Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                 

Səhiyyə Nazirliyinin Sanitar-Karantin Müfəttişliyi haqqında ağır ittihamlar... - Zərgərpalanda plan tökənlər
Tarix: 29-04-2016, 10:32 | Çap et
Səhiyyə Nazirliyinin Sanitar-Karantin Müfəttişliyi haqqında ağır ittihamlar...
...Zərgərpalan Bakı şəhərində küçədir və metronun Nizami stansiyası yaxınlığında yerləşir. Olduqca bərbad vəziyyətdədir. Təmirə ehtiyacı var. Küçənin adı da diqqətçəkəndir. Görəsən, zərgərlə palanın nə əlaqəsi var? Zərgər zərgərdi, bəs zərgərin palanı nə olan şeydi? Doğrusu, bu adın nə səbəbdən bu küçəyə verilməsi məni də xeyli düşündürüb. Bəs necə olub ki, respublika əhəmiyyətli bir müfəttişlik - Respublika Sanitar - Karantin Müfəttişliyi bir tərəfi dalana dirənən belə əcaib-qəraib küçədə yerləşir?
Biz görmüşük ki, belə idarələr gözdən-könüldən uzaq yerdə yox, adətən paytaxtın ən gözəgəlimli yerində fəaliyyət göstərir. Yəni adından da göründüyü kimi bu müfəttişliyin fəaliyyət dairəsi çox genişdir. İlk növbədə onu qeyd edim ki, xarici ölkələrdən Azərbaycana idxal olunan bütün növ ərzaq, yeyinti, o cümlədən məişət və dərman preparatları bu idarənin sertifikatı əsasında respublikaya buraxılır. Respublikamızın sərhəd-keçid məntəqələrindən buraxılan minlərlə ton müxtəlif çeşiddə məhsul birbaşa Zərgərpalanda xeyir-duasını aldıqdan sonra ticarət-satış mərkəzlərinə çatdırılır.
Uzun müddətdir ki, respublikamıza xarici ölkələrdən keyfiyyətsiz, vaxtı keçmiş, geni dəyişdirilmiş məhsulların gətirilməsi və bunların insanlarımızın genefonduna böyük zərər vurması barədə yayılan söz-söhbətlər səngimir. Ayrı-ayrı mətbuat orqanlarında, televiziya kanallarında, sosial şəbəkələrdə bununla əlaqədar həyəcan siqnalı qaldırılır. Ancaq hələ ki, nəticəsi yoxdur.
Azərbaycanda Azad İstehlakçılar Birliyi də fəaliyyət göstərir. Birliyin sədri Eyyub Hüseynov da bu sahədə şox böyük fəallıq göstərir, xalqın sağlamlığına zərər vura biləcək müxtəlif məhsullar haqqında vaxtaşırı məlumat yayır. Artıq əhalinin əksəriyyəti Azad İstehlakçılar Birliyinin telefon nömrələrini bilir və qarşılaşdıqları neqativ hallarla bağlı birliyə məlumat verirlər. Onlar eyni zamanda bu biabırçılığa nə vaxt son qoyulacağını soruşurlar.
Azərbaycanda doqquz milyondan çox əhali 1609 bələdiyyə ətrafında birləşib. Daha doğrusu, biz hər birimiz istehlakçı olaraq, həm də bələdiyyə sakinləriyik. Bu baxımdan respublika bələdiyyə sakinlərinin redaksiyamıza zəngləri, sorğuları, şikayətləri kifayət qədərdir. Yüzlərlə insan apteklərdəki keyfiyyətsiz dərmanlardan, müxtəlif market və bazarlarda satılan sabun, diş pastası, şampun və ayrı-ayrı qida məhsullarının keyfiyyətsiz olduğunu bəyan edirlər. Un və un məhsullarının yararsızlığından şikayət edirlər. İş o yerə gəlib çıxıb ki, satışda olan düyülərin əksəriyyətinin plastik kimyəvi maddədən hazırlandığı da bildirilir. Bəs bu kimi zay məhsullar Azərbaycan bazarlarına necə yol tapır? Çində və başqa ölkələrdə hazırlanmış kimyəvi düyünün Azərbaycana idxalı necə baş tutur? Geni dəyişdirilmiş məhsulların idxalı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində xüsusi maddə var. Təəssüf ki, qanunun bu maddəsi hələlik sərt üzünü göstərmir. Axı bu, millətin gələcək taleyi ilə sıx bağlıdır. Onsuz da körpələrimizn əksəriyyəti ana südündən məhrumdur. Onların çoxu süni qidalarla qidalanır. Əksəriyyətinin keyfiyyətsiz və yarasız olması balalarımızın gələcək taleyini sual altda qoyur. Bunu nəzərə alaraq məsələnin köklü araşdırılmasına başladıq. İlk növbədə gömrük məntəqəsi ilə bağlı apaşdırma apradıq. Bəlli oldu ki, Azərbaycana daxil olan məhsullar Respublika Sanitariya Karantin Müfəttişliyinin verdiyi sertifikat olmadan bazara çıxarıla bilməz.
