İsmayıllıda sosial yardımı imkanı olanlar alır... - İTTİHAM VAR
Tarix: 18-05-2016, 10:09 | Çap et
Son illər ölkəmizdə ünvanlı sosial yardımların verilməsi ilə bağlı bəzi qaydalar müəyyənləşdirilib. Nazir Səlim Müslümov bu sahədə şəffaflığın yaradılmasından ötrü elektronlaşdırma variantına üstünlük verir. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bəzi yerli mərkəzlərində şəffaflıqdan əsər-əlamət belə yoxdur. Bu haqda bir qədər sonra danışacağıq. Məlumat üçün deyək ki, sosial yardımın alınması üçün ailəni təmsil edən şəxs yaşayış yeri üzrə rayon və ya şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edir. Ailəni təmsil edən şəxs ərizə, “Ailənin gəlir və əmlakı haqqında bəyannamə”, “Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması məqsədi ilə uyğun vasitələrin müəyyən edilməsi üçün sorğu anketi”, ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti və ailə tərkibi haqqında yaşayış yerindən arayışla birlikdə sənədləri təqdim edir.(gundelik-baku)Zəruri hallarda nigah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti, iş yerindən gəlir haqqında arayış, ailə üzvlərinin aldıqları bütün növ pensiya, müavinət və təqaüdlərin məbləği haqqında aidiyyəti orqanın arayışı, ailə üzvlərindən hər hansı birinin müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış, ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və həyətyanı torpaq sahəsi barədə müvafiq sənədlərin surəti, ailə üzvlərindən hər hansı birinin ali, orta ixtisas və ya texniki peşə təhsili alması barədə təhsil müəssisəsindən arayış, ailə üzvləri tərəfindən əmlakın icarəyə verilməsi və ya icarəyə götürülməsi barədə müqavilənin surəti, məhkəmə tərəfindən ailə üzvünün itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmə qərarının surəti, ailə üzvünün axtarışda olması və ya olduğu yerin məlum olmaması barədə müvafiq orqanın arayışı, ailə üzvünün azadlıqdan məhrum edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı, ailə üzvünün tam dövlət təminatında olması barədə müvafiq xidmət müəssisəsinin arayışı də tələb oluna bilər. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən başlayaraq 2 il müddətinə təyin olunur. İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) cərəyan edən qanuna zidd işlər barədə maraqlı məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən rayon sakini bildirir ki, mərkəzin direktoru Çingiz Əliyev ünvanlı sosial yardım almaq istəyən vətəndaşlara süni problemlər yaradır: «Hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayon mərkəzində yoxlama apararaq ünvanlı sosial yardım alanları azaldır. Bunun səbəbi isə bir çox vətəndaşlara qanunsuz olaraq yardımın verilməsidir. İsmayıllıda ünvanlı sosial yardım almaq istəyənlər mütləq şəkildə Çingiz müəllimin «qəbulunda» olmalıdır. Mərkəz rəhbəri 2 illik ünvanlı soial yardımın 5 aylığını özünə tələb edir. Onun bu şərtini qəbul etməyənlər süründürməçiliyə məruz qalır və çox vaxt sənədlərində hansısa çatışmazlıq aşkarlanaraq nazirliyin elektron bazasına göndərilir. Sənədləri səhv olan vətəndaşın müraciəti isə nazirliyin elektron bazası tərəfindən 6 aylığa dondurulur. Rayonda onlarla belə vətəndaş var ki, direktorun şərtini qəbul etməyərək bir müddətlik ünvanlı sosial yardımdan məhrum olublar. Çingiz Əliyev və adamlarının ünvanlı sosial yardım siyahısına saldıqları vətəndaşların əksəriyyəti əslində dövlətin bu yardımından qanunsuz istifadə edirlər. Belə ki, ünvanlı sosial yardım alan vətəndaşların bir çoxunun avtomobili, ticarət obyekti və sair gəlirli sahələri var. Amma direktor nəyinsə qarşılığında onları ünvanlı sosial yardım siyahısına daxil edib». İddialara görə, Çingiz Əliyev qeyri-qanuni yollarla özünə yaxın adamlara ünvanlı sosial yardım düzəldib. Məlumatda həmçinin bildirilir ki, kim ünvanlı sosial yardım siyahısına tez düşmək istəyirsə, o zaman direktora 700 dəfə «sağ ol» deməlidir: «Ümumiyyətlə, Çingiz Əliyevin rəhbərlik etdiyi mərkəzdə sənədlərin qəbulu və onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilmir. Ailələrin ümumi gəlirinin hesablanması zamanı nöqsanlara yol verilir, bəzi hallarda ailə tərkibində dəyişikliklər nəzərə alınmadan və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması tam araşdırılmadan təyinat aparılır». Bütün bunlar Səlim Müslümovun İsmayılı ƏSMM-dəki adamının işinə məsuliyyətlə yanaşmadığını göstərir. Odur ki, qanunsuz əməllər törədən mərkəz direktorunun barəsində müvafiq ölçü götürməlidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|