bir pedoqoji təhsili olmayan Günhan Hüseynlinin «uğurlu» fəaliyyəti nəticəsində bir zamanların ən yaxşı ali təhsil müəssisələrindən biri olan Bakı Avrasiya Universitetini tanınmış alimlər və təcrübəli müəllimlər tərk edib». Bu arada, Bakı Avrasiya Universitetinin müəllimi Əjdər Yunus Rzanın təxminən, 3 ay bundan öncə Nazim Hüseynli tərəfindən ona qarşı edilən haqsızlıqlarla bağlı «facebook»da ətraflı məlumat verdiyini deyən mənbənin sözlərinə görə, o əsassız yerə işdən azad edildiyini qeyd edib: «Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin analoqu olmayan cədvəl oyunları ilə başınıza gətirdiyi oyunların bu semestrdə də təkrarlandığını görəndən sonra iclasda rektora «bu biabırçılığın başında siz dayanırsız» dedim. Bundan sonra heç bir qanuna hörmət qoymayan Nazim Hüseynli mənə «işdən azadsan» dedi. Mən həmişə haqqın tərəfində olmuşam. Bununla fəxr edirəm». Məlumatlı şəxs bildirir ki, məhz bu fakt Bakı Avrasiya Universitetində təlim-tədris prosesinin qənaətbəxş olmadığını, rektor Nazim Hüseynlinin maraqlarını təmin etmək naminə tələbələrə əlavə problemlər yaratdığını sübuta yetirir: «Deyilənlərə görə, bu ali təhsil müəssisəsində təhsil bərbad vəziyyətdədir və rektorluq hər vasitə ilə tələbələri sıxışdırır. Məhz elə bu səbəbdən də artıq Təhsil Nazirliyi və digər müvafiq qurumlar Bakı Avrasiya Universitetilə bağlı sərt addımlar atmağı planlaşdırırlar. Bunun üçün isə ilk öncə universitetdə yoxlama aparılmalıdır. Bildirilir ki, hələlik bu yoxlamanın nə vaxt keçiriləcəyi tam gizli saxlanılır. Burada əsas məqsəd Nazim Hüseynlinin yoxlamadan xəbər tutub qabaqlayıcı tədbirlərə əl atmasına imkan verməməkdir. Odur ki, Bakı Avrasiya Universitetində baş tutacaq yoxlama ilə bağlı bilgilər məxfi saxlanılır. Ehtimal olunur ki, məhz bu yoxlamadan sonra Nazim Hüseynlinin rəhbərlik etdiyi özəl ali təhsil müəssisəsinin lisenziyası əlindən alına bilər».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|