Bəli, məsələ də elə bundadı. Deməli sahibkarlar gətirdikləri mallar üçün mütləq və mütləq Zərgərpalana üz tuturlar. Biz bu ünvanı tapmaq üçün bir xeyli vaxt sərf etmişik. Çünki küçə haqqında yuxarıda məlumat verdim. Hər gün onlarla sahibkarın bu küçədəki müəssisəni tapmasının özü bir problemdi. Müəssisə haqqında araşdırma apararkən bəlli oldu ki, qurumun rəhbəri 2015-ci il oktyabrın 27-də dəyişdirilib. Keçmiş rəis Elşad Mahmudov öz ərizəsinə əsasən Səhiyyə Nazirliyinin əmri ilə tutuduğu vəzifədən kənarlaşdırılıb. Araşdırmadan bir də o məlum oldu ki, Elşad Mahmudov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludu. İndi onu əvəzləyən Sara xanım Həsənova bu vəzifəyə Səbayel rayon Sanitariya Epidemiologiya İdarəsinin rəisi vəzifəsindən gəlib. İnternet vasitəsilə müxtəlif saytların verdiyi informasiyalardan öyrəndik ki, Sara xanım da uzun müddət MTN olaylarında adı çəkilən Akif Çovdarovun himayəsində olub. Bəzi mətbuat orqanları və sosial şəbəkələrdə bu barədə geniş məlumatlar verilib. Məsələn, "Rubrika.az" saytında 1.02. 2016-cı il tarixdə dərc olunan materialda deyilir:

Səhiyyə Nazirliyinin Sanitar-Karantin Müfəttişliyi haqqında ağır ittihamlar...

"Səhiyyə Nazirliyinin Sanitar-Karantin Müfəttişliyinin rəisi Sara Həsənova ciddi təşviş içindədir. Səhiyyə Nazirliyi sistemində hazırda həbsdə olan nazir Əli İnsanovun kadrı kimi tanınan Həsənova rəhbərlik etdiyi qurumda aparılacaq yoxlamanın onun üçün yolun sonu olacağından əmindir. Çünki bütün fəaliyyəti boyu ciddi korrupsiya və qanunsuzluq faktları ilə yadda qalan Sara Həsənovanın hər zamankı himayədarı keçmiş MTN generalı Akif Çovdarovun özü hazırda həbsdədir".
Bu fakt özü təəccüblüdür. MTN-də baş verən hadisələrdən sonra bu sakit yerdəyişmədən nə məqsəd güdülür? Bu, başqa bir mövzudur.
Araşdırdığımız məsələyə gəldikdə isə Sara Həsənova ilə görüşməyə can atsaq da, bu mümkün olmadı. Keçilməz sədlə qarşılaşdıq. Müfəttişlikdən bildirdilər ki, Sara xanım heç kimi qəbul etmir. Onda (012) 594-49-84 nömrəli telefonla Sanitar - Karantin Müfəttişliyinin sədr müavini İsgəndər Qarayevlə əlaqə saxladım. Özümü təqdim edib mövzu ilə bağlı səlahiyyətli şəxs kimi ondan bəzi məsələlərə aydınlıq gətirməsini xahiş etdim. O, məlumat verdi ki, bu sahədə təzə olduğu üçün heç bir söz deyə bilməz. Səhiyyə Nazirliyinin mətbuat xidmətinə müraciət etməyimizi bildirdi. Dediyi kimi Mətbuat Xidməti ilə əlaqə saxladıq. Mətbuat Xidmətinin katibi Səfayə xanım telefondaca məlumat verdi ki, nazirliyin tabeçiliyində olsa da, həmin müəssisə müstəqil bir qurumdu. Odur ki, suallarınızı elə idarənin özünə ünvanlayın.
Mətbuat Xidmətinin cavabından sonra 1 mart 2016-cı il tarixdə Raespublika Sanitariya Karantin Müfəttişliyinin rəisi Sara Həsənovaya məktubla müraciət etdik. Bu məktubda bizi maraqlandıran məsələ ilə bağlı beş suala cavab verməsini xahiş etmişdik. Aradan bir ay vaxt keçsə də cavab verilmədi. Ona görə qəzetin əməkdaşı ikinci dəfə müəssisəyə yollanıb məktubun cavabı ilə maraqlandı. Onun üzünə qapı açılmadı. Qapının arxasından ona deyiblər ki, redaksiyaya cavab verə bilməzlər, guya biz ünvanı səhv salmışıq, nazirliyin mətbuat xidmətinə müraciət etmək lazımdı. Baxmayaraq ki, biz yazdığımız məktubda "Mətbuat haqqında" Qanunun II fəsil 8-ci maddəsində göstərilən müddəaları xatırlatmışdıq. Ancaq görünür, müfəttişliyin öz qanunları var və ona görə də Mətbuat haqqında qanunun müddəlarını saya salmağı lazım bilməmişdilər.
İkinci dəfə Səhiyyə Nazirliyinin mətbuat Xidməti ilə əlaqə saxladıq və yenə də eyni cavabı aldıq. Nəhayət, ötür-ötür oyunundan bezib müstəqil araşdırma aparmağa qərar verdik. Məlum oldu ki, respublika Sanitar- Karantin Müfəttişliyində təxminən 70 nəfərə yaxın əməkdaş işləyir. Sara xanım oktyabr ayında işə başlayan kimi ilk növbədə rəis müavinini, baş mühasibi, təsərrüfat müdirini və kadrlar üzrə operatoru başqaları ilə əvəzləyib. Müfəttişlikdə rəhbərlik və texniki işçilərdən başqa 30 nəfər həkim, 10 nəfər isə həkim-laborant vəzifəsində çalışır. Orta əmək haqqı təxminən 300-400 manat arasındadı. Onu da öyrənə bildik ki, 2016-cı il yanvarın 1-dən martın 31-nə qədər respublika ərazisinə mal gətirmiş sahibkarlara 4006 ədəd gigiyenik sertifikat verilib. Müşahidə və sorğularımız onu göstərdi ki, bu müddət ərzində bayram və istirahət günlərini çıxmaq şərtilə 30 nəfər həkimin 4006 sertifikat üçün idxal mallarına baxış keçirüb analiz etməyə fiziki gücü çatmaz.

O da müəyyən oldu ki, burada işlər tam başqa tərzdə qurulub. Zərgərpalan küçəsi 121 ünvanında yerləşən bu qurumun qapısı daim arxadan bağlı olur. Bunun səbəbini aydınlaşdırmaq cəhdimiz baş tutmadı. Əməkdaşlar, həkimlər içəridə oturur, ölkəyə ərzaq idxal edən sahibkarların nümayəndələri isə gün ərzində əllərində torba müfəttişliyin qapısındakı zəngi basırlar. İçəridən gələn sorğuya əsasən kimliyini bildirir, əlindəki nümunəni göstərib sertifikat almağa gəldiyini deyir. Bu informasiyadan sonra qapı açılır və qapı arxasında sövdələşmə gedir. Çox qəribədir ki, müfəttişliyin əməkdaşları gətirilən nümunənin haradan gəldiyi ilə maraqlanmır, əsasən sahibkarın təqdim etdiyi mənşə sertifikatına nəzər yetirir. Halbuki bu iş birbaşa müfəttişliyin əməkdaşları tərəfindən yerindəcə yoxlanılmalıdı.
Araşdırma zamanı o da bəlli oldu ki, bir qayda olaraq sertifikatların verilməsi üçün təxmini məzənnə müəyyənləşdirilib. Əksər sahibkar laboratoriya analizi və sertifikat verilməsi üçün dövlət rüsumunun nə qədər olduğunu belə bilmirlər. Bu iş əsasən sövdələşmə yolu ilə yerinə yetirilir. Gələn malın gömrük məntqələrində yubanmasını istəməyən sahibkarlar bu sövdələşmədə müfəttişliyin qoyduğu məzənnəni ödəməyə məcbur olurlar. Əks halda malları xarab olar. Ona görə də sahibkar bir sertifikat üçün dinməzcə, təxminən, 300-400 manat dəyərində vəsait ödəyir. "BAD" (bioaktiv əlavələr) deyilən məhsullar üçün isə bu qiymət iki-üç dəfə artaraq 800-1000 manat təşkil edir.
Əldə etdiyimiz başqa bir məlumata görə 2015-ci ilin dekabrında və 2016-cı ilin fevralında müfəttişliyin bütün əməkdaşları rəsmi olaraq mükafatlanıdırılıb. Çox qəribədir ki, bu siyahıda bərabərlik prinsipi pozulub. 2015-ci il oktyabr ayının 27-dən quruma rəhbər təyin olunan Sara Həsənova iki ay sonra - dekabrda 4000 manat, fevralda isə 2158 manat mükafat alıb. Baş mühasib Elnarə Səmədzadə dekabrda 2900 manat, fevralda isə 1743 manat, təsərrüfat müdiri Viktoriya Bidenko dekabrda 2000 manat, fevralda isə 1800 manat, Sara xanımın katibəsi vəzifəsini icra edən, ancaq kompüter mühəndisi kimi işdə adı gedən Gülnarə İsayeva dekabrda 1600 manat, fevralda 747 manat, operator Mənzər Qasımova dekabrda 2000 manat, fevralda 747 manat, müfəttişliyin rəis müavini İsgəndər Qarayev fevral ayında 1070 manat həcmində mükafat alıblar. Qalan əməkdaşlar isə bundan qat-qat aşağı mükafatlandırılıblar. Bu bölgü prinsipi ilk anda şübhə doğurur. Əvvəla, bu müəssisənin gəliri nə qədərdir ki, rəhbər işçilər qısa müddət ərzində heç nə yoğurub yapmadan bu qədər mükafat alırlar? İkinci əsas məsələ odur ki, nə üçün məhz yuxarıda adları çəkilən şəxslər daha məsuliyyətli işlə məşğul olan əməkdaşlardan qat-qat artıq pulla mükafatlandırılırlar?
Bütün bu faktlar sual doğuran məsələlərdir. Dəfələrlə ölkə prezidenti İlham Əliyev də respublikaya idxal olunan malların keyfiyyətinə diqqət yetirilməsini tələb edib. Buna baxmayaraq yenə də malların gətirilməsində, dövlət rüsumlarının ödənilməsində şəffaflıq prinsipləri açıq-aşkar pozulur. Məhz bu məsələlərlə bağlı Respublika Sanitariya Karantin Müfəttişliyinə 1 mart 2016-ci il tarixdə ünvanladığımız sorğuda aydınlıq gətirilməsini xahiş etmişdik. Sorğumuza cavab verilmədiyi üçün yazıda sadalanmış faktların məsuliyyəti birbaşa Sanitariya Karantin Müfəttişliyinin üzərinə düşür.
Ancaq respublika əhalisinin sağlamlığı, gələcək nəslin acınacaqlı bəlalarla üzləşməməsi naminə müşahidə və araşdırmalarımızı davam etdiririk. İndiyə qədər gəldiyimiz qənaət ondan ibarətdir ki, məhz Sanitariya Karantin Müfəttişliyinin məsuliyyətsizliyi, qeyri-şəffaf fəaliyyəti nəticəsində respublikaya ayrı-ayrı ölkələrdən daxil olan çoxsaylı ərzaq məhsulları, xüsusən müxtəlif növ spirtli içkilər, şirələr, mineral sular, geni dəyişdirilmiş meyvələr, mənşəyi bilinməyən ət və ət məhsulları bazarlarda, mağazalarda meydan sulayır. Bu, fəlakətdi, millətin genofonduna vurulan böyük zərbədi. Bunun qarşısı alınmasa Zərgərpalanda qurulan məxfi planların xəmiri hələ çox su aparacaq...
Cümşüd İsgəndər
“Bələdiyyə birliyi” qəzetinin baş redaktoru










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru