Millət vəkilinin bacısı oğlunun adı talançılıqda - İTTİHAM VAR
Tarix: 21-05-2016, 10:51 | Çap et
Məlumdur ki, bu gün ölkəmizdə turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Son illər əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Hazırda dövlət tərəfindən turizm sektorunu ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevirmək üçün əhatəli tədbirlər planı həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, bu tədbirlər planı çərçivəsində respublikanın digər bölgələri ilə yanaşı Lerik rayonunda da bu sahədə ötən illər ərzində nəzərə çarpacaq dərəcədə əməli işlər görülmüşdür. Lakin təəssüflər olsun ki, bu gün rayon mədəniyyət və turizm şöbələrnə rəhbərlik edən kadrların heç də hamısı öhdələrinə düşən vəzifələrin vacibliyini və məsuliyyətini tam ciddiliyi ilə dərk etmirlər. Bu xüsusda bizimdovr.az-a daxil olan məlumatlarda Lerik rayonu Mədəniyyət və Turizm İdarəsinin müdiri Adil Sucayevin də fəaliyyətində yer almış ciddi nöqsanlara dair faktlar öz əksini tapmışdır. Məlumdur ki, füsunkar təbiətə, bənzərsiz dağ havasına malik olan Lerikdə turizmin inkişafı üçün böyük imkanlar mövcuddur. Amma reallıqda bu gün Lerikdə həyata keçirilən mədəniyyət və turizm tədbirlərinin səviyyəsi olduqca aşağıdır və bu sahənin mövcud imkanlarını da qətiyyən əks etdirmir. Daxil olan məlumatlarda isə vurğulanır ki, vəziyyətin bu şəkil almasına görə bütün məsuliyyət məhz Adil Sucayevin üzərinə düşür. Bildirilir ki, idarənin yarıtmaz işi bu qurumun tabeliyində fəaliyyət göstərən bütün digər müəssisələrdə də çoxsaylı neqativ halların yer almasına səbəb olur. İlk növbədə mənbələr iddia edirlər ki, rayonda fəaliyyət göstərən bütün mədəniyyət ocaqları və eləcə də turizm müəssisələri istisnasız olaraq hər ay Adil Sucayevə müəyyən olunmuş məbləğdə “haqq” ödəyirlər. Əks halda isə, idarə müdiri tərəfindən ödənişdən boyun qaçıran müəssisənin rəhbəri üçün ciddi problemlər yaradıla bilər.
Məlum olduğu kimi, Adil Sucayev Lerik rayonundan Milli Məclisin deputatı Hüseynbala Mirələmovun bacısı oğludur. Mənbələrin deməyinə görə, Adil Sucayevin hazırda tutduğu vəzifəyə də təyinatı məhz millət vəkilinin səyləri nəticəsində baş tutub. Halbuki, bu məmurun nə ali təhsili var, nə də bitirdiyi Politexnik texnikumunda aldığı mühəndis ixtisası tutduğu vəzifəyə uyğun deyil. Amma bütün bunlara baxmayaraq, Adil Sucayev artıq uzun illərdir ki, Lerik RİH-nin başçısı Rövşən Bağırovun qardaşı Fərhad Bağırovla əl-ələ verərək, rayonda mədəniyyət və turizm sahələrinin inkişafına ayrılan dövlət vəsaitlərini talamaqla məşğuldur. Belə ki, bölgədə turizmin və mədəniyyətin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri təyinatı üzrə istifadə olunmur. Bu vəsaitlərin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Fərhad Bağırov və Adil Sucayev tərəfindən mənimsənilir. Xatırlayırsınızsa bir müddət əvvəl də qəzetimizin səhifələrində Fərhad Bağırovun bu yönümdə fəaliyyətindən bəhs edən materiallar dərc olunmuşdu. Həmin yazılarda Lerik rayonunda bəzi binaların əsaslı təmiri zəminində yaranmış müəyyən problemlər müzakirəyə çıxarılmışdı. Materiallarda qeyd olunmuşdu ki, Lerik rayon Mədəniyyət evinin, musiqi məktəbinin və bir çox digər obyektlərin təmir işlərində çeşidli maxinasiyalara yol verilib. Həmin vgaxt təkcə rayon mədəniyyət evində görülən işlərin smeta dəyəri 485000 (dörd yüz səksən beş min) manat qiymətləndirilmişdi. Fərhad Bağırovun icraçı kimi fəaliyyəti nəticəsində əldə etdiyi gəlir isə, 160000 (yüz altmış min) manat məbləğində qiymətləndirilirdi. Göründüyü kimi Lerikin ucqar rayon olmasını şərtləndirən coğrafi mövqeyi, burada əliəyri məmurların at oynatmaları üçün kifayət qədər əlverişli şərait yaradır. Bu arada bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, deyilənlər heç də rayonda ümumiyyətlə iş görülmədiyi anlamına gəlməməlidir. Əksinə, bizimdovr.az-a daxil olan məlumatlarda da dəfələrlə vurğulanıb ki, Lerikdə mütəmadi olaraq müxtəlif xarakterli əyləncə mərkəzlərinin açılması işini rayonun İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şəxsən xüsusi diqqət mərkəzində saxlayır. Lakin problem bundadır ki, bu mərkəzlər bölgədə turizmin inkişafı, əhalinin rifahının yüksəldilməsi məqsədlərinə deyil, bəzi imkanlı şəxslərin şübhəli əyləncələrinin təmin olunmasına və əlbəttə ki, rayon rəhbərliyinin varlanmasına xidmət edir...
Materialda adı keçə bütün tərəflərin məsələyə münasibətini öyrənmək istərdik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|