Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                 

Kürdəmirdə fermerə təzyiqlər səngimir - VİDEOŞİKAYƏT
Tarix: 18-04-2016, 11:07 | Çap et
Kürdəmirdə fermerə təzyiqlər səngimir
Ötən sayımızda Kürdəmir rayonunun Qarasaqqal kənd sakini, Qarabağ müharibəsi veteranı, sahibkar Nicat Muradovun sahibkarlıq fəaliyyətinə törədilən əngəllərin və bu əngəllərin arxasında yerli məmurların dayandığını barədə yazı dərc etmişdik. N.Muradov sahibkarların fəaliyyətinə məmurlar tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması barəsində ölkə rəhbərinin tapşırığından sonra da Kürdəmir rayon İcra Hakimiyyətinin Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cahid Abdullayevin və sahə inspektoru Mahmud Mahmudovun qanunsuz əməllərindən əl çəkmədiklərini, ondan rüşvət tələb etdiklərini demişdir.

Qeyd edək ki, Nicat Muradov şikayətinin yerində araşdırılması üçün əməkdaşımızı rayona dəvət etmişdir. Bu məqsədlə aprelin 10-da Kürdəmir rayonuna yollandıq. Rayonun Qarasaqqal kəndində Nicat Muradovla görüşüb birlikdə onun yaratdığı fermer təsərrüfatına getdik…
Suallarımızı cavablandıran N.Muradovun prezident İ.Əliyevə, Baş prokuror Z.Qaralova və daxili işlər naziri R.Usubova ünvanlı video-müsahibəsindən məlum olur ki, Kürdəmir rayonunun ərazisində yerləşən 65 saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsinin 80 hektar hissəsi 2000-ci ildən onun icarəsindədir. Belə ki, Kürdəmir rayon İcra Hakimiyyətinin 22 oktyabr 2010-cu il tarixli, 130 saylı sərəncamı ilə sözügedən otlaq sahəsi onun istifadəsinə və icarəsinə verilib. Həmin sərəncama uyğun olaraq 1 noyabr 2010-cu il tarixdə icra hakimiyyəti ilə N.Muradovun arasında 64 saylı torpaq icarə müqaviləsi bağlanıb. O, həmin torpaq sahəsindən son 15 il ərzində daimi olaraq istifadə edib. Bu müddət ərzində icarə müqaviləsi üzrə bütün öhdəlikləri yerinə yetirib, hər il torpaq sahəsinin vergisini və digər ödənişləri vaxtlı-vaxtında ödəyib.
N.Muradovun sözlərinə görə, 25 mart 2015-ci il tarixdən Kürdəmir rayonunun Qarasaqqal kənd sakinləri Salahov Ziyad Oruc oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Azad İsmayıl oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu, Əliyev Əhsən Ədalət oğlu, Salahov Mərifət Fəxri oğlu, Salahov Şəmil Tofiq oğlu və Salahov Sücaət Tofiq oğlu heç bir əsas olmadan onun icarəsində olan torpaq sahəsinin bir hissəsini zəbt ediblər.
Onlar öz mal-qaralarını N.Muradovun qoyunçuluq təsərrüfatını inkişaf etdirmək və təbii yem artırmaq məqsədilə icarəyə götürdüyü 80 hektar qış otlaq sahəsinə (biçənək üçün qoruyub saxladığı təxminən 30 hektara yaxın sahəyə) salaraq otarmaqla oranı yararsız hala salıblar. N.Muradovun dəfələrlə onlardan icarəsində olan torpaq sahəsindən çıxmalarını tələb etməsinə, bununla bağlı aidiyyəti orqanlara müraciət etməsinə baxmayaraq, həmin adamlar əməllərinə son qoymayıb, sözügedən torpaq sahəsindən istifadə edərək sahibkara külli miqdarda maddi ziyan vurublar. Eyni zamanda, keçirmiş olduğu psixoloji gərginlik və depressiyaya düşməsi nəticəsində isə ona mənəvi ziyan vurulub.
Belə olan halda, Nicat Muradov Salahov Azad İsmayıl oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Salahov Ziyad Oruc oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu və Əliyev Əhsən Ədalət oğluna qarşı əmlak hüququnun təmin edilməsi, torpaq sahəsindən çıxarılma, çəkilmiş taxta hasarın sökülməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
7 aprel 2015-ci il tarixli iddia ərizəsi ilə Kürdəmir rayon Məhkəməsinə müraciət edən N.Muradov məhkəmədən xahiş edib ki, cavabdehlərin ona məxsus Kürdəmir rayonunun ərazisində yerləşən 65 saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsinin 80 hektar hissəsindən çıxarılmaları, həmin torpaq sahəsində cavabdehlər tərəfindən çəkilmiş taxta hasarın cavabdehlərin hesabına sökülməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənişməsi tələbinə dair qərar qəbul edilsin.
9 iyun 2015-ci il tarixdə sözügedən iddia üzrə mülki işə baxan Kürdəmir rayon Məhkəməsinin hakimi Rafiq Bağırov iddianı qismən təmin edib. Hakim qət edib ki, “cavabdehlər Salahov Azad İsmayıl oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Salahov Ziyad Oruc oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu və Əliyev Əhsən Ədalət oğlu Kürdəmir rayonunun Qarasaqqal kəndinin ərazisində yerləşən, iddiaçı Muradov Nicat Rəhim oğlunun icarəsində olan torpaq sahəsindən məcburi qaydada çıxarılsınlar.
Həmin torpaq sahəsində cavabdehlər Muradov Qubad Rəhim oğlu və Salahov Ziyad Oruc oğlu tərəfindən çəkilmiş taxta hasar onların hesabına sökülsün”.

«Qış otlaq sahəmi otaranlar icra nümayəndəsi Cahid Abdullayevin qohumlarıdır»

N.Muradov dedi ki, məhkəmə qətanməsinə əsasən, icarəsində olan torpaq sahəsində cavabdehlər tərəfindən çəkilmiş taxta hasarın sökülməsinə baxmayaraq, həmin adamlar bu gün də onun sahibkarlıq fəaliyyətinə mane olur, öz mal-qaralarını qış otlaq sahəsində otarırlar: «Dəfələrlə onlardan icarəmdə olan torpaq sahəsindən çıxmalarını tələb etsəm də, həmin adamlar qanunsuz əməllərini davam etdirərək, mənə maddi ziyan vurmağa çalışırlar. Üzləşdiyim problemlə bağlı rayon rəhbərliyinə, rayon polis şöbəsinə, prokurorluğa məlumat verərək, sahibkarlıq fəaliyyətimə yaradılan süni maneələrin aradan qaldırılmasını xahiş etsəm də, məsələ hələ də öz həllini tapmayıb. Əksinə, Kürdəmir rayon İcra Hakimiyyətinin Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cahid Abdullayevlə sahə inspektoru Mahmud Mahmudov mənim sahibkarlıq fəaliyyətimə əngəllər törədən adamları müdafiə edirlər. Sahə inspektoru Mahmud Mahmudov deyir ki, sən mənim canıma qurban olarsan onlar mal-qaralarını sahəndən çıxartsa. Onu da qeyd edim ki, qış otlaq sahəmi otaranlar icra nümayəndəsi Cahid Abdullayevin qohumlarıdır. Ona görə də mənə deyirlər ki, mal-qara oradan çıxmayacaq. Qarabağ müharibəsi iştirakçısıyam, özümün və mənimlə birlikdə çalışan insanların yeganə gəliri bu kiçik fermer təsərrüfatındandır ki, onunla da məşğul olmağa imkan vermirlər. İcra nümayəndəsi Cahid Abdullayev və sahə inspektoru Mahmud Mahmudov məqsədli şəkildə təsərrüfatımı çökdürmək istəyirlər. Dəfələrlə rayon polis şöbəsində olmuşam, polis rəisi Oqtay Məmmədovun qəbuluna düşmək istəmişəm, lakin sahə inspektoru Mahmud Mahmudov imkan verməyib. Ancaq bütün maneələrə baxmayaraq, bir dəfə rəisin qəbulunda ola bildim. Onda da polis rəisi Oqtay Məmmədov mənə dedi ki, get, torpağının bir hissəsini ver onlara, səndən əl çəksinlər. Mən isə rəisə öz etirazımı bildirdim. Dedim ki, o adamların kifayət qədər otlaq sahələri var, lakin onlar məqsədli şəkildə mənə zərər vurmağa çalışırlar. Eyni zamanda, məsələ ilə bağlı rəis müavini Həsən Həsənovun, sahə inspektorlarının rəisi Urman Ağayevin qəbulunda olmuşam. Lakin heç bir müsbət nəticəsi olmayıb».

«Sahə inspektoru Mahmud Mahmudov dedi ki, pul vermirsənsə, onda qoyun ver»

«İcra nümayəndəsi Cahid Abdullayev və sahə inspektoru Mahmud Mahmudov təsərrüfatıma ziyan vuran adamların qarşısını almaq üçün məndən dəfələrlə pul tələb ediblər. Mən də məcburiyyət qarşısında qalıb onların istəklərini yerinə yetirmişəm. Hər birinə 200 manat pul vermişəm. Ancaq onlar bununla kifayətlənməyərək, daha yüksək məbləğdə pul tələb edəndə vermədiyim üçün başıma bu oynları gətirirlər. Hətta sahə inspektoru Mahmud Mahmudov dedi ki, pul vermirsənsə, onda qoyun ver, taxta hasarı sökdürüm. Dedim, sən hasarı sökdür, mən qoyunu verəcəm. Amma o, hasarı sökdürmədi. Otən ilin mart ayının 18-də mənə zəng edib dedi ki, bayramqabağıdır, qoyunu gətir ver, məsələni həll edim. Mən də dedim ki, Mahmud müəllim, yanvar ayının 18-də sizə ərizə ilə müraciət etdim, üstəlik də, 200 manat verdim ki, hasarı sökdür, ondan sonra qoyununu da verim. Ancaq o, mənimlə razılaşmadı. Bir dəfə də o, fermaya gəlib, işçilərimin yanında dedi ki, toya gedirəm, mənə pul ver. Mən də cibimdən 50 manat çıxarıb ona verdim. Əvvəl verdiyim 200 manatdan başqa. Özü də o, fermaya gələndə həmin adamların mal-qarası otlaq sahəmdə idi. Mal-qaranı ona göstərib dedim ki, Mahmud müəllim, bax görursən, Cahid Abdullayevin qohumları otlaq sahəmi necə məhv edirlər?! Dedi, narahat olma, həll edərik».

«Sahə inspektoru Mahmud Mahmudov icra nümayəndəsi Cahid Abdullayevə deyib ki, Nicatın çoxlu pulu var, necə olur-olsun o pulları onun əlindən almaq lazımdır»

«Sonra da eşidirəm ki, sahə inspektoru Mahmud Mahmudov icra nümayəndəsi Cahid Abdullayevə deyib ki, Nicatın çoxlu pulu var, necə olur-olsun o pulları onun əlindən almaq lazımdır. Bu adamlar birləşib mənim təsərrüfatımı və məni məhv etmək istəyirlər. Hətta Mahmud Mahmudovla Cahid Abdullayev otlaq sahəmi otaranlardan birinin uşağı vasitəsilə üzərimə şər-böhtan atıb məni ötən ilin avqust ayında üç sutkalıq həbs etdirdilər. Guya ki, mən həmin uşağı döymüşəm. Uşaq da üzümə durdu ki, onu döymüşəm, bədəninə xəsarət yetirmişəm. Sahəmi otaranlardan beş nəfəri də yalandan şahidlik etdi. Belə bir şər-böhtanla Kürdəmir rayon polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında üç gün saxlanıldım. Sonra həmin uşaqla söhbət etdim, soruşdum ki, səni döymüşəm? Dedi, yox. Dedim, sənə xəsarət yetirmişəm? Cavab verdi ki, yox. Dedi ki, mənə tapşırdılar ki, sənin üzünə durum ki, məni döymüsən, mən də onlar deyəni elədim. Onu da deyim ki, Kürdəmir rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin ekspert rəyinə əsasən, xəsarət dərəcəsi təyin edilməyib. Əslində, bu ekspert rəyinin özü də saxta idi, çünki heç bir döyülmə faktı yox idi.
Bir məsələyə də toxunmaq istəyirəm. Bu il mart ayının 14-də sahə inspektoru Mahmud Mahmudov təsərrüfatıma ziyan vuran adamların evinə gələrək, mənə və işçilərimə şər-böhtan atmalırı üçün plan hazırlayıblar. Guya mən təsərrüfatımda çalışan insanları qanunsuz işlədirəm. Halbuki bizim təsərrüfatın fəaliyyətində heç bir qanunsuzluq yoxdur. Təsərrüfatımızı inkişaf etdirmək məqsədi ilə bankdan kredit götürmüşəm. Hazırda da borcumu banka ödəyirəm. Lakin sahə inspektoru Mahmud Mahmudov, icra nümayəndəsi Cahid Abdullayev və bir qrup adam işləməyimizə imkan vermir».
Sonda dövlət başçısından dəstək istəyən N.Muradov onun təsərrüfatımı məhv etmək istəyən adamların, onlara havadarlıq edən vəzifəli şəxslərin cəzalandırılması, sahibkarlıq fəaliyyətimə edilən qanunsuz müdaxilələrə son qoyulması üçün aidiyyəti qurumlara tapşırıq verilməsini xahiş etdi.

«Halal, qanuni mülkiyyətimizi əlimizdən almaq, bizi işsiz, ailəmizi çörəksiz qoymaq istəyirlər»

Fermada çalışan digər işçilərlə də görüşüb söhbət etdik. Həmsöhbətlərimizdən nələrin baş verdiyini öyrəndikdə vəziyyətin heç də ürəkaçan olmadığını anladıq.
5 ildir ki, fermada çalışdığını söyləyən Mədət Muradov ölkə prezidenti İ.Əiyevin sahibkarlara göstərdiyi böyük qayğının bu kənddə də öz əksini tapdığını söylədi. Fermer təsərrüfatının genişləndirilməsinin sahibkarlar qarşısında yeni imkanlar açdığını və bu imkanların ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, işsizliyin aradan qaldırılmasında da mühüm rol oynayadığını dilə gətirdi. N.Muradov tərəfindən onlara daim xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən M.Muradov
çalışdığı təsərrüfatın genişləndirilməsinə bəzi adamların maneələr yaratdığını söylədi. O, sahə inspektoru Mahmud Mahmudov, icra nümayəndəsi Cahid Abdullayev və onların havadarlıq etdiyi bir qrup adamın hədə və təzyiqləri ilə qarşılaşdıqlarını dedi: «Halal, qanuni mülkiyyətimizi əlimizdən almaq, bizi işsiz, ailəmizi çörəksiz qoymaq istəyirlər. Biz buna görə aidiyyəti orqanlara şikayətimizi etmişik. Lakin sahə inspektoru Mahmud Mahmudovla icra nümayəndəsi Cahid Abdullayev gəlib bizdən rüşvət istəyirlər. Deyirlər ki, burada işləmək istəyirsinizsə, bizə də «görüm-baxım» edin. Bizə hədə-qorxu gəlir, mülkiyyətimizi əlimizdən almaq istəyirlər. Hər gün bizi narahat edir, işləməyimizə müxtəlif yollarla mane olmağa çalışırlar.
Qeyd etmək istəyirəm ki, bizim burada işləməyimizdə heç bir qanunsuzluq yoxdur. Əgər fəaliyyətimizdə hər hansı bir qanunsuzluq varsa, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Havadarlarına arxalanan bu adamlar davamlı olaraq otlaq sahəmizi otarmaqdan, məhv etməkdən çəkinmirlər. Bizə hədə-qorxu gəlirlər, çıxılmaz vəziyyətdəyik».
M.Muradov onlara təzyiqlər edildiyini və bu səbəbdən də həyatlarının təhlükə aldtında qaldığını söylədi.
«İndi biz neyləyək? Gedib evimizdə oturub ac qalmalıyıq?, - deyə həmsöhbətimiz baş verənlərə qəti etirazını bildirdi.

«Sahə inspektoru Mahmud Mahmudovla icra nümayəndəsi Cahid Abdullayev bizə gün verib, işıq vermirlər»

Xanımnənə Allahverdiyeva üzləşdikləri bu haqsızlıqlara son qoyulmasını istədi: “Bəzi ağzıgöyçəklər deyirlər ki, guya Nicat Muradov bizi burada qanunsuz işlədir. Elə şey yoxdur. Mən 5 ildir burada çalışıram. Kimsəsiz qadınam, heç kimim yoxdur. Gəlib sığınmışam bu ailəyə. Sağ olsun, Nicat Muradov, mənimlə baçı-qardaş, bir ailənin üzvü kimi davranır. Bu illər ərzində hər bir çətinliyimə yardımçı olub. Ondan çox razıyam. Amma son vaxtlar bəzi adamlar işimizə mane olur. Sahə inspektoru Mahmud Mahmudovla icra nümayəndəsi Cahid Abdullayev bizə gün verib, işıq vermirlər. Demək olar ki, zülm çəkirik. Allah xatirinə bizə kömək edin. Sizi buraya dəvət etdik ki, bizi dinləyib dərdimizi qəzetiniz vasitəsilə ölkə başçısının diqqətinə çatdırasınız. Prezident cənab İlham Əliyevdən kömək istəyirəm. Xahiş edirəm ki, bizə zülm edən bu məmurların barəsində tədbir görülsün».
Məsələ ilə bağlı adı çəkilən şəxslərin mövqeyini öyrənmək cəhdimiz alınmadı. İcra nümayəndəsi Cahid Abdullayev isə zənglərimizə cavab vermədi. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq.

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru