«Bankdan mənə dedilər ki, hara istəyirəmsə şikayət edə bilərəm» - Kapital Bank-dan şikayət
Tarix: 19-04-2016, 10:02 | Çap et
Azərbaycanda əmək haqlarının plastik kartla verilməsi prosesinə hələ xeyli əvvəl keçirilib. Belə bir addımın atılması mahiyyət etibarı ilə olduqca yaxşı haldır. Lakin plastik kartla əmək haqqı və pensiyaların verilməsi prosesinin təşkili heç də yaxşı təşkil olunmayıb. Bəzən isə bu banklar üçün qazanc mənbəyinə çevrilir. JAM.AZ xəbər verir ki, təqaüddə olan polislər və digər dövlət qurumlarında çalışmış insanlar üçün artıq belə bir problem yaranmağa başlayıb. Keçmiş polis əməkdaşı, hazırda pensiyada olan Balakişi Hüseynov əməkdaşlarımızla söhbət əsnasında bildirib ki, Masallı rayonunda yaşayır və pensiyasını da Kapital Bank vasitəsi ilə alır. Lakin kartının vaxtı artıq bitmək üzrədir və bununla bağlı bankın rayon filialına müraciət edib. O qeyd edib ki, əvvəllər pensiya kartının müddəti bitdiyində ya Kapital Bankın Masallı rayon şöbəsinə, ya da Lənkərandakı regional filialına müraciət edərək, yenisini ala bilirdilər. Lakin bu ildən etibarın qaydalar tamam dəyişib. Balakişi Hüseynov JAM.AZ-a bildirib ki, yeni qaydalara görə, o və onun kimi digər insanlar plastik kart almaq üçün Bakı şəhəri, Səbayel rayonu ərazisində yerləşən Kapital Bankın 2 saylı filialına müraciət etməlidirlər. «Əvvəla, belə bir qaydanın tətbiqi yanlışdır. Ona görə ki, əyalət insanı plastik kartını yeniləmək üçün ən azı 200-300 km yol gələrək, bir neçə gündə Bakıda qalmalıdır. Bu onsuz da böyük məbləğdə pensiya almayan insanlar üçün həm vaxt, həm də maddi itkidir». Keçmiş polis işçisi, YAP-ın aktiv üzvlərindən olan həmsöhbətimiz vurğulayır ki, Kapital Bankın 2 saylı filialında onlara göstərilən münasibət daha pisdir. Onun sözlərinə görə, qarşılamanın, xidmətin bərbad olmasıyla yanaşı, həm də onlardan pul da tələb olunur. «Kapital Bankın 2 saylı Filialında kartını yeniləmək istəyən şəxslərdən aldığı pensiyanın məbləğinə görə pul alırlar. Tələb olunan rəqəm 20 manatdan başlayır. Bəziləri üçün bu rəqəm 30 və ya 50 manat da olur. Bunun rüsum və ya bank xərci olmadığı da dəqiqdir. Elə filialın işçiləri də özləri etiraf edirlər ki, yığılan pulları yuxarılara çatdırırlar». Balakişi Hüseynov üzləşdiyi problemdən dolayı Kapital Bankın «qaynar xətti»nə də müraciət edib. Oradan isə bildiriblər ki, pul alınmasını bilirlər və heç bir tədbir görmək fikirləri də yoxdur. «Mənə dedilər ki, 2 saylı filialda pulun tələb olunmasından xəbərdardırlar və hər hansı bir tədbir görmək fikrində deyillər. Hətta mənə tövsiyyə etdilər ki, istənilən yerə şikayət edə bilərəm. Və bu məsələyə görə kimsə onlara heç nə edə bilməz». Keçmiş polis işçisi Kapital Bankın belə özbaşınalıqla məşğul olmasını qınadığını və bu problemin çözülməsi üçün müvafiq dövlət qurumlarının addımlar atmasının zəruri olduğunu vurğulayıb. O deyib ki, üzləşdiyi problemlə əlaqədar müvafiq dövlət qurumlarına şikayət etməyə hazırlaşır. Hətta zərurət olarsa, məhkəməyə belə müraciət edəcək. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|