QARABAĞDA MÜHARİBƏ ÜÇÜN SAATLAR QALIB
Tarix: 18-06-2012, 12:16 | Çap et
AZƏRBAYCANIN SON SAVAŞ EHTİRASLARINA KİMLƏR VƏ NƏDƏN SU SƏPDİ?
DİA.AZ: - Son iki həftədə bir müharibə ovqatı yaşandı. Və belə bir təəssürat yaranmışdı ki, artıq Qarabağ cəbhəsində hərbi əməliyyatlar bərpa olunur. Hətta bəzi mətbuorqanlar daha da irəli gedərək bütün ölkə üzərə hərbi səfərbərliyin elan olunacağını da anons etməkdə idilər. Bir sözlə, ölkədə müharibə ovqatı yaşanırdı ki…
Ruslar yenə də ayılıqlarını etdilər
Əslində Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda müharibəyə başlayacaq qədər müstəqil olmaması barədə qənaətlər çoxdan var. Bunu elə gündəlik yaşamımızda da hiss edirik. Azərbaycan kimi ölkələrin yalnız iqtisadi fəaliyyətdə müstəqil olduqları və bu prosesin də müəyyən həddi əhatə etdiyi də məlumdur. Yəni hətta burada da müstəqil deyilik.
İmkansızdır ki, Azərbaycan məsələn, öz neftini istədiyi müştəriyə satsın. Əgər belə bir imkan olsaydı, o zaman rəsmi Bakı NABUCCO kimi region üçün böyük əhəmiyyətə malik bir layihədən vaz keçməzdi. Burada YAP iqtidarının kifayət qədər könülsüz olmasına hər kəs şahidlik etdi. Hətta İlham Əliyevin «NABUCCO-nun taleyi Azərbaycandan asılıdır» şəklində öyünmə xarakterli fikirləri belə proseslərin real görüntüsü barədə təssürat yaranışını əngəlləməkdə aciz oldu.
Azərbaycan sözün əsl mənasında bu gün siyasi baxımdan Rusiyanın yedəyində yer alan bir dövlətdir. Doğrudur, Ermənistanla müqayisədə bizim durumumuza şükür oxuyub, bir salvat çevirmək olar. Amma bizim üçün hədəfə Ermənistanla müqayisə deyil axı…
Bu gün Rusiyanın Azərbaycana təsir imkanları az qala sovetlər birliyindəki asılılıqla müqayisə olunacaq həddə qədər yetişib. Rəsmi Bakı cilovunu sözün əsl mənasında Kremlin əlinə verib. Hətta bu gün Ramiz Mehdiyev, Kəmaləddin Heydərov kimi fiqurların Azərbaycanın siyasi, sosial gündəmini müəyyən etmələri də belə deməyə əsas yaradır ki, Rusiya Azərbaycanı öz canişinləri hesabına yönəldir.
Amma belə bir siyasi izdivacın mövcudluğu şəraitində belə Rusiya Azərbaycanın ürəyincə olan proseslərin baş tutmasını da əngəlləməkdədir. Sözbət təbii ki, işğal altında olan Azərbaycan torpaqlarının geri qaytarılması məsələsindən gedir.
Son olaylarda da təsdiqləndi ki, Azərbaycan ona görə Qarabağda savaş aça bilmir ki, bunu Rusiya istəmir. Xarici siyasətdə Rusiyanın xəttinin anologiyasını təşkil edən bir kurs tutan rəsmi Bakı üçün əslində beynəlxalq təşkilatların çürük qoz əhəmiyyətində olmadığı da aydındır. Hətta Qəddafi kimilərinin aqibəti belə bu gün Azərbaycanda hakimiyyətdə olan qüvvələr üçün əhəmiyyət daşımır.
Eynən Rusiya kimi. Azərbaycan hakimiyyəti də Qərbə aid beynəlxalq institutlara barmaqarası baxır, onların Bakıya hədə ilə təşrif buyuran hər bir nümayəndəsini iki kilo balıq kürüsünə satın almasından da xüsusi zövq alır.
Amma belə bir ucuz zövq hesabına daxili siyasətdəki əyər-əskiklərini ört-basdır edən rəsmi Bakı özünün Qarabağ cəbhəsindəki hərbi niyyətlərini diplomatik uğurları ilə tənzimləmək imkanından uzaqdır. Bu gün bizlər faktiki olaraq Qarabağı hər iki mənada itirmişik: həm hərbi müstəvidə, həm də diplomatik müstəvidə. Bir daha vurğulayırıq ki, hətta Rusiya ilə həddən-ziyadə siyasi qohumluğun mövcudluğu şəraitində belə (bu günlərdə deputat Rəbiyət Aslanovanın Rusiyanın siyasi çevrələrinə sıx bağlı olan İlham Rəhimovla izdivacı da bu qohumluğu daha da möhkəmləndirən bir faktor hesab olunmalıdır -C.) Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad edə bilmir.
Bu son günlərdə yaşanılanların məntiqi sonu kimi baş verən olayla da təsdiqlənmiş oldu. Qarabağ cəbhəsində hərbi əməliyyatları bərpa etməyə cəhd göstərən Azərbaycan Rusiyaya aid Ermənistandakı hərbi bazalardakı döyüş təyyarələrinin uçuşları fonunda öz müharibə ehtiraslarını yenidən təxirə salmaq zorunda qaldı.
Bəli, Rusiya növbəti dəfə ayı siyasətini nümayiş etdirdi. Yəni hesablanmamış. Amma artıq bu siyasətin çözülməsi də asanlaşıb. Gürcüstanın bir neçə il əvvəl yaşadıqlarını xatırlayan Azərbaycan Rusiyanın hərbi təyyarələrinin döyüş vəziyyətinə gətirilməsinin nə demək olduğunu yaxşı anladı. Yəni təcrübədə bir gözü çıxmış qardaşımız var.
Bundan sonra nə baş verəcək?
Təbii ki, müharibənin olub-olmayacağını indidən söyləmək çox asandır. Olmayacaq. Ən azından Rusiyanın regionda və ümumiyyətlə, dünyadakı mövqelərinin zəifləməsinə ümid etməylyik ki, bu da indiki açıdan daha çox utopiyaya bənzəyir. Digər ümid etməli olduğumuz məqam isə Azərbaycanın Rusiyanın könlünü ala bilməsi ilə bağlı məqamlardır. Yəni bizlər ATƏT, BMT kimi qurumların müxtəlif sülh missiyalarına gözlərimizi kökləməkdənsə, müxtəlif formatlı sülh danışıqlarına qalaq-qalaq pulları xəocləməkdənsə, həmin enerjini və resursları Rusiya ilə dil tapmağa sərf etmək zorundayıq.
Bir daha vurğulayırıq ki, indiki aspektdə bu imkansız görünür. Hər halda, yenidən Kremldə hakimiyyəti rəsmən öz əlinə keçinə Putini bir neçə il əvvəl İrəvanda olarkən dəli rus çarı 1-ci Pyotrun ermənilərlə bağlı dediklərini xatırladıb, onları məşhur rus çarının ruslara əmanət kimi qoyduğunu xüsusi olaraq vurğulayıb, ardından da «SKAZANO, ZDELANO!» ifadəsini böyük şövqlə işlətməsini hələ də unutmamışıq və unudası da deyilik.
Yəni Rusiya üçün Ermənistan bir başqa əhəmiyyətdədir. Və belə bir şəraitdə ermənilərin Böyük Ermənistan xülyalarının gerçəkləşdirilməsi üçün əsas lokomotiv hesab olunan rəsmi Moskvadan mədət ummağımız da doğru hesab olunmur.
Bəs nə etməli? Bax, ən çətin olanı da budur, daha dəqiqi bu suala cavab verilməsi.
Xatırladaq ki, bir neçə gün əvvəl Böyük Britaniyanın məşhur «Oksford Analitika» araşdırma mərkəzi maraqlı bir açıqlama ilə çıxış etdi və bildirdi ki, Azərbaycan 2014-cü ilə müharibəyə hazırlaşır. Qurumun araşdırmalarının yekunu olaraq açıqlanan hesabatda göstərilirdi ki, hələlik Rusiyanın hərbi dəstəyinə güvənən Ermənistanla müharibə Azərbaycana ağır itkilər verə bilər, amma 2014-cü ildə rəsmi Bakı belə bir savaş üçün tam hazırlıqlı vəziyyətdə olacaq.
Bax, elə ən doğru olanı da budur. Doğru zamanda, doğru addımın atılması. Bu 2014-cü il də ola bilər, elə günü sabah da. Sadəcə olaraq, Azərbaycan üçün indiki şəraitdə ən doğru olanı müharibə tədarükünü daha da intensivləşdirməsi, öz hərbi potensialını Ermənistanın hərbi gücünün 5-10 qatının üstündə etməsidir. Çünki biz Qarabağ uğrunda təkcə Ermənistanla döyüşməyəcəyik. Və bu tədarükümüzü «Qarabağda müharibəyə saatlar qalıb» həyəcanı ilə sürdürmək zorundayıq. Əks halda, Qarabağı üçüncü müstəvidə də itirəcəyik. Yəni artıq öz içimizdə də bu itki ilə barışa bilərik. Və ən təhlükəli məğlubiyyətimiz də məhz bu cəbhədə olacaq. Əgər olacaqsa…
“SAVAŞ”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Bu gün, 19:23 |
|
|
|
• AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Bu gün, 19:21 |
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00 |
|
|
|
• Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55 |
|
|
|
• AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53 |
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58 |
|
|
|
|