ARTUR RƏSİZADƏNİN TEHRAN SƏFƏRİNİN GİZLİNLƏRİ
Tarix: 11-06-2012, 12:15 | Çap et
AZƏRBAYCAN RƏSMİ MOSKVANIN TƏHRİKİ İLƏ MOLLA REJİMİ İLƏ ANLAŞIB
DİA.AZ: - İranla Azərbaycan arasında mətbu atəşkəs hökm sürür. Əslində olduqca kövrək hökmranlıq təsiri bağışlayan bu prosesin ani bir qığılcım nəticəsində alovlana biləcəyi heç büşhəsizdir. Hər halda, «pir mənimdir, kəramətinə bələdəm» prinsipindən çıxış etdikdə, rəsmi Bakının da İranın mahiyyətinə yaxşı bələd olduğu bəllidir. Azərbaycan dövlətinin müstəqilliyini, hətta varlığını belə qəbul etməyən İrandakı fars-molla rejimi antiAzərbaycan ruhlu təbliğatından bu şəkildə, qəfil surətdə əl çəkə bilməz.
Birincisi ona görə ki, həqiqətən də İran rəsmən dəfələrlə nümayiş etdirib ki, müstəqil Azərbaycan dövlətini həzm edə bilmir. Gah bayrağımızı rəsmi törənlərdə tərsinə asmaqla, gah hava sərhədlərimizi deşik-deşik etməklə, gah düşmən Ermənistana hər türlü yardımı etməklə, gah da mətbuatında, rəsmi dillərinin vasitəsilə Azərbaycan dövlətini, Azərbaycan türkünü aşağılamaqla bu rejim bizə hansı münasibətdə olduğunu, gerçək simasını tamamilə ortaya qoyub. Əgər bu gün İran mətbuatında Azərbaycan Respublikası ifadəsi yerinə «Bakı dövləti» ifadəsi işlədilirsə, atıq başqa bir sözə ehtiyac yoxdur.
Eyni zamanda davamlı şəkildə Azərbaycanın xüsusi xidmət orqanlarının Azərbaycan ərazilərində İrana aid təxribatçı kəşfiyyat şəbəkələrini ifşa etməsi faktı da təsdiqləyir ki, rəsmi Tehranın Azərbaycanla ulduzunun barışması qeyri mümkündür. Halbuki iki dövlət arasında hələ Heydər Əliyevin prezidentlik dönəmində əldə edilən bir anlaşma da İranla Azərbaycanın nəinki bir-birinin əleyhinə kəşfiyyat işləri həyata keçirməsini qadağan edir, hətta öz ərazilərindən anlaşmanın qarşı tərəfinin əleyhinə 3-cü ölkəyə kəşfiyyat üçün istifadəyə şərait yaratmağı da yasaqlayır.
Əslində İranla Azərbaycanın yaxın, mehribançılıq münasibətində olması üçün yetərtincə faktorlar var. Hər iki ölkə müsəlmandır, əhalisinin çoxu şiə məzhəbindəndir və tarixi köklər bu iki ölkəni bir-birindən ayırmaz edir. Amma bir fakt və ƏLAHƏZRƏT BİR FAKT imkan vermir ki, nə bu gün İran Azərbaycana qucaq açsın, nə də Azərbaycan İrana sığınsın. Söhbət təbii ki, Güney Azərbaycanın və milyonlarla Azərbaycan türkünün İran əsarəti altında olması faktından gedir.
Əslində bu gün rəsmi Tehranın antiAzərbaycan ovqatının arxasında da məhz bu məqam dayanmaqdadır. Fars-molla rejimi istənilən halda və istənilən şəraitdə müstəqil Azərbaycan dövlətinin varlığını özünə qarşı təhdid hesab etdiyindən bu gün Azərbaycanın müstəqil olan hissəsinə düşmənçilik mövqeyində dayanır. İranda oturan dini rejim də yaxşı bilir ki, bu gün onları hədəfə alan Qərb üçün əslində ən yaxşı silah elə Azərbaycan türkləridir. İranlı ayətullahlar da gözəl anlayırlar ki, İran ABŞ üçün nə İraq deyil, nə də Əfqanıstan. İraq və Əfqanıstandan fərqli olaraq İranı ancaq etnik məsələdə çökdürmək olar ki, bu əsnada da sayları əslində hazırki İranın superetnosu kimi təqdim olunan və hakim milləti kimi diqqətə gələn farslardan az qala iki dəfə artıq olan Azərbaycan türkləri İrana qarşı ən böyük silahdır.
Bax, bu səbəbdən müstəqil Azərbaycana İran cəbhəsində heç bir zaman dinclik olmayacaq. Bu səbəbdən rəsmi Bakının İranla münasibətləri yoluna qoyma cəhdləri hər zaman uğursuzluqla nəticələnəcək. Bu səbəbdən həm də Azərbaycan ictimaiyyətinin keçən ilin dekabrında İranla münasibətləri yoluna qoymaq üçün Tehrana səfər etmiş Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənovu qınamağa haqqı yoxdur. Ola bilsin ki, Əli Həsənov danışıqlarda uğursuz olub və yaxud da uğursuz diplomatdır. Amma sırf olaraq bu məsələdə onun ittiham hədəfinə çevrilməsi doğru deyil.
Amma deyəsən, rəsmi Bakı İranla problemləri danışaraq həll etmə yolu ilə bağlı planlarından imtina etməyib. Elə davamlı olaraq ayrı-ayrı dövlət rəsmilərinin İrana məxfi görüşlərə göndərilməsi də belə deməyə əsas yaradır. DİA.AZ bildirir ki, «Savaş» qəzeti redaksiyasının əldə etdiyi məlumatlardan aydın olur ki, sonuncu dəfə, yəni keçən həftənin birinci günü baş nazir Artur Rəsizadə Tehrana qeyri-rəsmi səfərə gedib. Bu səfərlə bağlı yerli mətbuatın bilgiləndirilmədiyini qeyd edən məlumatlı mənbənin sözlərinə görə, əslində Artur Rəsizadənin gizli danışıqlar üçün seçilməsini də təsadüflərin quyruğuna bağlamaq olmaz.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın baş naziri Artur Rəsizadənin ünvanına çox ağır ittihamlar səslənsə də, nədənsə bu barədə bütün rəsmi qurumlarımız susdular. Əslində müşahidə olunan susqunluq daha çox deyilənlərin həqiqət olması təəssüratını yaratmış oldu.
Xatırladaq ki, Artur Rəsizadə İranın xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunurdu və bildirilirdi ki, bu əlaqədən Azərbaycanın dövlət rəhbərliyinin də məlumatı var. Onu da qeyd edək ki, ilk əvvəl məşhur «VikiLiks» təşkilatı tərəfindən açıqlanan məxfi sənədlərdə bu faktlar yer almışdı və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri En Dörsinin adından məxfi qriflə ABŞ Dvlət Departamentinə ünvanlanan həmin sənəddə göstərilirdi ki, Artur Rəsizadənin İranla şübhəli əlaqələri var və ehtimal olunur ki, baş nazir Azərbaycanı İranın da dövlət rəhbərliyinin iştirakçısı olduğu narkotranzit əməliyyatında təmsil edir.
Təbii ki, belə bir açıqlama başqa bir ölkədə böyük ajiotaj yaradar və ittiham hədəfi nəhayətdə ən yumşaq variantda istefaya göndərilərdi. Hətta həbs belə mümkün idi. Amma burası Azərbaycandır və artıq bizlər də ayağında yüzlərlə cinayəti olan məmurun illər uzunu görəv başında qalmasına vərdiş etmişik.
İndi isə aydın olur ki, İranla münasibətlərin yoluna qoyulması prosesinə baş nazir Artur Rəsizadə cəlb olunub və İranla məlum əlaqələrindən də istifadə edən Artur Rəsizadə rəsmi Tehranın Azərbaycana qarşı olan aqressiyasını azaltmağı qarşısına məqsəd kimi qoyub. Əslində bu, baş nazirin məqsədi yox, onun boynuna qoyulan öhdəlikdir.
Məlumatı verən mənbə iddia edir ki, rəsmi Bakı ilə fars-molla rejimi arasında danışıqların baş tutmasında əsas maraqlı tərəflərdən biri də Putin administrasiyasıdır. Və hətta danışıqların Kremlin təşəbbüsü ilə ərsəyə gəldiyi də söylənilir.
Burada rəsmi Bakının davranış tərzi, üslubu da diqqətçəkəndir. Daha doğrusu, heç bir siyasi nəzəriyyəyə söykənməyəndir. Bu daha çox cəngəllik qanunundan doğan hərəkətə bənzəyir. Artur Rəsizadənin İranla qaranlıq biznes əlaqələri var və deməli, İrana da Artur əsizadə getməlidir. Bu, onun boynunun borcudur… Məhz belə bir prinsipdən çıxış edən rəsmi Bakının İrana göndərdiyi elçisinin əli ilə böyük nailiyyət əldə etdiyi də bir faktdır.
Bir daha xatırladırıq ki, burada əss vasitəçi rəsmi Moskva, daha dəqiqi Putin administrasiyası olub. Ümumiyyətlə, son zamanlar Putin administrasiyası özünü bizim regionda daha çox hiss etdirməyə başlayıb. Qarabağda müharibə alovunun yenidən vüsət alması, səmalarımızda Rusiya raketlərinin uçuşması və s. Bir sözlə, hakimiyyət başına keçər-keçməz özünün barıt qoxulu nəfəsini yenidən dünyaya hiss etdirməyə başlayan Vladimir Putinin rəsmi Bakı ilə ideal münasibətlərdə olması da faktdır. Putinə isə indiki məqamda nə İran-Azərbaycan konflikti lazım deyil, nə də incik salınmış Azərbaycan lazım deyil.
Ona görə də ekspertlər belə hesab edir ki, ola bilsin ki, son günlər Qarabağ cəbhəsində hərbi əməliyyatların bərpa olunması təşəbbüsləri də Moskvadan gəlib. Bir yandan bununla Putin özünün regiondakı təkhakimiyyətliliyini nümayiş etdirmək istəyir (çünki Qərb birmənalı şəkildə atəşkəsin pozulmasının əleyhinədir -red.), digər yandan da bir-iki kəndi azad etmə fürsəti tanıdığı Azərbaycanın könlünü oxşayır. Putin bir mükəmməl siyasət adamı olaraq gözəl bilir ki, Bakını bu şəkildə də incitmək olmaz. Odur ki, fürsət tanınmalıdır.
Və eləcə də İran-Azərbaycan münasibətlərində baş verən dəyişiklik də məhz bu prosesin təzahürü kimi qəbul olunmalıdır. Artur Rəsizadənin Tehrana səfəri isə sadəcə olaraq simvolik xarakter daşıyır. Bir növ barışığın qeyri-rəsmi səfər hesabına rəsmiləşdirilməsi üçün. Buradakı əlavə simvolikalar barədə isə yuxarıda danışdıq. Artur Rəsizadə həm Rusiyanın və həm də İranın adamı kimi Tehrana səfər edib ki, Azərbaycanın maraqlarını qorusun. Vəssalam.
“SAVAŞ”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Bu gün, 19:23 |
|
|
|
• AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Bu gün, 19:21 |
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00 |
|
|
|
• Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55 |
|
|
|
• AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53 |
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58 |
|
|
|
|